Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-136/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfind ən verilmiş kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında MÜƏYYƏN E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim R.İ.Hüseynov, hakimlər B.M.Məmmədov və N.N.Mirzəyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1971-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməmiş, işləməyən, ünvan3ndə pasport qeydiyyatında olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 20 fevral 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. H ökmə əsasən Məhkum 2018-ci ilin sentyabr ayında dəqiq tarixi məlum olmayan gündə yaşadığı ünvan4 ərazisində yerləşən evinin həyətində çətənə bitkisinin hissələrini qurudaraq satış məqsədi ilə kustar üsulla qanunsuz olaraq külli miqdarda, ümumilikdə 1 kiloqram 480,03 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş və həmin narkotik vasitə olan qurudulmuş marixuananın 30,2 qramını yaşadığı evdə, qalanını isə evin həyətində yerləşən tövlədə saxlamışdır. 20 fevral 2019-cu ildə, saat 12 radələrində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Məhkum yaşadığı həmin evə baxış keçirilərkən evin əşyaların yığılması üçün saxlanc yeri kimi istifadə olunan otağındakı şkafda 1 ədəd göy rəngli sellofan bükümdə saxladığı 30,2 qram, tövlədə olan içərisinə arpa yığılmış dəmir çən də 1 ədəd boz rəngli kisədə saxladığı, ayrıayrılıqda çəkiləri 273,86 qram, 105,46 qram, 79,17 qram, 235,34 qram və 756,00 qram təşkil edən, ümumi təmiz çəkisi isə 1 kiloqram 449,83 qram olan 5 ədəd müxtəlif torbalara yığılmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim R.Ə.Əliyev, hakimlər A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2019cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdi r. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən onun sübutların tədqiqinə dair vəsatətləri əsassız olaraq rədd edilmiş, məhkəmədə baxılmış sübutlar məhkəmə iclas protokollarında təhrif olunmuş, bir sıra ifadələr məhkəmə iclas protokoluna daxil edilməmiş, nəticədə o, yalnız onda aşkar edilmiş 200 qram qurudulmuş marixuanaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməli olduğu halda, saxtalaşdırılmış ittiham əsasında ona aid olmayan 1 kq., 449,73 qram marixuanaya görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə və saxlama cinayətini törətməkdə) təqsirli bilinmişdir. Məhkum kassasiya ş ikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini, barəsində olan cinayət işinə ədalətlə baxılmasını, yəni kasssiya şikayətinin məzmununa görə əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş edir. Lakin, kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək – 14 yanvar 2020-ci il tarixdə Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (ərizə Ali Məhkəməyə X80nin 14 yanvar 2020-ci il tarixli 17/33-153 saylı müşayiətedici məktubu ilə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini vermiş şəxs onu geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini nəzərə alıb, dövlət ittihamçısının ərizənin təmin edilməsinə qarşı etiraz etməməsinə dair çıxışını dinləyib, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarından Məhkum verdiyi kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-136/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-136/2020
15.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver