Məhkəmə qərarları › İş №1(102)-1362/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1362/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1362/2025 18.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum və onun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 dekabr tarixli, 1(103)-2466/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X3 (sədrlik edən), X7 və X5 ibarət tərkibdə), 2024-cü il 14 oktyabr tarixli, 1(101)-149/2024 nömrəli hökmü ilə, 28 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 25, mənzil 54-də qeydiyyatda olmaqla Bakı şəhəri, S əbail rayonu, Teymur Əliyev küçəsi, ev 5, mənzil 19-da yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəza çəkməsinin əvvəli 2022-ci il 6 iyun tarixdən hesablanmışdır. Hökmdən narazı qalan məhkum və müdafiəçisi apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X10 və X6 ibarət tərkibdə) 2024-cü il 3 dekabr tarixli, 1(103)-2466/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkum təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hədəqorxu ilə tələb etmişdir. Məhkum “İnstagram” və “TikTok” sosial şəbəkə səhifələrində “jam_guliyev” adlı şəxsi hesab yaradıb özünü “idealist və ədalətli ictimai fəal” kimi təqdim edərək sosial faydalı və maarifləndirici paylaşımlar etmək, müasir cəmiyyətin aktual problemlərini, əxlaqsız və tüfeyli həyat sürən qadınların yaşayış tərzini, digər şəxsi məlumatlarını işıqlandırmaq, sonuncuları ictimai qınaq predmetinə çevirmək, bununla da guya mövcud nöqsanları aradan qaldırmaq və izləyici məmnuniyyətinə nail olmaq üçün, əsl həqiqətdə isə tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu ilə əldə etmək məqsədi il ə sosial şəbəkə səhifələrində düşünülmüş şəkildə kütlənin marağına səbəb olacaq üslubda paylaşımlar edib ətrafına xeyli sayda izləyici kütləsi yığaraq media reytinqini, o cümlədən səhifəsinin izlənmə və paylaşımlarının baxış sayını artırmış, bunun ardınca istintaqa məlum olmayan mənbədən həmin ərəfəyədək şəxsi tanışlığı və münasibəti olmayan Zərərçəkmiş şəxs1 əvvəllər fahişəliyə cəlb etmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin qanunsuz əməllərinə gizli davam etməsi barədə rüsvayedici məlumatlara sahib olduğunu iddia edərək həmin məlumatları “İnstagram" sosial şəbəkəsində yayacağı hədəsi ilə 22 oktyabr 2021-ci il tarixdə 1.000 (min) manat nağd pul verməsini cinayətini pərdələmək və ört-basdır etmək üçün cinayətə aidiyyəti olmayan tanışı Şahid22 vasitəsi ilə tələb edib, həm in vəsaiti 2021-ci ilin oktyabr ayının sonlarında Şahid22 vasitəsi ilə ünvan 1 ünvanının qarşısında alıb ələ keçirdikdən sonra 10 mart 2022-ci il tarixdə istifadəsində olan +**********29 saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs1 istifadəsində olan +**********07 saylı mobil telefon nömrəsinə “WhatsApp” ani mesajlaşma mübadilə sisteminin zəng xidməti vasitəsi ilə zəng edib, eyni təhdidlər altında yenidən 1.000 (min) manat nağd pul verməsini tələb etməklə həmin vəsaiti zərərçəkmiş şəxsin özündən ünvan 2 ünvanının qarşısında, 22 mart 2022-ci il tarixdə isə eyni üsulla təkrarən mobil telefon əlaqəsi yaradaraq bu dəfə həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 1.700 (min yeddi yüz) manat təşkil edən 1.000 (min) ABŞ dolları pul göndərməsini Zərərçəkmiş ş əxs1 tələb etməklə sonuncunun həmin məbləği azaltmaq barədə xahişindən sonra guya "güzəştə” gedərək tələb etdiyi məbləği 400 (dörd yüz) manata endirib, həmin vəsaiti cinayətə aidiyyəti olmayan Şahid4 vasitəsi ilə **********340985 seriyalı “Leobank” şəxsi kart hesabına onlayn köçürmə yolu ilə qəbul etməklə, ümumilikdə 3.700 (üç min yeddi yüz) manat məbləğində pul vəsaitini zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb edərək vahid niyyətlə əhatə olunan qəsdlə 2.400 (iki min dörd yüz) manat pulunu alıb ələ keçirməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum “İnstagram” və “TikTok” sosial şəbəkə səhifələrində “jam_guliyev” adlı şəxsi hesab yaradıb, özünü "idealist və ədalətli ictimai fəal” kimi təqdim edərək sosial faydalı və maarifləndi rici payfaşımlar etmək, müasir cəmiyyətin aktual problemlərini, əxlaqsız və tüfeyli həyat sürən qadınların yaşayış tərzini, digər şəxsi məlumatlarını işıqlandırmaq, onları ictimai qınaq predmetinə çevirmək, bununla da guya mövcud nöqsanları aradan qaldırmaq və izləyici məmnuniyyətinə nail olmaq üçün, əsl həqiqətdə isə tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə əldə etmək məqsədi ilə sosial şəbəkə səhifələrində düşünülmüş şəkildə kütlənin marağına səbəb olacaq üslubda paylaşımlar edib ətrafına xeyli sayda izləyici kütləsi yığaraq media reytinqini, o cümlədən səhifəsinin izlənmə və paylaşımlarının baxış sayını artırmış, bunun ardınca o, 02 noyabr 2021-ci il tarixdə şəxsiyyəti istintaqa “Xəyal Həsənov” kimi məlum olan dostunu Zərərçəkmiş şəxs3 ilə mobil telefonda danış dırıb, aparılan söhbəti kənardan özünü biruzə vermədən gizli videoçəkilişə alaraq guya 520 (beş yüz iyirmi) manat pul müqabilində 2 (iki) nəfər qızla cinsi əlaqədə olmaq, əsl həqiqətdə isə cinayətkar niyyətin başa çatdırmaq üçün sonuncu tərəfindən ünvan 3 ünvanında yerləşən “Sky hotel" adlı mehmanxanaya fahişəliklə məşğul olan Zalova (Kərimova) Gülnar İntiqam qızı və Şahid13 göndərilməsinə nail olduqdan bir neçə dəqiqə sonra videoçəkilişi artıq Şahid13 və Şahid29 (Kərimovanın) iştirakı ilə mehmanxana otağında davam etdirib kim tərəfindən göndərilmələri və alacaqları pulun bölgüsünə dair qızları sorğu-sual etməklə, tamahkar maraqları naminə baş verən bütün prosesləri videogörüntü şəklində mobil telefonunun yaddaşında saxlayaraq, həmin rüsvayedici məlumatları sosial şəbəkə səhifələrində yaya cağı hədəsi ilə 02 noyabr 2021-ci il tarixdə 10.000 (on min) manat nağd pul verməsini cinayətini pərdələmək və ört-basdır etmək üçün cinayətə aidiyyəti olmayan tanışı Şahid24 vasitəsi ilə Zərərçəkmiş şəxs3 tələb etmiş, Şahid24 həmin məbləği azaltmaq barədə xahişlərindən sonra guya "güzəştə” gedərək tələb etdiyi məbləği 7.000 (yeddi min) manata endirib, həmin gün 6.800 (altı min səkkiz yüz) manat məbləğində pul vəsaitini Şahid24 vasitəsi ilə ünvan 4 ünvanının qarşısında alıb ələ keçirərək, zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını təkrarən hədəqorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum "İnstagram” və "TikTok" sosial şəbəkə səhifələrində "jam_guliyev” adlı şəxsi hesab yaradıb özünü "idealist və ədalətli ictimai fəal” kimi təqdim e dərək sosial faydalı və maarifləndirici paylaşımlar etmək, müasir cəmiyyətin aktual problemlərini, əxlaqsız və tüfeyli həyat sürən qadınların yaşayış tərzini, digər şəxsi məlumatlarını işıqlandırmaq, onları ictimai qınaq predmetinə çevirmək, bununla da guya mövcud nöqsanları aradan qaldırmaq və izləyici məmnuniyyətinə nail olmaq üçün, əsl həqiqətdə isə tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu ilə əldə etmək məqsədi ilə sosial şəbəkə səhifələrində düşünülmüş şəkildə kütlənin marağına səbəb olacaq üslubda paylaşımlar edib ətrafına xeyli sayda izləyici kütləsi yığaraq media reytinqini, o cümlədən səhifəsinin izlənmə və paylaşımlarının baxış sayını artırmış, bunun ardınca şəxsi tanışlığı və münasibəti olmayan Zərərçəkmiş şəxs2, Şahid2, Şahid11, Şahid19, Şahid28 və şəxsiyyəti istintaqla ar aşdırılan digər qadınlara aid fotoşəkilləri şəxsiyyəti istintaqa məlum olmayan ‘'İnstagram” sosial şəbəkə hesabının "twinsmom_ck” adlı istifadəçisindən əldə edib videomontaj vasitəsi ilə ard-arda düzməklə slayd tipli videoçarx hazırlayaraq, 2022-ci ilin mart ayının əvvəllərində "İnstagram” sosial şəbəkəsindəki şəxsi hesabında, böyük izləyici kütləsinin qarşısında paylaşmaqla həmin videogörüntünü müşayiət edən başlıqda Zərərçəkmiş şəxs2 fahişəliyə cəlb edən, digər qadınları isə fahişə kimi təqdim edib bu yolla zərərçəkmiş şəxsə qarşı aşkar ədavətini və qərəzli mövqeyini göstərərək törətmək niyyətində olduğu cinayət əməli üçün ciddi və real zəmin yaratdıqdan bir neçə gün sonra tanışı Şahid9 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 ilə rəfiqə lərinin mehmanxana və digər qapalı məkanlardan olan açıqsaçıq səhnəli, əxlaqsız tərzdə çəkilmiş foto və video görüntülərinə dair rüsvayedici məlumatlara sahib olduğunu iddia edib həmin məlumatları sosial şəbəkə səhifələrində yayacağı hədəsi ilə 2022-ci ilin mart ayında 3.000 (üç min) manat nağd pul verməsini cinayətkar sövdələşmədə olduğu Şahid9 istifadəsində olan +**********11 saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs2 istifadəsində olan +**********28 saylı mobil telefon nömrəsinə "WhatsApp” ani mesajlaşma mübadilə sistemi üzərində həyata keçirdiyi zəng və mesaj vasitəsi ilə tələb edib zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını təkrarən hədə-qorxu ilə tələb etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇ İSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum, ümumiyyətlə, heç vaxt, heç kimdən pul tələb etməyib. Həm ibtidai istintaq zamanı, həm də Bakı Ağır Cinayətlər Məhkəməsində icraat zamanı Məhkum tam ifadə verib və bütün detalları izah edib. Məhkum ifadələri istintaqın təqdim etdiyi heç bir sübutla şübhə altına alınmır, onun törətdiyi iddia edilən əməl ilə bağlı iş materiallarında heç bir sübut mövcud deyil. Belə ki, məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspertiza rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin pr otokollarını da sübut növləri kimi qəbul etmişdir. İş üzrə təyin edilmiş məhkəmə-fonoskopik ekspertizasının 14 dekabr 2022-ci il tarixli 4/1462-4/1470 nömrəli rəyi mövcuddur. Ekspertizaya təqdim olunmuş bir ədəd diskdə olan diktorun səsi və nitqinin Məhkum məxsus olması müəyyən olunmuşdur. Lakin ibtidai istintaq zamanı Məhkum, ümumiyyətlə, məhkəmə-fonoskopik ekspertizasının keçirilməsində iştirak etməkdən imtina etmişdir, o səs ona məxsus deyil, bu ekspertiza rəyinin iş üzrə sübut kimi qəbul edilməsi qanunsuzdur. Bundan başqa, iş üzrə sahid qismində Şahid3, Şahid4, Şahid1, Şahid16, Şahid20, Şahid14, Şahid27, Şahid25, Şahid12, Şahid28 Sergeyevna, Şahid15, Şahid8, Şahid18, Şahid11, Şahid19, Şahid2, Şahid7 ifadə vermişlər. Belə ki, adları qeyd olunan şahidlərin, ümumiyyətlə, Məhkumlə heç bir əlaqəsi olmamışdır. Onların əksəriyyəti zərərçəkmiş şəxslərdən hansısa formada və sosial şəbəkədən əldə etdikləri məlumatlar əsasında istintaq orqanına ifadə vermişlər. Halbuki, qeyd olunan şahidlər işə heç bir aidiyyatı olmayan şəxlərdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 dekabr tarixli qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətinə əlavəni əsaslandıraraq qeyd etmişdir ki, məhkəmələrin iş üzrə qərarları CPM-in tələblərinin və ümumi prinsiplərinin pozulması ilə çıxarılmışdır. Belə ki, hər iki instansiya məhkəməsi ittiham aktına əsaslanmış, heç bir məhkəmə istintaqı həyata keçirməmiş və dövlət ittihamçısının mövqeyindən çıxış etmişdir. Məhkum daha sonra bildirmişdir ki, sözü gedən cinayət hadisəsi ilə heç bir əlaqəsi olmamış, P.Rəhimxanovaya, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hədə qorxu gəlməmiş, onların hər hansı əmlakını tələb etməmişdir. Məhkum kassasiya şikayətinə əlavədə göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 dekabr tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkum və müdafiəçi məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 dekabr tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasi ya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində, məhkum isə kassasiya şikayətinə əlavədə məhkumun törədilmiş cinayət əməllərində təqsirinin olmadığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini və əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqət in müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsir sizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və əlavənin təmin olunması barədə məhkumun və müdafiəçinin, kassa siya şikayətinin və əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və əlavə təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin və əlavənin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində və əlavədə irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübu tların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. İstər birinci instansiya məhkəməsinin hökmündən, istərsə də, apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, müdafiə tərəfinin irəli sürdüyü hər bir dəlil məhkəmələr tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış, iş üzrə toplanmış sübutlara CPM-in tələblərinə uyğun qiymət verilmiş, bu qiymətləndirmə zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlar və həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin və əlavənin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alınmaqla, CM-in 58-ci maddəsinin müddəlarına uyğun olaraq, onun təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddinə yaxın ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan h üquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayəti və məhkumun kassasiya şikayətinə əlavə təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3.12.2024-cü il tarixli qərarı kassasiya şikayətinə və əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 14 oktyabr tarixli, 1(101)-149/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 dekabr tarixli, 1(103)2466/2024 nömrəli qərarı məhkum və müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar