Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1359/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Vüqar Təvəkğül oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum arvadı, maraqlarına toxunan şəxs Maraqlı şəxs1 nümayəndəsi və vəkili Nümayəndə5 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarından maraqlarına toxunan şəxslər, Məhkum arvadı Maraqlı şəxs1 nümayəndəsi və vəkili Nümayəndə5 və məhkum Təqsirləndirilən şəxs2 arvadı Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nümayəndə4 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci tarixli 1(099)- 345/2021 nömrəli hökmü ilə (sədrlik edən hakim E. Süleymanov, hakimlər C.Səfərli (məruzəçi hakim) və A.Musayevdən ibarət məhkəmə tərkibi) Məhkum Azərbaycan Respublikası CM-in 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CMin 46.2-ci maddəsinə əsasən CM-nin 179.3.2-ci maddəsi ilə ona 2 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 46.2-ci maddəsinə əsasən CM-in 308.2-ci maddəsi ilə ona 1 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 46.2-ci maddəsinə əsasən CM-in 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə 2 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 313-cü maddəsi ilə 1 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 2 il 6 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında, bank və kredit təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş,cəzaçəkmə müddətinin əvvəlinin 19 avqust 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CMin 46.2-ci maddəsin ə əsasən CM-in 308.2-ci maddəsi ilə ona 1 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 46.2-ci maddəsinə əsasən CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə 1 il 6 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 2 il 6 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (sə kkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş,cəzaçəkmə müddətinin əvvəli 19 avqust 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2022-ci il tarixli 1(106) - 202/2022 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilərək hökmlə təyin olunmuş cəzalar yüngülləşdirilmişdir. O cümlədən Məhkum CM-in 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti CM-in 62-ci maddəsi tətbiq edilməklə 5 (beş) il 6 (altı) aya endirilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən ona təqsirli bilindiyi cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (ik i) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, bank və kredit təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasi təyin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Nümayəndə3 tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-1499/2023 nömrəli qərarı ilə Məhkum müdafiəçisi Nümayəndə3 kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 02 avqust 2022-ci il tarixli 1(106)-202/2022 nömrəli qərarı Məhkum, aid hissədə dəyişdirilmiş, Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə CM-in 62- ci maddəsi tətbiq edilməklə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ildən 4 (dörd) ilə, CM-in 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 6 (altı) aydan 4 (dörd) il 2 (iki) aya endirilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən həmin maddələrlə təyin olunmuş əsas və əlavə cəzalar TŞ.Novruzova birinci instansiya məhkəməsinin hökmü ilə CM-in 308.2 və 313-cü maddələri ilə təyin olunmuş cəzalarla qismən toplanılsın, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəz ifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və Elçin Xasməmmədovdan ibarət tərkibdə) xx.xx.2023-cü il tarixli, 1(106)-747/2023 nömrəli qərarı ilə Məhkum arvadı (maraqlarına toxunan şəxs) Maraqlı şəxs1 və onun nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti və məhkum Təqsirləndirilən şəxs2 arvadının (maraqlarına toxunan şəxs) nümayəndəsi və vəkili Nümayəndə4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(099)-345/2021 saylı hökmü qeyd edilən apellyasiya şikayətlərinə əsasən dəyişdi rilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum və Təqsirləndirilən şəxs2 ilə hazırkı hökmlə məhkum edilmiş digər şəxslərlə əlbir olaraq bir çox korrupsiya və qulluq mənafeyi əleyhinə olan cinayətlər törətmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Maraqlarına toxunan şəxs Maraqlı şəxs1 nümayəndəsi və vəkili Nümayəndə5 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, müsadirə edilmiş ev birgə nikah dövründə, yəni tərəflərin nikahının qeydə alınmasından 24 il keçdikdən sonra alınmış, vəzifə cinayətləri törədilməsi göstərilən vaxtdan ən azı 7 il əvvəl əldə edilmişdir. Bu əmlakın 50 faizi mövcud qanunvericiliyin tələbinə əsasən Maraqlı şəxs1 məxsusdur. Lakin buna baxmayaraq nə Binəqədi Rayon Məhkəməsi evin üzərinə xx.xx.2020-c i il tarixdə 5(101)973/2020 saylı qərarla həbs qoyanda, nə də yuxarıda göstərilən məhkəmə aktlarında bu hal nəzərə alınmamış, Maraqlı şəxs1 konstitusion hüququ olan mülkiyyət hüququna məhkəmələr tərəfindən kobudcasma müdaxilə edilmişdir. Müdafiəçi bildirmişdir ki, baxmayaraq ki, cinayət işində mülki iddiada yoxdur məhkəmələr ən azından onu nəzərə almalı idi ki, Maraqlı şəxs1 orta məktəb müəllimi işləmiş və özünün gəliri olmuşdur. Hazırda müsadirə edilən fərdi yaşayış evi ümumi gəlirlər hesabına əldə edilmişdir. İstər Ailə Məcəlləsi və istərsə də Mülki Məcəllə mülkün 50 faizinin Maraqlı şəxs1 məxsusluğunu bir mənalı şəkildə təsdiq etsədə, işə baxan Məhkəmələr Maraqlı şəxs1 prosesə cəlb etməmiş, müsadirə edilən birgə əmlakda Maraqlı şəxs1 payında olmasına münasibət bildirməmişdir. Bundan baş qa Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmündə müsadirə olunmalı əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya bu əmlakdan əldə olunmuş gəlir olmasına, yaxud cinayətin törədilməsi üçün silah, alət və ya sair vasitə kimi, yaxud terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün istifadə olunmasına dair məhkəmənin qənaətini əsaslandıran heç bir sübut göstərilməmişdir. Sözügedən ev cinayət işinin materiallarından da göründüyü kimi böyük bir ailənin yeganə yaşayış sahəsidir. Azərbaycan Respublikası Nazirlər Kobinetinin 5 iyun 2002-ci il tarixli, 89 saylı qərarının 1-ci maddəsinə əsasən belə evə tələb də yönəldilə bilməz. Deyilənlərdən çıxan nəticə odur ki, dövlət belə məsələlərə yəni yeganə yaşayış evi olanın işinə həssas yanaşır. Maraqlarına toxunan şəxs Maraqlı şəxs1 nümayəndəsi və vəkili Nümayəndə5 kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)747/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilməsini və Məhkum adına olan Kürdəmir rayon Atakişili kəndində yerləşən fərdi yaşayış evinin xüsusi müsadirə edilməsinə dair hissədə həmin əmlakın 1\2 hissəsinin Maraqlı şəxs1 mülkiyyəti olması nəzərə alınaraq bu əmlakın yalnız 1\2 hissəsində müsadirə edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Marağına toxunulan şəxs Maraqlı şəxs2 nümayəndəsi, vəkil Nümayəndə4 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, hökmlə Təqsirləndirilən şəxs2 məxsus on ların birgə nikahları dövründə ərinə istinad edilən cinayət əməli törədilənədək əldə edilmiş daşınmaz əmlak - Bakı şəhəri Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi 74 ünavnında yerləşən 41,5 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binası üzərinə qanunsuz olaraq həbs qoyulmuş və müsadirə edilmişdir. Həmin əmlak onunla ərinin birgə mülkiyyətidir və həmin əmlakda onun ½ hissədə mülkiyyət hüququ vardır. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarını dəyişdirərək əmlakın yalnız ½ hissəsinin müsadirə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlarına toxunan şəxs Maraqlı şəxs1 nümayəndəsi və vəkili Nümayəndə5 kassasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və kassasiya şikayətinin təmin ed ilməsini məhkəmə kollegiyasından xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə maraqlarına toxunan şəxsin nümayəndəsinin, kassasiya ş ikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticəl əri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Maraqlarına toxunan şəxslər xüsusi mülkiyyətlərində olan əmlakların qanunsuz müsadirə edildiyini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələblərini CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin d əlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilm əsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. M əhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hər iki kassasiya şikayətində xüsusi mülkiyyətdə olan əmlakların düzgün müsadirə olunmaması tələbi irəli sürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, məhkəmə hökmü ilə Məhkum mülkiyyətində olan 15 may 2007-ci il tarixli, Seriya MH No ******* saylı çıxarışa əsasənKürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evi; Təqsirləndirilən şəxs2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 41,5 kv.m (No 0323377, qeydiyyat tarixi xx.xx.2013-cü il tarixli çıxarış) qeyri-yaşayış binası Azərbaycan Respublikası CM-nin 99-1, 99-2, 99-3-cü maddələrinə əsasən xüsusi müsadirə edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Kirovabad şəhər Nikah evi tərəfindən verilmiş “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Məhkum ilə X3 arasında nikahın bağlanması haqqında akt qeydi 08 aprel 1983-cü il tarixdə 366 nömrə ilə qeydə alınmış, nikahdan sonra hər ikisinə Novruzov (Novruzova) soyadı verilmişdir. (bax: cild 39, i.v. 48). “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən Çıxarışdan görünür ki, Kürdəmir rayonu, Atakişili kəndində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı 269,8 kv.metr yaşayış, 496,1 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi xx.xx.2007-ci il tarixli qeydiyyatla tam mülkiyyət hüququ üzrə Məhkum tam mülkiyyətinə verilmişdir. (bax: cild 39, i.v. 44). Cinayət işinin materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə Maraqlı şəxs2 arasında nikahın bağlanması haqqında akt qeydi 30 noyabr 2000-ci il tarixdə 185 nömrə ilə qeydə alınmışdır. (bax: cild 39, i.v. 30). “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 41,5 kv.m qeyri-yaşayış sahəsi xx.xx.2013-cü il tarixli qeydiyyatla Təqsirləndirilən şəxs2 tam mülkiyyətinə verilmişdir. (bax: cild 39, i.v. 29). Məhkum qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməlləri 06 iyun 2014-cü ildən 19 avqust 2020-ci il tarixə kimi olan müddət daxilində törətmişdir. Məhkum Təqsirləndirilən şəxs2 qarşı i rəli sürülmüş ittihamdan görünür ki, o, ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməlləri 17 iyun 2014-cü ildən 19 avqust 2020-ci il tarixə kimi olan müddət daxilində törətmişdir. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. İn san Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, heç kim özbaşına olaraq mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, özbaşına hərəkətlərin qadağan edilməsi qanunçuluq prinsipinin gözlənilməsini ehtiva edir və bu, həmçinin publik hakimiyyətin mülkiyyətə hörmət edilməsi hüququna istənilən müdaxiləsinin qanunvericiliklə dəqiq tənzimlənməsini nəzərdə tutur. Bundan əlavə, mülkiyyətdən özbaşına məhrum etmənin qadağan edilməsi, həmçinin göstərilən fundamental hüququn mümkün məhdudlaşdırılmasının ictimai, publik maraqlarla tarazlaşdırılmasını tələb edir. Əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutan xüsusi müsadirə cinayət-hüquqi tədbiri Cinayət Məcəlləsinin 99-1-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Müsadirənin məcb uriliyi məhkəmənin yekun qərarı ilə müəyyən əmlakın cinayət törətmiş şəxsin və onun ailə üzvlərinin iradəsindən asılı olmayaraq götürülməsində ifadə olunur. Müsadirənin əvəzsizliyi isə o deməkdir ki, götürülən əmlak kompensasiya olunmur. Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasına görə, əgər cinayətdən əldə olunan gəlirlər qismən və ya tam şəkildə digər əmlaka çevrilibsə və ya dəyişdirilibsə, onda bu maddədə nəzərdə tutulan tədbirlər həmin əmlaka münasibətdə də görülür. Əgər cinayətdən əldə olunan gəlirlər qanuni əsaslarla əldə edilmiş əmlaka qatılıbsa, onda hər hansı bir həbs qoyma və ya götürmə səlahiyyətlərinə xələl gətirmədən, əmlakın yalnız cinayət nəticəsində əldə olunmuş gəlir qatılmış hissəsinin mütənasib qiymətləndirilmiş hissəsi mü sadirə edilir. Cinayət nəticəsində əldə olunan gəlirlərə tətbiq edilən tədbirlər eyni zamanda cinayət nəticəsində əldə olunan gəlirlərdən alınmış hasilata və ya mənfəətə, cinayətdən əldə edilən gəlirlərə çevrilmiş və ya əvəz edilmiş əmlakdan alınmış hasilata və ya mənfəətə və ya cinayətdən əldə edilən gəlirlərin qatıldığı əmlakdan alınmış hasilata və ya mənfəətə də eyni qaydada və həcmdə tətbiq edilir (Konvensiyanın 12-ci maddəsinin 3, 4 və 5-ci bəndləri). Konvensiyada məhkəmələr tərəfindən cinayət törətmiş şəxsin cinayətdən əldə olunması güman edilən gəlirlərinin və ya müsadirə edilməli digər əmlakının qanuni mənbəyinin araşdırılaraq müəyyən edilməsi xüsusilə vurğulanmışdır. Konvensiyanın tələblərinə uyğun olaraq Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinə əsasən də əmlakın cinay ətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş vəsait hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli qərarında gəlmiş olduğu hüquqi mövqeyə görə burada xüsusilə qeyd olunmalıdır ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən, həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət-hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsində göstərilir ki, hər kəs dövlət orqanlarının, siyasi parti yaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiya Məhkəməsinin həmin qərarında daha sonra göstərilmişdir: “Müraciətdə qaldırılan məsələlərdən biri məhkəmənin hökmündən apellyasiya şikayəti vermək səlahiyyətinə malik olan şəxslərin dairəsini dəqiq müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 383-cü maddəsində cinayət işi üzr ə icraatda iştirak etməyən, məhkəmənin hökmü ilə maraqlarına toxunan şəxslərin (müsadirə olunan əmlakın mülkiyyətçisinin) apellyasiya şikayəti vermək hüququnun nəzərdə tutulmaması ilə bağlıdır. Həmin normada məhkəmənin hökmündən istənilən şəxsin deyil, yalnız cinayət prosesinin iştirakçılarının şikayət vermək hüququnun olduğu nəzərdə tutulmuşdur. İşdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (Konstitusiya Məhkəməsi Plenumunun K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirərək bildirmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 12.3-cü maddəsinə əsasən də cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilməlidir... Qanunvericilik qaydasında müvafiq tənzimləmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda cinayət işi üzrə icraata üçüncü şəxs qismində cəlb edilə bilər. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraa tının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Qanunvericinin bu göstərişi cinayət mühakimə icraatı zamanı işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin Mülki Prosessual Məcəllənin 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində məhkəmə hökmündən apellyasiya şikayəti vermək imkanını yaradır. Burada işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə hakimin çıxardığı hökm ilə onların hüquq və maraqlarının pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunulmasının əs aslandırılması xüsusilə qeyd edilməlidir...” Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda aşağıdakı nəticələrə gəlmişdir: - Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir; - təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun; - Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə və Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsi Milli Məclisə tövsiyə edilməlidir. Məsələ qanunvericilik qaydasında həll edilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Mülki Prosessual Məcəllənin 55.1-ci maddəsinə uyğun həyata keçirilməlidir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, hər iki marağına toxunan şəxsə münasibətdə mübahisələndirilən mülkiyyətdə olan hər iki daşınmaz əmlaklar məhkumların arvadları ilə birgə nikah dövründə əldə olunmuş əmlaklardır, həmin əmlaklarda ərin və arvadın payı bərabər olmaqla ½ hissədədir və həmin əmlaklar məhkumlar tərəfindən onlara qarşı irəli sürülmüş ittihamda əks olunmuş əməllər törədilməmişdən öncə əldə ed ilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında bu məsələlər araşdırılmamış, maraqlarına toxunan şəxslərin apellyasiya şikayətlərində irəli sürdülkləri məsələlərə, ümumiyyətlə, münasibət bildirməmiş, həmin dəlillərin rədd edilməsinin səbəbləri qərarda göstərilməmiş, nəticədə əsaslandırılmamış məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1 və 32.2.2-ci maddələrinə əsasən nikah müddətində ər-arvadın ümumi gəlirləri hesabına əldə etdikləri daşınar və daşınmaz əmlak onların birgə mülkiyyətidir. Ailə Məcəlləsinin 37.1-ci madddəsinə əsasən də ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası MM-in 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə-arvadın nigah dövründə qazandıqları əmlak, əgər nikah müqaviləsində və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa onların ümumi birgə mülkiyyəti sayılmalıdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsi 21 oktyabr 2021-ci il tarixli hökmündə qeyd edilən əmlakları müsadirə edərkən qəbul etdiyi qərarın hüquqi əsası kimi CM-in 99-1, 99-2 və 99-3-cü maddələrinə istinad etmişdir. CM-in 99-1-ci maddəsi xüsusi müsadirədən bəhs edir və əmlakların cinayət əməli törədildiyi vaxtdan öncə əldə edilməsi səbəbindən hazırki halda həmin maddənin tətbiqi istisna edilir. CM-in 99-2-ci və 99-3-cü maddələrində isə cinayət törətmiş şəxsə məxsus olan digər əmlakdan bəhs olunur. Yəni cinayət qanunu cinayət törətmiş şəxsə məxsus olan, lakin cinayət yolu ilə deyil, qanuni əsaslarla əldə edilmiş əmlakın da müsadirəsinə yol verir. Lakin bu halda, yəni cinayət yolu ilə deyil, qanuni əsaslarla əldə edilmiş əmlaka münasibətdə cinayət qanuni bir istisna müəyyən etmişdir ki, bu istisna da ondan ibarətdir ki, yalnız “cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir”. Qanunun bu normasının mənası ondan ibarətdir və Konstitusiya Məhkəməsinin yuxarıda adı qeyd edilən qərarında ifadə olunmuş hüquqi mövqeyinə uyğun olaraq da ər-arvadın nikah dövründə əldə etdikləri, cinayət yolu ilə əldə edilmiş puldan istifadə etməklə əldə edilməmiş, cinayət əməli törədilməsindən öncə əldə edilmiş mülkiyyətə münasibətdə hazırki işin halları baxımından məhkumların arvadlarının, maraqlarına toxunan şəxs kimi, mülkiyyət hüquqları qorunmalı və bərpa edilməlidir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, marağına toxunan şəxslərin nümayəndələri tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməli, işə yenidən baxılarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli qərarında əks olunmuş hüqu qi mövqeyinə uyğun, eləcə də hazırki qərarın əsaslandırıcı hissəsində göstərilən məsələlər üzrə araşdırma aparılması tövsiyyə olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum arvadı, maraqlarına toxunan şəxs Maraqlı şəxs1 nümayəndəsi və vəkili Nümayəndə5 və məhkum Təqsirləndirilən şəxs2 arvadı, maraqlarına toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nümayəndə4 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli 1(106)-747/2023 nömrəli qərarı kassasiya şikayətlərinə münasibətdə ləğv edilsin və cinayət işi apellyasiya instansiya mə
Məhkəmə qərarları › İş №1(102)-1359/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1359/2024
23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver