Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1361/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu, Məhkum – X4, Müdafiəçi – Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Musayev Kamran Kamal oğlunun iştirakları ilə, X4 Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Musayev Kamran Kamal oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ülviyyə Şükürova) 02 fevral 2022-ci il tarixli hökmü ilə 30 sentyabr 1980-cı ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşayan X8 X7 əməlində cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə bəraət verilmişdir. Həmin hökmlə, Məhkum əməli Azərbaycan R espublikasının Cinayət Məcəlləsinin 256.3-cü maddəsindən həmin Məcəllənin 256.1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə 320 saat müddətinə ictimai işlər cəzasına məhkum edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 19 aprel 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, X8 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, X8 yaşadığı ünvan 2anını axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi X4 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulması, hökmün icrasına nəzarət X4 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməsi, X4 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alınd ığı vaxtdan hesablanması hökm edilmişdir. Həmin hökmdən məhkumun müdafiəçisi Musayev Kamran Kamal oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2022-ci il tarixli hökmünə əsasən, X8 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək balıqçılıq su obyektində olduğu müddətdə 5 kiloqramdan çox balıqları qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, X8 tanışı Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na 2 nömrəli əlavənin 3.3-cü hissəsinin tələblərini pozaraq, yəni balıqçı lıq su obyektində olduqları müddətdə 5 kiloqramdan çox balıqları qanunsuz tutmaq məqsədi ilə 13 may 2021-ci il tarixdə saat 07:00-da Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, Məhkum məxsus 1 ədəd ******* zavod nömrəli “Yamaha-2” markalı asma mühərriklə, 1 ədəd havaüfürən və 2 ədəd avarla təchiz edilmiş bort nömrəsi 1611, seriyası ABA, reyestr nömrəsi 837 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan RR-05 adlı rezin qayıqla Xəzər dənizinə girib özləri ilə gətirdikləri 3 ədəd hər birinin ucuna 2 ədəd qarmaq bağlanmış tilovlardan istifadə edərək 13 may 2021-ci il saat 16:00-dək olan müddət ərzində ümumilikdə 30 kiloqram çəkidə hər biri 33 manat olmaqla 59 ədəd kütüm və hər biri 11 manat olmaqla 13 ədəd külmə balıqlarım qanunsuz tutaraq ba lıq ehtiyyatlarına xeyli miqdarda, yəni 2090 manat məbləğində ziyan vurmuş, həmin tarixdə saat 16:00-da sahilə çıxarkən X10 İdarəsinin Cinayət-axtarış bölməsi və X15 Məntəqəsinin əməkdaşları tərəfindən Məhkum ilə birlikdə saxlanılmış, baxış zamanı onlardan 1 ədəd ******* zavod nömrəli “Yamaha-2” markalı asma mühərriklə, 1 ədəd havaüfürən və 2 ədəd avarla təchiz edilmiş bort nömrəsi 1611, seriyası ABA, reyestr nömrəsi 837 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan RR-05 adlı rezin qayıq, 3 ədəd hər birinin ucuna 2 ədəd qarmaq bağlanmış tilovlar, 59 ədəd kütüm və 13 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiə tərəfi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, R.Səfərov elan edilmiş ittiham üzrə öz ünü təqsirli bilməmiş, onun bu əməllərə heç bir aidiyyəti olmamış və o, qərəzli şəkildə tutulmuş və məsuliyyətə cəlb edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresuslarının ovunun “Qaydaları”na əsasən həvəskar balıqçılara 5 kiloqram balıq ovuna icazə verilir. Səfərov Razinin tutduğu 6 kiloqram balığın 5 kiloqramına tam hüququ olub. Bir kiloqram balığın qiyməti isə heç “xeyli miqdar” təşkil etmir. Müdafiə tərəfi hesab edir ki, təqsirləndirilən şəxslərin əvvəlcədən razılaşaraq balıq tutmaq üçün Xəzər dənizinə daxil olmaları qabaqcadan əlbir olan bir qrup şəxs olmasına dəlalət edən sübut deyil. Belə ki, şəxslərin Xəzər dənizi sularına daxil olmaları üçün müvafiq icazələri olmuş (dövlət Sərhəd Xidməti tərəfindən verilmiş icazə), həmçinin qanunvericiliklə onlara həvəskar balıqçı kimi 5 kq-dək balıq ovlamaq hüququ verilmişdir. Qeyd edilənlər cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi hesab olunmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmə hesab edilə bilməz. Belə ki, qeyd edilən hərəkət (balıq tutmaq üçün Xəzər dənizi sularına daxil olma) oğurluq, soyğunçuluq və sair cinayət əməlləri kimi qadağan olunmuş ictimai təhlükəli əməl deyil. Şəxslər balıq tutmaq üçün Xəzər dənizinə daxil olduqda cinayətin törədilməsi əvvəlcədən planlaşdırılmamış, ümumiyyətlə hadisənin baş verib-verməyəcəyi məlum olmamışdır. Həmçinin təqsirləndirilən şəxslər tərəfindən tutulmuş balıqlar ümumi niyyət üçün deyil, hər biri ayrı-ayrılıqda özləri üçün tutmuşlar. Onlar əvvəl etdikləri kimi balıq ovuna getmişlər və ümumiyyətlə inzibati xəta və ya cinayət hadisəsinin törədilməsi əvvəlcədən məlum olmamışdır. Səfərov Razinin əməlində inzibati xəta və ya cinayət tərkibi yoxdur. O cinayət törətməyib. İş materiallarında və ifadələrinin heç birində qeyd olunmayıb ki, onlar birlikdə gedib dənizdə 5 kq-dan artıq balıq tutaraq külli miqdarda dövlətə ziyan vuracağdırlar. Xəzər dənizində balıq tutulaq qadağan deyil. Hamı balıq tuta bilər. Amma 5 kq-dan artıq tutmaq olmaz. Bu subyektiv cəhətdən də təsdiq olunmur. Yəni bu hal qəsdən olmalıdır. Əvvəlcədən cinayət əlaqəsinə girərək razılığa gəlməli idilər ki, onlar sabah Xəzər dənizinə qayıqla çıxıb 5 kq-dan artıq balıq tutacağıq. Onların arasında belə bir razılıq olmayıb. Sadəcə olaraq əmioğlu kimi bir yerdə həvəskar balıqçı kimi balıq tutmaq istəyiblər. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmünü ləğv edilməli və cinayət işi üzrə icraata xitam verməklə Razi Səfərova bəraət verilməlidir. Kassasiya məhkəmə baxışında müdafiəçi K.K.Musayev çıxış edərək, digər şəxslə birgə balıqları tutarkən eyni qayıqda olmasına baxmayaraq onları harasa aparıb satmaqla bağlı hər hansı ümumi niyyətin olmadığını, bunu sübuta yetirən heç bir dəlilin aşkarlanmadığını, bu səbəbdən sübuta yetirilmədiyini, tutulmuş balıqların bir hissəsini özləri üçün, bir hissəsini isə qohumlara, qonşulara vermək niyyətində olduğunu, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən 5 kiloqram balıq tutmaq hüququnun olduğunu yalnız 1 kiloqram artıq tu tduğunu bildirib, kassasiya şikayətinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2022-ci il tarixli hökmünün ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Kassasiya məhkəmə baxışında məhkum R.C.Səfərov çıxış edərək, müdafiəçisinin dedikləri ilə razı olduğunu, eyni zamanda ona təyin olunmuş cəzanın rahat işləməsinə mane olduğunu, vəziyyətinin olduqca ağır olduğunu bildirib, kassasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin hökmünün məhkuma aid hissədə dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilmə si üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisinin kassasiya şikayətində məhkumun təqsirsiz olduğu halda apellyasiya məhkəməsi tərəfindən barəsində qanunsuz və ədalətsiz hökm qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kass asiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisi ilə birgə vediyi kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcu d olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilmə si tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun və müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvəd ə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2022-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkum X5 verilmiş xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında balıq və digər su bioresurslarının qanunsuz tutulması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkumun ifadəsi, şahid ifadələri və digər iş materialları ilə sübuta yetirilməmiş və Razi Səfərova əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsi Məhkum və X4 eyni qayığda olmalarına baxmayaraq h ər birinin özü üçün balıq tutduğuna istinad etmiş, məhkumların istintaq zamanı verdikləri ifadələrini, məhkəmə iclasında da Razi Səfərovun öz ifadəsində Aruzun ona birlikdə balıq tutmasını təklif etməsini və onun Aruzla razılşaraq getməsinə dair ifadə verməsini, Məhkum da eyni məzmunlu ifadə verərək Razi Səfərova birlikdə balıq tutmağı təklif etdiyini və Razinin onunla razılaşaraq balıq tutmağa getdiyini göstərməsini, hər ikisinin Məhkum məxsus qayıqda balıq tutduqlarını nəzərə almamış, sadəcə təqsirləndirilən şəxslərin məhkəmədə “bir qayıqda olsalar da, hər birinin özü üçün balıq tutduqlarını” göstərmələrinə istinad etməklə kifayətlənmişdir. Lakin apellyasiya məhkəmə baxışında, X7 verilmiş ittiham öz təsdiqini tapmiş, iş üzrə sübutlar yenidən tədqiq edilmiş, işin düzgün həlli üçün əhəmi yyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmamışdır. R.C.Səfərovun əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsinin dispozitiv şərtlərinə görə balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda və qabaqcadan ə lbir olan bir qrup şəxs tərəfindən törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, qabaqcadan əlbir olan dəstə hər hansı formada iştirakçılığı deyil, qabaqcadan əlbir olan dəstənin cinayətin obyektiv cəhətinin icrasında birgə iştirakçılığı nəzərdə tutur. Qabaqcadan əlbir olma dedikdə iki və ya daha artıq şəxsin birgə cinayət törətmək üçün əməlin törədilməsinədək razılığa gəlməsi başa düşülür. Belə razılıq cinayətdən əvvəl istənilən anda (cinayətə hazırlıq və ya cinayətə cəhd mərhələsində), lakin hər bir halda müvafiq əməli törətməyə bilavasitə yönəlmiş hərəkətlərdən əvvəl əldə edilməlidir. Həmçinin, qeyd olunmalıdır ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi tərkib əlamətinin mövcud olması üçün daha bir mühüm şərt cinayətin qab aqcadan əlbir olan ən azı iki icraçı tərəfindən törədilməsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə" anlayışının şərh edilməsi haqqında 20 aprel 1999-cu il tarixli qərarında göstərilmişdir ki, ictimai təhlükəlilik baximından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. O, cinayətin törədilməsində iştirakçılığın sadə forması kimi qəbul edilir. Vaxtından və yerindən asılı olmayaraq, cinayətin birlikdə törədilməsi gedişində iki və ya daha çox şəxsin arasında hər hansı bir sadə razılığın mövcudlugu bir qrup şəxsin yeganə əlamətidir. Belə qrup tərkibində cinayət törədilməsindəki iştirakçılıq təsadüfi birləşmə, birdən-birə ortaya çıxan hər hansı bir vəziyy ət, habelə yanlış anlaşılan həmrəylik hissi kimi hallarda da mümkündür. Hazırki işin hallarından, o cümlədən, təqsirləndirilən şəxslərin ifadələrindən görünür ki, Məhkum və X8 birlikdə balıq tutmağa getmədən bir gün öncə bu barədə razılığa gələrək hər ikisi cinayətin icraçısı olmaqla (hər ikisi tilovlarından istifadə edərək balıq tutmaqla) AR CM-nin 256-cı maddəsinin obyektiv cəhətini (xeyli miqdarda ziyan vurmaqla balıq tutulması) icra etmişlər. Belə ki, kassasiya şikayətində iddia olunanların əksinə olaraq, həm Məhkum, həm də X4 ibtidai istintaq zamanı verdikləri ifadələrdən görünür ki, onlar hər ikisi birlikdə balıq tutmaq məqsədi ilə Xəzər dənizi sahilinə gəldiklərini, Məhkum məxsus 1 ədəd ******* zavod nömrəli “Yamaha-2” markalı asma mühərriklə, 1 ədəd havaüfürən və 2 ədəd avarla təch iz edilmiş bort nömrəsi 1611, seriyası ABA, reyestr nömrəsi 837 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan RR-05 adlı rezin qayıqdan istfadə edərək balıq tutduqlarını, tilovlardan 2 ədədinin Məhkum, 1 ədədinin Razi Səfərova aid olduğunu, ikisinin birlikdə çoxlu sayda kütüm və külmə balıqları tutduqlarını, həvəskar balıq ovu ilə məşğul olduqlarını, bu səbəbdən balıqtutma bileti almadıqlarını, balıqçılıq su obyektində olduqları müddət ərzində 5 kiloqramdan artıq balıq tutmağın qadağan edildiyini bildiklərini, qanunsuz tutduqları balıqlarının ümumi çəkisinin 30 kiloqram (59 ədəd kütüm və 13 ədəd külmə balıqları) olduğunu bildirmişlər. Həmçinin, iş materiallarında olan Məhkum təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokoldan görünür ki, Məhkum müstəntiqin “tutduğunuz balıqla rı X8 ilə necə bölüşdürməyi planlaşdırdınız?” sualına cavab olaraq “həmin balıqların müəyyən hissəsini X8 ilə aralarında iki yerə bölməyi, qalanını isə qohum qonşuya pay verməyi planlaşdırdıq”larını bildirmişdir. İş materiallarında olan X4 təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokoldan görünür ki, müstəntiqin eyni məzmunlu sualına cavab olaraq X16 Səfərovun cavabına uyğun cavab verərək “həmin balıqların müəyyən hissəsini Məhkum ilə aralarında iki yerə bölməyi, qalanını isə qohum qonşuya pay verməyi planlaşdırdıq”larını bildirmişdir. Həmçinin, həmin protokollardan görünür ki, həm Razi Səfərov, həm də Məhkum müstəntiqin “Siz 13 may 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizinə çıxaraq balıq tutmağınızı hansı tarixdə planlaşdır mışdınız?” sualına cavab olaraq “13 may 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizinə çıxaraq balıq tutmaqlarını 1 gün öncə, 12 may 2021-ci il tarixdə planlaşdırdıq”larını bildirmişlər. Bundan başqa, Məhkum və X4 məhkəmə istintaqı zamanı öz ifadələrində bir qayıqda olsalar da, hər birinin ayrı-ayrılıqda özləri üçün balıq tutduqlarını bildirsələr də, ibtidai istintaq dövründə həmin balıqların müəyyən hissəsini aralarında iki yerə bölməyi planlaşdırdıqlarını bildirmişlər. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının sualına cavab olaraq isə həm Arzu Səfərov, həm də Razi Səfərov bildirmişlər ki, əgər onlardan biri balıq tuta bilməsə idi, digəri öz tutduğu balıqların müəyyən hissəsini ona verəcəkdi. Göstərilən hal Məhkum və X4 birlikdə, kim in nə qədər balıq tutmasından asılı olmayaraq ümumi niyyətlə balıq tutmalarını bir daha təsdiq etmişdir. Bundan savayı, Məhkum və X8 məhkəmə istntaqı zamanı balıqçılıq su obyektində 5 kiloqramdan artıq balıq tutmağın qadağan edildiyini bilmədiklərini vurğulasalar da, ibtidai istintaq zamanı bu əməlin qadağan edildiyini bildiklərini göstərmişlər ki, apellyasiya məhkəmə kollegiyası Məhkum və X4 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ziddiyyətli ifadələri iş materialları ilə əlaqəli şəkildə tədqiq edib, onların mütəmadi olaraq (özlərinin ifadələrində göstərdikləri kimi-ayda bir-ki dəfə) balıq tutmaq üçün Xəzər dənizinə getdiklərini nəzərə alaraq göstərilən hala münasibətdə onların məhkəmə istintaqı zamanı verdikləri ifadələri məsuliyyətdən yayınmaq üçün verilmiş ifadələr kimi qiymətləndirmişdir. R.Səfərovun ona hökmlə istinad edilən, cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq apellysaiya instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməməsi ilə bağlı gəldiyi nəticə il ə razılaşmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar R.Səfərovun təqsirinin təsdiq edildiyi barə də yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəfinin kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur, əməlində cinayəti tərkibinin olmaması, qeyd olunan cinayətdə onun təqsirliliyinin müəyyən edilməməsi haqqında qənaətlərini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi və ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşlar. Bu isə onu göstərir ki, məhkumun müdafiəçisinin verdiyi kassasiya şikayətində kas sasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kas sasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının bəraətverici əsaslarla ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayark ən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, mahiyyət etibarı ilə bu şikayətlərin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb məhku ma istinad edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, X4 hərəkətlərində Cinayət Məcəlləsinin 256.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsi və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə icraatlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüquqları gözlənilməklə həyata keçirilmiş, apellyasiya instansiyası məhkə məsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş X4 təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamı ş, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkum X7 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alı nmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən məhkum X4 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü R.C.Səfərova aid hissədə əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Musayev Kamran Kamal oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum X4 müdafiəçisi Musayev Kamran Kamal oğlunun kassasiya şikayəti təmin edilməsin. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2022-ci il tarixli hökmü kassasiya şikayətinə əsasən ona aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1361/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1361/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver