Məhkəmə qərarları › İş №1(102)-1360/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1360/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1360/2024 27.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlunun və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X4 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 126.1 və 128-ci maddələri ilə məhkum olunmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 2023-cü il 25 oktyabr tarixli, 1(106)-155/2023 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 7 may tarixli, 1(099)-96/2021 nömrəli (hakimlər Zərərçəkmiş şəxs2 (sədrli edən), İ.Abdullayev və C.Nəbiyevdən ibarət tərkibdə) hökmü ilə, 1999-cu il 2 oktyabr tarixində Lənkəran rayonu, Şilavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Şilavar kəndində qeydiyyatda olmaqla Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi, ev 6, mənzil 4-də yaşamış, Məhkum Azərbaycan Respublikasının CM-in 29,120.2.2, 29, 120.2.3 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Rafiq Cəfərov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və Məhəmməd Bağırovdan ibarət tərkibdə) 2022ci il 18 fevral tarixli 1(106)-13/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 7 may tarixli 1(099)-96/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 18 fevral tarixli 1(106)-13/2022 nömrəli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən birgə kassasiya şikayəti verilmi şdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (X7 (sədrlik edən və məruzəçi), İlkin Rəcəbov və Nazim Mövsümovdan ibarət tərkibdə) 2022-ci il 27 oktyabr tarixli, 1(102)1329/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2022-ci il tarixli, 1(106)13/2022 nömrəli qərarı ləğv edilərək yeni apellyasiya baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və İsmayıl Əhmədovdan ibarət tərkibdə) 2023-cü il 25 oktyabr tarixli 1(106)-155/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 7 may tarixli, 1(099)96/2021 nömrəli hökmü həmin apel lyasiya şikayətinə əsasən dəyişdirilmiş, Məhkum əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələrindən həmin məcəllənin 126.1 və 128-ci maddələrinə tövsif edilmiş, Məhkum ilə Zərərçəkmiş şəxs2 barışdığından, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənildiyindən və zərərçəkmiş şəxsin şikayət və tələbi olmadığından Məhkum barəsində CM-in 128-ci maddəsi ilə olan cinayət təqibinə CPM-in 43.1.2-ci maddəsinə əsasən xitam Verilmiş, Məhkum CM-in 126.1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 7 may tarixli, 1(099)96/2021 nömrəli hökmü apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Məhkum Azər baycan Respublikası CM-in 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Lənkəran şəhər sakinləri olan tanışları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və sonuncunun dostu, Əli kimi tanıdığı Bakı şəhər sakini X6 ilə 17 iyul 2020-ci il tarixdə saat 00 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, 7 saylı binanın yanında rastlaşıb, görüşərkən hər üçünün onu həmin yerdə tək qoyub getmələrini, Zərərçəkmiş şəxs1 əvvəlki günlərdə də ona etinasız yanaşmasını özünə təhqir kimi qəbul edib, onların bu hərəkətlərindən əsəbiləşərək, 18 iyul 2020-ci il tarixdə saat 19:40 radələrində istifadəsində olan mobil telefonun "Whatsapp” proqramı ilə Zərərçəkmiş şəxs2 mobil telefonuna nalayiq ifadələrdən ibarət çoxsaylı yazılı və səsli mesajlar göndərmiş, həmin vaxt sonuncudan bu barədə məlumat alan Zərərçəkmiş şəxs1 onunla eyni proqram vasitəsi ilə əlaqə saxlayarkən aralarındakı münasibətə "aydınlıq gətirmək” üçün sonuncu ilə Lənkəran şəhəri, Sahil küçəsində görüşmək barədə razılaşdıqdan sonra yaşadığı evdən özü ilə mətbəx bıçağı götürüb həmin gün saat 23:30 radələrində qeyd edilən yerə getmişdir. Zərərçəkmiş şəxs2la söhbət edərkən ondan təhqir olunmasının səbəbini soruşan Zərərçəkmiş şəxs2 aqressiv cavab vermiş, bu vaxt Zərərçəkmiş şəxs1 onların söhbətinə müdaxilə etdiyinə görə xuliqanlıq niyyəti ilə, sonuncunu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə üzərində olan, zavod üsulu ilə hazırlanmış, ümumi uzunluğu 220 mm, tiyəsinin uzunluğu 125 mm, eni əsasında 22 mm, ortada 21,5 mm və ucunda 1 mm təşkil edən, soyuq silah hesab edilməyən m əişət təyinatlı mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs1 həyatı üçün əhəmiyyətli orqanların yerləşdiyi döş qəfəsi və qarın boşluğu nahiyələrinə bir dəfə zərbə endirərək, ona döş və qarın boşluqlarına nüfuz edib, sol plevra, ürəyin sol mədəciyini və nazik bağırsağı zədələyən, daxili və xarici qanaxma ilə müşayiət olunan, dərəcəsinə görə hər biri həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid iki ədəd kəsilmiş-deşilmiş yaradan ibarət xəsarətlər yetirmiş, niyyətini başa çatdırmaq üçün növbəti zərbəni vurarkən Zərərçəkmiş şəxs1 onu özündən kənara itələməsi, Zərərçəkmiş şəxs2 isə hadisənin gedişinə müdaxilə edib əlində olan bıçağı almaq məqsədi ilə cəld şəkildə onun arxasına keçib hər iki bilək nahiyəsindən tutaraq özünə tərəf çəkib saxlaması səbəbindən Zərərçəkmiş şəxs1 oradan kənarlaşdığına görə sonuncunu qəsdən öldürməyə yönəlmiş niyyətini başa çatdıra bilmədiyini görüb, ictimai borcunu yerinə yetirməklə Zərərçəkmiş şəxs1 hadisə yerindən uzaqlaşmasına şərait yaradan Zərərçəkmiş şəxs2 da Zərərçəkmiş şəxs1 müdafiə etməsini bəhanə edib heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmək qərarına gəlmişdir. Bu məqsədlə o, Zərərçəkmiş şəxs2 müqavimətini qıraraq əlində tutduğu həmin bıçaqla sonuncunun əvvəlcə sol bud nahiyəsinə, zərbənin təsirindən müvazinətini itirərək arxası üstə yerə yıxılmasından sonra həyat üçün əhəmiyyətli olan döş qəfəsi, sol bud, sol baldır və sağ əl nahiyələrinə qəsdən zərbələr endirib, ona dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid sol bud və sol baldır nahiyələrində kəsilmişd eşilmiş yaralar, sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən döş qəfəsi və əl nahiyələrində kəsilmiş yaralar, hər iki dirsək nahiyəsində sıyrıqlardan ibarət xəsarətlər yetirmiş, bədən səthinə yenidən bıçaqla nizamsız zərbələr vurarkən Zərərçəkmiş şəxs2 yerdə arxası üstə uzanıqlı vəziyyətdə ayaqları ilə aktiv müqavimət göstərərək həmin zərbələrin qarşısını aldığından, hava şəraitinin qaranlıq olmasından, habelə şəxsiyyətləri müəyyən edilməyən kənar şəxslərin səs-küy salaraq hadisə yerinə doğru gəldiklərini görüb, hadisə yerindən qaçmış, bu zaman Zərərçəkmiş şəxs2 özü də Zərərçəkmiş şəxs1 avtomobili ilə vaxtında xəstəxanaya çatdıraraq sonuncuya ixtisaslı tibbi yardım göstərildiyindən, öz iradəsindən asılı olmayan səbəblərə görə niyyətini başa çatdıra bilməyərək, iki ş əxsi - Zərərçəkmiş şəxs1 Rafəddin oğlunu və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Apellyasiya Məhkəməsi tərəfindən Murad Əsgərzadənin əməli CM-in 126.1 və 128-ci maddələrinə tövsif edilmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yen i apellyasiya baxışma təyin edilməlidir. Belə ki, məhkəmə qərarda qeyd etmişdir ki, M.X1 bıçaq zərbəsi ilə vurduqdan sonra Zərərçəkmiş şəxs2 Məhkum arxadan qollarından tutaraq kürək nahiyyəsindən təpiklə vurmuş, bundan sonra Murad onun əlindən çıxaraq üzbəüz dayanmış, daha sonra Zərərçəkmiş şəxs2 Məhkum sinəsindən təpiklə vurmuş və zərbədən özü yerə yıxılmış, daha sonra yerdən daş götürüb Məhkum tərəf atmış, bundan sonra Məhkum bıçaqla Zərərçəkmiş şəxs2 üzərinə getmiş, bununla da onların arasında olan mübahisə dalaşmaya çevrilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş hadisədə Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirən şəxs kimi deyil, baş vermiş dalaşmada iştirak edən şəxs kimi qəbul edib ona vurulmuş zərərin xarakterindən və dərəcəsindən asılı olaraq əməl qiymətləndirilmə lidir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və R.Rəhmanov arasında olan mübahisə şəxsi münasibətlər zəminində baş verdiyindən və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsləri öldürməkdən ibarət niyyəti olmadığından onun əməli bir başa qəsdlə 2 və daha çox şəxsi öldürməyə cəhd kimi deyil vurulmuş xəsarətlərin xarakteri və dərəcəsindən aslı olaraq müstəqil əməllər kimi CM-in 126.1 və 128-ci maddələri ilə tövsif olunmalıdır. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticələr əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. Məhkəmə Məhkum əməlini CM-in ağır maddəsindən yüngül maddəsinə tövsif edərkən onun tərəfindən törədilən cinayətin bilavasitə obyektinin insan həyatı olmasını, həmin maddədə nəzərdə tutulan cinayətin ağır cinayətlər kateqoriyası na aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayətlər olmasını, cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olmasını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının tövsiyələrini nəzərə almamışdır. Şirvan Apelyasiya Məhkəməsi təqsirləndirilən şəxsin əməlini tövsif edərkən yalnız Məhkum verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan subyektiv mülahizələrə və ehtimallara əsaslanmış, işin hallarını təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Göstərilənlərə əsasən dövlət ittihamçısı Şirvan Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 1(106)-155/2023 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Yaqut Əliyeva çıxış edərək kassasiya protestinin təmin olunmasını və Məhkum CM-in 126.1 və 128-ci maddələri ilə məhkum olunmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023cü 25 oktyabr il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla ka ssasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı məhkumun əməlinin tövsifini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2, 416.1.3 və 416.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 4 19-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hə qiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Belə ki, kassasiya protestinin dəlili məhkumun əməlinin düzgün tövsif edilməməsi ilə bağlıdır. Cinayət işinin materiallarından görü nür ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarda cinayət işində olan bütün sübutları yoxlamış, təhlil etmiş, birbiri ilə müqayisə etmiş və qiymətləndirmiş, məhkuma qarşı irəli sürülmüş hər bir ittiham üzrə müfəssəl araşdırma aparmış, əməli ağır ittiham kımı qiymətləndirərkən istinad edilmiş bütün sübutlar müzakirə olunaraq, qüvvədə olan qanunvericiliyin, məhkəmə təcrübəsinin tələblərinə uyğun olaraq araşdırılmışdır. Dövlət ittihamçısnın kassasiya protestində əsaslandığı hər bir arqumentin qərarda öz əsaslandırılmış izahı verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarda sadaladığı ağır ittihamı təkzib edən sübutları təkrar olaraq sadalamağa lüzum görmür və hesab edir ki, istər cinayət əməlinin faktiki halları baxımından, istərsə də əməlin t övsifi baxımından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının gəldiyi nəticələr qanuni və əsaslıdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Şirvan Apellyaisya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 25 oktyabr tarixli, 1(106)-155/2023 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar