Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1360/2019 05.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxanoğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum iştirakları ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM- nin 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə) 28 sentyabr 2017-ci il tarixli hökmü ilə xx.xx.1964-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan, Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəl əri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla Məhkum qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2016-cı il tarixdən hesablanması müəyyən edilmişdir. Hökmdən məhkumun müdafiəçisi X12 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (hakimlər: hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Camalov Etibar Əli oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 28 fevral 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 28 fevral 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya qərarının ləğv edilərək ona bəraət verilməsini xahiş etmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi ilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilərək Azərbaycan Respublikasında satışının təşkil edilməsi barədə 2015-ci ilin sentyabr ayında cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvü ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək narkotik vasitələri əldə edəcəyi, saxlayacağı və daşıyacağı barədə razılaşmış, ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvü külli miqdarda, cəmi 1934,087 qram heroin narkotik vasitəsini İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə üzərində „Tehran MİZ“ sözləri yazılan 02 ədəd ütü stolunun daxilindəki parça-süngər təbəqənin arasında 20 bağlama halı nda yerləşdirərək, 01 oktyabr 2015-ci il tarixdə narkotik vasitənin cinayətdən xəbərsiz olan İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn X14 tərəfindən daşınaraq həmin gün, saat 18 radələrində Astara Gömrük İdarəsindən gömrük nəzarətindən gizli keçirilməsini təmin etmiş, gömrük nəzarəti zamanı X1nın əl yüklərinə keçirilmiş baxış zamanı ütü stollarının içərisindəki parça-süngər təqəbənin arasında yerləşdirilməklə gömrük nəzarətindən gizlədilmiş, külli miqdarda, çəkisi 1934,087 qram heroin narkotik vasitəsi aşkar edilmiş və bundan sonra, Astara Gömrük İdarəsi, GHQMŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı, o, narkotik vasitələri təhvil almaq üçün 01,10,2015-ci il tarixdə, saat 20:40 radələrində cinayətdən xəbərsiz olan oğlu X22 ilə birlikdə id arə etdiyi, Toyota RAV4“ markalı, **-HP-*** dövlət nömrə nişanlı avtomobili ilə Astara rayonu, Xolmili kəndi ərazisinə gəlmiş və sonuncuya X1 ilə gömrük əməkdaşlarının birlikdə əyləşdikləri nəqliyyat vasitəsinə doğru gedib içərisində narkotik vasitə yerləşdirilən 02 ədəd ütü stolunu təhvil almağı tapşırmış, X2 gömrük əməkdaşları tərəfindən saxlanıldıqdan sonra isə, idarə etdiyi avtomobil ilə hadisə yerini tərk etmiş, bununla da, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsinə, saxlanılmasına, daşınmasına və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuşdur. Bundan əlavə, o, təkrarən, 23 sentyabr 2016-cı il tarixdə Lənkəran şəhərində istintaqa məlum olma yan mənbədən satış məqsədi ilə külli miqdarda, təmiz çəkisi 2,275 qram təşkil edən heroin narkotik vasitəsini qanunsuz olaraq əldə edib siqaret qutusunun gümüşü rəngli kağızına bükülü halda olan sellofanda yerləşdirib əyninə geyindiyi şalvarın arxa cibində saxlamış, daşımış və həmin gün, saat 10 radələrində Lənkəran rayonlararası avtovağzalın yaxınlığında, “Ləvəngi dairəsi” adlanan yerdə Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Şöbənin yerləşdiyi inzibati binaya gətirildikdən sonra, orada üzərində keçirilmiş şəxsi yoxlama zamanı həmin narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mə hkəmələr tərəfindən qəbul edilmiş qərar qamunsuz və əsassızdır, iş üzrə sübutlara düzgün qiymət verilməmişdir, təqsirsiz olduğu halda saxta ittihamla azadlıqdan məhrum edilmişdir. Qeyd olunanlara əsasən təqsirsiz olduğu nəzərə alınaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2018-ci il tarixli qərarını ləğv edilməsini və barəsində bəraətləndirici əsaslarla qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2018-ci il tarixli q ərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 143-146-cı mаddələrinə müvafiq sübutlar hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, Məhkum istinad edilmiş cinayət əməlini törətməsi barədə düzgün nəticəyə gəlinmişdir. Məhkəmələrin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmələr Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə və işin digər obyektiv hallarına əsaslanmışdır. X15 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində hadisə baş verən günü saat 20 radələrində atası X4in ona, hazırlaşmağı tapşıraraq bir yerə gedəcəklərini deməsin i, avtomobili atasının idarə etdiyini, həmçinin atasının evdən çıxmamış avtomobilin qeydiyyat nömrəsini və boynundakı boyunbağını çıxarıb evə qoymasını tapşırdığını, atasına məxsus olan “Toyota Rav 4” markalı avtomobil ilə Lənkəran rayonu, Xolmili kəndinə getdiklərini, yolda olan zaman atasının ona cehizlik malların gəldiyini və həmin gedəcəkləri kənddən malları götürməli olmasını, yola düşdükdən sonra atasının mobil telefonla evdə danışdığı qadına zəng vurduğunu, həmin qadından qeyd olunan əraziyə gələcəyi avtomobilin markasını və nömrəsini soruşduğunu, qadının isə həmin məlumatları bildirməsi üçün taksi sürücüsünə verəcəyini dediyini, taksi sürücüsünün isə atasına avtomobilin “Mercedes Benz” markalı, nömrəsinin axrının 314 olduğunu bildirdiyini, təxminən 7-8 dəqiqə sonra Xolmili kənd əra zisinə çatdıqlarını, həmin əraziyə çatdıqlarında telefonda qeyd olunan markalı və nömrəli avtomobilin onları Xolmili kəndində yerləşən “Amin” şadlıq sarayının qarşısında gözlədiklərini, həmin avtomobilə 3-4 metr qalmış atasının avtomobili saxladığını, ona düşüb cehizlik malları götürməsini, atasının isə maşının döndərib geri gələcəyini dediyini bildirmişdir. Atasının dediyinə əməl edərək, malları götürmək məqsədilə avtomobildən düşmüş, onları gözləyən digər avtomobilə yaxınlaşmış, atası isə avtomobili döndərmək məqsədilə hərəkət etmişdir. “Mercedes Benz” markalı avtomobilə yaxınlaşaraq avtomobildə əyləşən şəxslərdən cehizlik malların onların gətirdiyini soruşmuşdur. Avtomobilin arxa oturacağında əyləşmiş qadının ona cehizlik malların yük yerində olmasını və götürməsini dediyini bildirmişdi r. O, yaxınlaşan zaman tanımadığı, mülki geyimli bir nəfər şəxs arxadan ona yaxınlaşmış və onu avtomobilə əyləşdirmişdir. Atası isə hadisələri uzaqdan müşahidə edərək, onun tutulduğunu görmüş və özünə məxsus avtomobili idarə edərək hadisə yerindən uzaqlaşmışdır. Daha sonra onu tutan şəxslərin özlərini təqdim edərək gömrük əməkdaşları olduqlarını bildirdiklərini və onu Astara Gömrük İdarəsinin inzibati binasına gətirdiklərini qeyd etmişdir. İnzibati binada xidməti orqanların birində həmin 2 ütü ədəd stoluna yenidən baxış keçirildiyini, həmin 2 ədəd ütü stolunun üst və alt hissələrinin arasında xüsusi qablaşdırılmış formada, hər birində, 10 ədəd olmaqla, ümumi sayı 20 ədəd şəffaf sellofana bükülmüş halda uzunsov formalı bağlamaların aşkar edildiyini, bağlamalara baxış keçirilən zaman isə h əmin bağlamaların içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə məlum olduğunu, həmin bağlamaların elektron tərəzidə çəkilərək, ümumi çəkisinin 1970 qram olduğu müəyyən edildiyini, bu barədə protokol tərtib edildiyini, iştirakçılar tərəfindən imzalandığını qeyd etmişdir. X4 ifadəsində göstərmişdir ki, müntəzəm olaraq ticarətlə məşğul olduğunu və alıbsatdığı müxtəlif növdə məişət mallarını əsasən, Bakı şəhərindən, müəyyən hallarda İran İslam Respublikasından və bir neçə dəfə Türkiyə Respublikasından alıb, Azərbaycan Respublikasına gətirib, icarəyə götürdüyü obyektdə satdığını, sonuncu dəfə, 01 oktyabr 2015-ci il tarixdə, saat 15:00 radələrində ticarət üçün malların alınması məqsədilə İran İslam Respublikasına keçmişdir. Əvvəlcədən tanıdığı İranda ticarət etməkdə ona yar dım edən X3 adlı iranlıya İrana gedəcəyi barədə məlumat vermişdir. İrana keçəndə X3lə görüşmüş, ticarət məqsədilə ona lazım olan müxtəlif tərkibli alış-veriş etdikdən sonra, İranda olan işini bitirdikdən sonra, X3in istifadəsində olan (051) ***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək, İranda işini bitirdiyini və Azərbaycana qayıdacağımı bildirmişdir. X3 ona onu gözləməyi bildirmiş, təqribən 10 dəqiqə sonra, onlar İranın gömrük keçidi ərazisində görüşmüşlər. Bir müddət söhbət etdikdən sonra, aldığı mallara baxaraq, onda ütü stolu olduğunu bildirmiş və onları ondan ucuz qiymətə alıb, Azərbaycanda nisbətən baha qiymətə sataraq xeyir əldə etməyi təklif etmişdir. O, qiymətini birini 19 manat olmaqla razılaşmışdır. Təqribən 15-20 dəqiqə sonra, X3 dediyi ütü stollarını gətirmiş, ütü stoll arının müqabilində əvvəlcədən danışıdıqları 38 manatı X3ə vermişdir. O, həmin ütü stollarını Azərbaycan Astarasında tanışı olan şəxsin yaxşı qiymətə ala biləcəyini və hətta, hər birinə 50 manat pul verə biləcəyini bildirmişdir və həmin ütü stollarını ondan alması üçün, tanışına onun nömrəsini verəcəyini və əlaqə saxlayacağını bildirmişdir. X3lə sağollaşdıqdan sonra, Azərbaycan gəlmək üçün gömrük məntəqəsinə gələrək Astara Gömrük İdarəsinin sərnişin şöbəsinə daxil olmüşdur. Daha sonra, bəyannamə yazıb, üzərində olan malları qeyd etmiş və əşyalarını içərisində manitor olan aparata qoymuşdur. Orada olan gömrük əməkdaşları ona yüklərində şübhəli cizgilərin olduğunu bildirərək, əşyalarına baxış keçirəcəklərini bildirmişlər. Hal şahidləri dəvət edilərək əşyalarına baxış keçirilmiş, baxış zamanı X3dən aldığı, özü ilə Azərbaycana keçirmək istədiyi ütü stollarının içərisindən, hər ütü stolunda 10 ədəd omaqla, cəmi 20 bağlama aşkar edilmişdir. Aşkar edilən bağlamalara baxış keçirilən zaman tozşəkilli heroinə oxşar maddə olduğu müəyyən olmuşdur. Gömrük əməkdaşları ondan həmin bağlamaların içərisində nəyin olduğunu soruşduqda, bağlamaların içərisində olanlar barədə heç bir məlumatının olmadığını bildirmişdir. Həmin bağlamalar elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 1970 qram olduğu müəyyən olunmuşdur. O, gömrük əməkdaşlarına həmin ütü stollarını ona X3 adlı iranlının verdiyini demiş və X3in deməsinə görə Azərbaycanda həmin ütü stolunu ondan X3in tanışı olan bir nəfər şəxsin ona zəng edəcəyini və ütü stollarını götürəcəyini bildirmişdir. Gömrük əməkdaşları ona X3in zəng edəcəyi təqdirdə gömrükdə saxlanılmağı barədə heç bir şey deməməyi və gömrüyü keçdiyini bildirməyi demişlər Həmçinin X3in bildirəcəyi yerə, gömrük əməkdaşları ilə birlikdə gedəcəyini bildirmişlər. Bir müddət sonra, X3 onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə X3in istifadəsində olan (051) ***-**-** saylı mobil telefon nömrəsindən zəng edərək harada olduğunu soruşmuş, o isə, gömrük əməkdaşlarının dediyi kimi, gömrük yoxlanışı zamanı əşyalarından narkotik vasitəyə oxşar maddənin aşkar edildiyini bildirməmiş və artıq gömrüyü keçdiyini və taksiyə əyləşdiyini bildirmişdir. O, X3dən ütü stollarını ondan təhvil götürəcək şəxsi soruşduqda, X3 həmin şəxsin ona bir qədər sonra, zəng edərək harada olduğunu bildirəcəyini demişdir. Təqribən, 15 dəqiqə sonra, adını sonradan bildiyi, X 4 adlı şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edərək, nömrəsini ona “Rza” adlı şəxsin (\X3ə İranda həmçinin, Rza adı ilə müraciət edirlər) verdiyini bildirmişdir. X3ə İranda həmçinin, Rza adı ilə müraciət etdiyini də qeyd etmişdir. Həmçinin, X4 ona çatacaq ütü stollarının onda olmasını soruşmuş, həmin ütü stollarının onda olduğunu bildirdikdə, həmin əşyaları götürə biləcəyi yeri ona telefonla bildirmişdir. Lakin, dediyi yeri tanımadığını söylərək, oranı bir daha bildirməsi üçün telefonu taksi sürücüsünə vermişdir. Daha sonra, 3 nəfər gömrük əməkdaşı ilə birlikdə əyləşdiyi “Mercedes Benz” markalı taksi avtomobili ilə yola düşmüşlər. Həmin yerə çatdıqdan bir müddət sonra, X4 ona zəng edərək onların olduğu avtom obilin dövlət qeydiyyat nömrəsini soruşduqda, o avtomobilin nömrəsini ona bildirmişdir. Bir müddət sonra, “Tayota Rav 4” markalı avtomobilin yaxınlaşdığını görmüşlər. Həmin avtomobildən tanımadığı, əvvəllər görmədiyi, adını və X4 adlı şəxin oğlu olduğunu sonradan bildiyi X6 adlı bir nəfər oğlan enərək onların avtomobilinə yaxınlaşmış və onlara çatacaq ütü stollarının onlarda olub-olmamasını soruşmuşdur. Həmin əşyaların onlarda olduğunu bildirdikdən sonra, həmin ütü stollarını götürmək üçün avtomobilin yük hissəsinə yaxınlaşmış, həmin ərəfədə avtomobildə olan gömrük əməkdaşları X6ı yaxalamışlar. Bu zaman X6ın endiyi avtomobildə sükanda əyləşmiş olan və sonradan onu gözləyənin X6ın atası X4 olduğunu bildiyi şəxs oğlunun gömrük əməkdaşları tərəfindən yaxalandığını görüb, avtomobil ilə həmin ə razini tərk etmişdir. X1 ifadəsində göstərmişdir ki, 01 oktyabr 2015-ci il tarixdə, saat 18 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn AR vətəndaşı X9 məxsus əl yüklərinə Astara Gömrük İdarəsində keçirilmiş baxış zamanı 1 ədəd ütü stolunun içərisində heroinə bənzər maddənin aşkar olunmasından sonra, X2 ilə aparılmış şifahi sorğu-sual zamanı həmin ütü stolunu İran İslam Respublikasınında X3 adlı şəxsdən aldığını və X6in həmin ütü stolunu Azərbaycanda almaq istəyən tanışının olduğunu bildirmiş, sonra X2nın istifadəsində olan mobil telefon nömrəsinə bir nəfər şəxs zəng etmiş və ondan ütü stolunu təhvil almaq üçün olduğu yeri soruşmuşdur. Əməliyyat tədbirlərinin həyata keçirilməsi zərurəti yarandığından X2rşı X1ə Şöbəsinə məlumat verilmiş və həmin şöbə nin rəis müavini X27, şöbənin inspektorları X11, X7 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılaraq bu barədə qərar qəbul edilmişdir. Əməliyyat tədbirlərinin həyata keçirilməsi zamanı içərisindən narkotik vasitə aşkar edilən ütü stolunu təhvil almaq istəyən şəxs X2yə zəng edərək onunla Lənkəran rayonu ərazisində görüşmək istədiyini bildirdikdən sonra, aşkar edilən heroinə bənzər maddənin içərisində olduğu bağlamalar aşkar edildiyi formada ütü stolunda yerləşdirərək həmin ütü stolunu əməliyyat tədbirləri üçün nəzərdə tutulmuş “Mercedes-Benz” markalı taksinin baqaj hissəsinə qoyaraq əməliyyat qrupunun digər üzvləri və X2 ilə birlikdə Lənkəran rayonu, Xolmili kəndi ərazisinə getmişlər. Saat təzminən 20 radələrində onların olduğu əraziyə “Toyota RAV 4” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı tünd rəngli nəqliyyat vasitəsi gəlmiş və bir qədər kənarda dayanmışdır. Sonra, sürücünün yanında sərnişin tərəfdən adını sonradan bildiyi X23 düşərək onların olduqları mersedesə yaxınlaşmış və pəncərədən baxaraq Nüşabəyə onlara çatacaq ütü stolunun avtomobildə olub-olmadığını soruşmuşdur. Həmin vaxt “Toyota RAV 4” markalı nəqliyyat vasitəsinin sürücüsü avtomobildən düşməmişdir.O avtomobilin sükanı arxasında olmuşdur. X33 ütü stolunun avtomobilin yük yerində olduğunu bildirib avtomobildən düşmüş və həmin ütü stolu yük yerindən çıxarıb X6 Rəhimova verən zaman X6 əməliyyatçılar tərəfindən saxlanılmışdır. Bunu görən “Toyota RAV 4” markalı nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsini cəld sürüb hadisə yerindən uzaqlaşmışdır. Əməliyyat qrupunun üzvləri isə, həmin nəqliyyat vasitəs inin uzaqlaşmasının qarşısını ala bilməmişlər. Bundan sonra Astara Gömrük İdarəsində X23 ilə aparılmış sorğu-sual zamanı ütü stollarını təhvil almaq üçün gələn zaman “Toyota RAV 4” markalı nəqliyyat vasitəsini idarə edən və onun yaxalandığı vaxt hadisə yerindən qaçan şəxsin atası Məhkum olduğunu bildirmişdir. İş materiallarında olan, birinci instansiya məhkəməsində tədqiq edilmiş Məhkum ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o,ikinci epizod üzrə əməlini qismən etiraf etməklə göstərmişdir ki, 23 sentyabr 2016-cı il tarixdə saat 10-11 radələrində özünə məxsus olan RAV-4 markalı qara rəngli, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Lənkəran şəhərinə mühərriki yağını dəyişməyə gəlmiş, “Ləvəngi” avtovağzalı yaxınlığında maşını saxlayaraq düşəndən sonra dükanla rın qabağında gəzişəndə bir siqaret qutusunu yerdə görərək qaldırmış, içində bir bükümdə heroinə oxşar maddə görmüş, tapdığı narkotiki götürərək şalvarının cibinə qoymuşdur. Maşınına tərəf gedəndə polis əməkdaşlarının onu tutaraq Lənkəran şəhər-rayon polis şöbəsinə gətirdiklərini, polis şöbəsində üzərinə baxış keçirdiklərini, şalvarının cibindən siqaret qutusunu içindəki heroinlə birlikdə aşkar edərək götürdüklərini qeyd etmişdir. İlkin izahatında narkotiki tapdığını bildirmişdir. Hazırda isə narkotik vasitələr qəbul etməyini və tapdığı narkotiki özünün qəbul etməsi üçün saxladığını etiraf etdiyini, üstündən tapılan narkotik vasitəsinin külli miqdarda olduğunu bilmədiyini, 2 qram narkotiki 2-3 günə qəbul etdiyini və buna görədə həmin narkotik vasitəsinin özünün qəbul etməsi və artıq qalanı nın satması üçün elə böyük həcmdə olmamasını, məhkəmə-kimyəvi ekspertizasının rəyində heroinin miqdarının 2,275 qram göstərilməsi ilə bağlı narkotiki satın almadığı və miqdarını bilmədiyi üçün heçnə deyə bilmədiyini bildirmişdir. Mahiyyəti üzrə onunla sorğu-sual aparılmış və o, ona qarşı cinayət işinin ağır maddə ilə qaldırıldığı üçün razı olmadığını, buna görə də narkotikin onun olduğunu boyun almaq istəmədiyini, narkotik satmadığını və belə bir məqsədi olmadığını, üzərindən aşkar edilmiş 2,3 qrama yaxın heroini xəstə olduğu üçün saxladığını qeyd etmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X17 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyat məlumatına əsasən 23 sentyabr 2016-cı il tarixdə Məhkum ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə dair qərar qəbul etmişdi r. Qərar polis şöbəsinin rəisi tərəfindən təsdiq olunandan sonra, onunla yanaşı əməliyyat müvəkkilləri X28, X29 və X8 ibarət əməliyat qrupu yaradılmışdır.Məhkum ola biləcəyi yerləri əməliyyat nəzarətinə götürüb,müşahidələr aparmağa başlamış, 23 sentyabr 2016-cı il tarixdə saat 10 radələrində Məhkum Lənkəran rayonlararası avtovağzalının yaxınlığında «Ləvəngi dairəsi» adlanan ərazidə piyada getdiyini müşahidə etmiş və onu saxlamağı qərara almışlar. Müxtəlif tərəflərdən ona yaxınlaşdıqları zaman Məhkum hərəkətlərindən şübhələnərək tələsik yeriməyə başlamış, onun uzaqlaşmaq istədiyini görüb cəld yaxınlaşaraq onu saxlamış və özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətməsi barədə alınmış əmliyyat məlumatlarının yoxlanılması ü çün tərəflərindən keçirilən tədbirlərlə əlaqədar saxlanıldığını, onlarla birlikdə Lənkəran şəhər-rayon polis şöbəsinə getməli olduğunu izah etmişlər. Məhkum əvvəl etiraz etmək və ətrafdan keçən vətəndaşların diqqətini cəlb etmək istəmiş, sonra buraxılmasını xahiş etmişdir. Onlar X4i polis şöbəsinə gətirib, araşdırmanın davam etdirilməsinin təhqiqat bölməsinin təhqiqatçısı X6a tapşırılmış, X6 tərəfindən Məhkum şübhəli kimi tutlmuş, hal şahidlərinin və dəvət edilmiş vəkilin iştirakı ilə onun üstündə şəxsi yoxlama aparılmış, yoxlama zamanı təhqiqatmı onun əynində olan qara rəngli şalvarın arxa cibindən gümüşü rəngli kağız parçasından olan bir büküm aşkar edib götürmüş, bükümün qatı açılan zaman içində sellofan kəsiyindən olan və ucları qara rəngli sapla bağlanmış bükümdə toz şəkilli açıq qəh vəyi rəngli heroinə oxşar maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Məhkum üstündən aşkar edilmiş narkotik vasitəyə oxşar maddənin ona məxsus olmadığını bildirmişdir. Sonra həmin maddə elektron tərəzidə çəkilmiş və çəkisi 2,32 qram olmuşdur. Götürülmüş narkotik vasitəyə oxşar toz şəkilli maddə kağız və sellofan bükümlə birlikdə zərfə qoyularaq bağlanmış. zərf möhürlənərək iştirakçılar tərəfindən imzalanmış və bu barədə protokol tərtib edilmişdir. xxx-dən alınmış telefon danışıqlarına baxış keçirilməsi haqqında 04 noyabr 2016-cı il tarixli protokoldan görünür ki, baxış zamanı ***-***-**-** mobil telefon nömrəsinin Məhkum məxsus ***-***-**-**,***-***-**-** və ***-***-**-** saylı telefon nömrələri arasında həmçinin istintaqa “X3” adi ilə məlum olan şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında və X3in istifadəsində olanİran İslam Respublikası operatoruna məxsus +************** saylı mobil telefon nömrəsi arasında danışıqların qeydə alınması müəyyən edilmişdir. Bundan əlavə Məhkum istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə hadisə ərəfəsində ***-***-**-**,***-***-**-**, ***-***-**-**, ***-***-**-**,***-***-**-** saylı mobil telefonlar arasında, istifadəsində olan digər ***-***-**-** saylı mobil telefon nömrəsi ilə hadisə ərəfəsində-***-***-**-**,***-***-**-** saylı mobil telefon nömrələri arasında, həmçinin istifadəsində olan digər ***-***-**-** saylı mobil nömrəsindən hadisə ərəfəsində ***-***-****,051- ***-**-** saylı mobil telefon arasında telefon danışıqları qeydə alınmışdır. İş materiallarında olan xxx-dən alınmış tele fon danışıqlarına baxış keçirilməsi haqqında 19 yanvar 2016-cı il tarixli protokoldan görünür ki, baxış zamanı Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən X16 adlı şəxsin istifadəsində olduğunu bildirdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə 01.10.2015-ci il tarixdə, saat 19-40-da 39 saniyəlik zəng, X3 adlı şəxsin istifsdəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 01.10.2015-ci il tarixdə, saat 19:17-də 96 saniyəlik, saat 19:25-də 27 saniyəlik, saat 19:27-də 15 saniyəlik, saat 19:32-də 09 saniyəlik, saat 19:35-də 41 saniyəlik zənglərin daxil olmuş, həmçinin, Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən X1nın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 01.10.2015-ci il tarixdə, saat 19:37-də 53 saniyəlik, saat 19:47-də 32 saniyəlik, saat 20:28də 45 saniyəlik zəng, X1nın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 01.10.2015-ci il tarixdə, saat 20:18-də 119 saniyəlik, saat 20:29-da 34 saniyəlik zənglər daxil olmuşdur. Bundan əlavə X3 adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən X2nın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 01.10.2015-ci ildə saat 19:57-də 28 saniyəlik zəng, X2nın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən X3 adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 29.09.2015-ci ildə saat 25:26-da25 saniyəlik, 01.10.2015-ci ildə saat 11:38-də 17 saniyəlik, saat 16:18-də 14 saniyəlik, saat 19:21-də 51 saniyəlik,saat19:42-də 28 saniyəlik zənglər daxil olmuşdur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən heroin maddəsi narkotik vasitədir, heroin 0,2 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Məhkum aşkar olunmuş narkotik vasitə olan heroinin xalis çəkisi - 1934,087 qram və 2,275 qram olmaqla külli miqdarda olmuşdur. Kollegiya hesab edir ki, məhkəmələr əsaslı olaraq Məhkum verdiyi ifadəsində hadisə vaxtı evdə yatdığını, sonradan bildiyinə görə, “X” adlı dostunun onun telefon nömrəsinə zəng etdiyini, telefona oğlu X6ın cavab verdiyini, İlhamın ondan bir nəfər xanım tanışına 100 manat pul çatdırmasını xahiş etidiyini və oğlu X2nin onun dediyi xanıma pulu çatdırmaq üçün Xolmili kəndi ərazisinə getdiyini, hadisə vaxtı özünə məxsus “Toyota RAV4” markalı, **HP*** dövlət nömrə nişanlı avtomobilin yaşadığı evin həyətində olduğunu, istifadəsində *********** və ************ saylı mobil telefon nömrələrinin olduğunu, *********** saylı mobil telefon nömrəsinin ona məxsus olmadığını bildirməsi və Lənkəran Şəhər Rayon Polis Şöbəsində onun üzərindən aşkar edilən heroin narkotik vasitəsinin ona məxsus olmadığını, həmin narkotik vasitənin onun cibinə qoyulduğunu bildirməsi özünümüdafiə xarakt eri daşıyan, daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirmiş və məhkəmədə tədqiq edilmiş şahid ifadələri, istintaq hərəkəti protokolları, telefon danışıqlarına dair baxış protokolları maddi sübutlar və işin faktiki halları ilə təkzib olunduğundan həmin ifadələrə tənqidi yanaşmış və sübut kimi qəbul etməmişdir. Beləliklə, Məhkum ona istinad edilən cinayət əməlini törətməməsi barədə gətirdiyi dəlillər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülən cinayət əməlini törətmələri özünün ibtidai istintaq zamanı verdiyi ifadə, şahidlərin ifadələri, ekspert rəyləri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə birbirin i tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Məhkumun təqsirsiz olması barədə dəliləri məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Hazırki kassasiya şikayətində göstərilən dəlillər məhkumun müdafiəçisinin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2018ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən v ə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Azərbaycan Respublikası CM-nin 32,5 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1360/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1360/2019
05.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver