Məhkəmə qərarları › İş №1(102)-136/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-136/2019

22.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-136/2019 22.01.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 136/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 22 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakı ilə, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli hökmü ilə Məhkum A zərbaycan Respublikası CM-nin 128, 234.1 və 304.1-ci maddələri ilə təqsirli bilinməsi barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2018-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhər Nizami rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Axundov Emin Tahir oğlu) xx.xx.1989-cu il tarixdə Kəlbəcər rayonunun Qamışlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Kəlbəcər rayonunun Qamışlı kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri X6 Birliyinin yataqxanasında məskunlaşan Məhkum Azərbaycan Respublikası CM-nin 128, 234.1 və 304.1-ci maddələri nəzərdə tutulan cinayət əməlin i törətməkdə təqsirli bilinib, CM-nin 128-ci maddəsi ilə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət təqibinə xitam verilmiş, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə, CM-nin 304.1-ci maddəsi ilə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Məhkum qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə (müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinə əlavə ilə birlikdə) əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Çingiz Böyük xan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə) 03 avqust 2018-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, hökm ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, Məhkum CM-nin 234.1 və 304.1-ci maddələri ilə verilmiş ittiham üzrə bəraət verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2018-ci il tarixli qərarı ilə Məhkum CM-nin 128-ci maddəsi ilə CM-nin 73.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət təqibinə xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı kassasiya protesti verərək qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etm işdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 20 mart 2017-ci il tarixdə saat 18 radələrində tanışı X8 ilə görüşərək sonuncunun idarə etdiyi VAZ 2107 markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri Nizami rayonu P.Səmədov küçəsində yerləşən “Delfin” marketin qarşısına gəldikdən sonra söhbət edən zaman Vüqar İmanquliyevin onun Günay adlı istintaqa məlum olmayan tanışının əxlaqsız qadın olması barədə dediklərini həmin Günay adlı qadına bildirdiyinə görə aralarında yaranmış mübahisə zamanı cibində olan istintaqa məlum olmayan bıçaqla qəsdən bir dəfə zərbə endirməklə Vüqar İmanquliyevə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan döş qəfəsinin ön səthinin daxilə keçməyən kəsilmiş-deşilmiş yarası ilə müşayiət edilən xəsarət yetirib qəsdən Vüqar İmanquliyevin sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa, o, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbiri nəticəsində 29 iyul 2017-ci il tarixdə saat 12 radələrində Gəncə şəhər Psixiatrik xəstəxanasının yaxınlığında yerləşən qazdoldurma məntəqəsində qanunsuz olaraq iki ədəd “gümüşü” rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.126 qram və 0.075 qram, ümumi çəkisi 0.201 qram olan narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroini satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən 40 (qırx) manat pul müqabilində əldə edib, yolun qarşı tərəfində onu gözləyən şərti alıcı qismində cəlb edilmiş X1in idarə etdi yi avtomaşına əyləşənə qədər üzərində daşıyıb, avtomaşına əyləşəndən sonra şəxsi istehlak məqsədilə üzərində saxlayıb avtomaşınla Gəncə şəhəri “Səbizkar” qəbiristanlığının yanına gəlib dayandıqdan sonra saxlanılmış, orada X1 onun yaxalanan zaman yerə atdığı narkotik vasitə hesab edilən heroini maddi sübut kimi təqdim etmiş və həmin narkotik vasitə müvafiq qaydada götürülmüşdür. Bundan sonra həmin əməli törətməkdə şübhəli bilindiyinə görə şübhəli şəxs qismində tanınaraq tutulan Məhkum cinayət məsuliyyətinə cəlb edilməkdən yayınmaq məqsədilə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin inzibati binasından insanların sıx olduğu sahəyə çıxaraq mühafizə altından qaçmağa qərar vermiş və bu məqsədlə Şöbənin əməkdaşlarına narkotik vasitə hesab edilən heroini əldə etdiyi mənbə barədə yalan məlumat verib 30 iyul 2017-ci il tarixdə saat 14 radələrində öz könüllü istəyi ilə həmin mənbənin ifşa olunması üçün şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirinə şərti alıcı kimi cəlb edilməklə həmin əməliyyat tədbirinə şərti taksi sürücüsü kimi cəlb edilmiş polis əməkdaşı tərəfindən idarə edilən avtomobilin qabaq sərnişin oturacağında əyləşdirilib sağ qolu şöbənin balansında olan qandal vasitəsilə avtomobilin qapısının içəri tərəfdən əl tutacağına bağlandıqdan sonra avtomobili insanların sıx olduğu Gəncə şəhəri Nizami prospekti ilə Vaqif küçələrinin kəsişməsinə sürdürmüş, narkotik vasitəni əldə edəcəyi şəxs ilə orada görüşməli olduğunu deyib avtomobili saxlatdıqdan sonra qandalın nasazlığından istifadə edərək sağ qolunu q andaldan çıxarıb mühafizə altından qaçmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası cinayət işi üzrə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəyləri toplanmış bütün sübutların məcmusu ilə müqayisəli şəkildə təhlil və tədqiq etməyərək Məhkum əməllərinə düzgün hüquqi qiymət verməmiş, nəticədə Məhkum ittiham olunduğu CM-nin 234.1 və 304.1-ci maddələri ilə bəraət verməklə qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Qeyd olunanlara əsasən kassasiya protestinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üz rə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi iş üzrə gəldiyi nəticəni aşağıda şərh edilən dəlillərlə əsaslandırmışdır. İş materiallarından görünür ki, apellyasiya şikayətində müdafiə tərəfi məhkəmə qarşısında Məhkum ədalətli məhkəmə araşdırması hüququnun pozulması haqqında məsələ qaldırmış və bunu onun polis əməliyyatında iştirak edən Eldəniz.Ağayev tərəfindən cinayətin törədilməsinə təhrik edilməsi və sübutlar bazasının məhz bu yolla yaradılması ilə əlaqələndirmişdir. Apellyasiya məhkəməsi iş üzrə nəticəyə gələrkən, Avrop a Məhkəməsinin bu məsələyə dair geniş presedent təcrübəsi olduğundan, həmin mövqeyi nəzərə alaraq qeyd etmişdir ki, oxşar vəziyyətdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətə görə məhkum olunmuş X4 Rusiya Federasiyasına qarşı verdiyi şikayət üzrə 15 dekabr 2005-ci il tarixli qərarında Avropa Məhkəməsi Vanyanın təqsirli bilinməsi haqqında məhkəmə hökmünün əsasən polisin müdaxiləsi ilə yaradılmış sübutlar vasitəsi ilə əsaslandırılmasını, xüsusilə də məhkəmələrin, o cümlədən işə nəzarət qaydasında baxan Moskva Şəhər Məhkəməsinin Rəyasət Heyətinin işdə olan milis provakasiyası kimi məsələyə əhəmiyyət verməmələrini və bu provakasiyanın ədalətli məhkəmə araşdırmasına təsirini, həmin təsirin nə dərəcədə olmasını araşdırmamalarını Rusiya məhkəmələrinin yol verdikləri ciddi n öqsan kimi qeyd etmişdir. İşin mühüm əhəmiyyət kəsb edən halları baxımından Məhkum barəsində olan cinayət işi ilə Q.Vanyanın işi arasında olan bənzərlik həmin presedentin hazırkı işə tətbiqini mümkün edir. Həmin işdə Rusiyanın milis orqanında Q.Vanyanın narkotiklərin satışı ilə məşğul olması haqqında məlumat var idi. Bu məlumatın yoxlanılması məqsədi ilə Q.Vanyandan narkotik vasitə əldə edə biləcək şəxs kimi milis sonuncunun tanışı O.Z.-ni seçmişdi. O.Z. şərti alıcı kimi istintaq şöbəsi tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirində iştirak etməyə razılıq vermişdi. Bunun üçün ona 200 rubl pul verilmişdi (məhkəmədə dindirilərkən O.Z. ərizəçinin ifşa edilməsi üçün əməliyyatda könüllü iştirak etdiyini bildirmiş və onun ifadələri polis əməkdaşlarının ifadələrinə analoji olmuşdu). M ilisin nəzarət edə bildiyi şəraitdə O.Z. ərizəçi Vanyanla görüşdükdən sonra Vanyan 400 rubla, o cümlədən O.Z.-nin verdiyi pula S.Z.-dən cəmi 0,318 qram heroin əldə etmiş, bundan 0,008 qramını aldığı 200 rublun müqabilində S.Z.-yə vermiş, qalan 0,31 qramını isə özündə saxlamışdır. S.Z.-nin işarəsi ilə narkotikin ona verilməsindən sonra milis əməkdaşları Vanyanı yaxalamaq istəsələr də o, qaçmışdır. O.Z. ərizəçi Vanyandan aldığı 0,008 qram heroini milisə təqdim etmiş, Vanyandan isə 0,31 qram heroin bir gün sonra o, yaxalanarkən götürülmüşdür. Birinci instansiya məhkəməsi Vanyanı göstərilən qaydada təqsirli bilərkən hesab etmişdir ki, onun ibtidai istintaq zamanı verdiyi ifadələri şahidlərin ifadələri, ekspert rəyləri və sənədlərlə təsdiq olunur. Rayon məhkəməsinin qənaətinə görə bütün sübutla r qanuni yolla əldə edilmiş və məhkumun hüquqları ibtidai istintaqda təmin edilmişdir. Avropa Məhkəməsi Vanyana qarşı cinayət işində Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu müəyyən etdi və “polis provakasiyası” nın nəticəsi kimi qiymətləndirdi. Həmçinin həmin qərarda göstərilmişdir ki, “O.Z. milisin göstərişi ilə hərəkət edirdi. O, ərizəçinin narkotiklərin satışı ilə məşğul olmasını ifşa etmək üçün “nəzarət qaydasında malın alınmasında” iştirak etməyə razılıq vermiş və ərizəçidən xahiş etmişdi ki, ona narkotik vasitə tapsın. O.Z.-nin cəlb edilməsinədək polisdə ərizəçini narkotikləri yaymaqda şübhəli bilmək üçün əsasların olduğunu göstərən sübutlar mövcud deyil. Məhkəmədə milis əməkdaşlarının onlarda ərizəçinin n arkotiklərin satışı ilə məşğul olduğuna dair məlumatların olmasına sadəcə istinad etmələri (hansı ki, heç məhkəmə tərəfindən yoxlanılmamışdır) nəzərə alına bilməz. Milis özünü heç də ərizəçinin cinayətkar fəaliyyətini passiv tədqiq etməklə məhdudlaşdırmamışdı. Ərizəçinin cinayəti O.Z.-nin yuxarıda göstərilən qaydada cəlb edilməsi olmadan da törədəcəyini ehtimal etmək üçün əsaslar yoxdur. Bu səbəbdən Məhkəmə belə nəticəyə gəlir ki, O.Z.-nin xahişi ilə narkotik vasitənin əldə edilməsində ifadə olunan cinayət əməli milis tərəfindən provakasiya olunmuşdu. İttihamın O.Z. üçün narkotik vasitənin qabaqcadan əlbir olmaqla əldə edilməsi və saxlanılması hissəsində ərizəçinin təqsirli bilinməsi əsasən milis provakasıyası nəticəsində əldə olunmuş sübutlar, o cümlədən O.Z.-nin və milis əməkdaşları E.F. ilə M.B.-nin ifadələri vasitəsi ilə əsaslandırılmışdı. Beləliklə, milisin müdaxiləsi və bunun nəticəsində əldə olunmuş sübutlardan ərizəçiyə qarşı cinayət işinin qaldırılması üçün istifadə edilməsi məhkəmə araşdırmasının ədalətliliyinə bərpaedilməz zərər vurmuşdur”. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsində qanunverici cinayət təqibi ilə bağlı olan halları hərtərəfli, tam və obyektiv araşdırmanı cinayət mühakimə icraatının vəzifəsi kimi təsbit etmişdir. Həmin Məcəllənin 137-ci maddəsinin müdəasına əsasən“Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun gəldikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.” Məhkəmə he sab etmişdir edir ki, sübutlar müstəsna olaraq polis provakasiyasının nəticəsidirsə və şəxsin yalnız polis provakasiyasının nəticəsi kimi meydana gələn hərəkətlərinə əsaslanırsa, həmin sübut şəxsin cinayətdə təqsirli olduğunu göstərən əsaslar kimi qəbul edilə bilməz və qanunla nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri şəxsin əslində törətmək niyyətində olmadığı cinayətə sövq edən hərəkətlər olaraq çıxış etməməli, yəni şəxsin cinayət kimi qiymətləndirilən əməli müstəsna olaraq polisin təhriki ilə törədilmiş hərəkətlərdən ibarət olmamalıdır. Əməliyyat-axtarış tədbiri provakasiya yolu ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktiki əsasların “yaradılmasını” deyil, polisin müdaxiləsi olmadan törədilmiş və yaxud hazırlanan cinayətin ifşa edilməsini təmin etməli və məhz belə oldu qda həm əməliyyatın özü, həm də onun nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan beləliklə də, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən əsaslar kimi qəbul edilməlidir. Bunun əksinə olaraq, əgər şəxsin polisin müdaxiləsi olmadan da ona isnad edilən cinayəti törədəcəyini (törətməyə hazırlaşdığını) göstərən əsaslar yoxdursa və törədilmiş əməl, eləcə də şəxsin təqsirliliyi barədə nəticənin əsaslandırılmasında istifadə olunmuş sübutlar polis provakasiyasının nəticəsidirsə, şəxsin məsuliyyətə cəlb edilib cinayətdə təqsirli bilinməsi sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən araşdırmanın nəticəsi kimi qiymətləndirilə b ilməz. İş materiallarında X5 29 iyul 2017-ci il tarixli ərizəsindən və 29 iyul 2017-ci il tarixli “Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Eldəniz.Ağayev DİN-nin BNMİ-nin QBRŞ-nə Gəncə şəhəri Gülüstan qəsəbəsində yaşayan Fərhad adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə müraciət edərək onun cinayətinin polis nəzarəti altında ifşa olunması üçün hazır olduğunu bildirmiş, Eldəniz.Ağayevin ərizəsi nəzərə alınaraq qeyd olunan qərarla əməliyyat-axtarış tədbiri təyin edilmiş və həmin tədbirə X5 və təlimatlandırılmış şəxs qismində X1 cəlb edilməsi qərara alınmışdır. Bununla da, həmin təhrikedici hərəkətlər nəticəsində Fərhad.Orucovun barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işinin başlanılmasına, istintaqın aparılmasına, onun həmin maddə ilə təqsirli bilinməsinə X1in təhriki və beləliklə, polisin müdaxiləsi ilə törətdiyi hərəkətlər X1 üçün iki ədəd “gümüşü” rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.126 qram və 0.075 qram, ümumi çəkisi 0.201 qram olan narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroini istintaqa məlum olmayan mənbədən 40 (qırx) manat pul müqabilində əldə edib gətirməsi səbəb olmuşdur. Başqa sözlə, Vanyanın işində olduğu kimi Eldəniz.Ağayevin təhriki Məhkum polisin müdaxiləsi olmadan törətdiyi və yaxud törətməyə hazırlaşdığı cinayətin ifşa edilməsini təmin etmədiyi üçün Avropa Məhkəməsinin müəyyən etdiyi “gizli agent” anlayışının hüdudlarından kənara çıxmış, Məhkum törətməkdə təqsirli bilindiyi əməl isə “polis provakasiyası”nın nəticəsi olmuşdur. Əməliyyatda iştirak etmiş Eldən iz.Ağayev, eləcə də polis əməkdaşları məhkəmədə şahid qismində dindirilərkən onlarda əməliyyatadək Fərhad.Orucovda narkotik vasitənin olmasına dair məlumatların olduğunu bildirsələr də, həmin ifadələr heç bir konkret hala əsaslanmadığından həmin sübutları Məhkum polis əməliyyatınadək narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətməsinə dəlalət edən əsaslar kimi nəzərdən keçirmək olmaz. Məhkum bu cür sübutlar əsasında, polis müdaxiləsi olmadan törətmiş olduğu hər hansı bir cinayət əməli müəyyən olunmadığı vəziyyətdə müstəsna olaraq əməliyyatın gedişində təhrik (polis provakasiyası) nəticəsində törətmiş olduğu əmələ görə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsi cinayət mühakimə icraatının prinsiplərinə, o cümlədən CPM-in 8, 125 və 143-146-cı maddələrinə, nə də ki, Avropa Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə cavab verən mühakimə prosesi kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi tövsif məsələsində həlledici əhəmiyyət kəsb edən halı – Məhkum məhz X1in onun üçün narkotik tapmaq xahişi (təhriki) ilə, yəni satıcının deyil “alıcının” maraqları naminə hərəkət etməsini nəzərindən qaçırmış, o cümlədən Məhkum narkotik vasitəni əldə edən X1in tərəfində təqsirli bilindiyi hərəkətlərdə iştirak etməsinə dəlalət edən bir sıra başqa mühüm hallara əhəmiyyət verməmişdir. Birinci instansiya məhkəməsində verdiyi ifadəsində Məhkum göstərmişdir ki, X1 ona zəng edib heroin lazım olduğunu deyəndə telefonda “ağrıyıram”, “ölürəm” dediyi üçün o da Eldənizin heroini sakitləşmək üçün ist ədiyini hesab etmiş, Eldənizin xahişi ilə onun üçün heroin əldə etməkdə heç bir maddi marağı, mənfəəti olmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, Məhkum istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 304.1-ci maddəsi ilə verilmiş ittiham təsdiq olunmadığından və təqsirliliyini təsdiq edən kifayət qədər mötəbər sübutlar toplanılmadığından, bununla da onun əməlində cinayət tərkibinin olması təsdiq olunmadığından ona həmin maddələr ilə verilmiş ittiham üzrə CPM-nin 42.1.2 və 42.2.2-ci maddələrinə əsasən bəraət verilməsi nəticəsinə gəlmişdir.. Kollegiya hesab edir ki, iş üzrə sübutlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq hərtərəfli, tam və obyektiv tədqiq edilmişdir. Məhkəmənin g əldiyi nəticə işin faktiki hallarına uyğundur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin təmin edilməsi və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2018-ci il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum bəraət verilməsi barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar