Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1360/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Nazim Nəriman oğlu İmanovun və Müdafiəçi4 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2024-cü il tarixli 1(107)-396/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rəfail Əliyev (sədrlik edən və məruzəçi), Tural Əfəndizadə və Xaliq Məmmədov) 19 iyul 2024-cü il tarixli 1(091)-55/2024 nömrəli hökmü ilə xx xxxxxx 1982-ci il tarixdə Zaqatala rayonu, Aşağı Tala kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli və himayəsində iki azyaşlı uşağı olan, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Yasamal rayonu ərazisində fərdi evdə yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.2, 310 və 320.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 182.2.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 310-cu maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 320.1-ci maddəsi ilə 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla ona qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 18 may 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Mətbuat X12 02 aprel 2014-cü il tarixli qərarı ilə “reket nəşrlərin siyahısı”na daxil edilmiş “Dünya Kriminalı” qəzetində şöbə müdiri qismində işlədiyi müddətdə “Kütləvi informasiya vasitə ləri haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən ona verilən informasiyanın doğru-dürüstlüyünü yoxlamalı, jurnalist hüquqlarından şəxsi mənafeyi üçün istifadə etməməli olduğu halda tamah niyyəti ilə xx.xx.2019-cu il tarixdə işlədiyi yerə təqdim etmək üçün sağlamlıq haqqında arayış lazım olduğu üçün Şəki RMX-na müraciət edən zaman xəstəxanada baş tibb bacısı vəzifəsində işləyən X5 tərəfindən 10 manat məbləğində pul tələb edilərək alınması barədə yuxarıda adıçəkilən qəzetin bölgə müxbiri kimi fəaliyyət göstərmiş X1 ona verdiyi məlumatın həqiqiliyini yoxlamadan xx.xx.2019-cu il tarixdə istifadəsində olan 055 *** ** ** nömrəsi ilə Şəki RMX baş həkiminin sabiq müavini Zərərçəkmiş şəxs4 055 *** ** ** nömrəsinə zəng edib Səxavət Cavadovdan qanunsuz olaraq 10 manat məbləğind ə pul vəsaitinin tələb edilərək alınmasını və bununla əlaqədar videogörüntünün olduğunu söylədikdən sonra həmin görüntünü “Dünya Kriminalı” qəzetində, həmçinin qəzetə məxsus saytda yayımlayacağı ilə hədə-qorxu gələrək, videogörüntünün yayımlanmaması üçün ondan 1000 manat məbləğində pul vəsaitini hədə qorxu yolu ilə tələb etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Mətbuat X12 02 aprel 2014-cü il tarixli qərarı ilə “reket nəşrlərin siyahısı”na daxil edilmiş “Dünya Kriminalı” qəzetində şöbə müdiri qismində işlədiyi müddətdə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən ona verilən informasiyanın doğrudürüstlüyünü yoxlamalı, jurnalist hüquqlarından şəxsi mənafeyi üçün istifadə etməməli olduğu halda tamah niyyəti ilə xx.xx.201 9-cu il tarixdə yuxarıda adıçəkilən qəzetin bölgə müxbiri kimi çalışmış X2 azyaşlı uşağı barəsində olan laboratoriya analiz nəticələrinin təqdim edilməsi müqabilində Şəki Şəhər Gigiyena və Epidemiologiya Mərkəzində həkimmikrobioloq işləyən X6 tərəfindən 10 manat məbləğində pul vəsaitinin tələb edilməsi barədə qəzetin digər bölgə müxbiri qismində işləmiş X1 qeydə alaraq ona göndərdiyi videögörüntülərin və məlumatın həqiqiliyini yoxlamadan xx.xx.2019-cu il tarixdə istifadəsində olan 055 *** ** ** nömrəsi ilə Cəmilə Mənəfovanın əri Zərərçəkmiş şəxs5 istifadəsində olan 055 *** ** ** nömrəsinə zəng edib, Cəmilə Mənəfovanın rüşvət almasına dair əlində videogörüntü olduğunu söyləyərək həmin görüntünü “Dünya Kriminalı” qəzetində, həmçinin sosial şəbəkələrdə yayımlayacağı ilə hədə-qorxu gələrək, vi deogörüntünün yayımlanmaması üçün ondan 500 manat məbləğində pul vəsaitini hədə qorxu yolu ilə tələb etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Mətbuat X12 02 aprel 2014-cü il tarixli qərarı ilə “reket nəşrlərin siyahısı”na daxil edilmiş “Dünya Kriminalı” qəzetində şöbə müdiri qismində işlədiyi müddətdə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən ona verilən informasiyanın doğrudürüstlüyünü yoxlamalı, jurnalist hüquqlarından şəxsi mənafeyi üçün istifadə etməməli olduğu halda tamah niyyəti ilə xx.xx.2019-cu il tarixdə Zaqatala şəhəri Bayraq meydanı adlanan ərazidə yol hərəkəti qaydalarını pozduğuna görə idarə etdiyi avtomobilin cərimə meydançasına aparılması, nəqliyyat vasitəsinin buraxılmasına görə xx.xx.2019-cu il tari xdə Zaqatala RPŞ-nin DYPB-nin rəisi vəzifəsində xidmət edən Zərərçəkmiş şəxs6 ondan 100 manat məbləğində pul vəsaiti alması barədə qohumu X3 ona şifahi qaydada verdiyi məlumatın həqiqiliyini yoxlamadan bu barədə “Cümhuriyyət.az” platformasında məqalə dərc etdikdən sonra, xx.xx.2019-cu il tarixdə istifadəsində olan 055 *** ** ** nömrəsi ilə Zərərçəkmiş şəxs6 istifadəsində olan 055 *** ** ** nömrəsi ilə aralarında həyat keçirilmiş telefon danışığı zamanı barəsində yayımlanmış məqalənin silinməsi, əks halda əlavə rüsvayedici məlumatlar paylaşacağını bildirib hədə-qorxu gələrək, bunun müqabilində sonuncudan 500 manat məbləğində pul vəsaitini hədə-qorxu yolu ilə tələb etmişdir. Bundan başqa o, təkrarən Zaqatala şəhərində ərzaq məhsullarının topdansatışı ilə məşğul olan sahibkar Zərərçəkmiş şəxs 1 əmlakını tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq, yəni hədə-qorxu yolu ilə ələ keçirmək qərarına gələrək bu cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcə qəsdən admini olduğu “Facebook” sosial şəbəkələrində həmin şəxsin xarab və istifadə müddəti bitmiş ərzaq məhsullarının satışını həyata keçirməsi barədə yalan məlumatlar paylaşmış, daha sonra işgüzar nüfuzunun ləkələndiyini görən Zərərçəkmiş şəxs1lə telefon vasitəsilə apardığı danışıqlar zamanı sonuncudan hədə-qorxu yolu ilə, yəni rüsvayedici məlumatlar yayması ilə bağlı hərəkətlərini dayandırıb paylaşımların silinməsi müqabilində pul tələb etmiş və 31 dekabr 2022-ci il tarixdə tanışı X8 vasitəsilə Zaqatala rayonu, Aşağı Tala kəndində Zərərçəkmiş şəxs1 400 manat pul aldıqdan sonra sonuncunun barəsində paylaşdığı rüsvayedici mə lumatları silmişdir. Bundan başqa o, təkrarən Zaqatala rayonu Yuxarı Tala kənd sakini Zərərçəkmiş şəxs2 “M5 Yevlax-Zaqatala-Gürcüstan” yolu ilə Zaqatala şəhəri, Nizami Gəncəvi prospektinin kəsişməsində yerləşən, X14 zamanı həyatlarını itirmiş şəxslərin xatirəsinə ucaldılmış abidənin arxasında sahibkarlıq məqsədilə tikinti işləri apardığını bilib həmin şəxsə məxsus əmlakı tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq, yəni hədə-qorxu yolu ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə vahimə və qorxu yaratmaq məqsədilə əvvəlcə qara rəngli üz maskası geyinmiş vəziyyətdə tikinti işlərinin aparıldığı yerə gələrək açıq-aşkar obyektin fotoşəkillərini çəkərək tikinti işlərini həyata keçirən şəxslərə özbaşına özünü vəzifəli şəxs kimi, yəni “Qanunpress.com” saytının baş redaktoru və təsisçisi kimi tə qdim etmiş, daha sonra 2023-cü il yanvar ayının ortalarında Zərərçəkmiş şəxs2la Zaqatala rayonu Yuxarı Tala kəndində görüşən zaman barəsində rüsvayedici, yəni həyata keçirilən tikinti işlərinin yuxarıda qeyd edilən abidənin görünüşünə xələl gətirməsi və tikinti işlərinin qanunsuz aparılması barədə məlumatları internetdə yayacağı ilə hədələyərək, hədə-qorxu yolu ilə 4000 manat pul tələb etmiş, lakin həmin pul vəsaiti verilmədiyindən Məhkum admini olduğu, “Feysbuk” sosial şəbəkəsində özünə məxsus “Qanun Press” adlı səhifədə müvafiq məzmunlu rüsvayedici məlumatlar paylaşsa da Zərərçəkmiş şəxs2 tərəfindən ona pul tələb etməsi ilə bağlı danışıqlarının qeydə alınmasına dair məlumat verildikdən sonra sonuncunun onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəyindən ehtiyatlanaraq həmin səh ifədə üzrxahlıq məzmunlu paylaşım etmişdir. Bundan başqa o, 2023-cü ilin yanvar ayının ortalarında Zərərçəkmiş şəxs2 məxsus inşası davam edən tikilinin fotoşəkillərini çəkən zaman tikinti işlərini aparan şəxslərə “Qanunpress.com” saytının baş direktorunun fiziki şəxs Zərərçəkmiş şəxs3 olmasına baxmayaraq özbaşına özünü vəzifəli şəxs kimi, yəni “Qanunpress.com” saytının baş redaktoru və təsisçisi kimi təqdim etmiş, bu hərəkətlərinin davamı olaraq “Feysbuk” sosial şəbəkəsində özünə məxsus “Qanun Press” adlı səhifədə saxtalaşdırdığı “Azərbaycan Respublikası Qanunpress xəbər portalı” blankı ilə nömrəsi və tarixi qeyd edilməyən adıçəkilən xəbər portalının “baş direktoru” qismində Azərbaycan Respublikası Prezidentinə, həmin blankla eyni vəzifəni daşıyan şəxs kimi Azərbaycan Respublikası daxili i şlər nazirinə 01 nömrəli, xx.xx.2023-cü il tarixli, həmçinin saxtalaşdırdığı “Azərbaycan Respublikası Qanunpress.com xəbər portalı” blankı ilə nömrəsi və tarixi qeyd edilməyən sözügedən portalın “baş direktoru” qismində Zaqatala RPŞ-nə öz imzası və istintaqa məlum olmayan mənbədən əldə etdiyi aşkar surətdə “Azərbaycan Respublikası Qanun Press qəzeti redaksiyası”na məxsus möhürlə eynilik təşkil etməyən “Azərbaycan Respublikası Qanunpress.com X7” möhürü ilə təsdiq edilmiş müraciətlər ünvanlamasını əks etdirən hazırladığı saxta məktubların fotoşəkillərini paylaşmış, bununla kifayətlənməyərək digər rəsmi sənəddən istifadə etmək məqsədi ilə saxtalaşdırdığı “Azərbaycan Respublikası Qanunpress xəbər portalı” blankı ilə özünü göstərilən portalın “baş direktoru” qismində təqdim edərək istintaqa məl um olmayan mənbədən əldə etdiyi aşkar surətdə “Azərbaycan Respublikası Qanun Press qəzeti redaksiyası”na məxsus möhürlə eynilik təşkil etməyən “Azərbaycan Respublikası Qanunpress.com X7” möhürünün axınlı printerdən çap edilmiş əksi ilə təsdiq edib Zaqatala rayon prokurorluğuna 23 nömrəli, xx.xx.2023-cü il tarixli və 24 nömrəli, xx.xx.2023-cü il tarixli məktublar ünvanlamaqla bilə-bilə saxta sənədlərdən istifadə edib, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə Zərərçəkmiş şəxs3 heç bir məlumatı olmadan, həmçinin ona məxsus redaksiya ilə hər hansı bir əsasla bağlılığı olmadığı halda həqiqiliyi şübhə doğuran məlumatların yayılmasına səbəb olaraq Zərərçəkmiş şəxs3 işgüzar nüfuzunun ləkələnməsi, əhali arasında gözdən düşməsi ilə ifadə olunan di gər hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman İsayev (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Xəqani Səmədov) 28 oktyabr 2024-cü il tarixli 1(107)-396/2024 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 1(091)-55/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində bəraətverici əsaslarla işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı tam əsaslandırılmamış, qanunvericiliyinin tələblərinin ziddinə olaraq, bütün şübhəli məqamlar ərizəçinin əleyhinə şərh edilmişdir. Kassator şikayətində qeyd edir ki, Məhkum qarşı CM-in 182.2-ci maddəsi ilə ittiham irəli sürülməsi tamamilə absurddur. Belə ki, təkrar olaraq hədə-qorxu ilə tələb etməni nəzərdə tutan bu maddənin “qurbanları” məhkəmədə Məhkumlə barışdıqlarını və heç bir şikayət və tələblərinin olmadığını bildirmiş, lakin məhkəmə bu halı araşdırmamışdır. Cinayət işində olan sübutlarla məhkumun CM-in 310 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törətməsi təsdiq olunmur. Məhkəmə cəza təyin edərkən də pozuntu hallarına yol vermişdir. İş ü zrə ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların mövcud olması, “zərərçəkmiş” şəxslərlə barışıq, hər hansı şikayətçinin olmaması CM-in 62-ci maddəsinin tətbiq edilməsi və cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi üçün tam əsas olduğu halda, məhkəmə bunu etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya prote stinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkuma elan edilmiş ittiha m məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, məhkəmələr sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etmədən qərəzli mövqe tutaraq, mümkün olmayan sübutlara əsaslanıb Məhkum əsassız olaraq CM-in 182.2.2, 310 və 320.1-ci maddələri ilə təqsirli bilmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin bu dəlilləri ilə bağlı cinayət işinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, Məhkum sözü gedən cinayəti törətməməsinə dair məhkəmədə verdiyi ifadə işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən və iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən həqiqətə uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifinə dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutları və işin hallarını nəzərdən keçirib hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri məhkumun əməlini CM-in 182.2.2, 310 və 320.1-ci maddələri ilə tövsif etmə klə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, həmin sübutlar Məhkum elan edilmiş ittihamda təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Göründüyü kimi məhkəmələr həmin sübutları Azərbaycan Respublikası CPM-in 144145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 182.2.2, 310 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi sübuta yetirilmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinin məhkum barəsində bəraətverici əsaslarla cinayət işinə xitam verilməsi barədə dəlillərinin əsassız olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; mə hkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməlləri CM-in 182.2.2, 310 və 320.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi Məhkum barəsində ape llyasiya şikayətinə baxaraq, kassasiya şikayətinin dəlillərinin əsasını təşkil edən məsələləri, yəni məhkumun cinayət törətməkdə təqsirinin sübuta yetirilib-yetirilməməsini obyektiv araşdırmış və buna dair nəticəni öz qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, məhkəmə kollegiyası məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Kassasiya şikayətində müdafiəçi həmçinin Məhkum ailə vəziyyətinin nəzərə alaraq ona CM-in 62-ci maddəsinə əsasən cəzanın təyin edilməsini qanuna müvafiq hesab etmişdir. Lakin məhkəmələr tərəfindən məhkuma cəza təyin edərkən qanunun həmin norması tətbiq edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə ə sasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilə r və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqın da” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş üzrə Məhkum törətdiyi cinayətin məqsədi və motivi, onun cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri cinayət qanunun bu normasının tətbiq etməməsi barədə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası birinci və apellyasi ya instansiya məhkəmələrinin mövqeyi ilə razılaşaraq, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək onda təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərədə tutulmuş cəzadan daha yüngül cəza təyin edilməsini qeyri-mümkün hesab edir. Həmçinin məhkəmə kollegiyası işin hallarını və məhkumun törətdiyi cinayətin ağırlığını nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Məhkəmələr Məhkum cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağının olması CM 59.1.4-cü maddəsinə, Zərərçəkmiş şəxs1 vurduğu 400 manat maddi ziyanı tam həcmdə ödəyərək onunla barışması, eləcə də digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 ilə barışması CM-in 182.2.2-ci maddəsinə münasi bətdə, Zərərçəkmiş şəxs3 ilə barışması CM-in 310-cu maddəsinə münasibətdə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, əməllərində cəzalarını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişlər. Qeyd olunmalıdır ki, CM-in 182.2.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 310-cu maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 320.1-ci maddəsinin sanksiyasında isə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəza sının təyin edilməli olması nəzərdə tutulmuşdur. Göründüyü kimi məhkəmələr tərəfindən məhkumun şəxsiyyətini və təyin edilmiş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 182.2.2, 310 və 320.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə və işin hallarına uyğundur. Ona görə də kollegiya kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüqu quna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində olan qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2024-cü il tarixli 1(107)-396/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 182.2.2, 310 və 32 0.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2024-cü il tarixli 1(107)-396/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1360/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1360/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver