Məhkəmə qərarları › İş №1(102)-136/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-136/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-136/2023 26.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Mövsüm Cəfər oğlundan ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-504/2021 saylı, 07 iyul 2021-ci il tarixli hökmü ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, hazırda Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 15 may 2020-ci il tarixdən hesablanması, ona narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi, 19 avqust 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonunun İstisu qəsəbəsində qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, hazırda Penitens iar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 15 may 2020-ci il tarixdən hesablanması, ona narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 179,72 manatdan (bir yüz yetmiş doqquz m anat yetmiş iki qəpik) 89,86 (səksən doqquz manat səksən altı qəpik) Məhkum1 və 89,86 (səksən doqquz manat səksən altı qəpik) Məhkum2 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və digər məsələlərdə həll edilmişdir. Həmin hökmdən Məhkum2 müdafiəçisi Müdafiəçi1, Məhkum1 müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1486/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: Mursaqulov Vaqif Ənvər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti verilmişdir. Dövlət ittihamçısı tərəfindən kassasiya şikayətinə qarşı etiraz və digər Məhkum2 tərəfindən kassasiya şikayəti verilməmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, daşımaq, saxlamaq və satmaq barədə Məhkum2 ilə əvvəlcədən razılaşıb cinayə t əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan razılaşmaya əsasən Məhkum1 və Məhkum2 məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 6,34 qram narkotik vasitə heroin, 0,798 qram narkotik vasitə tiryək və 2,912 qram narkotik vasitə qurudulmuş marixuana əldə etdikdən sonra 04 ədəd bükümdə 0,431 qram, 2,400 qram, 0,403 qram, 0,374 qram ümumilikdə 3,608 qram çəkidə narkotik vasitə heroini Məhkum1, qalan 0,901 qram, 0,889 qram, 0,942 qram olmaqla 03 ədəd bükümdə külli miqdarda 2,732 qram narkotik vasitə heroini, 01 ədəd bükümdə 0,798 qram narkotik vasitə tiryəki və 0,330 qram, 0,301 qram, 0,399 qram, 0,291 qram, 0,410 qram, 0,330 qram, 0,300 qram, 0,270 qram, 0,281 qram olmaqla cəmi 0 9 ədəd bükümdə 2,912 qram narkotik vasitə qurudulmuş marixuananı qrupun digər üzvü Məhkum2 satış məqsədi ilə üzərində qanunsuz saxlayaraq Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 117 ünvanının qarşısına daşımış, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 may 2020- ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Məhkum1 və Məhkum2 həmin tarixdə saat 23:10-da Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 117 ünvanının qarşısında birlikdə saxlanılıb Baş İdarəyə gətirilmiş, orada 16 may 2020-ci il tarixdə saat 01:25-dən etibarən üzərində şəxsi ax tarış keçirilərkən Məhkum1 əyində olan qısaqol gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan torbada 04 ədəd ayrıayrı bükümlərdə satış məqsədi ilə əldə edib saxladığı külli miqdarda - 3,608 qram narkotik vasitə heroin və əynində olan gödəkcəsinin sol yan cibindən üzərinə narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi, Məhkum2 əynində olan cins şalvarın sol yan cibindən 01 ədəd sellofan torbada 03 ədəd ayrı-ayrı bükümdə satış məqsədi ilə əldə edib saxladığı külli miqdarda - 2,732 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə - 0,798 qram narkotik vasitə tiryək və 09 ədəd ayrı-ayrı kağız bükümdə - 2,912 qram ümumi təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana, eləcə də həmin şalvarın sağ arxa cibindən 01 ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar e dilərək götürülmüşdür. Məhkəmə hökmünə əsasən Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Məhkum2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, daşımaq, saxlamaq və satmaq barədə Məhkum1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan razılaşmaya əsasən Məhkum1 və Məhkum2 məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 6,34 qram narkotik vasitə heroin, 0,798 qram narkotik vasitə tiryək və 2,912 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə etdikdən sonra 04 ədəd bükümdə 0,431 qram, 2,400 qram, 0,40 3 qram, 0,374 qram olmaqla ümumilikdə 3,608 qram çəkidə narkotik vasitə heroini Məhkum1, qalan 0,901 qram, 0,889 qram, 0,942 qram olmaqla 03 ədəd bükümdə - külli miqdarda 2,732 qram narkotik vasitə heroini, 01 ədəd bükümdə 0,798 qram narkotik vasitə tiryəki və 0,330 qram, 0,301 qram, 0,399 qram, 0,291 qram, 0,410 qram, 0,330 qram, 0,300 qram, 0,270 qram, 0,281 qram olmaqla cəmi 09 ədəd bükümdə 2,912 qram narkotik vasitə qurudulmuş marixuananı qrupun digər üzvü Məhkum2 satış məqsədi ilə üzərində qanunsuz saxlayaraq ünvan 3 ünvanının qarşısına qanunsuz saxlamaqla daşımış, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübari zə İdarəsinin əməkdaşları tərəfindən 15 may 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Məhkum1 və Məhkum2 həmin tarixdə saat 23:10-da Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 117 ünvanının qarşısında birlikdə saxlanılıb Baş İdarəyə gətirilmiş, orada 16 may 2020-ci il tarixdə saat 01:25-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən Məhkum1 əyində olan qısaqol gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan torbada 04 ədəd ayrı-ayrı bükümlərdə satış məqsədi ilə əldə edib saxladığı külli miqdarda - 3,608 qram narkotik vasitə heroin və əynində olan gödəkcəsinin sol yan cibindən üzərinə narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi, Məhkum2 əynindəki cins şalvarın sol yan cibindən 01 ədəd sellofan torbada 03 ədəd ayrı-ayrı bükümdə satış məqsə di ilə əldə edib saxladığı külli miqdarda - 2,732 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə - 0,798 qram narkotik vasitə tiryək və 09 ədəd ayrı-ayrı kağız bükümdə - 2,912 qram ümumi təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana, eləcə də həmin şalvarın sağ arxa cibindən 01 ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi5 kassasiya şikayətini onunla əsaslandırır ki, məhkəmənin bu qərarı AR CM-nın və AR CPM-nın tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, cinayət işinin materi Harından da görsənir ki, Məhkum1 və Məhkum2 xx.xx.2020-ci il tarixində saat 23:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 117-nin qarşısında saxlanılaraq AR DİN-nın Baş Mütəşəkkil Cinayətkar lıqla Mübarizə İdarəsinə aparılmışlar. İdarəyə gətirildikdən təxminən 2 saat sonra, saat 01:25-də onların üzərində şəxsi axtarış keçirilərək, narkotik vasitələr tapılması barədə müvafiq protokol da tərtib edilmişdir. Sonradan həmin idarənin əməkdaşları tərəfindən Məhkum1 qarşı fiziki güc və zor tətbiq edilərək etiraf edici ifadələrin alınmasına nail olunmuşdur. Nəzərinizə çatdırıram ki, məhkəmə istintaqı dövründə Məhkum1 polisdə verdiyi ilkin ifadələri polis əməkdaşlarının ona qarşı fiziki güc və işgəncələrin nəticəsində məcbur olub imzaladığını bildirsə də, məhkəmə tərəfindən onun bu ifadəsinə düzgün hüquqi qiymət verilməmiş və polis orqanında aparılan ilkin araşdırma zamanı verdiyi ifadələr sübutlar sırasından çıxarılmamışdır. Bir halda ki, AR CPM-nm 125-ci maddəsinə əsasən Aşağıdakı hal larda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; Cinayət işinin materiallarından da görsənir ki, Məhkum1 AR DİN-nın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qeyri-qanuni olaraq saxlanılmış və həmin idarəyə aparılaraq işgən cələr verilmiş və etirafedici ifadələrin verilməsinə məcbur edilmişdir. Cinayət işinin materiallarına da baxdıqda Məhkum1 AR CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törətməsini sübut edən yeganə fakt kimi onun polis orqanına verdiyi ilkin ifadəsi göstərilir. Başqa hər hansı bir sübut və ya fakt yoxdur. AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni saxlanılması, daşınması, satılması və emalını nəzərdə tutur. Lakin təqsirləndirilən şəxsin bu əməllərdən hər hansı birinin törətdiyini sübut edən heç bir dəlil yoxdur. Təbii ki, əgər həqiqətən təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olsaydı, onda polis orqanı tərəfindən şərti alıcının iştirakı ilə müvafiq əməliyyat keçirilər və şərti alıc ıya narkotik vasitə satılan zaman cinayət başında təqsirləndirilən şəxs həbs edilərdi. Amma işin hallarından açıq-aydın görsənir ki, bu hadisələrin heç biri baş verməmişdir. Həmçinin nəzərinizə çatdırıram ki, təqsirləndirilən şəxslərin saxlanıldıqdan təxminən 2 saat sonra üzərlərində şəxsi axtarışın keçirilməsi də qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması olsa da məhkəmə tərəfindən işin bu halına da düzgün hüquqi qiymət verilməmişdir. Bir halda ki, həmin 2 saat müddət polis orqanı tərəfindən təqsirləndirilən şəxsin əleyhinə olan istənilən məlumatın və ya sənədin əldə edilməsi üçün kifayət edə bilərdi. Cinayət işinin materiallarında Məhkum1 AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməli törətməsini sübut edən heç bir dəlil və fakt olmadığı halda o əsass ız olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Məhkum1 barəsində çıxarılmış hökm ləğv edilməsini və ona bəraət verilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, Məhkum1 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarı d əyişdirilməli, məhkumlar Məhkum1 və Məhkum2 əməlləri Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir.. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi b irinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbi q edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkum kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçi5 tərəfindən verilmiş şikayətdə Məhkum1 istinad edilən cinayət hadisəsini törətməməsi, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, əməlində cinayət tərkibi olmadığından qərarın ləğv edilməsi və məhkuma bəraət verilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya sının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CM-nin 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-nin 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 2 34.4-cü maddəsində Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.2. təkrar törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə; Azərbaycan Respublikası Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulm uş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Göründüyü kimi yuxarıda qeyd edilən qanun normalarının tələblərinə görə qanunsuz olaraq narkotik vasitəni və ya psixotrop maddəni əldə etmiş və saxlamış şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün narkotik vasitənin və ya psixotrop maddənin külli miqdarda olması ilə yanaşı həmin şəxsin onları satmaq məqsədi və ya satma faktı cinayət işi üzrə toplanmış mötəbər sübutlarla müəyyən edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Məhkum1 və Məhkum2 narkotik vasitələrdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkirlər. İşdən görünür ki, Məhkum1 və Məhkum2 istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması müəyyən edilməmişdir. Cinayət işində Məhkum1 və Məhkum2 üzərində aşkar edilmiş bükümlərdə olan narkotik vasitələri satmaq niyyətində olmalarını təsdiq edən heç bir sübut yoxdur. Qeyd olunanlardan belə nəticə çıxır ki, birinci və apellyasiya instansiyası məhkəmələri təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 əməllərini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik maddənin külli miqdarda və çoxlu sayda bükümlərin onların üzərində aşkar olmasını əsas götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqi qətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 23-cü bəndində nəzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, satış məqsədinin olmasını dəlalət edən digər hallar olmadıqda narkotik vasitələrdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkən Məhkum1 və Məhkum2 üzərlərində 6,34 qram narkotik vasitə heroin, 0,798 qram narkotik vasitə tiryək və 2,912 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə etdikdən sonra 04 ədəd bükümdə 0,431 qram, 2,400 qram, 0,403 qram, 0,374 qram olmaqla ümumilikdə 3,608 qram çəkidə narkotik vasitə heroini Məhkum1, qalan 0,901 qram, 0,889 qram, 0,942 qram olmaqla 03 ədəd bükümdə - külli miqdarda 2,732 qram narkotik vasitə heroini, 01 ədəd bükümdə 0,798 qram narkotik vasitə tiryəki və 0,330 qram, 0,301 qram, 0,399 qram, 0,291 qram, 0,410 qram, 0,330 qram, 0,300 qram, 0,270 qram, 0,281 qram olmaqla cəmi 09 ədəd bükümdə 2,912 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi onların həmin narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olmalarını müəyyən etmir və onları n əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsinə tövsif edilməsi üçün kifayət deyildir. Ona görə də birinci və apelyasiya instansiyası məhkəmələrinin bu barədə gəldiyi nəticə əsaslı və sübut edilmiş hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən Məhkum1 və Məhkum2 əməlləri satış məqsədi ilə qanunsuz olaraq killi miqdarda narkotik vasitələri əldə etmə və saxlama cinayətinin tərkibini yaratmadığından onların əməlləri CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş və nəticəyə gələrkən səhvə yol vermişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum1 və Məhkum2 üzərlərindən aşkar olunmuş narkotik maddəni məhz satış məqsədilə əldə etmələri, saxlamaları v ə daşımaları sübuta yetirilmədiyindən, lakin onların satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmələri və saxlamaları əməlini törətmələri təsdiq edildiyindən onların əməlləri Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddə ilə onlara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixl i qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müva fiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır.Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li Qərarının 8-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində ş ərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Qərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən h ərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CPM-in 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddəl ərinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız CinayətProsessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayətmühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarından da göründüyü kimi əməlin Azərbaycan Respublikası CM- in 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi qanuni deyildir. Odur ki, məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilməklə, məhkumlar Məhkum1 və Məhkum2 törətdiyi əməlləri Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 234.1-ci maddəsinə tövsif olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum1 müdafiəçisi Ələkbərov Gülşirin Ağaşirin oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum1 və Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum1 əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkum2 əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə d

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar