Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1364/2018 04.10.2018 ALİ MƏHKƏMƏ İş №1(102)-1364/2018 Azərbaycan Respublikası adından QƏRAR 04 oktyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X14 və X3 ibarət tərkibdə, X17 oğlunun katibliyi, Məhkum X15, Zərərçəkmiş şəxslər X11 və X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5 iştirakı ilə xx xx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, Abşeron rayon İcra Hakimiyyəti başçısı nın Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, EV1 qeydiyyatda olan və həmin ünvanda yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx xx2018-ci il tarixli qərarından məhkum V tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən: F.Nəsibov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 -ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ıl 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxslər və məhkum edilmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xx2018-ci il tarixli hökmü ilə (sədrlik edən: H.Ə.Nəbiyev, hakimlər: N.R.Mövsümov və E.M.Əhmədov) Abşeron Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum CM-in 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 1(bir) il 6(altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə X7 çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin X13 X7 qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. İşin halları: Məhkum ona görə təqsirli bilinərək məhkum edilmişdir ki, o, xx xx 2017-ci ildə saat 19 r adələrində idarə etdiyi „xx xx“ markalı, 10RO257 dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu Qobu qəsəbəsinin ərazisi olan Qobu- Lökbatan yolu ilə Lökbatan qəsəbəsi istiqamətində 60-80 km/saat sürətlə hərəkətdə olarkən, „Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinin tələblərinə əsasən sürücü yaşayış məntəqəsində avtomobili 60 (altmış) km/saat sürətdən yuxan sürətlə idarə etməməli olduğu halda qanunun həmin tələblərini pozmaqla və hadisənin qarşısnı almaqdan otrü texniki imkanı olmasına baxmayaraq, avtomobili 6 0 (altmış) km/saat sürətdən yuxarı sürətlə idarə edərək avtomobilin qabaq hissəsi hərəkəti istiqamətində qarşıdan yolun sağ kənarı ilə və avtomobilin çox hissəsi yolun çiyni ilə 10 (on) km/saat sürətlə idarə edən və geriyə dönmək üçün avtomobili sola doğru 8 (səkkiz) metr məsafə hərəkət etdirəndən sonra geriyə dönə bilmədiyi üçün avtomobili saxlayıb geriyə vermək istəyən X6 idarə etdiyi „Opel Vectra“ markalı, XXX dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfinin orta hissəsi ilə toqquşmuş, nəticədə „Opel Vectra“ markalı avtomobildə olan sərnişin X1 ağ ciyərin əzilməsi və sıxılması ilə müşayitə olunan İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X- 9 (doqquz) ədəd qabırğaların ikili yerini dəyişmiş sınıqları, Vİ qabırğa səviyyəsinə qədər sol tərəfli hematoraks xəsarətlərini, həyat üçün təhlükəli olan sa ğlamlığa ağır zərər vurulmasına, sürücü Rahib Məhərrəmovun qapalı kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, baş beyinin ödemi, sol ağ ciyərin sıxılması ilə müşayiət olunan sol tərəfli İİ-Vİ-Vİİ-Vİİİ-İX-X-Xİİ, 8 (sıkkiz) ədəd qabırğaların qapalı yerini dəyişən sınıqları, hər iki tərəfli hematoraks xəsarətlərini, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına, „Opel Vectra“ markalı, XXX dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində R 4750 (dörd nun yeddi yüz əlli) manat maddi ziyanın vurulmasına səbəb olan ehtiyyatsızlıqdan yol hərəkəti qaydalarını pozmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarın ləğv edilməsi, bəraətve rici əsaslarla cinayət işinin icraatına xitam verilməsini xahiş olunur. Məhkum kassasiya şikayətində özünü təqsirli bilməyərək qeyd etmişdir ki, idarə etdiyi «VAZ- 21070» markalı avtomobili saxlamağa çalışmış, lakin məsafənin yaxınlığı ucbatından, həmçinin özündən asılı olmayan səbəblərdən «XXXX» markalı avtomobillə toqquşmanın qarşısını ala bilməmişdir. Bundan başqa, Məhkum əslində təqsirin «XXXX» markalı avtomobilin sürücüsü X6 əməlində olduğunu, bunun iş üzrə təyin edilmiş və keçirilmiş yol-nəqliyyat hadisələri ekspertizasının rəyi ilə də birbaşa təsdiq edildiyini bildirir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx xx 2017- ci il tarixli yol-nəqliyyat hadisələri ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, «XXXX» markalı, **-CK-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində «Yol hərəkətə haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Lakin o bunu etməmişdir. Məhkəmə isə hökm çıxararkən bu halı nəzərə almamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə məhkum və zərərçəkmiş şəxslərin, kassasiya şikayətinin qismən təmin edilməsi barədə dövlət ittihamçısı C.Əliyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyiş dirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi,yəni birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cina yət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, S.Mustafayev məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkum edilmiş şəxslərin ifadələrinə, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edildiyi qeyd olunur və ona bəraət verilməsi xahiş olunur. Məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə d air” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, ci nayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət müh akimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətlərin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası məhkumun əsassız məhkum edilməsinə dair kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin dəlillərin şərhi və əsassız olmasına dair gəldiyi nəticələrlə razılaşaraq bununla əlaqədar təkrarən geniş şərhə e htiyac görmür. Məhkəmə kollegiyası Məhkum kassasiya şikayətində göstərilən dəlilləri, yəni cinayət törətmədiyini, ittihamda və məhkəmə qərarlarında göstərilən hadisənin onun təqsiri ucbatından baş vermədiyini, əslində hadisənin digər avtomobilin sürücüsü olan Run təqsirindən baş verdiyini iddia etməsi ilə bağlı dəlillərinin əsassız olması barədə nəticəyə gələrkən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri eləcə də iş üzrə keçirilmiş ekspertiza rəyləri və işdə olan digər sübutlara əsaslanır. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin normalarına tam uyğundur. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları müəyyən edilmir. Bununla yanaşı məhkəmə kolllegiyası qeyd edir ki, zərərçəkmiş şəxslər X11 və X4 işə kassasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Ali Məhkəməsinə ərizə ilə müraciət edərək, Məhkum tərəfindən onlara vurulan maddi ziyanın tam ödənildiyini, Məhkumlə barışdıqlarını və ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kоllеgiyаsı zərəçəkmiş şəxslər R və N Məhkum onlara vurulan maddi ziyanın ödənilməsini və onunla barışdıqlarına dair müraciətlərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 263-cü maddəsinin qeyd hissəsinin ikinci bəndindən görünür ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsini nəzərə alaraq Məhkum cinayət məsuliyyətindən azad edilməsini mümkün hesab edir. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiy a şikayəti qismən təmin edilsin. Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xx2018-ci il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsini əsasən Məhkum cinayət məsuliyyətindən azad edilsin və dərhal cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 07 saylı Məntəqə X7n azad edilsin. Məhkum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün, bu qərar Azərbaycan Respublikası Baş X21 İdarəsinə göndərilsin.
Məhkəmə qərarları › İş №1(102)-1364/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-1364/2018
04.10.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver