Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1364/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun iştirakı ilə, Baki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2018-ci il tari xli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Cavid Hüseynov (sədrlik edən və məruzəçi), Eldar İsmayılov və Samir Əliyevdən ibarət tərkibdə) 1(101)-1259/2017 nömrəli 27 oktyabr 2017-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1990-cı il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonunun Pircahan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 28 oktyabr 2016cı il tarixdən 28 mart 2017-ci il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay müddət ona təyin olun muş cəzadan çıxılmaqla üzərində 7 (yeddi) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 28 sentyabr 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 29 yanvar 2016-cı il tarixdə, saat 22 radələrində, alkoqol sərxoşluğu vəziyyətində ünvan 2 ünvanda yerləşən "xxxx" kafesinin yanında, heç bir əsaslı səbəb olmadan, ona birlikdə yaşadıqları məhəlləyə getməyi təklif edən tanışı zərərçəkmiş şəxs X3 ilə mübahisə edib sonuncunun qarın nahiyəsindən bıçaqla bir dəfə vuraraq, X9a daxili qanaxma və mədənin böyük əyriliyini dəlib keçən kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan, qarının ön divarının bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən və yetirmə anında həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə, əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxs X9un sağlamlığına ağır zərər vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vaqif Mursaqulov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Mirzəli Abbasovdan ibarət tərkibdə) 1(103)-68/2018 nömrəli 15 yanvar 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum təyin edilmiş cəza 6 (altı) ilə endirilmiş, onun 28 oktyabr 2016-cı il tarixdən 28 mart 2017-ci il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 5 (beş) il 7 (yeddi) ay müddətə azadlıqdan məh rum etmə cəzası saxlanılmışdır. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2018-ci il tarixli qərarı ləğv edilsin və əməlinin CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməklə ona aşağı həddə cəza təyin edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı əməli CM-in 126.2.4-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını di nləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili Məhku m əməlinin Azərbaycan Respublikası CMin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsi üçün qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbə b olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma baş verməlidir. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, 29 yanvar 2016-cı il tarixdə, saat 22 radələrində, alkoqol sərxoşluğu vəziyyətində ünvan 2 ünvanda yerləşən "xxxx" kafesinin yanında, heç bir əsaslı səbəb olmadan, ona birlikdə yaşadıqları məhəlləyə getməyi təklif edən tanışı zərərçəkmiş şəxs X3 ilə mübahisə edib sonuncunun qarın nahiyəsindən bıçaqla bir dəfə vuraraq, X9a daxili qanaxma və mədənin böyük əyriliyini dəlib keçən kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan, qarını n ön divarının bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən və yetirmə anında həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə, əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxs X9un sağlamlığına ağır zərər vurmuşdur. Məhkum elan olunmuş ittiham üzrə özünün təqsirli bilməsə də onun qeyd olunan əməli törətməsi ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, ekspertiza rəyi ilə və işin digər materialları ilə tam təsdiq edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə tərcüməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. İşdən göründüyü kimi, həm Məhkum, həm də zərərçəkmiş şəxs X9 ifadələrində göstərmişlər ki, hadisədən qabaq onların arasında heç bir mübahisə olmamış, işin materialları ilə də onların arasında dava-dalaşın, yaxud mübahisənin olmasına dəlalət edən heç bir sübut yoxdur. Belə olan halda Məhkum zərərçəkmiş şəxs X9u bıçaq ilə vuraraq ona ağır dərəcəl i xəsarət yetirməsi üçün heç bir əsaslı səbəb mövcud olmamışdır. Heç bir səbəb olmadan sağlamlığa ağır xəsarət yetirmə hərəkəti isə xuliqanlıq niyyəti əhatə olunur. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticənin işin hallarına uyğun hesab etməklə yanaşı qeyd edir ki, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Göstərilənləri nəzərə alar aq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə ittiham verilmiş, birinci instansiya məhkəməsi də onu həmin maddə ilə təqsirli bilməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq düzgün olaraq birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr təqsirləndirilən şəxsin əməlinin tövsifini müəyyən edərkən cinayət qanunun normalarına riayət etmişlər və təqsirləndirilən şəxsin əməlinin CM-in 126.1-ci maddəsinə tövsif olunması üçün heç bir əsas yoxdur, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi Məhkum cəza t əyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2018-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 15 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1364/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1364/2019
24.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver