Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1361/2023 03.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X nümayəndəsi X1, Məhkum X2 və müdafiəçisi İsmayılov Musa Mirnul oğlunun iştirakları ilə, xx xxxx 1991-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində b ir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, X qeydiyyatda olmaqla, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 1(106)-188/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 1(099)-617/2021 nömrəli hökmü ilə (sədrlik edən N.F.Quliyev, hakimlər C.Ş.Səfərli və A.Ə.Musayevdən ibarət məhkəmə tərkib) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 19 iyun 2021-ci il tarixdən hesablamışdır. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X10 və məhkum edilmiş şəxsin müdafiəçisi Bayramov Anar Şakir oğlu tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 1(106)-188/2022 saylı qərarı ilə (sədrlik edən M.Ə.Bağırov, hakimlər K.S.Bəşirov və İ.H.Əhmədovdan ibarət məhkəmə tərkib) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsi hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Şirvan A pellyasiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X10 və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Məhkum CM-nin 120.2.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 18 iyun 2021-ci il tarixdə müalicə aldığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji M ərkəzi X15 çıxaraq yaşadığı evə gəlmək məqsədi ilə Bakı şəhəri, Lökbatan dairəsi adlanan əraziyə gəlib, oradan Bakı şəhərindən Şirvan şəhərinə sərnişin daşınması xidməti göstərən avtobusa minmiş, avtobus təxminən saat 17 radələrində Şirvan şəhərinin ərazisində olan zaman həmin avtobusa Ələt qəsəbəsinin ərazisində əmisi xx.xx.1981-ci il təvəllüdlü X6 ilə birlikdə minmiş xx.xx.2004-cü il təvəllüdlü Şahid1 ilə bir-birlərinə çəpəki baxmaları səbəbindən aralarında sözlə yaranmış mübahisəyə X3in müdaxiləsi nəticəsində şiddətlənmiş mübahisə zamanı sonuncunun ona irad tutması və əli ilə bir dəfə zərbə vurmasından hiddətlənərək avtobusdan Şirvan şəhəri, H.Əliyev prospektində, yəni avtovağzal adlanan hissədə yerə düşdükdən sonra baş vermiş mübahisəni aydınlaşdırmaqdan ötrü yolun kənarında dayanmış X və Şahid1lərə yaxınlaşaraq Şahid1 hansı səbəbdən onu vurmalarına dair verdiyi suala sərt cavab verməsi nəticəsində sonuncunun baş nahiyəsindən yumruqla bir dəfə zərbə vurmasına cavab olaraq X3 və Şahid1lərin üzərinə hücum edərək bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla zərbələr vuraraq sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyi, habelə oradan qaçan zaman sonuncuların arxasınca nalayiq küçə söyüşləri söydüklərindən daha da əsəbləşərək bıçaq əldə edib onları cəzalandırmaq qərarına gəlib, bu məqsədlə yaxınlıqda olan “Təklə” marketdən bir ədəd mətbəx bıçağı alaraq pulunu ödəmədən X3 və Şahid1lərin arxasınca getmək məqsədi ilə taksi fəaliyyəti ilə məşğul olan Şahid2 idarə etdiyi “Mercedes E270” markalı, **-DL-*** dövlət nömrəli nişanlı avtomaşına minərək təxminən 300 metr g etdikdən sonra X3 və Şahid1ləri gördükdə maşından düşərək sonuncuların arxasınca qaçmış, səsləməsi nəticəsində X3 və Şahid1lər Şirvan şəhərinin, Köhnə şəhər adlanan hissəsində, yəni Mahir Mirzəyev küçəsində yerləşən, fəaliyyət göstərməyən metal qəbulu sexinin qarşısında dayanaraq, X3in çıxıb getməsi ilə bağlı tələblərinə məhəl qoymayıb, aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə ilə bağlı qisas almaq məqsədi ilə xüsusi amansızlıqla X3i öldürmək niyyətini reallaşdırmaqdan ötrü təxminən saat 18 radələrində X3in hadisə yerində olan qardaşı oğlu Şahid1 gözləri qarşısında ona iztirab verdiyini dərk etməklə xüsusi amansızlıq nümayiş etdirib sağ əlində olan bıçaqla orada X3ə bir dəfə zərbə vurub sonuncuya “döş boşluğunun sol yarısında döş və qarın boşluqlarına keçən deşilmişkəsilmi ş” yara ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmiş, X3 aldığı xəsarətlərdən “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X17 cərrahiyyə əməliyyatı edilən zaman aldığı deşilmiş- kəsilmiş yara nəticəsində baş vermiş daxili və xaricə massiv qanitirmə səbəbindən ölmüş, yəni X3i qəsdən xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun zərərçəkmiş şəxs X3 öldürülməsində ifadə olunmuş əməli düzgün tövsif olunmamış, ona həddindən artıq ağır cəza təyin edilmiş edilmişdir. Kassasiya şikayətində məhkum iddia edir ki, məhkəmələrin sübutları düzgün tədqiq edib-qiymətləndirilməmiş, o cümlədən hadisənin zərərçəkmiş şəxslərin qa nunsuz hərəkətləri ilə başlanmasını və onun X3in öldürmək niyyətinin olmamasını, qarşısında iki nəfər olmaqla onlar tərəfindən təhqir olunduğundan əsəb, sarsıntı keçirərək, affekt vəziyyətində zərərçəkmiş şəxsə xəsarət yetirməsini təsdiq edən sübutlar olmasına baxmayaraq göstərilən hallar nəzərə alınmamış, nəticədə əsassız və qanunsuz olaraq xüsusi amansızlıqla X3in qəsdən öldürməkdə - Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Bundan başqa, Məhkum kassasiya şikayətində təyin olunmuş cəzanı da mübahisələndirərək, cəzanın həddindən artıq ağır olduğunu, məhkəmələrin onun məsuliyyətini yüngülləşdirən halları nəzərə almadıqlarını qeyd etmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarının ləğv ed ilməsini, cinayət işinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticə sində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini faktiki olaraq Cinayət-Prosessual Məcəllənin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində göstərilən halların mövcud olması barədə dəlillə əsaslandırmaqla əməlində qəsdən adam öldürmə o cümlədən xüsusi amansızlıqla adam öldürmə əlamətlərinin əsassız olaraq şamil edildiyini iddia etmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1 39-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhə tləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkum hesab edir ki, onun əməlinə şamil edilməli olan cinayət-hüquqi norma Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi deyil, qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə cinayətini nəzərdə tutan 122.1-ci maddəsidir. Məhkum əməlində qeyd olunan cinayətinin tərkibinin olması barədə iddiasını onunla əlaqələndirir ki, o, Şahid1 və X3 tərəfindən döyülməsi və təhqir olunması nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən X3ə bıçaq xəsarəti yetirdiyindən, onun əməlinə Cinayət Məcəlləsinin həmin əməli nəzərdə tutan maddəsi tətbiq edilməli idi. Lakin, Məhkum iddiası işin həqiqi hallarına əsaslanmır. Belə ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi və apellyasiya instansiyası məhkəməsinin razılaşdığı faktiki hallardan görünür ki, Məhkumlə zərərçəkmiş şəxs X3 və onun qohumu Şahid1 arasında mübahisə 18 iyun 2021-ci il tarixdə saat 17 radələrində avtobusda başlanmış (zərərçəkmiş şəxs tərəfindən vurulması), sonra avtovağzal adlanan hissədə davam etmiş (qarşılıqlı münaqişə və məhkumun söyülməsi), daha sonra Məhkum avtovağzal adlanan yerdən qaçdıqdan sonra bıçaq əldə edib X3i və Şahid1 cəzalandırmaq məqsədi ilə taksi fəaliyyəti ilə məşğul olan Şahid2 idarə etdiyi “Mercedes E270” markalı, **DL-*** dövlət nömrəli nişanlı avtomaşına minərək təxminən 300 metr getdikdən sonra X3 və Şahid1ləri gördük də maşından düşərək sonuncuların arxasınca qaçaraq yekun nəticədə bıçaqla X3ə bir dəfə zərbə vurmaqla sonuncunun həyatdan məhrum etmişdir. Həmin faktlara görə Məhkum zərərçəkmiş şəxs X3in və hazırkı iş üzrə şahid qismində keçən Şahid1 onu vurmaları və təhqir etmələrinin təsiri altında dərhal və yaxud qısa müddət sonra hərəkətə keçməmiş, onda öldürmək niyyətinin yarandığı və onun bu niyyətini həyata keçirdiyi məqamlar arasında xeyli müddət keçmiş, bu müddət ərzində Məhkum mağazadan bıçaq əldə etmiş, daha sonra taksi fəaliyyəti ilə məşğul olan Şahid2 idarə etdiyi avtomobilə minərək X3in və Şahid1 arxalarınca getmiş, yəni Məhkum əlverişli şəraitin yaranmasını gözləməklə və məhz belə şəraitin yarandığına əmin olduqdan sonra zərərçəkmişi öldürmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 122-ci maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirkarın CM-in 122.1-ci maddəsində təsvir edilən zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar güclü ruhi həyəcan (affekt) vəziyyətində olması və belə vəziyyətin məhz qəflətən baş verməsi tələb olunur. İş üzrə yuxarıda təsvir edilən faktiki hallarla Məhkum zərərçəkmişi öldürərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində olmaması müəyyən olunmuşdur ki, bu da onun hərəkətlərinin Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə tövsif edilməsini istisna etməklə, məhkumun kassasiya şikayətində istinad etmiş olduğu dəlilin əsasız olmasına dəlalət edir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum zərərçə kmiş şəxslə (həmçinin sonuncunun yanında olmaqla hazırkı iş üzrə şahid qismində keçən Şahid1lə) aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə ilə bağlı qisas almaq məqsədi ilə X3i qəsdən öldürməsi faktı əsaslı şəkildə müəyyən edilsə də, həmin xüsusata düzgün hüquqi qiymət verilməmiş, X3in hadisə yerində olan qardaşı oğlu Şahid1 gözü qarşısında öldürülməsi cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət edən hal kimi qiymətləndirilmiş və bunun nəticəsi kimi Məhkum zərərçəkmiş X3i qəsdən öldürülməsində ifadə olunmuş cinayət əməli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə baxdıqda, aydın olur ki, sözügedən əlamətlə cinayətin törədilməsi barədə şəxsə qarşı ittihamın irəli sürülməsi üçün onun qəsdinin zərərçəkmiş şəx sə və yaxud hadisəni görən onun yaxınlarına məhz xüsusi əzab və iztirab verməyə yönəlməsi, yəni onun birbaşa qəsdlə hərəkət edib onlara xüsusi əzab və iztirab verməyi arzu etməsi tələb olunmur. Yəni qəsdin forması barədə düzünə göstəriş olmadığından təqsirkar istər birbaşa, istərsə də dolayı qəsdlə hərəkət edə bilər. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin həmin şəxslərə xüsusi əzab, iztirab verməsi kimi əlamətlərlə müşayiət olunduğunu dərk edib buna şüurlu surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcudluğu kifayətdir ki, onun əməli xüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə kimi tövsif edilsin (təbii ki, cinayət tərkibinin digər əlamətləri də müəyyən edildiyi təqdirdə). Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürm ə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum qərarının 8-ci bəndində qeyd olunur ki, “Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.” Plenum qərarının həmin m üddəalarına və Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin mənasına görə qəsdən adam öldürmə cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxslərin qohumluq münasibətindən məlumatlı olsun, eyni zamanda onun niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirməklə öldürmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun birbaşa və ya dolayı qəsdl ə hərəkət etməsi müəyyən olunsun. Eyni zamanda nəzərə alınmalıdır ki, törədilən cinayətin yeri, vaxtı, üsulu, şəraiti, iştirakçıların sayı və sair əlamətlər təqsirkarın qəsdinin istiqamətinə təsir edən amil kimi çıxış edir. Hazırki işin şərh edilən məsələ ilə əlaqədar müəyyən olunmuş halları aşağıdakılardan ibarətdir: _ Məhkum nə Şahid1 nə də ki, X3i, həmçinin sonuncular onu tanımamışlar, aralarında heç bir ədavət olmamışdır. _ Hazırkı iş üzrə şahid qismində keçən Şahid1 mərhum X3in qardaşı oğludur. _ 18 iyun 2021-ci il tarixdə, saat 17 radələrində avtobusda Şahid1lə Məhkum arasında çəpəki baxmaq səbəbindən yaranmış mübahisə X3in müdaxiləsi ilə şiddətlənir, X3 Məhkum irad tutur və Məhkum əli ilə vurur. _ Avtovağzal adlanan hissədə yerə düşdükdən sonra baş vermiş mübahisəni aydınlaşdırmaqda n ötrü Məhkum yolun kənarında dayanmış X3 və Şahid1lərə yaxınlaşaraq Şahid1 hansı səbəbdən onu vurmasına dair verdiyi suala sərt cavab verməsi nəticəsində sonuncunun baş nahiyəsindən yumruqla bir dəfə zərbə vurmasına cavab olaraq X3 və Şahid1lər onun üzərinə hücum edərək bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla zərbələr vuraraq sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmişlər, onu təqib etmişlər, habelə oradan qaçan zaman sonuncular onun arxasınca nalayiq küçə söyüşləri söymüşlər (sübutların qiymətləndirilməsi haqqında qərar, video disk). _ X3in Məhkum tərəfindən bıçaqla vurulduğu yerdə Şahid1 yenidən münaqişə tərəfi kimi çıxış etmiş, həmin vaxt X3in əlində armatur, Şahid1 əlində isə yerdən götürdüyü daş parçası olmuş, ilkin olaraq Məhkum onun üzərinə hücum çəkmiş, daha son ra X3i bıçaqla vurmuşdur. (Şahid1 istintaqda və məhkəmədə vermiş olduğu ifadələri). Hadisələrin baş vermə mexanizminə diqqət etdikdə həm Şahid1, həm də X3 hadisənin əvvəlində sonuna qədər münaqişə tərəfi kimi çıxış etmələrini, sonuncuların biribirinin yanında olmaqla Məhkumlə qarşılıqlı münaqişə halında olmalarını görmək mümkündür. Digər tərəfdən Şahid1 ifadəsindən (Məhkum təsdiq etdiyi) görünür ki, Məhkum bıçaqla onların üzərinə gələrkən həmin vaxt X3in əlində armatur, özünün əlində isə yerdən götürdüyü daş parçası olmuş və Məhkum ilkin olaraq onun üzərinə gələrək xəsarət yetirməyə çalışmışdır (birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin sualına cavab olaraq Məhkum –“X3i vurmamışdan əvvəl Muradı zədələmişdim” cavabını vermiş). Məhkəmələrin qəbul etdi kləri sübutlara, o cümlədən Şahid1 özünün də təsdiq etdiyi Məhkum ifadəsinə görə Şahid1 əlində olan daş parçası ilə onun başına, kürək nahiyəsinə, X3 isə metal parçası ilə sağ qol nahiyəsinə vurmaqla (23 iyun 2021-ci tarixli məhkəmə tibbi ekspertizasının 23 iyun 2021-ci tarixli rəyinə əsasən Məhkum sağ bazunun yuxarı orta 1/3də qançırlar-küt (alət) təsirindən törənmiş) ona xəsarətlər yetirmişlər ki, bu da Şahid1 Məhkum sakitləşdirməyə, onun hərəkətlərinin qarşısı almaq üçün addımlar atmasının əlaməti kimi çıxış etməməklə daha çox baş verən münaqişəyə müdaxilə etməklə aktiv iştirakçısı olmasının göstəricisidir. Göründüyü kimi şəxsi münasibətlər zəminində baş vermiş qarşılıqlı münaqişə zamanı Məhkum qəsdi birmənalı olaraq ona xəsarət yetirmiş, onu təhqir etmiş və hadisə baş verən anda əllə rində bərk küt əşyalar olmaqla ona xəsarət yetirə biləcək şəxslərdən intiqam almaq olmuş və işin faktiki halları ilə onun özünün hərəkətləri ilə münaqişə iştirakçısı Şahid1 sonuncunun əmisini qəsdən həyatdan məhrum etməklə əzab və iztirab verə biləcəyini görməsi və ya dərk etməsi ümumiyyətlə müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayətin bilavasitə törədilməsi zamanı Məhkum zərərçəkmiş şəxs X3ə onun qardaşı oğlu-hadisənin aktiv iştirakçısı olan Şahid1 yanında bıçaqla xəsarət yetirməsi sonuncuya iztirab vermək kimi niyyəti ilə deyil, onu daha əvvəl təhqir etməklə ona şiddət göstərmiş şəxslərdən intiqam almaq niyyəti ilə tam əhatə olunmuş, onun həmin anda niyyətinin sadəcə zərərçəkmiş şəxs və onun yanında olan Şahid1 qisas almaq olması yuxarıda göstə rilən xüsusatlarla tam olaraq öz təsdiqini tapmışdır. Belə olan halda Məhkum X3i münaqişənin digər aktiv iştirakçısı olan, həmin anda əlində bərk küt əşya olmaqla hər an Məhkum xəsarət yetirmək ehtimalı olan, artıq münaqişə zamanı hadisələrin gedişatı nəticəsində həm özünün, həm əmisinin, həm də Məhkum xəsarət ala bilməsi və ya hadisənin daha ağır nəticələrlə başa çatması ehtimalını görməklə gözə alan Şahid1 yanında öldürməsinin məhz zərərçəkmiş şəxsin yaxınına xüsusi iztirab vermək, yaxud zərərçəkmiş şəxsin yaxınlarına xüsusi iztirab yetirdiyini dərk edərək onu həyatdan məhrum etmək kimi qiymətləndirilməsi və bununla da Məhkum istər birbaşa, istərsə də dolayı qəsdlə cinayəti məhz xüsusi amansızlıqla törətməsi istisna olunur. Sadalanları nəzərə alaraq kollegiya hesab edir ki, məhkəmələrin Məhkum əməlin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilməsi barədə, yəni onun qəsdinin X3in hadisə yerində olan qardaşı oğlu Şahid1 gözləri qarşısında ona iztirab verdiyini dərk etməklə zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlməsi ilə bağlı qənaətləri - Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin dispoziyası və onun təfsirinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə uzlaşan nəticə kimi qəbul edilə bilməz. Bu isə onu deməyə əsas verir ki, Məhkum X6 ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində yaranmış mübahisə ilə bağlı qisas almaq məqsədi ilə sonuncunu öldürməsi ilə bağlı öz əməlinin mümkün ictimai təhlükəli nəticəsini qabaqcadan görmüş, bunu arzu etməklə, həmin ictimai təhlükəli nəticəyə münasibətdə onun bir başa qəsdi mövcud olmuşdur ki, qeyd olunan əməl cinayət olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tam əhatə olunur. Odur ki, Məhkum cinayət əməlinin hüquqi tövsifi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən 120.1-ci maddəsinə dəyişdirilməli və həmin maddə ilə Məhkum Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq – törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti (o cümlədən, himayəsində azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi, həmçinin ağırlaşdıran halların olmaması nəzərə alınmaqla), cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum həmin cəzanı təyin etməklə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə çatmaq mümkündür. Təsvir olunanlar Məhkum kassasiya şikayətinin məhkəmə kollegiyası tərəfindən qəbul edilən dəlillər hissəsində əsaslı olduğunu, məhkəmələr tərəfindən mübahisələndirilən qərarın kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkum və müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvani Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 13 aprel 2022-ci il tarixli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 13 aprel 2022-ci il tarixli 1(106)-188/2022 nömrəli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif olunmuş əməli həmin maddədən Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilsin, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə Məhkum 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan
Məhkəmə qərarları › İş №1(102)-1361/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1361/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver