Məhkəmə qərarları › İş №1(102)-136/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-136/2022

18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-136/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Ələsgər Əli İskəndər oğlu Novruzov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2 021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Cavid Hüseynov, hakimlər Eldar İsmayılov və Samir Əliyevdən ibarət tərkibdə) 1(101)-134/2021 nömrəli 12 fevral 2021-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1985-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşaqları olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Masallı rayonu, Masallı şəhəri, Seybətin küçəsi, ev 42-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə t əqsirli bilinərək, CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə, CM-in 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2019-cu il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X8 və X6 da təqsirli bilinərək məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddəni və narkotik vasitəl ərə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə tanışları baxılan iş üzrə digər təqsirləndirilən şəxslər X8, X6 və qeyriləri ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, eyni məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs, Sadiq İsmayılov, Bəxtiyar Nuriyev və qeyriləri naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 25,362 qram çəkidə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini, külli miqdarda – 30,250 qram metamfetamin psixotrop maddəsini, 55,424 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsini, Azərbaycan Respublikasının ərazisində məhdudlaş dırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə daxil olan, həblərin təsiredici maddəsinin ümumi miqdarı - 1,2 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan üç ədəd konvalyutda 30 həb metadon dərman preparatını və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxil olan preqabalin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 33,75 qram olan 15 ədəd konvalyutda 225 ədəd kapsulada “Pregabalin 150” adlı dərman vasitəsini əldə edib daşımaqla Sadiq İsmayılov, Bəxtiyar Nuriyev və qeyrisinin birgə kirayədə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 94, mənzil 15-ə gətirib bir hissəsini həmin mənzildə, digər hissəsini isə üstlərində saxlamışlar. Təqsirləndirilən şəxs, Bəxtiyar Nuriye v və Sadiq İsmayılovun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən 28 noyabr 2019cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 13.00-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq baxış keçirilərkən o, əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda - 15,246 qram çəkidə narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün saat 13.55-də Sadiq İsmayılov və Bəxtiyar Nuriyev kirayə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 94, mənzil 1 5-də saxlanılmış və üzərilərinə baxış keçirilərkən Sadiq İsmayılov əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda - 10,116 qram çəkidə heroin narkotik vasitəsi, Bəxtiyar Nuriyev isə əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda – 30,250 qram çəkidə psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, bundan başqa Bəxtiyar Nuriyevin təqdim etdiyi həmin mənzilin yataq otağında çarpayıda olan balışların altından bir ədəd polietilen torbada 55,424 qram çəkidə qurudulmuş marixuana narkotik vasitəsi, 30 həb təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edən metadon narkotik vasitəsi və 225 ədəd kapsula preqabalin təsiredici maddəsinin ümumi miqdarı kü lli miqdarda - 33,75 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən “Pregabalin 150” dərman preparatı aşkar edilib götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Elmar Rəhimov, hakimlər Faiq Qasımov və Kamran Əkbərovdan ibarət tərkibdə) 1(103)-894/2021 nömrəli 24 iyun 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Müdafiəçi4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs aid hissədə ləğv edilməsi və Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində ona cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkum Təqsirləndirilən şəxs yalnızca narkotik vasitələrin istifadəçisi və aludəçisidir. Üzərindən aşkar edilən cüzi miqdarda narkotik vasitəni də bu fakt açıqlayır. Lakin birinci instansiya məhkəməsi tərəfindən tamamilə qanunsuz olaraq Şahbaz Ramalov Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilir. Bakı Apellyasiya Məhkəməsi də bu əsassız hökm qanunsuz olaraq qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən bir-biri ilə hər hansı bir əlaqəsi olmayan 3 nəfər təqsirləndirilən şəxsin bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz saxlanması, daşınması və satışını həyata keçirdiyi göstərilmişdir. Halbuki hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində məhkəməyədək icraat zamanı onun adından yazılan ifadənin həqiqəti əks etdirməməsini və həmin ifadələrin təzyiq altında yazılaraq ona imza etdirildiyini dəfələrlə bildirmişdir. Bakı Apellyasiya Məhkəməsi isə bu kimi xüsusatları nəzərə almayaraq ifadələrin “mötəbər" sübutlarla təkzib olunduğunu qeyd etmişdir. Məhkəmənin mötəb ər sübutlar kimi qiymət verdikləri isə təqsirləndirilən şəxslərin saxlanılması əməliyyatı həyata keçirən əməliyyat müvəkkillərinin verdikləri ifadələrdən ibarətdir. Edilən telefon danışıqlarına isə hüquqlarını müdafiə etdiyim şəxsin verdiyi ifadə ilə aydınlıq gətirilməkdədir. Belə ki, yalnızca narkotik vasitələrin istifadəçisi və alıcı olan Təqsirləndirilən şəxs narkotik vasitələri Nərmin adlı şəxsdən almış və həmin şəxs də hər görüşdüklərində hüquqlarını müdafiə etdiyim şəxsin telefon vasitəsi ilə Nərmin adlı şəxs müəyyən zənglər etmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsinin həmin telefon zənglərinə əsaslanaraq Təqsirləndirilən şəxs bir qrup şəxs halında narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməsini qənaətinə gəlməsi sözün əsl mənasında əsassızdır. Həmçinin nə zərinizə çatdırıram ki, hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs istintaq dövründə adından yazılan və edilən təzyiqlər nəticəsində şəxsə imza etdirilən ifadələrin heç bir hüquqi qüvvəsi yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs məhkəmə prosesində daha əvvəl verdiyi ifadələri təsdiq etmədiyini və əslində yalnızca narkotik vasitələrin istifadəsi ilə məşğul olduğunu bildirmişdir. Bakı Apellyasiya Məhkəməsi isə bitərəf orbitr mövqeyini unudaraq əsassız qərar qəbul etmişdir. Göründüyü kimi cinayət işinin materialları açıq-aşkar ziddiyyətli məqamlarla əhatə olunmuşdur. Nə ibtidai istintaq zamanı, nə də birinci instansiya məhkəməsində ziddiyyətlər aradan götürülməmişdir. Bu isə qanunun tələbinə əsasən birbaşa təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalı idi. Belə ki, Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Təqsirləndirilən şəxs cəza təyin edilərkən də onun daha əvvəl heç bir cinayət əməli törətməməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və ən əsası iki azyaşlı övladının olması kimi yüngülləşdirən hallar nəzərə alınmamışdır. Göstərilən səbəblərdən də məhkəmənin qərarında göstərdiyi dəlillər də işin hallarına uyğun deyildir. Belə ki, məhkəmə qeyd edilən hallan düzgün araşdırmadığı və hüquqi qiymət vermədiyi üçün də düzgün nəticəyə gəlməmiş və düzgün olmayan maddi hüquq normasını tətbiq etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, k assasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmalı və apellyasiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Müdafiəçi4 kassasiya şikayət inin başlıca dəlili məhkum Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olduğu halda onun barəsində Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ittiham hökmünün çıxarılması qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs digər təqsirləndirilən şəxslər X8, X6 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddəni və güclü təsir edən maddələri əldə etmədə, saxlamada və daşımada təqsirli bilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsas ən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Qanunun yuxarıda qeyd edilən normalarına görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət tərkibinin bütün əlamətləri məhkəmə iclasında qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilmiş sübutlarla təsdiq edilməlidir. Azərbaycan Respublikası CPM-in 34-cü maddəsinə görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət dedikd ə bu cinayətin qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilməsi başa düşülür. Bu konkret halda bir qrup şəxsin qabaqcadan razılaşması o vaxt mövcud olardı ki, narkotik vasitənin satıcıları qabaqcadan bu məsələ barədə razılığa gəlmiş olaydılar. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əl bir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (icraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinay əti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılmış və tutu lduğu zaman üzərində təxminən 2 qram narkotik vasitə heroin olmuşdur. Həmin narkotik vasitəni o, tanışı Nərmindən özünün istifadəsi üçün almış, bir qramı 30 manat olmaqla iki qram heroin üçün Nərminə cəmi 60 manat pul vermişdir. Nərmini tanıdığı 1 il ərzində təqribən 20-30 dəfə narkotik vasitə almışdır. O, özü heç kimə narkotik maddə satmamış, narkotik vasitələrin alğı-satqısı ilə məşğul olmamışdır. Bundan başqa birinci instansiya məhkəməsində digər təqsirləndirilən şəxslər X8 və X6 ifadəsində göstərmişlər ki, onlar Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamış, tutulana qədər onu görməmiş, tutulduqdan sonra tanımış, Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə satmamış, Ramal onların yaşadığı mənzildə olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikl əri ifadə tədqiq edilmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, bir ilə yaxındır ki, narkotik vasitə olan heroini qəbul etmişdir. Qəbul etdiyi heroini əvvəllər əsasən tanımadığı, təsadüfən rastlaşdığı şəxslərdən almışdır. Son 6 aya yaxın müddətdə isə Sadiq və Bəxtiyar adlı tanışlarından almışdır. Sadiq özünə məxsus 050-803- 76-30 nömrəsini ona verib heroin lazım olduqda zəng etməsini demişdir. O, Sadiqin telefon nömrəsini götürmüş və tutulanadək təxminən 10-12 dəfə Sadiqlə şəhərin müxtəlif yerlərində yerləşən, dəqiq ünvanını xatırlamadığı mənzillərdə görüşüb qramı 30 manatdan heroin almışdır. Tutulmazdan təxminən 3-4 ay əvvəl Sadiqin yanına heroinalmaq üçün getdikdə sonuncu özü ilə birlikdə yaşayan Bəxtiyar adlı şəxs lə tanış edərək Bəxtiyarın da narkotik vasitə satdığını deyib özü münasib yerdə olmayanda Bəxtiyardanda heroin ala biləcəyini bildirmişdir. Beləliklə də, Bəxtiyar özünə məxsus ***-***-**-** mobil nömrəsini vermiş, lakin buna baxmayaraq o, əsasən Sadiqin telefonuna zəng etmişdir. Hərdən telefona Sadiq, hərdən isə Bəxtiyar cavab vermişdir. Təxminən 15-16 günə yaxın müddətdə Bəxtiyar və Sadiq Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, ünvan 2 ünvanagedib Bəxtiyar və Sadiqdən heroin almışdır. Sonuncu dəfə 27 noyabr 2019-cu il tarixdə axşam saatlarında Sadiqə zəng edib heroin almaq istədiyini bildirmiş və sonuncu onu yaşadıqları evə dəvət etmişdir. O, qeyd olunun ünvana getdikdə Sadiqin evdə tək olduğunu görmüşdür. O, Sadiqə üstündə olan 450 manat pul verib 15 qram heroin alaraq üstündə saxla maqla oradan uzaqlaşmışdır. Növbəti gün 28 noyabr 2019-cu il tarixdə, saat 13 radələrində yaşadığı 35 saylı evin yaxınlığında o, narkotik vasitəni qanunsuz saxlamada şübhələndiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmış və üzərində olan heroini polis əməkdaşlarına təqdim etmişdir. O, narkotik vasitəni Sadiq və Bəxtiyardan aldığını bildirmiş və polislərin təklifdən sonra həmin şəxslərin tutulmasında köməklik edə biləcəyini demişdir. Bundan sonra polis əməkdaşları və hal şahidləri ilə birlikdə Sadiq və Bəxtiyarın yaşadıqları ünvana yollanmışlar. O, həmin evin ünvanını göstərmiş, polis əməkdaşlarından biri qapını döymüş və Sadiq qapını açmışdır. Sadiqdən başqa evdə Bəxtiyar və tanımadığı şəxs olmuşdur. Sadiq, Bəxtiyar və həmin şəxs özlərini təqdimetdikdə üçüncü şəxsin adının Cavad ol duğunu bilmişdir. Polis əməkdaşları Sadiqvə Bəxtiyardan üzərlərində və yaşadıqları mənzildə qanunsuz əşya və maddəolduğu halda təqdim etməsini təklif etdikdən sonra Sadiq üzərində olan heroini, Baxtiyar isə üzərində olan metamfetamini çıxarıb polislərə vermişlər. Sadiqvə Bəxtiyar narkotik vasitə və psixotrop maddəni bir gün əvvəl onlarla birlikdə yaşayan Vaqif adlı şəxsdən satmaq məqsədi ilə aldıqlarını demişlər. O, əvvəllər hər hansı bir Vaqif adlı şəxs barədə eşitməmiş və belə bir şəxsi tanımamışdır. O, Sadiq və Bəxtiyardan əvvəllər narkotik vasitə heroin aldığını bildirmiş, Sadiq və Bəxtiyar onun dediklərini təsdiq etmişlər. Mənzildə olan Cadad adlı üçüncü şəxsin üzərində heç nə aşkar olunmamış və o, polis əməkdaşları tərəfindən buraxılmışdır. Bundan daha sonra polis əməkdaşları Vaqifin otağına baxış keçirmiş, baxış zamanı Bəxtiyar çarpayının balışlarının altından bir ədəd büküm və dərman preparatlarını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana, dərman qutunun üzərində adı “Preqabalin 150” yazıları olmuşdur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X8 və X6 Təqsirləndirilən şəxs ifadələrində göstərilən halları təsdiq etmişlər. Həm ibtidai istintaq zamanı, həm məhkəmə iclasında şahidlər Şahid6, Şahid1, Şahid2, Şahid5 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs onda aşkar edilmiş 15 qram narkotik vasitə olan heroini iş üzrə digər təqsirləndirilən şəxslər Bəxtiyar Nuriyevdən və Sadiq İsmayılovdan almışdır. Həmin şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxslər Bəxtiyar Nuriyev v ə Sadiq İsmayılovla birlikdə narkotik vasitə, psixotrop və ya güclü təsir edən maddəni satması, bu əməlin törətməsi üçün onlarla razılığa gəlməsi və ya onlardan narkotik vasitəni məhz satmaq məqsədi ilə alması müəyyən olunmur. Məhkum Təqsirləndirilən şəxs 15,246 qram miqdarında heroinin aşkar edilməsi yuxarıda qeyd edilən şahidlərin ifadələrindən başqa Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə 28 noyabr 2019-cu il tarixli protokolla və eyni tarixli məhkəmə-bioloji ekspertizasının rəyi ilə təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr təqsirləndirilən şəxslərin ifadələri qiymətləndirərək onların məhkəməyədək icraat zamanı verdikləri ifadələrin iş üzrə toplanmış digər sübutlara və iş hallarına uyğun gəldiyindən əsaslı olaraq həmin ifadələr mötəbər sü but kimi qəbul etmişlər. Məhkəmə kollegiyası cinayət işi üzrə sübutlara nəzər salaraq nəticəyə gəlir ki, həmin sübutlarla Məhkum Təqsirləndirilən şəxs hazırki iş üzrə məhkum olunmuş X8 və X6 ilə satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup halında qanunsuz olaraq narkotik vasitə, psixotrop və güclü təsir edən maddələri əldə etməsi, saxlaması və satılması təsdiq olunmur. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr məhkum Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.1 və 240.3.2-ci maddələri ilə, yəni satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda qanunsuz olaraq narkotik vasitəni, psixotrop və güclü təsir edən maddələri əldə etmə, saxlama və onları satma kimi əsassız tövsif etmişlər. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, ci nayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs onda aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edilməsi və saxlaması sübut olunmur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdən görünür ki, Təqsirləndirilən şəxs iş üzrə digər təqsirləndirilən şəxslərlə yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və onun narkotik vasitəni satmaq niyyətində olmasına dəlalət edən digər hallar müəyyən edilməmişdir. Belə ki, onun üzərindən aşkar edilərək götürülmüş narkotik maddə bir bükümdə olmuş, onun yaşadığı ünvanda baxış və axtarış istintaq hərəkəti keçirilməmişdir. Bu da onu deməyə əsas verir ki, işdə Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. Qeyd olunanlardan belə nəticə çıxır ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 240.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edərkən ancaq ibtidai istintaqın fərziyyəsini əsas götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçü n irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci mad dəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətlər i arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyy ən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikas ı CM-in 240.4.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə ittiham hökmü çıxarmaqda haqlı olmamış, apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq qeyd edilmiş hökmün qüvvədə saxlanılması barədə nəticəyə gələrkən üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə qanunsuz olaraq killi miqdarda narkotik vasitələri əldə etmə və saxlama cinayətinin tərkibini yaratmadığından ona CM-in 234.4.1, 234.4.3 və 240.3.2cü maddələri ilə düzgün ittiham verilməmiş, işə baxan məhkəmələr də Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törətməsi barədə nəticəyə gələrkən səhvə yol vermişlər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəx s üzərindən aşkar olunmuş narkotik maddəni məhz satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmədiyindən, lakin onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlaması əməlini törətməsi təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddə ilə ona cəza təyin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun q ərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə ic raatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da kassasiya kollegiyası işə baxan məhkəmələrin Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə bağlı mövqeyini əsaslı hesab etmir. Beləliklə, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan şikayət təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilməli, məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi üzrə icraata xitam verilməli, təqsirli bilindiyi Azərbaycan Re spublikası CM-in və 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun olan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Müdafiəçinin kassasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs, X5 və X4 Azərbaycan Resp ublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Təqsirləndirilən şəxs və X5 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs aid olan hissədə dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə məhkum olunmasına dair hissədə ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata əməlində cinayət tərkibi olmadığından xitam verilsin. Məhkum Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövs if edilsin və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm və qərarın məhkum Təqsirləndirilən şəxs aid qalan hissəsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar