Məhkəmə qərarları › İş №1(102)-1361/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1361/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1361/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-85/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Mirzəyev Şaiq Səyyad oğlu tərəfindən verilmiş kassasi ya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xxxxxx-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 25 may 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 13 iyun 2024-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum 02 noyabr 2023-cü il tarixdə “Rizin” döyüş federasiyasının təşkilatçılığı ilə “Landmark 7” turniri üzrə çoxsaylı əcnəbi və yerli idmançılar, tamaşaçılar və digər şəxslərin iştirakı ilə idman şousunun keçirildiyi Bakı şəhəri Səbail rayonu Dənizkənarı Milli Park ərazisində Neftçilər prospekti 26A ünvanında yerləşən, ictimai yer hesab edilən “Dəniz Mall” ticarət və əyləncə mərkəzində tanışı Zərərçəkmiş şəxs həmin günü məşqçisi Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən aralarında olan mobil telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 “sən” deyə müraciət etməsini cüzi səbəb kimi bəhanə edərək Zərərçəkmiş şəxs bu sözünə görə cəzalandırmaq məqsədi ilə peşəkar qaydada idmanla məşğul olan dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, T əqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edilməsi məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Zərərçəkmiş şəxs orada olan mühafizəçi vasitəsilə çağırıb ticarət mərkəzinin alt mərtəbəsinə gəlməsinə nail olduqdan sonra həmin tarixdə saat 17 radələrində ticarət və əyləncə mərkəzindəki vətəndaşların istirahətinə, o cümlədən əcnəbi və yerli idmançıların idman tədbirində nəzərdə tutulmuş vaxtda, təhlükəsiz formada iştirakına və istirahətinə, mühafizəçilər və digər işçilərin normal iş fəaliyyətinə mane olub həmin şəxslərin gözü qarşısında kobud şəkildə Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədib təhqir etməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq cəmiyyətdə insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, aşkar surətdə ətrafdakı şəxslərə etinasızlıq göstərərək onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan münaqişə yaradaq yumruq və təpik zərbələri ilə, habelə əlbəyaxa döyüş fəndləri tətbiq edərək Zərərçəkmiş şəxs üz, baş, boyun, sinə və bədəninin digər müxtəlif nahiyələrinə qrup üzvləri ilə birlikdə qəsdən vurmuş, zərbələrin təsirindən yerə yıxılan Zərərçəkmiş şəxs əynindəki şalvarının ön hissəsini onlar tərəfindən açılaraq çıxarmağa yönəlmiş hərəkətlər edilərkən Təqsirləndirilən şəxs1 tərəfindən bu hərəkətlər mobil telefon cihazı vasitəsilə video çəkilişdən istifadə etməklə qeydə almış, Zərərçəkmiş şəxs təhqir edilərək “cəzalandırılmasına” səbəb olan hərəkətləri təkrarlayacağı təqdirdə gələcəkdə də üzərində fiziki zor tətbiq edilməsi kimi həyata keçirilməsi real olan hədə ilə hədələyib bir qrup şəxs halında Zərərçəkmiş şəxs fiziki zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-237/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 62ci maddəsi tətbiq olunmaqla 2000 (iki min) m anat cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən onun 29 yanvar 2024-cü il tarixdən 30 yanvar 2024-cü il tarixədək tutulduğu müddət nəzərə alınmaqla təyin olunmuş cəzasının yüngülləşdirilərək, üzərində qəti olaraq 1500 (min beş) yüz manat cərimə cəzasının saxlanılması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 da Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşlar.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Mirzəyev Şaiq Səyyad oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində bər aət hökmü çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum heç bir xuliqanlıq hadisəsi törətməyib, Zərərçəkmiş şəxs döyməyib, ona hər hansısa bir xəsarət yetirməyib, ictimai qayda və asayişi pozmayıb və heç kəsin əmlakını zədələməyib. Məhkəmə istintaqı zamanı iş üzrə bütün şahidlər Məhkum qarşı ifadə verməyiblər, əksinə təqsirsiz olduğunu bildiriblər, həmçinin heç bir vətəndaşın Məhkum qarşı hər hansı şikayəti olmamışdır. Məhkum zərərçəkmişə hər hansı bir xəsarət yetirməmiş, onu döyməmiş, zorakı hərəkətlər etməmişdir. İş materiallarında videogörüntülərin olmaması ona dəlalət edir ki, hadisə ümumiyyətlə baş verməmişdir. Məhkəməyə təqdim olunmuş materiallardan da görünür ki, zərərçəkmiş şəxs məsələnin xırda olduğunu bildirir və Zərərçəkmiş şəxs özü h adisədən peşmançılığını bildirərək, artıq barışdığını qeyd edir. Ümumiyyətlə, cinayət işinin başlanılması daha çox zərərçəkmişin sosial mediadakı ilkin çıxışları ilə bağlı olmuş və onun dedikləri heç biri məhkəmədə öz əksini tapmamışdır. Zərərçəkmiş şəxs öz çıxışının əsassız olduğunu bilərək nə özü, nə də nümayəndəsi məhkəmə prosesinə gəlməmiş, məhkəmədə iştirak etməmişdirlər. Bu da onu göstərir ki, zərərçəkmiş şəxsin şikayəti tam olaraq əsassızdır. Məhkum özünü təqsirli bilmir. O, qarışıq döyüş növləri üzrə Avropa və Dünya, həmçinin RİZİN qrandprisinin çempionu olmuş, müxtəlif ölkələrdə göstərdiyi nailiyyətlərə görə Azərbaycan Respublikasının dövlət bayrağını yüksəklərə qaldırmış, 2-ci Qarabağ Müharibəsində göstərdiyi nailiyyətlərə görə Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Məhkum zərərçəkmişlə əvvəllər ədavət və düşmənçiliyi olmamışdır. İş üzrə təqsirləndirilən şəxs Məhkum bildirmişdir ki, 02 noyabr 2023-cü il tarixdə “Dəniz Mall”-da zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi kimi heç bir xuliqanlıq hadisəsi baş verməmişdir. O və digər məşq yoldaşları peşəkar idmançı kimi qanunsuz hərəkətlərə yol verməmişdirlər. Ekspert tərəfindən qoyulmuş suallara cavab olaraq vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir, tibbi sənəddə göstərilən başın, boyun travması, döş qəfəsinin küt travması diaqnozu xəsarətin obyektiv əlamətləri ilə əsaslandırılmadığına və onun məhkəmə-tibbi müayinəsi zamanı belə əlamətlər olunmadığına görə xəsarət kimi qiymətləndiirlməsi mümkün olmadığı nəticəsinə gəlinmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş 16 yanvar 2024-cü il tarixdə təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 17 yanvar 2024-cü il tarixli, T92/2024 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs istər ilkin, istərsə də təkrar məhkəmətibbi ekspertizası zamanı bədəni üzərində hər hansı bir xəsarət və ya onun izi aşkar edilməmişdir. Ekspert rəylərindən də görünür ki, zərərçəkmişə qarşı kimsə tərəfindən döymə, zədə, xəsarət yetirmə halı olmamışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-85/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-237/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasi ya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Mirzəyev Şaiq Səyyad oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, müdafiəçi onları təkrarlamaqla qeyd etmişdir ki, məhkəmə cinayət tərkibi əlamətləri olmadan məhkum edilmiş şəxsin barəsində ittiham hökmü çıxarmışdır. Kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddəsində nəzərdə tutulan halları yaradan pozuntular kimi qiymətləndirməklə, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-85/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində bəraətverici əsaslarla qərar qəbul edilməsi xahiş edilmişdir. 1

2. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosess ual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azınd an həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Müdafiəçi kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmadığını iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-85/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli q ərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

19. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

20. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).

21. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslana raq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

22. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində bildirilənlərdən fərqlənmir, kassasiy a şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya şikayətində istinad edilən məsələlərə dair müvafiq ətraflı əsaslandırmış cavablandırma artıq verilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə şikayət müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayəthüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər is ə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.

24. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərara münasibətdə kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə təkrar araşdırma aparılmadan həmin qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

25. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir ed ilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-85/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Mirzəyev Şaiq Səyyad oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-85/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar