Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1364/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 avqu st 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Vahid Hacıyev) 02 iyun 2022-ci il tarixli, 1(071)-44/2022 nömrəli hökmü ilə xx xxxxxx 1979-cu ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Hacıqabul rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, Hacıqabul şəhəri Ə.Vahid küçəsi ev 77-də da imi qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 08 noyabr 2021-ci tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs təşkil edərək, Zərərçəkmiş şəxs1 məxsus olan Hacıqabul şəhəri B.İbrahimov küçəsi 8 nömrəli fərdi yaşayış evindən oğurluq etməklə bağlı razılığa gəldikdən sonra 2021-ci ilin oktyabr ayının əvvəllərində, saat 01 radələrində həmin məqsədlə Şövkət Mərciməyə məxsus fərdi yaşayış evinin yanına gəlib, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə hasarın yanında pusquda durmuş, o isə hasardan tullanmaqla əvvəlcə evin həyətinə, oradan isə evin giriş qapısının qıfılını vintaçanla açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən bir ədəd 80 manat dəyərində 50 litrlik alüminium materialından ibarət toy qazanını, bir ədəd 60 manat dəyərində 40 litrlik alüminium materialından ibarət toy qazanını, bir ədəd 10 manat dəyərində 5 litrlik alüminium materialından ibarət aş qazanını, iki ədəd hər birinin dəyəri 15 manat olmaqla, cəmi 30 manat dəyərində 20 litrlik alüminium materialından ibarət teşti, iki ədəd hər birinin dəyəri 18 manat olmaqla, cəmi 36 manat dəyərində 30 litrlik alüminium materialından ibarət teşti, bir ədəd 100 manat dəyərində 3x5 metr ölçüdə olan palazı, bir ədəd 30 manat dəyərində 30x150 sm olan 1,2 metr hündürlüyündə dəmir manqalı, bir ədəd 10 manat dəyərində əl ilə işləyən ət çəkən maşını, bir ədəd 25 manat dəyərində sərinləşdiricini (ventilyator), bir ədəd 30 manat dəyərində «Marquis» m arkalı su motorunu, bir ədəd 5 manat dəyərində diametri 35 sm olan alüminium aşsüzəni, zərər çəkmiş şəxsin qiymətləndirdiyi hər birinin dəyəri 150 manat olmaqla, cəmi 450 manat dəyərində üç ədəd xalçaları, hər metri 5 manat olmaqla, cəmi 1000 manat dəyərində 200 metr dəmir boruları, bir ədəd 200 manat dəyərində samovarı gizli talayıb, zərər çəkmiş Şövkət Mərciməyə ümumilikdə 2066 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 1 ünvanda yerləşən X2 məxsus fərdi yaşayış evinin həyətindən oğurluq etmək qərarına gəlib, 06 noyabr 2021-ci il tarixdən 07 noyabr 2021-ci il tarixə keçən gecə saat 02 radələrində həmin məqsədlə Kəmalə Qasımovaya məxsus fərdi yaşayış evinin yanına gəlib, hasardan t ullanmaqla yaşayış sahəsi hesab edilən evin həyətinə qanunsuz daxil olaraq, həyətdə olan bir ədəd 160 manat dəyərində «STRİM» markalı yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedi gizli talayıb, zərər çəkmiş Kəmalə Qasımovaya həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Məhkum satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,491 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini bir ədəd kağız kəsiyində qablaşdırılmış halda əynində olan tünd göy rəngli şalvarın qabaq sağ cibində daşıyaraq saxlamış, 08 noyabr 2021-ci il tarixdə saat 21 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyya t-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri Ə.Vahid küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilərək, üzərində şəxsi axtarış aparılan zaman qeyd olunan çəkidə psixotrop maddə olan metamfetamin əynində olan tünd göy rəngli şalvarın qabaq sağ cibindən bir ədəd kağız bükümdə aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmməd Bağırov (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Kamil Bəşirov) 24 avqust 2022-ci il tarixli qərarı ilə Hacıqabul Rayon Məhkəməsinin 02 yun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ilkin istintaq müddətində və m əhkəmə iclasları tərəfindən onun törətdiyi cinayət əməli düzgün araşdırılmamış və hüquqi qiymət verilməmişdir. İşin hallarına tam obyektiv qiymət verilməmişdir. Həmçinin, zərərçəkmiş tərəfə dəymiş ziyanla bağlı araşdırma aparılmadan, yəni, ziyanın ödənilməsi nəzərə alınmadan hökm və qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr hökm və qərarı çıxararkən işin halları düzgün araşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmiş, nəticədə ona törətdiyi əmələ uyğun olmayan cəza verilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb nəticəyə gəlir ki, aşağıda göstərilən əsaslara görə həmin şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə fa ktı və halları və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə cinayət əməlləri onun özünün məhkəmə istintaqı zamanı verdiyi qismən etiraf edici ifadəsi ilə, iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin və işdə olan digər təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı məhkəmə ekspertizalarının rəyləri və digər sübutlarla tam təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək yoxlamış, onların mötəbər və mümkün olmasını müəyyən edərək həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündə göstərilən şəraitlərdə qabaqcadan əlbir olan bir qrup halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, təkrarən əmlakları oğurlanmış və satış məqsədi olmadan qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda – 0,491 qram psixotrop maddə olan metamfetamin əldə etmiş və saxlamışdır. Birinci instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, Məhkum bu əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilməli və həmin maddələrlə onu təqsirli bilinmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinin tövsifinə dair məhkəmələrin gəldiyi nəticənin sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-c i maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin həmin maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Cinayət işi üzrə yekun məhkəmə qərarları qəbul edilərk ən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinə baxılarkən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan heç biri müəyyən etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını, cinayət və cina yətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 avqust 2022-ci il tarixli qərarından Məhkum verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olduğundan onlarla razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən sax
Məhkəmə qərarları › İş №1(102)-1364/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1364/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver