Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1360/2023 13.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərar ından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 1(099)-30/2022 saylı hökmü ilə məhkum X4 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinmiş və ona CM-in 66.3-cü maddəsinə əsasən ona 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti müəyyən edilmişdir. Hökmdən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi üçün hökm qanuni qüvvəyə minmiş dir.
2. Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 1(099)-30/2022- ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş vəsatət təmin edilməmişdir
4. Həmin qərardan Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək göstərmişdir ki, müdafiəçisi olduğu Məhkum barəsində bəraət hökmünün çıxarılmasına dair apellyasiya şikayəti vermək zərurəti yarandığından, apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilməsini xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim E.İ.Əliyev, hakimlər İ.H.Əhmədov və M.Ə.Bağır ovdan ibarət tərkibdə) 19 yanvar 2023-cü il tarixli, 1(106)-90/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 1(099)-30/2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Hazırda Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri
7. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində qeyd olunmuşdur ki, Məhkum barəsində bəraət hökmünün çıxarılması üçün apellyasiya şikayəti vermək zərurəti yaranmışdır.
8. Kassasiya şikayətinin müəllifi məhkəmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 1(106)-90/ 2023 saylı qərarının ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər
9. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 384.1 və 384.1.12-ci maddələrinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi barədə qərar çıxarıldıqda apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində veri lir.
10. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.
11. Həmin Məcəllənin 386.1-ci maddəsinin məzmunundan aydın olur ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər.
12. İş materiallarından və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 1(099)-30/2022-ci il tarixli hökmü vaxtında tərəflərə göndərilmiş, Müdafiəçi hökm qanuni qüvvəyə mindikdən 3 ay 7 gündən artıq vaxt keçdikdən sonra müdafiəçi tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair vəsatət verilmişdir.
13. Müdafiəçi apellyasiya şikayəti vermək üçün prosessual müddətin üzürlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut təqdim etməmiş, yalnız məhkumun barəsində bəraət hökmünün çıxarılması üçün apellyasiya şikayəti vermək zərurəti yarandığını göstərmişdir.
14. Beləliklə, məhkum edilmiş şəxs Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 1(099)-30/2022-ci il tarixli hökmü vaxtınla verilsə də, hökm müdafiəçisinin iştirakı ilə elan edilsə də, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən hökmdən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət keçdikdən 3 aydan artıq vaxt keçəndən sonra apellyasiya şikayəti versə də, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutlar təqdim etməmişdir.
15. Qeyd edilənlər hazırki işdə Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinin təsbit etdiyi halların, eləcə də məhkumu vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən digər hər hansı digər halların müəyyən edilmədiyini təsdiq edir və bununla bağlı birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin mövqeyinin əsaslılığına dəlalət edir.
16. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avro pa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tər əfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiy anın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax,Səbri Günəş Türkiyəyə qarşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012)
17. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir.
18. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 1(106)-90/2023 nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır.
19. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 19 yanvar 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.