Məhkəmə qərarları › İş №1(102)-1363/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1363/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1363/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçiləri Hacıyeva Günay Hacıgül qızını n və Rəşidov Rövşən Xudaşirin oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli qərarından Məhkum qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi G.H.Hacıyeva tərəfindən birgə və digər müdafiəçisi R.X.Rəşidov tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü ilə (hakimlər Kərimov Novruz Ağakərim oğlu (sədrlik edən və məruzəçi), Sadıxov Rasim Əkrəm oğlu və Əsgərova-Məmmədova Leyla Səyavuş qızından ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmış və bir yetkinlik yaşına çatmamış uşaqları olan, İ qrup əlil, heç yerdə işləməmiş, əvvəllər dəfələrlə CMin 234.1-ci maddəsi ilə, sonuncu dəfə də Nəsimi Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 5 oktyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 (beş) i l müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 69.3-cü maddəsinə əsasən onun 11 yanvar 2022-ci il tarixdən 18 yanvar 2022-ci il tarixədək, 1 fevral 2022-ci il tarixdən 7 fevral 2022-ci il tarixədək, 3 may 2022-ci il tarixdən 5 may 2022-ci il tarixədək və 16 iyul 2022-ci il tarixdən 18 iyul 2022-ci il tarixədək həbsdə həbsdə saxlanıldığı cəmisi 21 (iyirmi bir) gün ona təyin olunmuş cəza müddətinə hesablanıb həmin cəzadan çıxılmaqla məhkum olunmuş şəxsin üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 11 (on bir) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, onun cəza çəkmə müddətinin əvvəli isə 28 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 10 yanvar 2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhərində, Nəsimi rayonu, “Papanin” adlı yerdə başqa şəxsdən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə 0,629 qram miqdarında kustar üsulla hazırlanmış narkotik maddə heroin və 4 ədəd bükümdə ümumi təmiz çəkisi 0,832 qram miqdarında kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib alıb üzərində saxlamaqla daşımış və 11 yanvar 2022-ci il tarixdə saat 02:10-da ünvan 3 ünvanın qarşısında olarkən, özünü şübhəli apardığından həmin ərazidə xidmətdə olan Yasamal RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq, 26-cı PB-nin inzibati binasına gətirilmiş, orada müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümd ə 0,629 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik maddə heroin və 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,187 qram, 0,385 qram, 0,230 qram və 0,030 qram, ümumi təmiz çəkisi 0,832 qram olan ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən 1 fevral 2022-ci il tarixdə saat 01:00 radələrində ünvan 4 ünvanında yerləşən Kaktus adlı restoranın yaxınlığında başqa şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 14,493 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edərək saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 1 fevral 2022-ci il tarixdə saat 10:50-də ünvan 5 ünvanının qarşısında saxlanılaraq, PŞ-nə gətirilib orada həmin tarixdə onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 14,493 qram olan 1 bükümdə qəhvəyi rəngli maddə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmündən Məhkum qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Əyyubov Fərid İlham oğlundan ibarət tərkibdə) 15 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökmü isə dəyişdirilərək Məhkum 11 yanvar 2022-ci il tarixdə saat 02:10-da ünvan 6 ünvanın qarşısında olarkən, özünü şübhəli apardığından həmin ərazidə xidmətdə olan Yasamal RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq, 26-cı PB-nin inzibati binasına gətirilməsi, orada müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə 0,629 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik maddə heroin və 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,187 qram, 0,3 85 qram, 0,230 qram və 0,030 qram, ümumi təmiz çəkisi 0,832 qram olan ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməsi epizodu üzrə ittiham maddi və prosessual hüquq normalarının pozulması ilə irəli sürüldüyündən həmin epizod və CM-in 234.4.2-ci maddəsi ittihamdan və hökmdən xaric edilmiş, Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı Məhkum əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə 0,629 qram (ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,579 qram) olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik maddə heroinin və 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,187 qram, 0,385 qram, 0,230 qram və 0,030 qram, ümumi təmiz çəkisi 0,832 qram (ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,752 qram) olan ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməsi epizodu ittihamdan xaric edildiyindən, həmin hissədə cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldığından cinayət təqibi məsələsinin həll edilməsi üçün bu epizod üzrə cinayət işinin materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qət edilmiş, hökm qalan hissələrdə - Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun həbsdə saxlanıldığı 21 (iyirmi bir) gün müddətin ona təyin olunmuş cəza müddətinə hesablanaraq həmin cəzadan çıxılması, məhkum olunmuş şəxsin cəzasının əvvəlinin isə 28 sentyabr 2022-ci il tarixdən hesablanması, cəzas ını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması, cəza çəkdiyi müddətdə həkim nəzarəti altında saxlanılması, zərurət yarandıqda həkim-psixiatrın müşahidəsi altına verilməsi, həmçinin 1 fevral 2022-ci il tarixdə onun üzərindən aşkar edilərək götürülmüş və iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, təmiz çəkisi 14,493 qram təşkil edən narkotik vasitə heroinin və 1 ədəd elektron tərəzinin, tədqiqatdan sonra qalıq qalmış – 14,443 qram hissəsinin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsi, 11 yanvar 2022ci il və 1 fevral 2022-ci il tarixlərdə də Məhkum üzərində şəxsi axtarış aparılması zamanı çəkilmiş video görün tülər olan 2 ədəd DVD-R diskin, onun istifadəsində olan mobil telefon nömrəsinə dair "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş telefon məlumatlarınının əks edildiyi 3 ədəd CD diskin cinayət işində saxlanılması və məhkəmə xərclərinin həll edilməsi hissələrində isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli qərarından Məhkum qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi G.H.Hacıyeva birgə, digər müdafiəçisi R.X.Rəşidov isə ayrılıqda kassasiya şikayətləri verərək aşağıdakıları xahiş etmişlər: - Qanuni nümayəndə və müdafiəçi G.H.Hacıyeva – həmin qərarın ləğv edilməsini və cinayət işinin icraatına xitam verilməsini; - müdafiəçi R.X.Rəşidov isə – Məhkum əməlində cinayət tərkibi olmadığına görə qərarın ləğv ed ilməsini və onun barəsində bəraət hökmünün çıxarılmasını. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətində CM-in və CPM-in bir çox maddələrinə, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müxtəlif ölkələrə qarşı qəbul etdiyi bəzi Qərarlarına, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməs Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına, hazırki iş üzrə cinayət təqibinin aparılması ardıcıllığına, bu zaman toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara, xüsusən də Məhkum məhkəmə iclaslarında verdiyi ifa dələrə, ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittihama, bu ittiham üzrə məhkəmələrin gəldikləri nəticələrə və qəbul etdikləri yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən Qanuni nümayəndə və müdafiəçi G.H.Hacıyeva birgə verdikləri həmin şikayəti belə əsaslandırmışlar ki, hüquqlarını müdafiə etdikləri şəxs ilkin araşdırma zamanı işgəncələrə və qeyri-insani rəftara məruz qalaraq ittiham olunduğu, lakin əslində törətmədiyi cinayəti qismən də olsa etiraf etməyə məcbur qalmış, sonradan o, ilkin ifadələrini təkzib edərək heç bir cinayət əməlini törətmədiyini bildirmiş, təhqiqat orqanı tərəfindən Məhkum tutulması, üzərində şəxsi axtarışın aparılması prosessual qanunvericiliyinin pozulması ilə aparılmış, məhkəmələr isə bu pozuntuları diqqət yetirməmiş, sa dəcə istintaq orqanının nəticələrini təsdiq etməklə kifayətlənmiş, nəticə də Məhkum heç bir cinayət törətmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Məhkəmə iclaslarında araşdırılmış sübutlar isə onun təqsirsiz olmasına dəlalət etməsinə baxmayaraq, məhkəmələr bu sübutlara qanuna müvafiq qaydada qiymət verməmiş, cinayət mühakimə icraatının bir çox prinsiplərinə, o cümlədən təqsirsizlik prezumpsiyası prinsipinə əməl eməyərək, Məhkum barəsində bəraət hökmünün çıxarılmasından imtina etmiş, onun barəsindəki ittiham hökmü və həmin hökmün 1 fevral 2022-ci il tarixli epizodu ilə bağlı ittihamın qüvvədə saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassız olmuş, qəbul edilmiş bu yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Kassasiya şikayətində irəli sürdükləri dəlillərə əsaslanaraq, Qanuni nümayəndə və müdafiəçi G.H.Hacıyeva onların kassasiya şikayətinin təmin edilməsini xahiş edirlər. Müdafiəçi R.X.Rəşidov da kassasiya şikayətində eyni ilə CPM-in bir sıra maddələrinə, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunlarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara, o cümlədən Məhkum verdiyi ifadələrə, ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittihama, bu ittiham üzrə məhkəmələrin gəldikləri nəticələrə və qəbul etdikləri yekun məhkəmə aktlarına istinad edərək Qanuni nümayəndə və müdafiəçi G.H.Hacıyevanın kassasiya şikayətində göstərdikləri eyni məzmunda dəlillər irəli sürmüş və əlavə olaraq qeyd etmişdir ki, ilkin və ibtidai araşdırma zamanı toplanmış sübutlar saxtalaşdırılmış, Məhkum barəsində çıxarılmış ittiham hökmünün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını yolverilməz sübutlar, digər tərəfdən isə müstəntiqin mülahizələri təşkil etmiş, məhkəmələr işə obyektiv baxmamış, məhkum olunmuş şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı sübut istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında əldə edilməmiş, məhkəmələrin gəldikləri nəticələr isə işin faktiki hallarına uyğun olmamışdır. Bütün bunlar isə Məhkum hüquq və azadlıqlarının pozulması və onun əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə təqsirli bilinərək məhkum olunması ilə nəticələnmişdir. Odur ki, müdafiəçi R.X.Rəşidov da göstərdiyi dəlillərə əsaslanaraq, onun kassas iya şikayətinin təmin olunmasını xahiş edir. Hüquqi məsələlər: Qanuni nümayəndə müdafiəçi G.H.Hacıyeva ilə birgə, müdafiəçi R.X.Rəşidovun isə ayrılıqda verdikləri kassasiya şikayətlərinin məzmunundan görünür ki, onlar həmin şikayətlərində məhkəmələr tərəfindən iş üzrə toplanmış və araşdırılmış sübutlara düzgün hüquqi qiymət verilməməsini, Məhkum barəsindəki yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etdiyini, sonuncunun belə sübutlar əsasında qanunsuz məhkum edildiyini, buna görə onun barəsindəki cinayət işinin icraatına CM-in 234.4.3-cü maddələsi ilə bəraətverici əsaslarla xitam verilməli, yaxud da iş üzrə bəraət hökmünün çıxarılmalı olmasını iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqda tələblərini CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Qanuni nümayəndə, müdafiəçilər G.H.Hacıyevanın və R.X.Rəşidovun kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və bu na görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarından olduğu kimi, kassasiya şikayətlərinə əsasən hazırki işə baxan məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalar ının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassa siya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə məhkəmə baxışının nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yen i sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənə dlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi və kassasiya şikayətlərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci madd əsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon müddəalar hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cin ayətkar qəsdlərdən müdafiə olunmasını, cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməlirini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində cinayəthüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinin tələblərindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməs inə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb e dilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların M üdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-in 3-cü maddəsin də təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vu rduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, əd alət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, Qanuni nümayəndə və müdafiəçi G.H.Hacıyevanın birgə verdikləri kassasiya şikayətində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tö vsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirlən dirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququ nun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə c inayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittih am olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21. 1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübut a yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstən tiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ib arətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəl lə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə pre dmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddə si) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəx sin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiy yələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin, izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhk əmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenumunun tövsiyələrinə əsaslanaraq, məhkəmə kollegiyası kassasiy a şikayətlərində irəli sürülmüş apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və məhkuma bəraət verilməsi haqqında tələblərin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətlərində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən Məhkum 1 fevral 2022-ci il tarixdə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi ilə bağlı müəyyən olunmuş faktiki halların rəhbər tutulmasını və bu halların arxasında duran bir sıra sübutlara müraciət edərək onların təhlil edilməsini zəruri bilir. Əvvəla, hazırki iş üzrə ilkin və ibtidai araşdırmalar zamanı Məhkum hüquqlarının pozulması barədə kassasiya şikayətlərinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, cinayət işinin materialları öyrənilərkən təhqiqat və ibtidai araşdırma orqanları tərəfindən belə pozuntulara yol verilməsi müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək bu haqda Nərimanov Rayon Polis İdarəsinin 17ci Polis Şöbəsinin Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid4 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 1 fevral 2022-ci il tarixli qərarına əsasən (həmin qərar Nərimanov Rayon Məhkəməsinin 2 fevral 2022-ci il tarixli qərarı ilə qanuna uyğun hesab edilmişdir) həmin tarixli qərarla yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən eyni tarixdə saat 10.45 radələrində ünvan 7 ünvanının qarşısında saxlanılaraq Polis Şöbəsinə gətirilmiş və orada özünün seçdiyi m üdafiəçinin – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Əliyev Kamal Vəli oğlunun iştirakı ilə təhqiqatçı X8 tərəfindən ona CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə şübhəli şəxs qismində tutulmuş, bu haqda da saat 11.20-dən 12:00-dək tutma protokolu, eyni zamanda özünün və müdafiəçisinin tanış olaraq imzaladıqları bildirişlər və digər protokollar tərtib edilmişdir. Göründüyü kimi, Məhkum şübhəli şəxs qismində tutulması müvafiq prosessual sənədlərə əsasən həyata keçirilmiş və bu zaman onun belə sənədlər olmadan azadlığının məhdudlaşdırılmasına, digər tərəfdən isə müdafiə hüququnun pozulmasına yol verilməmişdir. Bundan dərhal sonra CPM-in 246.2.1-ci maddəsinin tələbinə uyğun olaraq (həmin maddədə şübhəli şəxsin tutulması və və polis və ya digər hüquq-mühafizə orqanına gətirilməsi zamanı onun üzərində məhkəmənin qərarı alınmadan şəxsi axtarışın aparılması mümkünlüyü nəzərdə tutulmuşdur) Məhkum üzərində yenə də müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış, bu zaman ona hüquqları izah edilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması barədə sual verilərək belə əşyaları təqdim edilməsi təklif olunmuşdur. Məhkum də bu təklifə uyğun olaraq, əynində olan göy rəngli cins şalvarının və qara rəngli gödəkcəsinin ciblərindən digər əşyalarla, o cümlədən bank kartları və mobil telefon aparatları ilə yanaşı 1 ədəd şəffaf rəngli sellofan bükümü və elektron tərəzini təhqiqatçıya təqdim etmişdir. Sellofan büküm açılan zaman onun içərisinə qəhvəyi rəngli, s pesifik iyə malik olan, narkotik maddəyə bənzər kütlənin yerləşdirilməsi müəyyən edilmiş və həmin büküm və elektron tərəzi zərflərə qablaşdırılmış, zərflər isə 219 nömrəli möhürlə möhürləndikdikdən sonra həmin zərflər və bu istintaq hərəkətinin aparılması haqqında protokol həm Məhkum özü və onun müdafiəçisi, həm də digər iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. Verilmiş suala cavab olaraq Məhkum bildirmişdir ki, aşkar edilərək götürülmüş bükümün içərisində olan kütlə narkotik vasitə olan heroindir və həmin heroini o, şəxsi istifadəçi üçün 1 fevral 2022-ci il tarixdə saat 01: radələrində onlayn ödəmə yolu ilə 150 manat müqabilində Ağa adlı şəxsdən Yasamal rayonunda yerləşən “Kaktus” restoranının yaxınlığında əldə etmişdir. Daha sonra cinayət işinin materiallarından görünür ki, M əhkum onun üzərində şəxsi axtarış aparıldıqdan sonra müdafiəçisinin iştirakı ilə verdiyi izahatında da, şəxsi axtarış zamanı dediklərini təkrarlamış və eyni zamanda polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı təsir və təzyiq göstərilmədiyini, bədənində hər hansı xəsarətlərin olmamasını, üç ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Həmçinin, 1 fevral 2022-ci il tarixdə tarixdə saat 13.00-dan 13.10-dək hal şahidlərinin iştirakları ilə Məhkum idarə etdiyi “Mersedes” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomaşına da baxış keçirilmiş, lakin həmin istintaq hərəkətinin aparılması nətiəsində həmin avtomaşında dövriyyəsi qanunsuz olaraq qadağan olunmuş və ya məhdudlaşdırılmış hər hansı əşya, o cümlədən narkotik vasitələr və psixotrop maddələr aşkar edilm ədiyindən, həmin istintaq hərəkətinin nəticələri əhəmiyyətsiz olduğundun bu nəticələr Məhkum qarşı irəli sürülmüş ittihamını əsasını təşkil edən sübut kimi qəbul edilməmişdir, buna görə də məhkəmə kollegiyası göstərilən sübutun yolverilməz olub-olması üzrə təftiş aparılmasını ehtiyac görmür. Məhkum üzərindən aşkar edilərək götürülmüş kütlə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi üçün ekspert tədqiqatına göndərilmiş və həmin ekspertizanın 1 fevral 2022-ci il tarixli, 6/639 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Məhkum üzərindən aşkar edilmiş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi – 14,493 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İlkin araşdırma zamanı tərtib edilmiş sənədlərdə Məh kum CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə, yəni narkotik vasitəni satış məqsədi olmadan əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli bilindiyi göstərilsə də, göstərilən ekspertiza rəyi ilə ondan götürülmüş narkotik vasitənin külli miqdarda olması əsası ilə onun barəsində cinayət işi CM-in 234.4.3-cü maddəsi ilə başlanmış və məhkəmə kollegiyası bunda da, kassasiya şikayətlərinin dəlillərinin əksinə olaraq, hər hansı qanun pozuntusu görmür. Bundan sonra, yəni, kassasiya şikayətlərində iddia olunduğu kimi, uzun müddət keçdikdən sonra deyil, elə həmin tarixdə saat 18.00-dən 19.00-dək Məhkum müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində dindirilmiş, buna qədər isə ona hüquq və vəzifələri yenə də izah olunmuş və sərbəst ifadələr verməsi üçün ona imkanlar yaradılmı şdır. Məhz CPM-in 90-cı maddəsində, sonradan isə təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra – CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından, o cümlədən özünə qarşı ifadə verməmək hüququndan istifadə edərək Məhkum ilkin izahatında göstərdiklərini inkar etmiş və müdafiəçisinin iştirakı ilə dindirilərkən göstərmişdir ki, 1 fevral 2022-ci il tarixdə saat 09 radələrində o, idarə etdiyi “Mersedes” markalı **-ZZ*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Montin adlanan ərazidə olan zaman iki nəfər tanımadığı oğlan avtomobilə əyləşərək onları Yasamal rayonunda yerləşən “Kaktus” restoranının yanına aparmasını xahiş etmişlər. O, da həmin şəxsləri qeyd etdikləri ünvana aparmış, həmin ünvana çatdıqda isə arxa oturacaqda əyləşən şəxs avtomobildən enərək bir neçə dəqiqəyə gələcəyini bildirib onu gözləməsini xahiş etmiş, o, da bu xahişi yerinə yetirmiş, bir neçə dəqiqədən sonra avtomaşından düşüb naməlum istiqamətdə gedən şəxs qayıdaraq onları Nərimanov rayonunun Montin qəsəbəsinə aparmasını xahiş etmişdir. Onlar həmin yerə çatıqda polis əməkdaşları onlara yaxınlaşaraq onu tutmuş, avtomobildə olan digər şəxslər isə oradan qaçıb uzaqlaşmış, o, isə Polis Şöbəsinə aparılmışdır. Həmin Şöbənin inzibati binasına daxil olan zaman polis əməkdaşları onun avtomobildə olan sərnişinin gödəkçəsini geyinməsini tələb etmiş, o, da qara rəngli gödəkçəni geyinib binaya daxil olmuşdur. Polis Şöbəsində olarkən onun hüquqlarının müdafiə olunması üçün oraya vəkil dəvət olunmuş, sonra isə video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş və bu zaman ona məxsus o lmayan, lakin əynində olan gödəkçənin cibindən narkotik vasitə və tərəzi çıxmış, bu əşyaların ona məxsus olmadığını, narkotik vasitə və tərəzinin avtomobilinə sərnişin kimi əyləşmiş şəxslərə aid olduğunu bildirmişdir. Onu Polis Şöbəsinə gətirən polis əməkdaşları onu döydükləri üçün o, orada həmin əşyaların özünə məxsus olduğunu bildirmiş, bu barədə izahat vermişdir. Axtarış zamanı həmçinin özünə məxsus digər əşyalar da – avtomaşınının sənədləri, plastik bank kartları, mobil telefon aparatları aşkar edilərək götürülmüşdür. Analoji ifadələri Məhkum həmçinin sonradan həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında təqsirləndirilən şəxs qismində də vermiş və əlavə olaraq göstərmişdir ki, istifadə etdiyi 050-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ona məxsusdur, həmin nömrələr istifadə olunan mobil telefonlarda narkotik vasitələrin alışı və satışı ilə bağlı olan yazışmalar bərədə onun heç bir məlumatı yoxdur, hesab edir ki, bu yazışmalar saxtadır. Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilməsi zamanı da ona bütün hüquqlarının, o cümlədən Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqlarının tam həcmdə izah olunması işə əlavə edilmiş müvafiq protokollarla və bildirişlərlə təsdiq olunur. Eyni zamanda təqsirləndirilən şəxs qismində cəlb edilməzdən əvvəl Məhkum onun hüquqlarının vəkil K.V.Əliyev tərəfindən müdafiə olunmasına etiraz etməməsi barədə razılığı 2 fevral 2022-ci il tarixdə tərtib edilmiş protokolda əksini tapmışdır. Məhkəmə kollegiyası Məhkum bu ifad ələrinin fonunda qeyd edir ki, onun həmin ifadələrdə göstərdiyi xüsusatları, əsasən də 1 fevral 2022-ci il tarixdə səhər saatlarında hansısa sərnişinləri Nərimanov rayonunun ərazisindən Yasamal rayonuna aparmasını, sonra onları yenidən Nərimanov rayonuna qaytarmasını, orada polis əməkdaşları avtomaşına yaxınlaşarkən sonuncuların avtomaşından düşüb qaçmaları, bu zaman onlardan birinin avtomaşının salonunda gödəkçəsini qoymasını, polis əməkdaşlarının ona həmin gödəkçəni geyinib Polis Şöbəsinə daxil olmasını tələb etmələrini, orada təzyiq və təsirlərə məruz qalmasını, aşkar edilərək götürülmüş narkotik vasitənin və elektron tərəzinin göstərilən, yəni tanımadığı şəxsə məxsus gödəkçənin cibində olmasını, fiziki zorakılığa məruz qaldığına görə məcburiyyət qarşısında qalaraq həmin narkotik vasitə nin və elektron tərəzinin ona məxsus olması barədə etirafedici izahat verməsini, istifadə etdiyi mobil telefonda olan yazışmalardan xəbəri olmamasını təsdiq edən hər hansı mötəbər sübut istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında əldə edilməmiş, belə sübutları müdafi tərəfi də istər ibtidai araşdırma orqanına, istərsə də məhkəmələrə təqdim etməmiş, kassasiya şikayətlərində də bu halları təsdiq edən mötəbər və inandırıcı sübutlara istinad olunmamışdır. Halbuki, cinayət işinin materiallarının təhlili və və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının təhlili göstərir ki, Məhkum naməlum vaxtda və naməlum mənbədən satış məqsədilə külli miqdarda narkotik vasitə olan 14,493 qram çəkidə heroini əldə edərək üzərində saxlaması və daşıması şahid qismində dindirilmiş polis əmə kdaşları Şahid4, Şahid5 ifadələri ilə, məhkəmə kimyəvi ekspertizasının rəyləri ilə, əsasən də onun bu əməllərii törətməsinə, yəni narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən, Məhkum istifadəsində olmuş mobil nömrələrə daxil olan və həmin nömrələrdən göndərilən çoxlu sayda telefon zəngləri və yazışmaları ilə təsdiq olunur (bu yazşmaların mətnləri sübutların qiymətləndirilməsi haqqında 21 iyul 2022-ci il tarixli qərarda, digər sübutların təsviri isə ətraflı olaraq birinci instansiyası məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 15 fevral 2024-cü il tarixli qərarında ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda bir daha təkrarən təsvirinə ehtiyac görmür). Məhkum ilkin araşdırma zamanı işgəncələr ə və şərəf və ləyaqətini alçaldan qeyriinsani hərəkətlərə məruz qalması ilə bağlı kassasiya şikayətləri müəlliflərinin iddialarına cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, Məhkum bu haqda cinayət təqibinin bütün mərhələlərində bildirsə də, həm onun ifadələrində, həm də özünün və qanuni nümayəndəsi Qanuni nümayəndə müxtəlif dövlət orqanlarına və yüksək vəzifəli şəxslərə ünvanladıqları ərizələrdə yenə də bununla bağlı hansısa mötəbər sübutlara istinad olunmamış, bu müraciətlərə sadəcə müxtəlif vaxtlarda və müxtəlif məhkəmələr, habelə ibtidai araşdırma orqanları tərəfindən qəbul edilmiş bir çox prosessual sənədlər, ekspertiza rəyləri və sair sənədlər əlavə edilmiş, həmin sənədlərdə də təhlil edilən məsələ ilə bağlı sübutlar aşkar edilməmiş, digər tərəfdən isə Məhkum və onun qanuni nümay əndəsinin şikayətləri Nərimanov rayon prokurorluğu tərəfindən yoxlanılmış və bu yoxlamaların nəticələrində də həmin şikayətlərdə göstərilən hallar təsdiq olunmadığından bu hallar üzrə cinayət işinin başlanması dəfələrlə rədd edilmişdir. Hazırki iş üzrə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirmiş polis əməkdaşları – Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları Şahid4 və Şahid5 isə həm məhkəmə iclaslarında, həm də Nərimanov rayon prokurorluğunda işgəncə faktı ilə bağlı aparılmış araşdırma zamanı bu faktı qəti şəkildə inkar etmiş və yuxarıda qeyd olunduğu kimi, bu faktla bağlı sübutlar müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, Məhkum ilkin araşdırma zamanı işgəncələrə və qeyri- insani rəftara məruz qalması məsələsi məhkum olunmuş şəxsin ifadələrinə və apellyasiya şikayətinin dəlillərinə əsasən birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən də yoxlanılmış və bu yoxlamanın nəticələri cinayət təqibinin həmin mərhələsində toplanmış sübutların yolverilməz sübutlar kimi qiymətləndirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Halbuki, CPM-in 125.2 maddəsinə əsasən yalnız aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1.İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqi qiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; 125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bild iyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; 125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; 125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.8-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Beləliklə şərh olunanlara əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, istər ibtida i araşdırma orqanı, istərsə də məhkəmələr hazırki işi üzrə faktiki halları müəyyən edərkən yolverilməz sübutlardan istifadə etməmiş, Məhkum həm milli, həm də beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş hüquqları pozulmamış və onun barəsindəki yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etməmişdir. İş materiallarından göründüyü kimi, cinayət təqibinin bütün mərhələlərində Məhkum həm şübhəli, həm də təqsirləndirilən şəxs kimi CPM-in 90 və 91-ci maddələrində nəzərdə tutulmuş hüquqları ona izah edilmiş və sonuncuya bu hüquqlardan tam şəkildə, heç bir məhdudiyyət qoyulmadan istifadə etməsi üçün lazımi şərait yaradılmış, ibtidai araşdırma orqanı tərəfindən Məhkum digər hüquqları ilə yanaşı onun müdafiə, o cümlədən özünün seçdiyi müdafiəçinin xidmətindən istifadə etmək hüququ da təmin edilərək 1 fevral 2022-ci il tarixdən başlayaraq ibtidai araşdırmanın sonuna qədər onun hüquqlarının müdafiəsi özünün seçdiyi, “Yusifbəyli və Partnyorları” Vəkil bürosunun vəkili K.V.Əliyev tərəfindən həyata keçirilmiş, sonuncu isə iş üzrə öz fəaliyyətini həyata keçirərkən istər “Vəkillər və vəkillik haqqında” Azərbaycan Respublikası Qanununun, istərsə də CPM-in 92-ci maddəsinin tələblərinin pozulmasına yol verməmişdir. Bütün təsvir edilənlərdən belə nəticə hasil olur ki, Məhkum tərəfindən 1 fevral 2022ci il tarixdə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı onun barəsində aparılmış cinayət təqibinin ilkin və ibtidai araşdırması mərhələlərində toplanmış sübutların qanunsuz yolla əldə edilməsi öz təsdiqini tapmadığından işə mahiyyəti üzrə baxmış biri nci və apellyasiya instansiyası məhkəmələri tam haqlı olaraq bu sübutlar onun göstərilən epizod üzrə elan olunmuş ittiham üzrə təqsirliliyinə dəlalət edən sübutlar kimi qəbul etmiş, təqsirləndirilən şəxsin sonradan, o cümlədən məhkəmə iclaslarında verdiyi ifadələrini isə özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirib həmin ifadələri qəbul etdikləri yekun məhkəmə aktlarının əsası kimi qəbul etməkdən imtina etmişlər. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə, iş materiallarına əsasən, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən, yuxarıda qeyd olunduğu kimi, kassasiya şikayətlərində irəli sürülmüş iddiaların əksi nə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin Avropa Konvensiyas ının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar tam şəkildə təmin edilmişdir. Bununla əlaqədar qeyd olunmalıdır ki, yenə də kassasiya şikayətlərinin dəlillərinin əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi məhz müdafiə tərəfinin vəsatətlərini təmin etməklə hökmdən verilmiş apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparmaqla baxmış, məhkəmə iclasında isə əlavə şahidlər də dindirilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında araşdırılmış digər sübutlar isə tədqiq edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, işə mahiyyəti üzrə baxmış məhkəmələr yekun nəticəyə gələrkən həmçinin cinayət və cinayət-prosessual qanunverici liklərinin yuxarıda istinad olunan tələblərinə də tam əməl etmiş, bir sıra məsələlər üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini nəzərə almışlar. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmələrin sübut növü kimi qəbul etdikləri və hökmün və apellyasiya şikayətinə baxılmasına dair yekun qərarın əsasını təşkil edən Məhkum 1 fevral 2022-ci il tarixdə verdiyi izahatında onun qanunsuz əldə edib üstündə gəzdirdiyi narkotik vasitəni satmaq məqsədində olmaması, buna dair heç bir sübutun əldə edilməməsi barədə müdafiəçi R.X.Rəşidovun iddialarına gəldikdə, məhkəmə kollegiyası birinci və apellyasiya instansiya məhkəmələri kimi, bu iddiaları da aşağıdakı əsaslara görə əsassız sayır və hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr məhkum olunmuş şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı düzgün nəticəyə gəlmiş, bu nəticə isə Ali Məhkəmə tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olmuşdur. Belə ki, iş materiallarına əsasən, 1 fevral 2022-ci il tarixdə Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək saxlanılıb Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə gətirildikdən sonra onun üzərində şəxs axtarış aparılması nəticəsində üzərindən bir bükümdə külli miqdarda narkotik vasitə 14,493 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və heroinin izləri olan bir ədəd elektron tərəzi, habelə mobil telefonlar aşkar edilərək götürülmüşdür. Əvvəla, göstərilən narkotik vasitənin külli miqdarda olması Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə İ Siyahının 5-ci bəndi ilə müəyyən edilir, həmin bəndə görə isə, çəkisi 2 qramdan yuxarı olan heroinin miqdarı külli miqdar hesab edilir. Daha sonra məhkəmə kollegiyası yenə də iş materiallarına müraciət edərək, qeyd etməyi vacib sayır ki, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması bu halla yanaşı həmçinin ibtidai araşdırma dövründə əldə edilmiş çoxsaylı telefon danışıqlarının və yazışmaların aparılmasına dair məlumatlarla da təsdiq edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.011-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kə sb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkum 1 fevral 2022-ci il tarixdə verdiyi ilkin izahatında göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni həmin tarixdə gecə saat 01 radələrində Yasamal rayonunun ərazisində Ağa adlı şəxsdən ona onlayn şəkildə 150 manat məbləğində pul ödəməklə əldə etmiş və üzərində saxlamışdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarından və qanunver iciliyin tələblərindən, habelə Ali Məhkəmənin Plenumunun izahlarından çıxış edərək belə qənaətə gəlir ki, Məhkum külli miqdarda narkotik vasitəni və üzərində heroinin izləri olan tərəzi ilə birlikdə əldə edib saxlaması və daşıması, habelə narkotik vasitələrin satışı ilə bağlı telefon danışıqlarını və yazışmalarını aparması onun bu əməlləri məhz satış məqsədilə törətməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas verir və bu baxımdan onun şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, bu ifadələrə əsaslanmış kassasiya şikayətlərinin dəlilləri onun müdafiə olunaraq məsuliyyətdən yayındırılmasına yönəlmiş ifadələr və dəlillər kimi dəyərləndirilməlidir. Buna görə, məhkəmə kollegiyası Məhkum 1 fevral 2022-ci il tarixdə törətdiyi əməllərə münasibətdə ona qarşı irəli sürülmüş it tiham üzrə CM-in 234.4.3-cü maddəsi təqsirli bilinib məhkum olunmasına dair məhkəmələrin mövqeyini əsaslı, bunun əksinə olan kassasiya şikayətlərinin dəlillərini isə qəbul edilməz sayır, həmin şikayətlərin təmin edilməsini və hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini və CPM-in 42-ci maddəsində nəzərdə tutulmuş hər hansı əsasla cinayət işinin icraatına xitam verilməsini mümkün bilmir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-in 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (aza dlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, kassasiya şikayətlərində bu məsələ mübahisələndirilməsə də Məhkum barəsində cəza tədbiri seçilərkən onun törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini, səhhətini və ailə vəziyyətini səciyyələndirən bütün hallar kifayət qədər nəzərə alınmışdır. Beləliklə, təsvir olunanlardan görünür ki, Qanuni nümayəndə müdafiəçi G.H.Hacıyeva ilə birgə, müdafiəçi R.X.Rəşidovun isə ayrılıqda verdikləri kassasiya şik ayətlərində irəli sürülmüş dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPM-in 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun əməllərində cinayət tərkibinin olmaması kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum, Qanuni nümayəndə və müdafiəçilər G.H.Hacıyevanın və R.X.Rəşidovun, həmin şikayətlərin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Məhkum CM-in 234.4.3cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzr ə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli qərarı isə kassasiya şikayətlərinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar