Məhkəmə qərarları › İş №1(102)-1359/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1359/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1359/2025 10.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkumun iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 11 fevral 2025ci il tarixli qərarından Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2 dekabr 2024-cü il tarixli 1(010)381/2024 nömrəli (hakim: Muradov Pərviz Namiq oğlunun sədrliyi) hökmü ilə 5 avqust 1979-cu ildə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, biri azyaşlı olmaqla, 2 uşağı olan, orta təhsilli, məhkum olunmamış, işləməyən, xxx-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, onun 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 20 iyun 2024-cü il tarixdə tutulduğu 1 (bir) gün müddətin Azərbaycan R espublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanması və ona qəti olaraq 5 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 9 noyabr 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin nümayəndəsi və məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2025-ci il tarixli 1(103)-500/2025 nömrəli (hakimlər: Qaraqurbanlı Ramin Afad oğlu (sədrliyi ilə), İbrahimov Anar Firdovsi oğl u və Hüseynov Zaur Nazim oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2 dekabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2 dekabr 2024-cü il tarixli hökmünə əsasən, Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki o, ibtidai istintaqda məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmə ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Məhkum, 29 aprel 2016-cı il tarixdən başlayaraq övladları 8 iyun 2009-cu il təvəllüdlü X1 və 18 i yul 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay, bir uşağa 60,00 manat olmaqla, iki uşağa cəmi 120,00 manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Göygöl Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 may 2016-cı il tarixli, 2(066)-1132/2016 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 3(010)-1638/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün və 08 sentyabr 2023-cü il tarixli, 3(010)4352/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 12 (on iki) gün müddətlərind ə inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 24 dekabr 2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 10 yanvar 2024-cü il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 9920,00 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Apellyasiya instansiya məhkəmə kollegiyası da gəlinmiş bu nəticə ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqdim edilmiş sənədlər Məhkum xəstəliyi ilə əlaqədar işləmədiyin i və heç bir maddi gəlirinin olmadığını sübut edir. Belə olduğu halda onun qəsdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməsi barədə məhkəmənin mövqeyi tamamilə yanlışdır. Qeyd edilənlərlə yanaşı iş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs aliment öhdəliklərini yerinə yetirmədiyinə görə artıq iki dəfə inzibati məsuliyyətə cəlb edilmiş və o, hər iki halda inzibati qaydada həbs edilmişdir. Məhkəmələr isə həmin hallara əhəmiyyət vermədən, şəxs barəsində cinayət təqibinin aparılmasını davam etdirmiş və yekunda əsassız olaraq təqsirləndirilən şəxs Məhkum barəsində birinci instansiya məhkəməsi tərəfindən ittihamedici hökm çıxarılmış, apellyasiya məhkəməsi isə həmin hökmü dəyişdirilmədən saxlamışdır. Təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı ittiham aktı qanunvericiliyin tələbləri pozulmaqla təqdim edilmiş, ittihamın mahiyyəti və hüquq və vəzifələri təqsirləndirilən şəxsə izah edilməmişdir. Belə ki, təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi izahatda müstəntiqin ittihamın mahiyyətini ona başa salmadan sənədlərə qol çəkdirdiyini bildirmişdir. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması zərurəti ilə əlaqədar Məhkum 2017-ci il tarixdə işdən azad edildikdən sonra hər hansı bir fəaliyyətlə, o cümlədən sahibkarlıq və başqa ödənişli fəaliyyətlə məşğul olub-olmamasının müəyyən edilməsi üçün aidiyyəti orqanlara sorğular verilməsi məqsədilə məhkəmə baxışı iclasının məhkəmə istintaqı aparılmaqla keçirilməsini tələb etsələr də, məhkəmə bununla da razılaşmamış və əsassız olaraq vəsatəti təmin etməmişdir. Odur ki, göstərilənlər i nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarının ləğv edilərək, Məhkum CM-in 306-cı maddəsi ilə bəraət verilməsinə dair qərarın qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Məhkum çıxış edərək, heç bir yerdə işləmədiyini, alimenti ödəmə imkanı olmadığını, uzun illərdi övladlarını görə bilmədiyini bildirib, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiy asının 11 fevral 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərar ını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız olaraq məhkum edildiyi, məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6 (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlər inin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə x as olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilm iş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübu tlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normalara istinad etməklə, cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxl anılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş əldə edilməsi və həqiqiliyi şübhə doğurmayan, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində cinayət tərkibinin olmasını təsdiq edən sübutların müəyyən olunmadığı, əsassız olaraq təkrarən təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Müdafiəçinin kassasiya şikayətinin dəlillərindən aydın olur ki, Məhkum ona verilmiş ittiham ü zrə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol verməməsi, qərəzli olaraq məhkəmə qərarının icrasından yayınmadığı, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetiril miş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə (o cümlədən Məhkum təqsirliliyinin sübuta yetirilməməsi haqqında iddialara) baxarkən məhkəmələr tə rəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri i lə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası “məhkum edilmiş şəxsin məhkəmə qərarının icra olunmasından qərəzli yayınmaması” barədə dəlillərin ə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktının qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Plenum Qərarına əsasən həmin maddədə müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan, ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona verilmiş ittiham üzrə cinayət əməlini törətməsi, onun məhkəmə iclasında verdiyi özünü tam təqsirli bilmə sinə dair ifadəsi, Zərərçəkmiş şəxs nümayəndəsi X3, şahid qismində dindirilmiş şəxslər Şahid1, Şahid2 və Şahid1 ifadələri, Göygöl Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli 2(066)-1132/2016 nömrəli qətnaməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 3(010)-1638/2021 nömrəli qərarı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8 sentyabr 2023-cü il tarixli 3(010)4352/2023 nömrəli qərarı, 4 noyabr 2016, 8 iyul 2022-cü il, 8 sentyabr 2023 və 24 dekabr 2023-cü il tarixli “xəbərdarlıq”lar, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 3(010)-1638/2021 nömrəli qərarından Məhkum Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xət anın törədilməsində təqsirli bilərək, onun barəsində əvvəli həmin tarixdən hesablanmaqla, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbehin tətbiq edildiyi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8 sentyabr 2023-cü il tarixli 3(010)-4352/2023 nömrəli qərarından isə onun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində əvvəli həmin tarixdən hesablanmaqla, 12 (on iki) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edildiyi görünür. Həmçinin, bunlara baxmayaraq cinayət işinin materiallarından görünür ki, olan 4 noyabr 2016, 8 iyul 2022-cü il, 8 sentyabr 2023 və 24 dekabr 2023-cü il tarixlərdə Məhkum “xəbərdarlıq”la Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsi tərəfindən məhkəmə qərarında göstə rilmiş borcu ödəməkdən boyun qaçırdığı halda, Azərbaycan Respublikası CM-in 306cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. Odur ki, Məhkum Göygöl Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli 2(066)1132/2016 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 3(010)-1638/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün və 8 sentyabr 2023-cü il tarixli 3(010)-4352/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 12 (on iki) gün müddətlərində inzibati qaydada həbs edilmiş və azad olun duqdan sonra ona icra üçün yeni müddət təyin edilmiş, həmçinin məsuliyyəti barədə 24 dekabr 2023-cü il tarixdə rəsmi xəbərdarlıq edilmiş, lakin Məhkum bütün bunlara baxmayaraq yenə məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da 10 yanvar 2024-cü il tarixdə hazırkı cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr düzgün olaraq Məhkum 29 aprel 2016-cı il tarixdən başlayaraq övladları - iki uşağa hər ay cəmi 120,00 manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Göygöl Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli qətnaməsinin icrasını təxminən 8 il müddətində təmin etməyərək, cəmi 9920,00 manat aliment borcunu heç bir üzürlü səbəb olmadan ödəməməsi özü-özlüyündə məhkəmə aktının qərəzli olaraq icra edilmədiyinı ehtiva e tməsi barədə nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək belə nəticəyə gəlir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən ə sassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 306.1-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası həmçinin təyin edilmiş cəzaya münasibətdə cinayət işinin materiallarına qiymət verərək qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törə tdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (varikoz xəstəliyindən əziyyət çəkməsi və 1-i azyaşlı olmaqla, 2 övladının olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiy a şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon M əhkəməsinin 2 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2025ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar