Məhkəmə qərarları › İş №1(102)-1363/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1363/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1363/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Əsədov Samir Ağaəli oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 ok tyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi E.N.Bədəlov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli hökmü ilə (hakimlər Həsənzadə İradə Xəlil qızı (sədrlik edən və məruzəçi), Quliyev Əhməd Qəhrəman oğlu və Paşaeyev Azər İslah oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum ol unmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Məhkum şəxsiyyəti istintaqa məlum olmayan Elmidar adlı şəxsdən qanunsuz olaraq olaraq satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 42,073 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, bundan sonra o, 2020-ci il sentyabrın 02-də saat 12 radələ rində ünvan 2 ünvanının qarşısında əldə etdiyi narkotik vasitənin 0,046 qramını tanışı Şahid7 beş manata satmış, həmin tarixdə saat 15 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Ünvan 3 ünvanının qarşısında saxlanıb bölməyə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülü halda qəhvəyi rəngli kustar üsulla hazırlanmış istehlak miqdarından az miqdarda təmiz çəkisi 0,046 qram narkotik vasitə heroin aşkar edilməklə götürülmüş, göstərilən tarixdə saat 18 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticə sində ünvan 3 ünvanının qarşısında Məhkum şübhəli şəxs kimi saxlanıb bölməyə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynindəki açıq boz rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan kəsiyinə bükülü vəziyyətdə, içərisində istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 42,027 qram narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Hökmdən Məhkum müdafiəçiləri Məmişov Anar Mövsüm oğlu və Əliyev Vüqar Həsən oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 28 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmiş və Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ilədək endirilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi E.N.Bədəlov kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi E.N.Bədəlov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə apell yasiya qaydasında baxılarkən apellyasiya şikayətində göstərilən hallara düzgün hüquqi qiymət verilməmiş və məhkəmə formal mülahizələrə əsaslanaraq birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. İşin tam, hərtərəfli və obyektiv aparılması üçün məhkəmə istintaqı zamanı Məhkum barəsində olan cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, məhkəmə iclaslarının protokollarının audio yazı əsasında aparılması, cinayət işinin tam, obyektiv və hərtərəfli araşdırılmasında mühüm əhəmiyyət kəsb etdiyindən X9, X6, X7, X19 və Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X1 hazırkı cinayət işi üzrə əlavə şahid qismində dindirilmələri, Şahid7 videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindiri lməsi, telefon məlumatlarının götürülməsi, məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətlər verilmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən verilmiş vəsatətlərin heç biri təmin edilməmişdir. Həmçinin cinayət işinin materiallarında olan 02 sentyabr 2020-ci il tarixdə Məhkumla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsinin qeyd edilməsinə baxmayaraq, bununla bağlı hər hansı qərarın qəbul edilməməsi, həmçinin qəbul edilməli olan əsaslandırılmış qərarın 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi ilə bağlı sübut mövcud deyildir. İttihamın əsasını təşkil edən sübutlardan biri iş materiallarında olan “Şəxsi-axtarış və götürmə” istintaq hərəkəti Məhkum saxlanıldığ ı yerdə deyil, polis bölməsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 246.2.1246.2.3-cü maddələrində nəzərdə tutulan hallar müəyyən edilmədən, yəni məhkəmə qərarı alınmadan və cinayət işi başlanılmadan aparılmışdır. Cinayət işinin materialları və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Məhkum CPMnin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş şübhəli şəxsin tutulması əsasları olmadan qanunsuz saxlanılıb qollarına dəmir qandal vurulmaqla, heç bir qərar olmadan faktiki olaraq azadlıqdan məhrum edilərək polis bölməsinə gətirilmiş, saxlanıldığı andan müdafiəçi ilə təmin olunmamış, onun hüquqi statusu müəyyən edilməmiş və bu CPM-nin 153-cü maddəsində nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməmiş, onun hüquq və və zifələri, habelə məsuliyyəti dərhal izah olunmamış, əməliyyat tədbirinin həyata keçirilməsinə dair əsaslandırılmış qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəməyə ümumiyyətlə göndərilməmişdir. Həmçinin cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış, fiziki şəxsdə olan əşyaların yoxlanılması, baxış keçirilməsi və götürmə istintaq hərəkətləri CPM-nin 236-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkəti olduğu və cinayət işi başlandıqdan sonra müstəntiq tərəfindən keçirilməli olduğu halda, cinayət işi başlanmadan və bu barədə hər hansı bir qərar qəbul edilmədən əməliyyat müvəkkili tərəfindən keçirilmişdir. Bununla da, CPM-nin 207.4-cü maddəsinin tələbi də pozulmuşdur. Məhkum barəsində “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti nəticəsində onu n üzərində olmuş əşyalar qanunvericiliyə uyğun olaraq protokolda əks olunmamış, Məhkum şübhəli şəxs qismində tutulduqdan dərhal sonra dindirilməmişdir. Qeyd olunanları nəzərə alaraq müdafiəçi E.N.Bədəlov kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2022-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayə tinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən Məhkum ərizəsi daxil olmuşdur. Ərizədə o, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarından müdafiəçisi E.N.Bədəlov tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum ərizəsi Müalicə Müəssisəsinin rəisinin 31 oktyabr 2022-ci il tarixli xx/xx2792 saylı məktubu ilə müşaiyət olunmuşdur. Məhkum ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi ndə baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində isə təsbit edilmişdr ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdə keçirib kassasiya şikayətinin geri qaytarılması barədə onun müdafiəçisi S.A.Əsədovun və dövlət ittihamçısı H.B.İmra novun çıxışlarını dinləyərək və qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi E.N.Bədəlov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, kassasiya şikayəti üzrə icraata isə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi E.N.Bədəlov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayəti üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar