Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1362/2022 27.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının və Məhkum1 və onun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 27 yanvar 2022-ci il tarixli, 1(103)-111/2022 nömrəli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, 22 dekabr 2015-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hökmü ilə CM-nin 128 maddəsi ilə 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan 2. 06 iyun 2020-ci il tarixli ittiham aktına görə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirləndir ilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə xeyli miqdarda əmlak əldə etmək məqsədilə silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək iradəsindən kənar və iradəsi ziddinə bir yerdən başqa yerə qanunsuz olaraq aparmaqla oğurlayaraq saxlamış və zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, onun haqqında rüsvayedici məlumat yayacağı hədəsi ilə xeyli miqdarda əmlakını tələb edib əldə etmişdir.Belə ki, o, 2019-cu ilin may ayında əvvəllər tanıdığı Məhkum2, Əliyev Emin Tahir oğlu və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olduğunu bildikləri Zərərçəkmiş şəxs1 oğurlayaraq hədə-qorxu ilə tələb edib yaxınlarından xeyli miqdarda əmlak əldə etmək məqsədilə aralarında aparılmış vəzifə bölgüsünə əsasən qrup üzvü Emin Əliyev 24 may 2019-cu il tarixdə, saat l3:44-də (055) *****-** mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan (077) ***-**-** mobil nömrəyə zəng edib narkotik almaq adı ilə sonuncunu aldadaraq ünvan 2 ünvanında yerləşən gül satılan dükanın yanına görüşə dəvət etmiş, həmin gün, yəni 24 may 2019-cu il tarixdə, saat 15 radələrində, Zərərçəkmiş şəxs1 qeyd edilən ünvana görüşə gəldikdə, aparılmış vəzifə bölgüsünə əsasən orada qrup üzvləri Məhkum1, Məhkum2 və «Azər» adlı şəxs Zərərçəkmiş şəxs1 zor tətbiq edərək onu Məhkum1 idarə etdiyi «CİTY MMC»-dən kirayə götürülmüş «KİA-RİO» markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilə qanunsuz olaraq mindirib, avtomobilin arxa oturacağında Məhkum2 silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirərək etdirərək, Zərərçəkmiş şəxs1 bədəninə dirəyib, həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə oğurlayaraq avtomobildə iradəsi əleyhinə qanunsuz olaraq Binəqədi rayonunda yerləşən, ünvanı istintaqa məlum olmayan, fərdi yaşayış evinə aparıb orada saxlamış və niyyətlərinə nail olmaq üçün Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 istifadəsində olan (050) ***-**-** nömrəli mobil telefonuna zəng etdirib Zərərçəkmiş şəxs1 şəxsiyyəti üzərində zor göstərəcəkləri və narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə polis orqanlarına məlumat verəcək ləri hədəsi ilə azadlığa buraxılması müqabilində 10.000 manat məbləğində pul tələb etmiş, ilkin olaraq 8.000 manat, sonradan isə qalan 2.000 manat ödəniləcəyinə razılaşdıqdan sonra, həmin gün saat 21:30 radələrində aralarında aparılmış vəzifə bölgüsünə əsasən qrup üzvi Məhkum2 ünvan 4 ünvanında yerləşən “Araz’' supermarketin qarşısında Zərərçəkmiş şəxs2 8.000 manat məbləğində nağd pul vəsaitini almaqla Zərərçəkmiş şəxs1 azadlığa buraxmış, əldə etdikləri vəsait qrup üzvləri arasında bölündükdən sonra, növbəti gün, yəni 25 may 2019-cu il tarixdə saat 11 radələrində, Zərərçəkmiş şəxs2 yenidən zəng edərək oğlu Zərərçəkmiş şəxs1 təkrarən oğurlayacaqları və şəxsiyyəti üzərində zor göstərəcəkləri hədəsi ilə qalan 2.000 manat pul vəsaitinin onlara verilməsini hədə-qorxu ilə tələb etmişlər
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 1(101)185/2021 saylı hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona AR Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, AR Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
5. Həmin hökmlə həmçinin Məhkum2 və Əliyev Emin Tahir oğlu da təqsirli bilinərək məhkum edilmişdir
6. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 1(101)185/2021 saylı hökmündən Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 1(103)-111/2022 nömrəli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 1(101)-185/2021 saylı hökmü ilə Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərarından Məhkum1 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Ka ssasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
9. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci qrup əlil olmasını, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona azadıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün sayaraq Məhkum1 barəsində AR CM-nin 70-ci maddəsini tətbiq etməklə şərti hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 10.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. 18.Məhkum kassasiya şikayətində Məhkum1 Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsini xa hiş etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. 19.Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 1(103)-111/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Məhkum1 ona hökmlə isti nad edilən cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. 21.Məhkəmə kollegiyası həmçinin Məhkum1 onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi edilməsi barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. 22.Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şə xsə Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A zərbaycan Respublikası CM-in 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). 23.Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ə dalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. 24.Şərti məhkum etmənin tətbiqi ü zrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 25.Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şə xslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarı). 26.Qeyd olunan cinayət-hüquqi normalarına və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya şikayətinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisədə yoxlanıldıqda, Məhkum1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. 27.Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma təyin edilən cəza - onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddələrinin sanksiyasının orta həddində olmuşdur və məhkəmənin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Mahiyyət etibarı ilə kassasiya şikayətində apellyasiya məhkəməsinin cəza təyini ilə bağlı qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum1 cəzasının yüngülləşdirilməsinə (o cümlədən, Azərbaycan Respublikası CM-nin 70ci maddələrinin tətbiq edilməsinə) əsas v erən hallar kimi qiymətləndirmək üçün əsas müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. 28.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozun tulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 29.Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1 verdiyi kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 1(103)-111/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 1(103)-111/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.