Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1361/2024 27.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Məmmədov Ələsgər Hüseyn oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 1(105)-385/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Ələsgər Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamışdır. 2. 18 iyul 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 23 avqust 2022-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazır lıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə ki, Məhkum telefon vasitəsilə tanış olduğu istintaqa məlum olmayan Əli adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin ona öz istifadəsi üçün veriləcək müəyyən miqdarda narkotik vasitə müqabilində Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməsi barədə ümumi razılığa gəlmiş, 31 oktyabr 2021-ci il tarixdə, axşam saatlarında Əli adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirib, Abşeron rayonu, Novxanı kəndində qoyduğu şəffaf sellofan paketdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilən «Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı»na daxil olan kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən 3 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda çəkisi 3,270 qram, 25,0 qram, 45,0 qram, ümumi təmiz çəkisi 73,27 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxil olan xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan 3 ədəd bükümdə ayrı-ayrılıqda 5,824 qram, 20,0 qram, 43,0 qram, ümumi çəkisi 68,824 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, ev 8, mənzil 7 ünvanına daşıyıb, 5,824 qram çəkidə psixotrop maddə metamfetamini və 3,270 qram çəkidə narkotik vasitə heroini üzərində, iki ədəd bükümdə ayrı-ayrılıqda 20,0 qram və 43,0 qram çəkidə psixotrop maddə metamfetamini və iki ədəd bükümdə ayrı-ayrılıqda 25,0 qram və 45,0 qram çəkidə narkotik vasitə heroini yaşadı ğı həmin mənzildə saxlamış, 03 noyabr 2021-ci il tarixdə, saat 18 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb Abşeron Rayon Polis İdarəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə 5,824 qram çəkidə ağ rəngli kristallik maddə psixotrop maddə metamfetamin, bir ədəd bükümdə 3,270 qram çəkidə qəhvəyi rəngli narkotik vasitə heroin, əməliyyat tədbirinin davamı kimi Məhkum yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, ev 8, mənzil 7 ünvanına baxış keçirilən zaman evin giriş qapısı ilə üzbəüz otaqda olan plastmas konstruksiyalı dolabın siyirməsindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 20,0 qram, 43,0 qram, ümumi tə miz çəkisi 63,0 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 25,0 qram, 45,0 qram, ümumi təmiz çəkisi 70,0 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərlərində heroin izləri olan 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
5. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-156/2023 nömrəli, 12 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməsi, cəzasını ümumi rejimli cəzaçəkm ə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 03 noyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Məmmədov Ələsgər Hüseyn oğlu apellyasiya şikayəti verib hökmün ləğv edilməsi, əməlində cinayət tərkibi olmadığına görə Məhkum bəraət verilməsini xahiş etmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-385/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-156/2023 nömrəli, 12 may 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Məmmədov Ələsgər Hüseyn oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində məhkumun və şahidlərin məhkəməyədək və məhkəmə icraatı zamanı verdiyi ifadələri köçürülməklə bildirilmişdir ki, məhkəmələr dövlət ittihamçısının Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan imtina etdiyinə görə həmin maddə ilə aparılan cinayət təqibinə xitam versələr də, şahid qismində dindirilmiş 2 nəfər polis əməkdaşının yalan xarakterli ifadəsinə əsaslanıb, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilib məhkum etmişlər. Halbuki, cinayət işinin materiallarında narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini müəyyən edən hər hansı sübut mövcud deyil. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-385/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiy a instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edil miş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Müdafiəçi kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmadığını iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilm əsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-385/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qa nununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlində təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibi olmadığına dair müdafiəçinin dəlillərini əsassız hesab edir.
22. Belə ki, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat z amanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, mənzilə baxış və götürmə aparılması barədə protokol, ekspertiza rəyləri, mobil telefona baxış keçirilməsi haqqında protokol, istintaq hərəkətlərinə aid protokollar, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
23. Müdafiəçinin kassasiya şikayətində məhkum X2 narkotik vasitələr in satışı ilə məşğul olmasına dəlalət edən hər hansı sübutun olmamasına dair iddiasının əksinə cinayət işinin materiallarında olan yuxarıda sadalanan sübutların məcmusu əsasında apellyasiya məhkəməsi kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Məhkum 3 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda çəkisi 3,270 qram, 25,0 qram, 45,0 qram, ümumi təmiz çəkisi 73,27 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan 3 ədəd bükümdə ayrıayrılıqda 5,824 qram, 20,0 qram, 43,0 qram, ümumi çəkisi 68,824 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin, bunların satışı üçün istifadə edilən avadanlıq – 02 (iki) ədəd elektron tərəzinin olması, üstəlik istifadə etdiyi mobil telefo n nömrəsinə daxil olan sms-lərin mətnləri həmin narkotiklərin satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edir.
24. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun tə qsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə nəticəsi apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
26. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.
27. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
28. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-385/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Məmmədov Ələsgər Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-385/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.