Məhkəmə qərarları › İş №1(102)-1360/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1360/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1360/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxx 1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasında fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Məmmədov Fikrət Məhəmmədəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli hökmü ilə (hakim M.S.Zeynalov) Məhkum - Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətə azadlıqdan məhrum et mə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), H.H.Əhmədov və İ.M.Murğuzov) apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 01 iyul 2021-ci il tarixdə, saat 03:30 radələrində «B» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan ünvan 2 ünvanında qeydiyyatda olan X3 mülkiyyətində olan «Vaz 21061» markalı, «AZ **-EM-***» dövl ət qeydiyyat nişanlı avtomobil ilə müvafiq etibarnamə olmadan Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsində H.Əliyev adına parkın qarşısındakı yolun sol hissəsi ilə Bilgəh qəsəbəsi istiqamətində 05 km/saat sürətlə hərəkət edib sola, yəni X6 küçəsinə dönüb qarşıdan velosiped gəldiyini gördükdən sonra «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaqla, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, dönəcəyi istiqamətdə velosipedçinin hərəkətdə olmasını nəzərə alaraq vaxtında tədbir görməklə vel osipedin yanından təhlükəsiz yan məsafə saxlamaqla keçib getməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib həmin qaydaları pozaraq, yolun hərəkət hissəsi ilə hərəkət edən velosipedçi yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs avtomobilin qabaq sol qanad hissəsi ilə vurub ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin əzilməsi və sağ təpə payın yumşaq qişasına qansızma, sol körpücük və sağ əlin İ daraq sümüklərinin yerini dəyişən, qapalı sınıqları, sağ bazu oynağı nahiyəsinin sıyrığı ilə müşayiət olunan ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 5 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Məhkum idarə etdiyi avtomobil hərəkətdə olmayan vaxt yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs velosipedlə onun avtomobilinin qabaq qanadına dəyib yerə yıxılmışdır. Lakin ibtidai araşdırma orqanı və məhkəmələr bunu nəzərə almadan əsassız olaraq Məhkum cinayət məsuliyyətinə cəlb etmiş və məhkum etmişlər. Hadisəni əks etdirən videogörüntülər olan disk müdafiə tərəfindən əldə olunaraq apellyasiya instansiya məhkəməsinə təqdim edilsə və araşdırılmasına dair vəsatət verilsə də, məhkəmə əsassız olaraq vəsatəti təmin etməmişdir. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum əriz ə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətləri məhkum tərəfindən geri götürüldüyündən həmin şikayətlər baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cina yət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-i n 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar