Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1363/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2019-cu il tar ixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Müşfiq Məmmədov (sədrlik edən və məruzəçi), Cəlil Nəbiyev və Mehdixan Abdullayevdən ibarət tərkibdə) 05 fevral 2019-cu il tarixli hökmü ilə 01 noyabr 1991-ci il tarixdə Saatlı rayonu, Oktyabrabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Şirinbəy kəndində qeydiyyatında olan; Məhkum Azərbaycan Respublikası CM-in 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 318.1-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 13 (on üç) il 6 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 mart 2018-ci ildən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, Azərbaycan Respublikası vətəndaşları və İran İslam Respublikasının ərazisində olan digər şəxslərlə qazanc əldə etmək məqsədi ilə külli miqdarda narkotik vasitələrini qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxslə razılaşaraq cinayət əlaqəsinə girmiş, ümumi cinayətkar niyyətə uyğun olaraq 15 mart 2018-ci il tarixdə saat 13:31-də «Biləsuvar» sərhəd nəzarəti məntəqəsindən qanunla müəyyən edilmiş qaydada keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, orada digər şəxslərlə görüşərək 17 mart 2018-ci il tarixdə saat 19 radələrində külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 8.545,0 qram qurudulmuş marixuananı, təmiz çəkisi 16.115,0 qram həşiş qətranını və təmiz çəkisi 21,782 qram tiryəki tamah niyyəti ilə, yəni qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla Azərbaycan Respublikasına gətirmək üçün mühafizə olunan dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçıl ıq yolu ilə daşıyaraq Füzuli rayonunun, Böyük Bəhmənli kəndinin ərazisində yerləşən Araz çayından qanunsuz keçirdikdən sonra həmin ərazidə xidmət aparan Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 18-ci sərhəd zastavasının hərbi qulluqçuları tərəfindən saxlanılmış və qeyd olunan külli miqdarda narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), Etibar Camalov və Kamil Bəşirovdan ibarət tərkibdə) 06 may 2019-cu il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2019-cu il tarixli qərarının dəyişdirilməsini və barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə onun cəzasının yüngülləşdirilməsi barədə qərar çıxarılmasını xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, məhkəməyədək ibtidai istintaq, birinci instansiya və apellyasiya instansiyası məhkəmə icraatında onun barəsində aparılmış prosessual hərəkətlərdə pozuntulara yol verilmişdir. Həmçinin əməli düzgün tövsif edilməmiş və cəza təyini zamanı onun gəncliyi, ilk məhkumluğunun olması nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştir akçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət et məsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Kassasiya şikayətinin başlıca dəlili barəsində cinayət təqibi həyata keçirilərkən bir sıra prosessual pozuntulara yol verilməsi, eləcə də əməlinin düzgün tövsif edilməməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum məhkəmə istintaqı zamanı ifadə verməkdən imtina etsə də, onun həmin cinayət əməllərini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizaların rəyləri ilə, maddi sübutlarla v ə işin digər materialları ilə tam təsdiq edilir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmasını və digər sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-1 46-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışlar. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində ədalətli cəza təyin etmişdir. İşin materiallarında da X4 cəzasının daha da yüngülləşdirilməsi üçün digər əsaslar müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinay ət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlil lər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2019-cu il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 41 9.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2019-cu il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1363/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1363/2019
24.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver