Məhkəmə qərarları › İş №1(102)-1363/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1363/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1363/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkumun müdafiəçisi X1 və Zərərçəkmiş şəxs iştirakları ilə, Şirvan Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə, Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun müdafiəçisi Əbdürəhmanov Kənan Səfər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin (sədrlik edən hakim: Füzuli Pənahov) 14 dekabr 2022-ci il tarixli, 1(056)-98/2022 nömrəli hökmü ilə, xx xxxxxx 1999-cu il tarixdə Sabirabad rayonu, Çığırğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şirvan şəhəri, Nizami küçəsi, ev 61-də qeydiyyatda olmaqla Sabirabad rayonu, Çığırğan kəndində yaşamış Məhkum Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin (bundan sonra CM-in) 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 14 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Hökmə əsasən təqsirləndirilən şəxs Məhkum 28 oktyabr 2021-ci il tarixdə 08 radələrində Sabirabad rayonu, Çığırğan kəndinin ərazisində, həmkəndlisi Zərərçəkmiş şəxs ilə, sonuncunun onun bacısına elçi göndərməsi, ailə üzvlərinin evliliyə razı olmaması səbəbindən uzun müddət aralarında davam etmiş ədavətə son qoymaq məqsədi ilə görüşmüş, həmin vaxt aralarında baş vermiş şəxsi münasibətlər zəminindəki mübahisə zamanı, o, əlində olan, istintaqla müəyyən edilməyən, kəsici-çapıcı xassəyə m alik balta ilə Zərərçəkmiş şəxs hadisə yerində olan, sonuncunun atası Şahid4 gözləri qarşısında, müstəsna dərəcədə qəddarlıq göstərərək, xüsusi iztirab və əzab verdiyini dərk etməklə, boyun və baş nahiyəsinə bir neçə dəfə vurub, sol təpə sümüyünün xarici səthinin sınığı, qapalı kəllə beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya ilə müşayiət olunan, sol təpə alın, sağ təpə-ənsə, ənsə nahiyələrində, boynun arxa səthində yaralar, boynun, arxa səthində dərialtı hematoma ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olub, xüsusi amansızlıqla qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və İsmayıl Əhmədov) 23 fevral 2023-cü il tarixli 1(106)-104 /2023 nömrəli qərarı ilə Sabirabad Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 1(056)98/2022 nömrəli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) aya endirilmiş, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zərərçəkmiş şəxs və onun nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu kassasiya protesti verərək Şəki Apellyasiya Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarının cəzaya aid hissədə ləğv edilməsini, cinayət işini yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək Şirvan A pellyasiya Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 1(106)-104/2023 saylı hökmünü dəyişdirilməsini, Məhkum əməlini Azərbaycan Respublikası CM-in 127.2.2 maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif etməsi və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi Əbdürəhmanov Kənan Səfər oğlu kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 1(106)-104/2023 saylı qərarını dəyişdirərək Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsindən, Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahi ş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, cinayət qanunu normasının düzgün tətbiq edilməmişdir. Belə ki, Məhkum silah qismində istifadə edilən kustar üsulla hazırlanmış balta ilə onun sol təpə-alın, sağ təpə-ənsə nahiyələrinə, boyunun arxa səthində xəsarətlər yetirdiyi üçün əməli Azərbaycan Respublikası CM-in 127.2.2 maddəsi ilə deyil, CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı” nın 1.2.1-ci bəndinə əsasən kəllə boşluğuna keçən yaralar (baş beyin toxumasının zədə lənibzədələnməməsindən asılı olmayaraq) həyat üçün təhlükəli olan xəsarətlər siyahısına daxildir. Göründüyü kimi rəydə qeyd olunan Zərərçəkmiş şəxs “Qapalı kəllə beyin travması, baş beynin silkələnməsi, başın sol alın təpə, sağ və sol təpə-ənsə-boyun nahiyələrinin çapılmış-kəsilmiş yaralan, boyunun dərialtı hematoması” diaqnozu dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa ağır zərbə vurmaya aid olduğundan xəsarətlə bağlı ekspert rəyində göstərilmiş xüsusatlar təkrar obyektiv olaraq yenidən yoxlanılmalıdır. 28 oktyabr 2021-ci il tarixdə 09 radələrində yolda yaramış mübahisə zamanı, Vadər və Əjdər adlı şəxslər Zərərçəkmiş şəxs tutmuş, Məhkum isə balta ilə vuraraq ona çoxsaylı xəsarətlər yetirmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs ölümdən atası Şahid4 qurtarmı şdır. Zərərçəkmiş şəxs “başın çoxsaylı” cırılmış kəsilmiş yaraları” diaqnozu ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına daxil olmuşdur. Cinayət işi hərtərəfli araşdırılsa müəyyən olunar ki, burada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkib əlamətləri vardır. Lakin, apellyasiya instansiyasında məhkəmə ağır cinayətin əlamətlərini aşkar etsə və ya buna əsaslar olsa belə zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməmişdir. Sabirabad rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis mayoru, X2 icraatında olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə istintaq aparılan ********* №-li cinayət işi üzrə vəsatətin rədd edilməsinə dair 26 may 2022-ci il tarixli qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilmişdir. Qeyd edilən şikayətə baxılm ası və ya nəticəsi barədə heç bir məlumat verilməmişdir. Daha aydın konkret desək zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsinə əsasən məhkəməyə baxış zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətindəki daha ağır cinayətin əlamətlərinin mövcudluğu ba rədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxarda bilər. Sabirabad Rayon Məhkəməsində dövlət ittihamçısı Məhkum 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası istəməsinə baxmayaraq, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi bağışlamadığı, ona ən ağır cəza istəməsinə baxmayaraq məhkəmə qanunsuz olaraq törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və işin digər faktiki halları ilə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, bu da cəza təyini qaydalarına ziddir. Təyin edilmiş yüngül cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2, 8, 41-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqın da” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına ziddir. Hadisə zamanı Vadər və Əjdər adlı şəxslər təhqir və təhdid etməklə Zərərçəkmiş şəxs tutması ilə əlaqədar və ətrafda kənd sakinlərinin olmasını, ictimai qaydanı kobud surətdə pozan, (CM-nin 221.3-cü maddəsi) cəmiyyətə açıqca hörmətsizlik ifadə edən Məhkum tərəfindən silah qismində istifadə edilən kustar üsulla hazırlanmış balta ilə Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması, sonuncuya ağır xəsarətlər yetirməklə ölümünə cəhd (CM-in 29-cu maddəsi) etməsi Zərərçəkmiş şəxs atası Şahid4 tərəfindən qarşısı alınmışdır. Qeyd edilən hallar şahid ifadəsində öz təsdiqini tapır. Hadisə üzrə araşdırmalar səthi, keyfiyyətsiz aparılmaqla bir çox xüsusatlar araşdırılmamış, hadisə yerində bir çox şahidlərin olmasını nəzərə alaraq, əlavə şahidlər müə yyən edilməklə dindirilməmiş, yalnız zərərçəkmiş tərəfindən təqdim edilmiş şahid ifadələri ilə kifayətlənmiş və Sabirabad rayon Polis Şöbəsinin İB-nin müstəntiqi tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görülməmiş, səlahiyyəti daxilində bütün istintaq və ya prosessual hərəkətləri həyata keçirilməmişdir. Məhkum müdafiəçisi Əbdürəhmanov Kənan Səfər oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin halları əsasında düzgün nəticəyə gəlməmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxs Məhkum apellyasiya şikayətində ona yüngül cəza verilməsini xahiş etsə də hesab edir ki, ümumiyyətlə Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin tərkib əlamətləri vardır. Belə ki, Məhkum ilə mü bahisənin yaranmasının səbəbi məhz Zərərçəkmiş şəxs olmuşdur. Zərərçəkmiş şəxs yaşda Məhkum kifayət qədər böyük olmasına baxmayaraq dəfələrlə Məhkum səbəbsiz yerə təhqir etmiş, onu kənddə olan həmyaşıdlarının yanında alçaltmağa çalışmışdır. İş materialları ilə müəyyən edilir ki, hadisə baş verən gün Zərərçəkmiş şəxs atası Şahid4 Məhkum atası Xasay Rəhimliyə zəng edərək onları görüşə çağırmışdır. Görüşə gələrkən Zərərçəkmiş şəxs Məhkum ilə Zərərçəkmiş şəxs atası isə Məhkum atası ilə əlbəyaxa olmuşdur. Hadisə zamanı Məhkum Zərərçəkmiş şəxs az ağır xəsarət yetirmişdir. Məhkum zərərçəkmiş şəxsə xəsarət yetirən zaman zərərçəkmiş şəxsin həmin epizodu görməsi qeyri-mümkün idi. Çünki yuxarıda qeyd etdiyim kimi hər iki şəxsin atası hadisə zamanı bir-biri ilə dava edirdi. Bundan əlavə Məhkum çox qıs a zaman kəsiyində, yəni bir neçə saniyə ərzində zərərçəkmiş şəxsə xəsarət yetirmişdir. Çox təəssüf ki, istər ittiham orqanı, istərsə də işə baxan məhkəmələr tərəfindən əməlin tövsifi ilə bağlı səhvə yol verilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hər hansı mötəbər sübutla təsdiq edilməyən, işin faktiki hallarına uyğun olmayan, sırf məhkəmə tərkibinin subyektiv mülahizələrinə və ehtimallara əsaslanan mövqe nümayiş etdirməklə əsassız və qanunsuz qərar çıxarmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Elnar Hüseynov kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum apellyasiya məhkəməsi tərəfindən cəza təyin edilərkən cinayət qanununun normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblə rinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkum şəxsiyyətinə əhəmiyyət verilməmiş, apellyasiya instansiyası məhkəməsi cəza təyin edərkən göstərilən cinayətin yüksək ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, həmçinin cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Zərərçəkmiş şəxs balta ilə boyun və baş nahiyəsinə bir neçə dəfə vuraraq ona sol təpə sümüyünün xarici səthinin sınığı, qapalı kəllə beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya ilə müşayiət olunan, sol təpə alın, sağ təpə-ənsə, ənsə nahiyələrində, boynun arxa səthində yaralar, boynun arxa səthində dərialtı hematoma ilə müşayiət olunan bədən xəsarəti yetirməklə xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti törətmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməmişdir. Məhkum əsassız olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin etmiş, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Göründüyü kimi, Məhkum ən mühüm dəyərlərdən biri olan insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə ziyan vuraraq CM-nin 127.2.2-ci maddəsində nəzərdə tutulan, az ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törətmişdir. Bütün bunlar, eləcə də baş vermiş nəticənin ağırlığı, törətmiş olduğu cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə məhkumun şəxsiyyəti və əsasən də onun cinayətin törədilməsində rolu və xüsusilə də zərərçəkmiş şəxsin şikayətçi olması ona maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə cəzanın təyin edilməsini şərtləndirən amillərdir. Lakin, məhkəmə hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Məhkum törətdiyi əməlin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmə bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Bundan başqa, məhkəmə Məhkum cəza təyin edərkən onun ilk dəfə cinayət əməli törətməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-nin 127.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Lakin məhkəmə Məhkum cəza təyin edərkən qanunda nəzərdə tutulmamış yuxarıda göstərilən halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmiş, o cümlədən nəyə görə həmin halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını əsaslandırmamış və obyektiv qiymətləndirməmişdir. Bundan başqa, məhkəmə kollegiyası tərəfindən yuxarıda qeyd olunan, cinayət qanu nunda nəzərdə tutulmamış hallar onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınarkən CM-nin 59.2-ci maddəsinin tələbi pozularaq qeyd olunanlar cəzasını yüngülləşdirən hal kimi sadəcə göstərilməklə kifayətlənilmiş, həmin xüsusatların nə ilə sübut olunması, nəyə görə bu halların cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması və belə bir nəticəyə gəlinməsinin səbəbləri, həmin halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivləri məhkəmə qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göründüyü kimi, məhkəmə qərarda heç bir əsaslandırma aparmadan bir sıra halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi sadalamış, lakin həmin halların hansı səbəbdən cəzanı yüngülləşdirən hal olmasını belə əsaslandırmamışdır. Məhkəmənin Məhkum təyin e tdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, aşağı həddə olması ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm Məhkum, həm də başqa şəxslər tərəfindən eyni qəbildən olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayətləri təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassas iya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Həm zərərçəkmiş şəxsin, həm də məhkumun müdafiəçisinin kassasiya şikayətlərinin başlıca dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə tövsif edilməsinin qanunsuz və əsassız olmasıdır. Zərərçəkmiş şəxs hesab edir ki, məhkumun əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə, məhkumun müdafiəçisi isə hesab edir ki, məhkumun əməli Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, zərərçəkmiş şəxsin kassasiya şikayətində qeyd edilir ki, 28 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində yolda yaramış mübahisə zamanı, Vadər və Əjdər adlı şəxslər Zərərçəkmiş şəxs tutmuş, Məhkum isə balta ilə vuraraq ona çoxsaylı xəsarətlər yetirmişdir. Cinayət işi hərtərəfli araşdırılsa müəyyən olunar ki, burada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkib əlamətləri vardır. Ona görə də zərərçəkm iş şəxs məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinə tövsif edilməsi xahiş etmişdir. Məhkumun müdafiəçisinin fikrincə isə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Məhkum ilə mübahisənin yaranmasının səbəbi məhz Zərərçəkmiş şəxs olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs yaşda Məhkum kifayət qədər böyük olmasına baxmayaraq dəfələrlə Məhkum səbəbsiz yerə təhqir etmiş, onu kənddə olan həmyaşıdlarının yanında alçaltmağa çalışmışdır. İş materialları ilə müəyyən edilir ki, hadisə baş verən gün Zərərçəkmiş şəxs atası Şahid4 Məhkum atası Xasay Rəhimliyə zəng edərək onları görüşə çağırmışdır. Görüşə gələrkən Zərərçəkmiş şəxs Məhkum ilə Zərərçəkmiş şəxs atası isə Məhkum atası ilə əlbəyaxa olmuşdur. Hadisə zamanı Məhkum Zərərçəkmiş şəxs az ağır xəsarət yetirmişdir. Məhkum zərərçəkmiş şəxsə xəsarət yetirən zaman zərərçəkmiş şəxsin həmin epizodu görməsi qeyri-mümkün idi. Çünki yuxarıda qeyd etdiyim kimi hər iki şəxsin atası hadisə zamanı bir-biri ilə dava edirdi. Bundan əlavə Məhkum çox qısa zaman kəsiyində, yəni bir neçə saniyə ərzində zərərçəkmiş şəxsə xəsarət yetirmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki ha llarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göründüyü kimi qanun tələblərinə görə əməlin düzgün tövsif edilməsi və şəxsin konkret cinayət əməlinin törədilməsində təqsirli olunmasına dair ittiham hökmünün çıxarılması üçün onun törətdiyi əməldə həmin cinayətin bütün əlamətlərinin olması məhkəmə iclasında qanunla müəyyən edilmiş qaydada tədqiq edilmiş mötəbər və mümkün sübutlar əsasında müəyyən edilməli, məhkəmənin gəldiyi nəticə hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin dispozisiyasından görünür ki, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilmiş xuliqanlıq hərəkətləri həmin maddə ilə tövsif edilir. Xuliqanlıq cinayətinin anlayışı isə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində verilir. Həmin maddəyə əsasən xuliqanlıq - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi başa düşülür. Subyektiv cəhətdən xuliqanlıq yalnız birbaşa qəsdlə törədilir. Ona görə də əməlin Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə tövsif edilməsi üçün xuliqanlıq cinayətinin obyektiv cəhəti təşkil edən hərəkətlərlə yanaşı xuliqanlıq niyyəti də müəyyən edilməlidir. Sübutlar əsasında müəyyən edilmiş cinayət işinin hallarından isə görünür ki, məhkum ilə və zərərçəkmiş şəxsin arasında ədavətli münasibətlər olmuş və məhkum tər əfindən zərərçəkmiş şəxsə qarşı zor tətbiq edilməsi onların arasında olan şəxsi münasibətlərin zəminində baş vermişdir. Belə olan halda həm istintaq orqanı, həm məhkəmələr əsaslı olaraq Məhkum əməli xuliqanlıq kimi deyil, qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma kimi qiymətləndirmişdir. Ona görə də məhkəmə kollegiyası məhkumun əməlinin tövsifi barədə zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlili əsaslı hesab etmir. Müdafiəçi Kənan Əbdürrəhmanovun məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə tövsif edilməsini əsaslanan dəlillər də cinayət işinin sübutları ilə uzlaşmır və əsaslı hesab edilə bilməz. Belə ki, şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Məhkum oğlu Asif Əmənovun başına balta ilə zərbələri onun gözün qarşısında vurmuşdur. Oğlunu n başından qan axmasını görüb dərhal Orxana yaxınlaşıb onu əlində tutub saxlamışdır. İşin bu halı şahid qismində dindirilmiş Şahid2 da təsdiq etmişdir. İstintaq orqanı və məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, Məhkum zərərçəkmiş şəxs Asif Əmənovun başına balta ilə zərbələri atası Şahid4 gözləri qarşısında sonuncuya xüsusi iztirab və əzab verməsini dərk edərək yetirmişdir. Bununla əlaqədar məhkəmələr nəticəyə gəlmişlər ki, məhkum xüsusi amansızlıqla qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmələrin gəldiyi nəticə işin hallarına və məhkəmə təcrübəsinə uyğun gəlir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqinda” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb nəticəyə gəlir ki, məhkəmələr məhkumun əməlinin tövsifinə dair gəldiyi nəticələr əsaslıdır. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə nəzər də tutulan cinayətin tərkibini yaratdığı üçün onun əməlin bu maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır və bununla əlaqədar məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxsin kassasiya şikayətlərinin bu barədə dəlilləri əsaslı hesab etmir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən qanunun yuxarıda göstərilən tələblərinə riayət edilməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları – təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutları məhkəmə iclasında tədqiq etmiş, həmin sübutları ayrı-ayrılıqda və məcmu halda qiymətləndirmiş və iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müva fiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Bundan əlavə məhkəmə kollegiyası kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum işin hallarına və onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xar akterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara ri ayət etməklə təqsirləndirilən şəxs Məhkum ilk dəfə cinayət əməli törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 127.2.2-ci maddəsinin sanksiyası (bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası) həddində olan 1(bir) 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasını təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirl əndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi CM-in 127.2.2-ci maddəsinin sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyasının fikrincə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi onun törədiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya protestinin bu barədəki dəlilləri ilə razılaşmaq olmur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmə k hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, cinayət işin materiallarında Məhkum cəzasının ağırlaşdırılması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun gəlir, məhkumun islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Beləliklə, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmayaraq protestin və şikayət lərin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 23 fevral 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 23 fevral 2023-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar