Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1362/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmməd oğlunun və Məhkum iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Cəbrayıl rayonu, Niyazqullar kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Niyazqullar kəndində qeyd iyyatda olan və ünvan 1 ünvanda yaşamış hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2022-ci il tarixli, 1(106)-661/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Cəbrayıl Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1 (072)-011/2022 saylı hökmü ilə (hakim: T.V.Nüsrətov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli c əzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin 27 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Həmçinin həmin hökmlə X9 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), İ.H.Əhmədov və K.S.Bəşirov ) apellyasiya şikayəti təmin edilməmiş, Cəbrayıl Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 2021-ci ilin dekabr ayının sonlarında Abşeron rayonu, Sulutəpə qəsəbəsinə gedən zaman yolun kənarında olan sökülü binanın yanından bir ədəd göy rəngli polietilen torbada tapdığı qəsdən satış məqsədilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 325.88 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib kirayədə yaşadığı İmişli şəhəri, “Depo” adlanan ərazidə yerləşən evinə qanunsuz olaraq daşımaqla həmin evin mətbəxindəki dolabın yuxarı gözündə gizlətməklə qanunsuz olaraq saxlamışdır. Bundan başqa, Məhkum qəsdən satış məqsədi tamah niyyətilə əldə edib kirayədə yaşadığı İmişli şəh əri “Depo” adlanan ərazidə yerləşən evin mətbəxində olan dolabın yuxarı gözündə qanunsuz olaraq saxladığı ümumi təmiz çəkisi 325.88 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananın bir hissəsini, yəni bir ədəd kibrit qutusunda təmiz çəkisi 6.29 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 60 AZN məbləğində pul müqabilində 22 yanvar 2022-ci il tarixdə, saat 13:00 radələrində kirayədə yaşadığı evdə qanunsuz olaraq X1. Həmçinin Məhkum İmişli şəhəri, “Depo” adlanan ərazidə yerləşən kirayədə yaşadığı evin mətbəxindəki dolabın yuxarı gözündə qanunsuz olaraq saxladığı narkotik vasitə hesab edilən qurudulmuş marixuananın bir hissəsini, yəni bir ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 9.59 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 27 yanvar 2022-ci il tarixdə, saat 17:00 radələrində əynində olan qara rəngli şalvarının sağ yan cibində qanunsuz olaraq saxlamaqla Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş qəsəbə istiqamətində daşımışdır. 27 yanvar 2022-ci il tarixdə, saat 21:50 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Məhkum qanunsuz olaraq satış məqsədilə əldə etdiyi narkotik vasitə hesab edilən qurudulmuş marixuananı üzərində daşımaqla “BiləsuvarBəhrəmtəpə” yolu ilə İmişli istiqamətində piyada hərəkət edən zaman həmin yolun “Araz” çayının üzərindən keçən hissəsində saxlanılaraq, Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngl i polietilen kəsiyinə bükümdə təmiz çəkisi-9.59 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüş və sonuncu həmin marixuananın bir hissəsini müvəqqəti olaraq kirayədə yaşadığı İmişli şəhəri Depo deyilən ərazidə yerləşən evdə olan dolabda gizlətdiyini bildirmişdir. Bundan başqa, 27 yanvar 2022-ci il tarixdə, saat 23:05 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Məhkum müvəqqəti olaraq kirayədə yaşadığı İmişli şəhəri, “Depo” adlanan ərazidə yerləşən evə baxış keçirilmiş və baxış zamanı evin mətbəxində olan dolabın yuxarı gözündə qanunsuz olaraq qəsdən satış məqsədi tamah niyyətilə əldə edib saxladığı bir ədəd göy rəngli polietilen torbada açıq şəkildə 75 qram, həmin polietilen torbada üz əri yapışqan lentlə bağlanmış üç ədəd polietilen torba bükümündə ayrı-ayrılıqda təmiz çəkisi-100 qram, 55 qram, 80 qram olmaqla, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 310 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən, eləcə də apellyasiya məhkəməsində verdiyi apellyasiya şikayəti üzrə cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2022-ci il tarixli qərarının dəyişdir ilməsini, ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya inst ansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbayca n Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2022-ci il tarixli qərarını kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinay ət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və a ğırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələ rinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarda elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yara nmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın ədalətsiz olması haqqında iddia və bu cəzanın yüngülləşdirilməsi barədə tələb Məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəl əri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Cəbrayıl Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən halları – Məhkum törətdiyi əməli etiraf etməsi, əməlindən səmimi peşman olması, ailəli və himayəsində yetkinlik yaşına çatmayan azyaşlı uşağının olması, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, baxılan işdə cəzanın CM-in 65.2-ci maddəsinin qaydaları əsasında (təqsirli bilindiyi maddələrin sanksiyasında nə zərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin – 7 ilin üçdə ikisindən az olmamaq şərtilə) təyin edilməsini tələb edən cəzanı ağırlaşdıran halın – cinayətlərin təhlükəli residivinin olması, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM, maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş və yaxud kassasiya şikayətində istinad olunan digər halları Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini tələb edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Qeyd olunanlar Məhkum kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntuların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum, təmin edilməməsinə dair dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2022-ci il tarixli, 1(106)-661/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 10 avqust 2022-ci il tarixli, 1(106)-661/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1362/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1362/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver