Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-136/2021 12.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəz oğlunun, Zərərçəkmiş şəxs, Məhkum və onun müdafiəçisi, “LCG” Vəkil Bürosunun vəkili İsmayılov Samir Bəyistan oğlunun iştirakları ilə xx xxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvanda qeydiyyatda olan, ün van 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim S.Ə.Ağayev) Məhkum – Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx xx 2020-ci il tarixli qərarı ilə (hakimlər: N.E.Məmmədov (sədrlik edən), Ə.N.Bayramov və Ə.İ.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum olunmuşdur ona görə ki, o, qəsdən zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına yüngül dərəcəli zərər vurmuşdur. Belə ki, Məhkum xx xxx 2019-cu il tarixdə saat 17:00 radələrində yaşadığı ünvan 2 ünvanında şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs Xanlar qızının bədəninin müxtəlif nahiyələrinə əli ilə bir neçə dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs sol qulaqda ağrı və eşitmə zəifliyi ilə müşaiyət olunan qulaq seyvanın ın qançırı və sağ bazu nahiyəsinin qançırları ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsi və ya onun barəsində başlanmış cinayət təqibinə CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilməsi xahiş olunur. Şikayətdə qeyd edilir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə araşdırma aparılarkən CPM-nin 143-146-cı maddələrində əks olunmuş sübutların toplanması, yoxlanılması, qiymətləndirilməsi və kifayət etməsi ilə bağlı tələblər pozulmuş, apellyasiya məhkəməsi isə bu hallara düzgün qiymət verməmi şdir. Bundan əlavə, apellyasiya məhkəməsinin qərarı qəbul edildikdən sonra Məhkum zərərçəkmiş şəxs X4 ilə barışmışlar. Şikayət müəllifləri hesab edirlər ki, bu hal Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsasdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi S.İsmayılovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranov və Zərərçəkmiş şəxs çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunver iciliyinin normalarının düzgün tətbiq edilibedilməməsi məsələsini yoxlayır. Kassasiya şikayətinin məzmunundan görünür ki, orada Məhkum CM-nin 128-ci maddəsi ilə əsassız olaraq məhkum edildiyi qeyd olunur, həmçinin onun zərərçəkmiş şəxslə barışması ilə əlaqədar olaraq onun cinayət məsuliyyətindən azad edilməsinin zəruri olması bildirilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlin in tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulma sına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətl əndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarından görünür ki, Məhkum CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi ilə yanaşı, məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli, 711 saylı rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 128-ci maddəsi sağlamlığın qıs a müdddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmanı nəzərdə tutur. CPM-nin 140-cı maddəsinə əsasən sağlamlığa vurulmuş zərərin ağırlıq dərəcəsi yalnız məhkəmə-tibb ekspertizasının rəyi əsasında müəyyən edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əli ilə bir neçə dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs sol qulaqda ağrı və eşitmə zəifliyi ilə müşaiyət olunan qulaq seyvanının qançırı və sağ bazu nahiyəsinin qançırları ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin Məhk um barəsində başlanmış cinayət təqibinə CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilməsi ilə bağlı dəlilini də əsassız hesab edir. Azərbaycan Respublikası CM-in 73-cü maddəsi zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etməni nəzərdə tutur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-3143/2019 saylı qətnaməsindən görünür ki, Məhkum ilə Zərərçəkmiş şəxs Xanlar qızı arasındakı xx xxxxxxx 2014-cü il tarixli, 847 saylı nikah qeydi pozulmuşdur. Həmçinin, işə kassasiya instansiya məhkəməsində baxılan zaman Zərərçəkmiş şəxs Xanlar qızı Məhkumlə barışmadığını bildirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəld iyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinə tam uyğundur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə tə yin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılmas ı mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın
Məhkəmə qərarları › İş №1(102)-136/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-136/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver