Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1364/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, bəraət almış şəxs X2 müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə bəraət verilməsi nə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X12 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən R.Hüseynov, hakimlər B.Məmmədov və N.Mirzəyevdən ibarət təkibdə) 9 aprel 2021-ci il tarixli 1(091)-32/2021 nömrəli hökmü ilə 20 avqust 1973-cü ildə Tərtər rayonu Kəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şayan X4 Azərbaycan Respublikası CM-i n 120.1-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddətin təyin edilmiş cəzaya hesablanması, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu vaxtdan, yəni 26 fevral 2020-ci ildən hesablanması, P.Ş.İsmayılovun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, P.Ş.İsmayılovun təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ekspertiza xərci 304 (üç yüz dörd) manat 16 qəpik təqsirləndirilən şəxs P.Ş.İsmayılovdan tutularaq dövlət hesabına keçirilməsi, maddi sübut olan və X7 saxlanılan 1 ədəd Vogue markalı siqaretin kötüyü, qan nümunələri, 1 ədəd rəngli zolaqları olan şərf, 1 ədəd qara rəngli üzəri naxışlı jaket, 1 ədəd qara rəngli papaq, 1 ədəd stolüstü süfrə, 1 cüt başmaq, 1 ədəd bıçaq tiyəsi və 1 ədəd bıçaq dəstəyi, X11 meyitinə baxış zamanı götürülmüş paltarlar - 1 ədəd qara-boz rəngli sviter, 1 ədəd bənövşəyi rəngli köynək, 1 ədəd qara rəngli yubka, 1 ədəd qara rəngli retuz, 1 ədəd qara rəngli büstqalter, 1 ədəd ağ rəngli qarının sıxılması üçün bellik və 1 cüt qara rəngli corab, həmçinin S.Əyyubovanın dırnaq və tük nümunələri, Polad İsmayılovdan götürülmüş qan və ağız suyu nümunələrinin məhv edilməsi, 18 manatın zərərçəkmiş şəxsin hüquqi varisi X8 qaytarılması, "xxxx" MMC-dən daxil olmuş məlumatların saxlandığı 02 ədəd diskin cinayət işində saxlanılması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli 1(107)-6/2022 nömrəli qərarı ilə təqsirlənd irilən şəxs X3 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 1(091)-32/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli 1(107)-6/2022 nömrəli qərarından məhkum X2 müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 1(102)-87/2023 nömrəli qərarı ilə məhkum X2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət X1 barəsində olan 10 f evral 2022-ci il tarixli 1(107)-6/2022 nömrəli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X22 (sədrlik edən və məruzəçi), X23 və X13 ibarət tərkibdə) 1(107)-262/2023 saylı, 28 dekabr 2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs X3 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 9 aprel 2021-ci il tarixli 1(091)-32/2021 nömrəli hökmü ləğv edilmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilm iş, X9 barədə seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. X3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın ona izah edilmişdir. Hökmlə maddi sübutların taleyi və diğər məsələlərdə həll edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-262/2023 saylı, 28 dekabr 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi Polad Abdullayev tərəfindən kassasiya şikayəti verilmişdir. kassasi ya protestinə və kassasiya şikayətinə qarşı bəraət almış şəxs Polad İsmayılovun müdafiəçisi Müdafiəçi1 tərəfindən etiraz verilmişdir. İşin halları: İstintaq orqanının mövqeyinə görə X9 Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinmişdir ki, ona görə ki, o, təxminən 1997-ci ildən başlayaraq ayrı-ayrı vaxtlarda yük maşını ilə mişar daşı gətirərək Zaqatala rayonunda həmin daşın fərdi qaydada satışı ilə məşğul olarkən, günlük ödəniş etməklə ünvan 3 ünvanında yerləşən, X14 məxsus fərdi yaşayış evində kirayədə qaldığı dövrlərdə, cinsi ehtirasını təmin etmək məqsədilə ayrı-ayrı qadınlarla tanış olaraq onlarla ayrı-ayrı yerlərdə cinsi yaxınlıq etmiş, eləcə də kirayədə qaldığı evdə başqa qadınlarla görüş təşkil etməyə cəhd etməsi ilə bağlı onunla ev sahibi X11 arasında əvvəllər də nara zılıq yaranmışdır. 23 fevral 2011-ci ildə mişar daşı satmaq məqsədilə qohumu Şahid2 ilə birlikdə sonuncuya məxsus yük maşını ilə yenidən Zaqatala rayonuna gəlib xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixinə keçən gecəni S.Əyyubovaya məxsus evdə gecələməyə qərar vermiş, havanın soyuq olması ilə bağlı evdəki sobanın yanında olan çarpayıda yatmaq istəsə də, S.Əyyubova həmin çarpayıda başqa şəxsin gecələyəcəyini bildirib çarpayıdan istifadə etməyə ona icazə verməmiş, səhərisi gün yuxudan oyanıb çarpayını boş gördükdə, S.Əyyubovanın bilərəkdən həmin çarpayını onun istifadəsinə verməməsi qənaətinə gəldiyindən, təklikdə olduqları zaman bununla bağlı S.Əyyubovaya narazılığını bildirərək onunla anası kimi davranmasını xahiş etməsinə baxmayaraq, təbiətcə söyüşkən olan S.Əyyubova onun ünvanına nalayiq sözlər işlətmiş, bundan sonra saat 09 radələrində Şahid2 və qeyriləri ilə birlikdə evdən çıxıb daş bazarına getmiş, S.Əyyubovanın həmin gün onu təhqir etməsi, həmçinin əvvəllər də evə qadın gətirməsinə razılıq verməməsi ilə bağlı məsələni aydınlaşdırmaq məqsədilə həmin gün saat 11:30 radələrində Seyran Əyyubovanın olduğu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə getmiş, onunla həyətdə qeyd edilənlərlə bağlı söhbət edərkən, aralarında yaranmış mübahisə zamanı S.Əyyubova yenidən onun ünvanına nalayiq söyüşlər işlətdiyinə görə qisas almaq niyyəti ilə S.Əyyubovanı öldürmək qərarına gəlmiş, bu məqsədlə həyətdə kimsənin görə biləcəyindən ehtiyat edərək söhbətlərini davam etdirmək üçün S.Əyyubovaya evin otaqlar olan hissəsinə keçməyi təklif etmiş, S.Əyyubova qabaqda, o isə onun arxas ınca evə girərkən, giriş qapısından sol tərəfdə qoyulmuş masanın üzərində olan bir neçə mətbəx bıçağından birini götürüb evə girdikdən sonra S.Əyyubovanın ardınca sol tərəfdə olan otağa daxil olmuş, sol əli ilə onun paltarından tutaraq, sağ əlində olan mətbəx bıçağı ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə köks qəfəsinin sağ və sol döş nahiyələrində köks boşluğuna keçib ağciyəri və ürək pərdəsini zədələməklə çoxlu qanitirmə ilə nəticələnmiş, hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olub dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid 06 ədəd kəsilmişdeşilmiş yara xarakterli, köks qəfəsinin sağ və sol nahiyələrində 04 ədəd, sağ bazusunda 01 ədəd kəsilmiş-deşilmiş yaralar və sağ saidində 01 ədəd kəsilmiş yara xarakterli, sağlamlığın qısa müddətə pozulmasına səbəb ol ub dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid, başın alın nahiyəsində qançır, sol almacıq sümüyü nahiyəsində sıyrıq, sol yanağında şişkinli qançır və üst dodağının selikli qişasında əzilmiş-kəsilmiş yara xarakterli, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən, ümumilikdə 12 ədəd xəsarət yetirməklə X15 qisas niyyəti ilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı protestdə göstərmişdir ki, Məhkəmə kollegiyası hökm çıxararkən hesab etmişdir ki, birinci instansiya məhkəməsi X3 təqsirliliyi barədə düzgün olmayan nəticəyə gəlmiş, aparılmış məhkəmə araşdırması zamanı sonuncunun təqsirliliyi sübuta yetirilməmiş, ibtidai araşdırma orqanı tərəfindən P.İsmayılova CM-in 120.1-ci madd əsi ilə nəzərdə tutulan ittiham elan edilərkən onun həmin əməli törətməsinə dəlalət edən mötəbər sübutlar mövcud olmamışdır. Məhkəmə kollegiyasının hökmünə nəzər saldıqda da görünür ki, həmin hökmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının müdafiə tərəfinin verdiyi kassasiya şikayəti əsasında qəbul etdiyi cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsinə dair xx.xx.2023-cü il tarixli, yuxarıda qeyd olunan qərarının təsviri-əsaslandırıcı hissəsi demək olar ki, dəyişdirilmədən, eyni qaydada köçürülmüşdür. Halbuki, Ali Məhkəmənin Cinayət Kollegiyasının qeyd olunan qərarında cinayət işinin apellyasiya baxışına qaytarıldıqdan sonra məhkəmənin sübutların toplanılması və onlara qiymət verilməsi istiqamətində görməli olduğu işlər bir-bir sadalanmı ş, ancaq apellyasiya məhkəməsinin müvafiq kollegiyası tərəfindən həmin qərarda qeyd olunmuş bəzi ziddiyyətli məqamların araşdırılması ilə bağlı ümumiyyətlə heç bir ciddi səy göstərilməmişdir. Məhkəmə kollegiyası yuxanda qeyd olunanları, yəni ailəli bir qadının hansısa kişi ilə münasibətdə olmasının bilinməsi halında bunun rayon ərazisində müsbət qarşılanmayacağı və həmin qadının qınaq obyekti ola biləcəyini bildiyi və ya bilməli olduğu halda və bu səbəbdən də Y.Quliyevanın həmin ifadəsinə tənqidi yanaşmalı olduğu halda, heç bir əlavə araşdırma aparmağa zərurət görmədən, P.İsmayılovun özünün də ifadələrində ətraflı şəkildə qeyd etdiyi həmin fakta, yəni Y.Quliyeva ilə münasibətlərinin olmasına şübhə ilə yanaşması nəticəsində ona verilmiş ittihamın əsas motivlərindən biri belə demək mümkünd ürsə “sıradan çıxmışdır”. Ancaq məhkəmə həmin fakta şübhə ilə yanaşan zaman həmçinin nəzərə almamışdır ki, cinayət işinin materiallarına əsasən müəyyən edilir ki, P.İsmayılov müxtəlif vaxtlarda Zaqatala rayonunda olduğu müddət ərzində mütamadi olaraq müxtəlif qadınlarla (əməliyyat-istintaq fəaliyyəti ilə müəyyən edilmiş T.F.Abdullayeva, H.Ş,Məmmədova Şahid14, Şahid7, Ş.Vexova və Əminə adlı qadın) görüşmüş, onlara müxtəlif vədlər verməklə, onlarla cinsi əlaqədə olmuş, rayon ərazisində müvəqqəti yaşadığı müddətdə mütamadi olaraq spirtli içki qəbul etmiş, ümumiyyətlə cəmiyyətdə qəbul edilmiş etik dəyərlərdən uzaq həyat tərzi keçirmişdir. Həmin qadınlardan şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Polad İsmayılov işlədiyi kafeyə müştəri kimi gəlib getmiş, həmin ərəfədə son uncu ondan xoşlandığını, onunla ailə qurmaq istədiyini bildirmiş, bu səbəbdən Poladın ona qarşı ciddi yanaşdığına inanmışdır. Bundan sonra o, Poladla bir neçə dəfə yaşadığı evdə, uşaqları yatandan sonra cinsi əlaqədə olmuş, bir müddət sonra işlədiyi kafenin sahibi Güldanə adlı qadın ona Poladın yalançı adam olduğunu, ona inanmaması gərəkdiyini demiş, ondan bunun səbəbini soruşduqda Güldanə Poladın sifariş etdiyi yeməklərin pulunu gecikdirdiyini, hər dəfə yalan vədlər verməsini, Poladın ailəli olduğunu bildirmişdir. Bundan başqa, şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Polad İsmayılovla təxminən 2000-ci illərdə yaxın münasibəti olmuş, həmin müddətdə Polad daş bazarında özünə məxsus “Kamaz” markalı avtomobillə daş satmış, bir neçə dəfə işlədiyi restoranda nahar etmişdi r. Həmin vaxt onunla münasibəti yaranmış təxminən 4-5 dəfə görüşmüş və aralarında intim əlaqə olmuşdur. Təkcə yuxarıda qeyd olunan iki şəxsin vermiş olduğu ifadə P.İsmayılovu xarakterizə edən və onun rayon ərazisində sürdüyü həyat tərzindən kiçik bir nümunədir. İş materiallarından görünür ki, şahid qismində dindirilmiş Şahid3 həm ibtidai istintaqda, həm də Şəki Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadəsində qeyd etmişdir ki, hadisə günü, yəni xx.xx.2011-ci il tarixdə Polad İsmayılovu saat 10-11 radələrində daş bazarının ərazisində əlində bıçaqla maşından düşərkən görmüş, bundan sonra saat 11-12 radələrində Polad təxminən 40 dəqiqə və ya 1 saat müddətində bazarda olmamış, sonuncu ümumiyyətlə həmin vaxt bazarda maşın təmiri ilə məşğul olmamış, hadisədən sonra istintaqa Poladın hadisə baş ve rən saatda bazar ərazisində olmaması, Seyran Əyyubova ilə hadisədən qabaq mübahisə etməsi ilə bağlı verdiyi ifadəsindən və polis əməkdaşına verdiyi məlumatdan sonra Polad onu təhdid edərək bir də onun barəsində belə bir məlumat verəcəyi təqdirdə onu şərləyəcəyini bildirdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası isə yuxarıda qeyd olunan xüsusata belə bir qiymət verərək göstərmişdir ki, məhkəmə P.İsmayılovun hadisə baş verməmişdən öncə daş bazarında olarkən əlində bıçaq tutmuş olmasına, həmin bıçağın şəxsin təqsirli bilindiyi ittihama görə sonuncunun cinayəti törətdiyi alət olan bıçaqla hər hansı bir bağlılığının olması müəyyən edilmədiyi şəraitdə verilmiş ittihamı təsdiq edən mötəbər sübut olaraq istinad edilməsini cinayət-prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi tələbləri b axımından yolverilməz hesab edir. Əvvəla qeyd edilməlidir ki, Şahid3 P.İsmayılovu məhz hadisədən qabaq və ya sonra əlində bıçaqla görməsi barədə istintaqda dəqiq bir məlumat mövcud olmamışdır. Şahid3 ifadəsində hadisə günü, təxminən hadisənin baş verdiyi ərəfələrdə Poladı əlində bıçaqla bazar ərazisində gördüyünü bildirmiş, sonra isə qeyd etmişdir ki, Polad onun bazar ərazisində olmadığını bir də təkidlə polisə deməsi halında onu şərləyəcəyini demişdir. Həmçinin o ifadəsində qeyd edir ki, hadisə günü səhər saatlarından birlikdə qaldıqları S.Əyyubovanın evindən çıxan zaman Polad ona və Şahid2 özlərinin onsuz bazara getmələrini, onun da sonra gələcəyini demişdir ki, bu da onun həmin vaxt Seyran Əyyubova ilə söhbət etmək və ona irad bildirmək, onu məzəmmət etmək üçün evdə ləngiməsi barədə P.İsmayılovun özünün verdiyi etirafedici ifadəsində qeyd etdikləri ilə uyğunluq təşkil edir. Yuxarıda qeyd olunanlar kifayət qədər ciddi faktlar olmaqla, məhkəmə tərəfindən ətraflı araşdırılmalı və yaxud tərəfimizdən araşdırılması üçün müvafiq şərait yaradılmalı idi. Həmin faktların araşdırılması məqsədilə Şahid3 məhkəmə baxışında iştirak edərək yenidən dindirilməsi barədə tərəfimdən məhkəmə kollegiyasına iki dəfə əsaslandırılmış vəsatət verilməsinə baxmayaraq, vəsatətlər hər hansı ciddi bir əsaslandırma aparılmadan, həmin şəxsin əvvəllər dindirilməsi əsas gətirilərək təmin edilməmişdir. Həmçinin xüsusilə vurğulanmalıdır ki, məhkəmə tərkibi tərəfindən faktlara birtərəfli, yalnız müdafiə tərəfinin mövqeyindən yanaşılması səbəbindən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən m əhkəmə tərkibinə etiraz verilmiş, ancaq etiraz baxılmamış saxlanılmışdır. Bundan başqa, onu da qeyd etmək xüsusilə vacibdir ki, şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin əməkdaşı Şahid18 ifadəsində qeyd etmişdir ki, hadisədən sonra zərərçəkmiş S.Əyyubovanın evində pul müqabilində gecələyən Şahid3 və Şahid2 adlı şəxsləri izahat vermələri üçün daş bazarından rayon polis şöbəsinə gətirən zaman İsmayıl ona hadisədən əvvəlki gecə Polad İsmayılovun evdə siqaret çəkmək istədiyini, lakin Seyranın buna icazə verməyərək, ona qarşı kobud söz işlətdiyini, bu zaman onların arasında mübahisə baş verdiyini demişdir. R.X16 Məhkəməsində məhkəmə baxışı zamanı verdiyi ifadəsində P.İsmayılovun 2020-ci ildə şübhəli şəxs qismində saxlanılarkən rayon prokurorluğunda dindirilən zaman siqaret çəkmək üçün polis ə məkdaşlarının müşayiəti ilə dindirmə otağından çölə çıxan zaman ona “inan ki, etiraf etdim, rahatladım, neçə ildir ki, normal yuxu yata bilmirəm” dediyini göstərmişdir. Bundan başqa, o ifadəsinə davam edərək bildirmişdir ki, Polad İsmayılov xx.xx.2011ci il tarixdə, saat 15-16 radələrində Polis Şöbəsinə gətirilən zaman onun sol əlinin çeçələ barmağında təzə yara izi görmüş və sonuncudan həmin yaranın necə əmələ gəlməsini soruşanda Polad, həmin xəsarətin öz maşınında işləyən zaman yarandığını bildirmişdir. Ancaq iş materiallarından da görünür ki, iş üzrə dindirilmiş bir çox şahidlər P.İsmayılovun həmin günlərdə bazarın ərazisində maşın təmir etmədiyini, həmin gün saat 11-12 radələrində isə ümumiyyətlə bazar ərazisində olmadığını qeyd etmişlər. Eyni zamanda qeyd edilməlidir ki, Polad İsmayılo vun qohumu olan Şahid2 ifadəsində hadisə günü Poladla birlikdə nahar etmədiyini, onunla bir gün öncə bazar ərazisindəki kafedə nahar etdiyini və sonuncunun spirtli içki qəbul etdiyini göstərmiş, Poladın həmin günlərdə ümumiyyətlə bazar ərazisində maşın təmir etmədiyini, hadisə günü isə təxminən 1 saat müddətində bazar ərazisindən gözdən itməsini, Polis Şöbəsindən polis əməkdaşları gəldikdən sonra da onu səslədiyini, ancaq bazar ərazisində onu tapmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs X27 Allahverdiyev arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı da sonuncu hadisə günü saat 13 radələrində Poladla birlikdə daş bazarında oturub Nazim adlı şəxsin kafesində kartof qızartması ilə toyuq əti yeməsi və Poladın tək 200 qram araq içməsi barədə sonuncunun dediklərinin doğru olmadığın ı, həmin gün günorta saatlarında onunla həmin kafedə yemək yemədiyini, çünki artıq nahar vaxtına qədər bazar ərazisinə gələn polislərin onları şöbəyə apardıqlarını bildirmişdir. Yuxarıda qeyd olunanlardan da açıq-aşkar görünür ki, P.lsmayılov bilərəkdən, şübhələri özündən yayındırmaq və özünə alibi yaratmaq məqsədilə hadisə günü səhər saatlarında bazarın ərazisində maşınında təmir işləri görməsi, günorta saatlarında isə bazarın ərazisindəki kafedə qohumu Nicatla birlikdə nahar etməsi barədə yalan məlumatlar verməsi cinayətin məhz onun tərəfindən törədildiyinə işarə edən faktlardan biridir. Hökmdə qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs 2020-ci ildə Zaqatala RPŞ-nə gətirildikdən sonra barəsində cinayət törədilməsi barədə məlumatlar olmasına baxmayaraq, şahid qismində dindirilmiş, həmin va xt müayinəyə məruz qalmış, ondan ağız suyu və qan nümunəsi götürülmüş və nümunələr genetik ekspertizaya təqdim edilmişdir. Bundan sonra o, 24 fevral 2020-ci il tarixdə Zaqatala RPŞ-nə telefon zəngi ilə çağırılmış və həmin vaxt polisə tabe olmadığı əsas gətirilərək müvafiq maddə ilə inzibati qaydada həbs edilmiş və həbsdən çıxdıqdan sonra P.İsmayılov ərizə ilə prokurorluğa müraciət edərək cinayəti törətdiyini etiraf etmiş və bir daha şahid qismində dindirilmişdir. Bu hal qanunvericiliyin və Konvensiyanın 6-cı maddəsinin kobud pozuntusu hesab edilmişdir. Belə ki, təqsirləndirilən şəxsin barəsində cinayəti törətməklə bağlı ərizə olduğu halda onun şahid qismində dindirilməsi yolverilməz idi. Ancaq iş materialları diqqətlə öyrənilərkən müəyyən edilir ki, əslində istintaq və prosessual hərəkət lər yuxarıda qeyd olunan ardıcıllıqla və birtərəfli qaydada aparılmamış, məhkəmə öz hökmünü əsaslandırmaq üçün guya ki, istintaq orqanının məhz Polad İsmayılova münasibətdə həmin istintaq və prosessual hərəkətləri etməsini qeyd etmişdir. Halbuki, istintaq ilk gündən çoxşahəli aparılmış, bütün istintaq fərziyyələri istiqamətində zəruri prosessual hərəkətlər edilmiş, çoxlu sayda şəxslərin, eyni zamanda zərərçəkmiş şəxsin evində gecələyən bütün şəxslərin, həmçinin ailə üzvlərinin ifadələri alınmış, məhkəmə-tibbi ekspertizadan keçirilmişlər. Yəni, yuxarıda qeyd olunanlardan da aydın olur ki, istintaq orqanı yalnız hadisənin kim tərəfindən törədilməsi, təqsirli şəxs və ya şəxslərin ifşa edilməsinə çalışmış, heç bir şəxsə öncədən “cinayəti törətmiş şəxs kimi” yanaşmamış, bütün şəxslərin hüquqlar ı eyni qaydada qorunmaqla, zəruri prosessual hərəkətlər edilmiş, bu istiqamətdə daxili işlər orqanları ilə əməkdaşlıq etmişdir. Polad İsmayılov əvvəlcə şahid qismində, sərbəst şəkildə yalnız müstəntiq tərəfindən dindirilmiş, azadlığı faktiki olaraq məhdudlaşdırılmamış, dindirmə istintaq hərəkəti başlamamışdan qabaq onun CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri bir-bir müstəntiq tərəfindən sadalanmış, ona hər hansı bir kənar təzyiq və ya təsirin olubolmaması barədə suallar verilmişdir. Əgər məhkəmənin “təqsirləndirilən şəxs 2020-ci ildə Zaqatala RPŞ-nə gətirildikdən sonra barəsində cinayət törədilməsi barədə məlumatlar olmasına baxmayaraq, şahid qismində dindirilmişdir” mövqeyini "şərti” qəbul etsək belə, bu ancaq Cinayət-Prosessual qanunvericiliyin pozuntusu sayıla bilər və bu fakta CPM -in 303-cü maddəsinin tələbləri baxımından qiymət verilməli idi. Həmin hal mövcud olsa idi belə, bu təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas deyildir. Çünki CPM-in 42.1-ci maddəsində məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmünün hansı hallarda çıxarıldığı göstərilmişdir. Həmin hallara aiddir: cinayət hadisəsinin olmaması, şəxsin əməlində cinayət tərkibinin olmaması, şəxsin cinayətin törədilməsinə aidiyyətinin olmaması və şəxsin təqsirliliyinin sübuta yetirilməməsi. P.İsmayılovun şübhəli şəxs qismində tutulmamışdan qabaq inzibati məsuliyyətə cəlb edilməsinə münasibətdə isə qeyd edilməlidir ki, iş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(033)- 74/2020 nömrəli qərarı ilə xx.xx.2020-ci il tarixdə, Zaqatala RPŞ-nin inzibati binasının qarşısında siqaret çəkərkən polisin iradını düzgün qəbul etməyib, mübahisə yaratmaqla polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamaqda (İXM 535.1) təqsirli bilinərək dərhal icra edilməklə 10 gün müddətində inzibati həbs edilmişdir. İnzibati həbsin səbəblərinin şübhə altına alınması inzibati həbs seçilməsi haqqında qərarı çıxaran məhkəmənin mövqeyinin şübhə altında qoyulmasına gətirib çıxarır. İş materiallarından da görünür ki, P.İsmayılov məhkəmənin qeyd olunan qərarından şikayət verməmişdir. Polad İsmayılov məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, onu Polis Şöbəsində 2 (iki) gün döyəndən sonra o, cinayətin özü tərəfindən törədilməsi barədə ərizəni yazmaqla, müstəntiq tərəfindən yazılan sənədlərə imza etmiş və hər şeyi boynuna almışdır. Ancaq şəxsin qəsdən adam öldürmə, xüsusilə də qadını həyatdan məhrum etməsi ilə bağlı törətmədiyi cinayəti öz boynuna götürməsi və bundan sonra bu barədə istintaq zamanı videoçəkilişlə dindirilərkən ətraflı ifadələr verməsi, daha sonra isə ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisə günü hərəkətlərinin ardıcıllığını, hadisənin baş vermə şəraitini, hadisə yerini detallı və sərbəst şəkildə təsvir etməklə danışması, cinayətin aləti olan bıçağı dəqiq təsvir etməklə məlumat verməsi qətiyyən inandırıcı deyildir. Birinci instansiya məhkəməsi tamamilə haqlı olaraq, təqsirləndirilən şəxs P.İsmayılovun polis əməkdaşlarının təsir və təzyiqləri nəticəsində cinayəti etiraf edərək, boynuna götürməsi ilə bağlı ifadə verməyə məcbur edi ldiyini bildirməsi xüsusatını özünümüdafiə xarakterli ifadə kimi qəbul etmişdir. Belə ki, yuxarıda qeyd olunan həmin xüsusat üzrə Zaqatala rayon prokurorluğunda aparılmış araşdırma zamanı həmin hal öz təsdiqini tapmamış və nəticədə CPM-in 39.1.1ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan nə Polad İsmayılovun özü, nə də vəkilləri və ya başqa bir şəxs şikayət etməmiş, həmin qərar istər ibtidai araşdırmaya nəzarəti həyata keçirən rayon prokuroru, yuxarı prokuror və ya məhkəmə nəzarəti qaydasında ləğv edilməmişdir. CPM-in 65-ci maddəsinin (Prosessual qərarların preyudisial əhəmiyyəti) 1 -ci hissəsində də qeyd olunmuşdur ki, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Yuxarıda qeyd olunanlara əlavə olaraq məhkəmə kollegiyasının diqqətinə çatdırılması vacib məsələlərdən biri də odur ki, P.İsmayılovun şahid qismində, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verdiyi zaman müdafiəçisinin yanında müstəntiq dəfələrlə ona qarşı hər hansı bir fiziki və ya psixoloji təzyiq olub-olmaması barədə suallarına belə bir halın qətiyyən baş vermədiyini bildirməsindən qısa müddət sonra, digər Müdafiəçi1la müqavilə bağlamıdıqdan sonra ona qarşı polis şöbəsində fiziki təsirlərin olması barədə ərizə ilə müxtəlif qurumlara müraciəti də bir dah a onu göstərir ki, həmin hal vəkilin müdafiə taktikası olmaqla, gələcəkdə məhkəmə baxışında istifadə edilməsi üçün nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hökmündə qeyd etmişdir ki, P.İsmayılovun ifadəsində göstərdiyi halın, yəni Y.Quliyeva adlı qadınla zərər çəkmiş şəxsin evində görüşməsi səbəbindən onların arasında mübahisələrin yaşanması halında belə, həmin hadisə ilə cinayətin törədilmə tarixi arasında 2 ilə yaxın bir müddətin keçməsi, P.İsmayılovun həmin müddət ərzində S.Əyyubovanın evinə daha sonra da gəlib-gəlməməsi halının araşdırılmasını, belə olan halda isə P.İsmayılova S.Əyyubovam öldürməyi üçün motiv yaradan bu hadisənin yaşandığı halda məhz niyə xx.xx.2011-ci il tarixdə cinayət əməlini törətməsinin aydınlaşdırılmasını zəruri edir və bununla əlaqədar qeyd edilməlidir ki, P.İsm ayılov ibtidai istintaq və məhkəmə istintaqı zamanı ifadələrində S.Əyyubova ilə aralarında hər hansı bir münaqişə, o cümlədən yuxarıda qeyd edilən formada bir hadisə yaşanmadığını, habelə hadisədən əvvəl də S.Əyyubovanın evində gecələmiş olduqlarını göstərmişdir. Göründüyü ibtidai araşdırma orqanı tərəfindən cinayətkar qəsdin baş verməsi üçün hər hansı hərəkətverici kriminal motivin və ictimai təhlükəli məqsədin əldə edilməsi niyyətinin olmasını təsdiq edən heç bir dəlil və fakt göstərilməmiş, cinayətin motivi ilə bağlı istinad edilmiş və məhkəmələrin bununla bağlı razılaşdığı hallar isə ziddiyyətli olmaqla, hər hansı mötəbər sübuta əsaslanmamış, yalnız fərziyələr üzərində qurulmuşdur. Həmçinin hökmdə qeyd edilmişdir ki, hadisə yerinə baxış protokolundan görünür ki, zərər çəkmiş şəxsin mey iti evin yataq otağında aşkar edilməsinə baxmayaraq, təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkətində hadisənin baş verdiyi otağı dəqiq göstərə bilməmişdir. Məhkəmənin həmin mülahizəsi ilə bağlı qeyd edilməsi ən vacib məsələlərdən biri odur ki, elə məhz təqsirləndirilən şəxsin videoçəkilişlə alınmış ilkin ifadələri və ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinə baxdıqda və onun hərəkətlərinin xronoloji ardıcıllığına diqqət yetirdikdə təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə zamanı və bundan sonra etdiyi bütün hərəkətləri detallı şəkildə təsvir etməsi və onun çox rahat, aydın şəkildə və ardıcıllıqda cinayətin törədilmə şəraiti, yeri, aləti barədə müstəntiqə məlumat verməsi müşahidə edilir. P.İsmayılov ifadəsində S.Əyyubovam konkret harada bıçaqla vurma ğa başladığını, sonuncunun qaçmağa cəhd göstərərək, digər otağa keçmək istəyərkən buna imkan vermədiyini ətraflı və dəqiq şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin videoçəkilişinə baxdıqda da aydın şəkildə görünür ki, P.İsmayılov həmin istintaq hərəkəti zamanı hadisənin konkret hansı otaqda baş verməsi ilə bağlı sadəcə olaraq bir qədər tərəddüd etmiş, bu təxminən bir dəqiqə çəkmiş və o, həmin müddətdə sağa-sola baxaraq “o otağa girdim, yoxsa bu otağa girdim? aradan 9 il keçib e, həyəcanlıydım xatırlaya bilmirəm” demiş, həmin vaxt istintaq hərəkətinin iştirakçıları tərəfindən ona hər hansı bir yönləndirmə və ya işarə edilməmiş, əksinə müstəntiq ona diqqətlə baxmasını söyləməklə bir-birinə yaxın yerləşmiş bütün otaqlara girməsinə şər ait yaratmış, otaqlardan birinə girərək “deyəsən Seyran arvadın otağı bura idi“ deməklə, oradan çıxmış, sonra müstəntiqin digər yerlərə də baxması təklifi ilə digər bir otağa girmiş və “yox bura kuxnadır” deməklə oradan da çıxmış və bir neçə addım qabağa gedərək “məncə bu otaq idi” deməklə nəticədə hadisə yerini dəqiq göstərmişdir. Odur ki, yuxarıda qeyd olunanların fonunda təqsirləndirilən şəxsin hadisə baş verən yeri dəqiq göstərə bilməməsi barədə məhkəmənin mövqeyi qəti şəkildə başadüşülən deyildir. Belə ki, hadisənin baş verməsindən təxminən 9 il müddət keçmiş, bu illər ərzində təqsirləndirilən şəxs həmin evə gəlməmiş, həmçinin hadisəni törədən zaman təbii ki çox həyəcanlı olmuş və bu səbəbdən də zərər çəkmiş şəxsi konkret olaraq dəqiq otağın hansı hissəsində bıçaqla vurmasının bəzi de talları yadından çıxmışdır. Bu tamamilə izah oluna bilən bir hal olmaqla, məhkəmə tərəfindən düzgün və işin hailanna uyğun qiymətləndirilməli idi. Ancaq çox təəssüflər olsun ki, qeyd olunan xüsusata məhkəmə tərəfindən hərtərəfli və məntiqə uyğun qiymət verilməmişdir. Təqsirləndirilən şəxsin bu zaman verdiyi çox önəmli bir məlumatlardan biri isə ondan ibarətdir ki, istintaq hərəkətinin videogörüntüsünə baxış zamanı evin giriş qapısının taxta materialdan olmaqla iki 'hissədən ibarət olduğu və üzərində dəstəyi olan əsas hissəsi açıldıqdan sonra yuxarı və aşağıdan bərkidilmiş digər qapının da videoçəkilişi aparan şəxsin və digər şəxslərin otağa girməsinə şərait yaradılması üçün istintaq hərəkətinin iştirakçıları tərəfindən açılması müşahidə edilir. Müstəntiq P.İsmayılovun hadisə baş verən otağ ı dəqiq bildirməsindən sonra ona evə girdikdən sonra nə etdiyini soruşduqda o, “içəri girdim, qapıları örtdüm, bu qapı (istintaq hərəkətinin iştirakçıları tərəfindən açılan yuxarıda qeyd olunan qapı) bağlı idi, o birisini örtdüm” demişdir. Bundan başqa, P.İsmayılov zərər çəkmiş şəxs S.Əyyubova ilə evin içərisində söhbət edən zaman sonuncunun ona və rəhmətə getmiş atasının ünvanında söyüş söydüyünü və bundan sonra artıq həmin sözdən, həm də spirtli içkinin təsirindən bıçaqla onu sinə nahiyəsindən vurmağa başladığını bildirmiş və yenə də çox önəmli bir xüsusatı da qeyd etməklə, müstəntiqin zərər çəkmiş şəxsin başqa hansı nahiyələrinə bıçaqla xəsarət yetirməsi barədə ümumiyyətlə sual verməməsinə baxmayaraq, həmin vaxt bıçağın zərər çəkmişin qolunu da kəsməklə xəsarət yetirdiyini xüsusilə vurğ ulamışdır. Yuxarıda qeyd olunan kiçik bir epizodlar şəxsin verdiyi ifadəsinin və keçirilmiş istintaq hərəkətinin reallığı baxımından kifayət qədər diqqət göstərilməklə, iş üçün çox böyük əhəmiyyətə malik bir xüsusat kimi qəbul edilməli idi. Həmin istintaq hərəkətinin videogörüntüsünə baxdıqda nəinki hakim vəzifəsində işləyən, eyni zamanda hər bir şəxsdə cinayətin məhz P.İsmayılov tərəfindən törədilməsinə ən azından daxili inamın yaranmaması mümkün deyildir. Ancaq görünür ki, məhkəmə kollegiyası ümumiyyətlə nə P.İsmayılovun ifadələrinin, nə də ki, ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin videoçəkilişinə baxmamış, yalnız müdafiə tərəfinin ərizəsində qeyd etdiyi və iş üzrə müəyyən edilmiş bütün faktlarla tamamilə təkzib edilən mövqeyinə uyğun hökm çıxarmağa tələsmişdir. Çünki həmi n videoçəkilişlərə, oradakı bütün xırda detalları ilə verilmiş ifadələrə, məlumatlara baxıb bəraət hökmünün çıxarılması qeyri-mümkündür. Bundan başqa, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin videoçəkilişinin əvvəlində müstəntiq P.İsmayılovla birlikdə S.Əyyubova yaşayan evin qabağından keçən yolda dayanaraq, ondan hadisə yerinə gəldiyi taksidən konkret olaraq harada düşdüyünü soruşur, P.İsmayılov isə sol çiyni ilə geriyə yola tərəf baxaraq, təxminən 20 metr aralıda olan “KAMAZ” markalı yük maşınına doğru əlini uzadaraq cavabında “KAMAZ”-ın yanında, “KAMAZ” hələ də buradadır” demiş, istintaq hərəkətinin davamında evin giriş darvazasının qapısına yaxınlaşaraq qapını döydüyünü, həmin vaxt qapının bağlı olduğunu S.Əyyubova ilə bağlı darvazanın arxasından söhbət edən zaman arxada üm umi istifadə edilən yoldan bir qadının keçdiyini ona görə də, S.Əyyubovaya qapının arxasından bazar adamı olduğunu, axşama 3 nəfər olacaqlarını və qalmağa yer olub-olmaması ilə maraqlanmış, bu zaman müstəntiq onun sözünü kəsərək niyə elə dediyini soruşmuş, o da “eşitməsin də kimdir” cavabını vermiş, müstəntiq ona yenə də təkidlə “həmin qadın eşitsəydi nə olası idi ki, nə məqsədlə elə söz dediniz? onsuz da S.Əyyubova sizi tanıyırdı da” bildirməklə sual vermiş, P.İsmayılov isə başını aşağı salaraq “Seyran arvad məni tanıyırdı e, amma o tanımasın” cavabım vermişdir. Yuxarıda qeyd olunanları ümumiləşdirməklə bildirilməlidir ki, P.İsmayılovun hadisənin üstündən 9 il keçdiyi üçün hadisənin dəqiq yerini göstərməkdə bir qədər tərəddüd etməsi halı onun həmin cinayət hadisəsini törətmədiyi anlamına gəlmir. Əgər məhkəmənin hökmdə nəzərdə tutduğu mövqeyi ilə desək, P.İsmayılov ona müstəntiq tərəfindən diktə edilmiş formada ifadə vermiş olsaydı və onun həmin bu təxminən saniyələr çəkən tərəddüdünün gələcəkdə müdafiə tərəfindən və məhkəmə hökmü çıxarılarkən tamamilə əsassız şəkildə istintaqa qarşı istifadə ediləcəyi düşünülsəydi, o zaman həmin istintaq hərəkəti bir də çəkilərdi. Ancaq istintaq orqanı bunun edilməsinə hər hansı bir zərurət görməmiş və həmin istintaq hərəkəti ilkin çəkilmiş formada istintaq materiallarına əlavə edilmişdir. İstintaq orqanının buna zərurət görməməsinin səbəbi isə o olmuşdur ki, P.İsmayılovun etirafedici ifadələrindən, ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisəni necə törətməsini bildirməsindən və ümumiyyətlə iş üzrə toplanmış kifayət qəd ər sübutların təqdim edildiyi məhkəmənin onun barəsində ədalətli və qanuni hökm çıxaracağı qənaətinə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq CPM-in 84, 408-412, 416 və 419-cu maddələrinə əsasən kassasiya protestinin təmin edilməsini və apellyasiya məhkəməsinin hökmünün ləğv edilərək yeni məhkəmə baxışına qaytarılmasını xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi şikayətində göstərmişdir ki, apellyasiya məhkəməsi kollegiyası hökm qəbul edərkən hesab etmişdir ki, birinci instansiya məhkəməsi Polad İsmayılovun təqsirliliyi barədə düzgün olmayan nəticəyə gəlmiş, məhkəmə araşdırması zamanı sonuncunun təqsirliliyi sübuta yetirilməmiş, ibtidai araşdırma orqanı tərəfindən Polad İsmayılova CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham verilərkən onun həmin əməli törətməsinə dəlalə t edən mötəbər sübutlar mövcud olmamışdır. Məhkəmə kollegiyasının hökmünə nəzər saldıqda aydın şəkildə görünür ki, həmin hökmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının müdafiə tərəfinin verdiyi kassasiya şikayəti əsasında qəbul etdiyi cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsinə dair xx.xx.2023-cü il tarixli, qərarının təsviri-əsaslandırıcı hissəsi demək olar ki, dəyişdirilmədən, eyni qaydada köçürülmüşdür. Halbuki, Ali Məhkəmənin Cinayət Kollegiyasının qeyd olunan qərarında cinayət işinin apellyasiya baxışma qaytarıldıqdan sonra məhkəmənin sübutların toplanılması və onlara qiymət verilməsi istiqamətində görməli olduğu işlər sadalanmış, lakin apellyasiya məhkəməsinin müvafiq kollegiyası tərəfindən həmin qərarda qeyd olunmuş əsasların araşdırılması ilə bağlı heç bir hərəkət etməmişdir. Apellyasiya İnstansiyası məhkəməsi tərəfindən məhkəmə istintaqı ilə aparılsa da, həmin hal yalnız formal xarakter daşımaqla obyektiv həqiqətin əldə olunmasına yönəlmiş heç bir araşdırma aparılmamış, məhkəmə iclasında tərəfimdən verilmiş vəsatətlər heç bir əsaslandırma olmadan təmin edilməmiş və bununla da "çəkişmə" prinsipinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsində məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirildiyi, eyni zamanda CPM-in 32-ci maddəsində də Azərbaycan Respublikasında cinayət mühakimə icraatının ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirildiyi, bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin ç əkişməsini təmin etmək məqsədi ilə hər bir tərəfin məhkəmədə təmsil olunduğu, hər bir tərəfin məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malik olduğu və s. göstərilmişdir. Qeyd edim ki, cinayət işi materiallarından görünür ki, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda və Şəki Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadəsində qeyd etmişdir ki, hadisə günü xx.xx.2011-ci il tarixdə Poladı saat 10-11 radələrində daş bazarının ərazisində əlində bıçaqla maşından düşərkən görmüş, bundan sonra saat 11-12 radələrində Polad təxminən 40 dəqiqə və ya 1 saat müddətində bazarda olmamış, sonuncu ümumiyyətlə həmin vaxt bazarda maşın təmiri ilə məşğul olmamış, hadisədən sonra istintaqa Poladın hadisə baş verən saatda bazar ərazisində olmaması, Seyra n Əyyubova ilə hadisədən qabaq mübahisə etməsi ilə bağlı verdiyi ifadəsindən və polis əməkdaşına verdiyi məlumatdan sonra Polad onu təhdid edərək bir də onun barəsində belə bir məlumat verəcəyi təqdirdə onu şərləyəcəyini bildirdiyini qeyd etmişdir.Məhkəmə kollegiyası isə yuxarıda qeyd olunan xüsusata belə bir qiymət verərək göstərmişdir ki, məhkəmə P.İsmayılovun hadisə baş verməmişdən öncə daş bazarında oJarkən əlində bıçaq tutmuş olmasına, həmin bıçağın şəxsin təqsirli bilindiyi ittihama görə sonuncunun cinayəti törətdiyi alət olan bıçaqla hər hansı bir bağlılığının olması müəyyən edilmədiyi şəraitdə verilmiş ittihamı təsdiq edən mötəbər sübut olaraq istinad edilməsini cinayət-prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi tələbləri baxımından yolverilməz hesab edir. İlk Öncə q eyd edim ki, Şahid3 Polad İsmayılovu məhz hadisədən qabaq və ya sonra əlində bıçaqla görməsi barədə istintaqda dəqiq bir məlumat mövcud olmamışdır. Şahid3 ifadəsində hadisə günü, təxminən hadisənin baş verdiyi vaxtlarda Poladı əlində bıçaqla bazar ərazisində gördüyünü bildirmiş, sonra isə qeyd etmişdir ki, Polad onun bazar ərazisində olmadığını bir də təkidlə polisə deməsi halında onu şərləyəcəyini demişdir. Həmçinin o ifadəsində qeyd edir ki, hadisə günü səhər saatlarından birlikdə qaldıqları S.Əyyubovamn evindən çıxan zaman Polad ona və Şahid2 özlərinin onsuz bazara getmələrini, onun da sonra gələcəyini demişdir ki, bu da onun həmin vaxt Seyran Əyyubova ilə söhbət etmək və ona irad bildirmək, onu məzəmmət etmək üçün evdə ləngiməsi barədə Polad İsmayılovun özünün verdiyi etirafedici ifadə sində qeyd etdikləri ilə uyğunluq təşkil edir. Yuxarıda qeyd olunanlar kifayət qədər ciddi faktlar olmaqla, məhkəmə tərəfindən ətraflı araşdırılmalı idi. Yuxarıda qeyd etdiyim faktın araşdırılması məqsədilə Şahid3 məhkəmə baxışında iştirak edərək yenidən dindirilməsi barədə nümayəmdəm və vəkilim tərəfindən məhkəmə kollegiyasına əsaslandırılmış vəsatət verilməsinə baxmayaraq, vəsatətim hər hansı ciddi bir əsaslandırma aparılmadan təmin edilməmişdir. Həmçinin onuda qeyd edim ki, məhkəmə tərkibi tərəfindən cinayət işinin obyektiv və hərtərəfli araşdırılmadığı üçün nümayəndəm və vəkilim tərəfindən məhkəmə tərkibinə etiraz verilmiş, ancaq etiraz baxılmamış saxlanılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli, l( 107)-262/2023 saylı hökmünü ləğv edərək, cinayət işini yeni apellyasiya baxışna qaytarılmasını xahiş edir. Müdafiəçi1 kassasiya şikayətinə və kassasiya protestinə etirazında göstərmişdir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kasassiya protesti əsassız olduğundan rədd edilməli, Şəki Apellyasiya Məhkəməsinin hökmü dəyişdirlmədən qüvvəsində saxlanılmalı, ibtidai araşdrımaya rəhbərlik edən prokurorun barəsində xüsusi qərar çıxardılmalı və tədbir görülməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluna göndərilməlidir. Birinci və apellyasiya məhkəməsinin hakimləri prosessual qanunverciliyin tələblərini kobud sürətdə pozduğundan onların barəsində xüsusi qərar çıxardılmasını və Məhkəmə Hüquq Şurasına göndərilsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrən ib, kassasiya protestinin və kassasiya şikayətinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçilərin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normaların ın tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, X2 əməlində ittiham edildiyi qəsdən adam öldürmə cinayətinin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq apellyasiya məhkəməsi həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarılmışdır. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və zərərçəkmiş şəxsin hüquqi varisinin kas sasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, X4 Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi, kassasiya şiokayətində və kassasiya protestində mübahisələndirilən dəlillərə dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetiril məyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olm amasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzif əsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur: “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-34 6.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessua l qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin tə qsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.” Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyin in mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq P.Ş.İsmayılova bəraət vermiş, habelə bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası aşağı insta nsiya məhkəmələrinin iş üzrə gəldiyi nəticələri düzgün və əsaslı hesab edir və qeyd edir ki, məhkəmələr X4 qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə bəraət verməkdə haqlı olmuşlar. Belə ki, X10 CM-in 120.1-ci maddəsi ilə, qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmədə təqsirləndirilmişdir. İttihama əsasən təqsirləndirilən şəxs P.İsmayılovun həmin cinayət əməlini törətməsi özünün ibtidai istintaqda vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, iş üzrə tanınmış maddi sübutla əsaslandırılmışdır. Lakin bu əsaslar apellyasiya instansiyası məhkəməsində mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə X2 CM-in 120.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən sübut bazasını təqsirləndirilən şəxsin etirafı, ekspert rəyləri və şahidlərin ifadələri təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə kollegiyası sübutlara qiymət verərkən öz hökmündə qeyd etmişdir ki, “....X3 barəsində olan cinayət işinin ibtidai araşdırması zamanı kobud səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmış, birinci instansiya məhkəməsi də bu səhvləri aradan qaldırmağa çalışmamış və sonda mümkün hesab edilə bilməyən və qeyrimötəbər sübutlar əsasında X9 barəsində ittiham hökmü çıxarmışdır. Halbuki, CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. Hazırki işin materiallarından görünür ki, bu iş üzrə X5 qarşı CM-in 120.1-ci maddəsi ilə ittihamın irəli sürülməsinə, sonradan isə onun bu ittiham üzrə təqsirli bilinərək cəzalandırılmalarına əsas olmuş bir sıra sübutlar prosessual hüquq normalarının tələbləri pozulmaqla əldə edilmiş, həmin sübutların toplanması və araşdırılması zamanı onların müdafiə, azadlıq, ədalətli məhkəmə araşdırmasına nail olmaq və digər hüquqlarının pozulmasına yol verilmiş, iş üzrə müəyyən edilmiş zəruri hallar məhkəmələr tərəfindən araşdırılmamış və qeyd edilən pozuntulara heç bir münasibət bildirilməmişdir. Təhlil olunan işdən aydın olur ki, apellyasiya şikay ətinin əsas dəlillərindən biri kimi təqsirləndirilən şəxsin polis əməkdaşlarının təsir və təzyiqlərinə məruz qaldığı üçün ibtidai istintaq zamanı o cür ifadələr verməsi təsvir edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, hazırkı iş üzrə xx.xx.2011-ci il tarixdə baş vermiş cinayət hadisəsinin ilkin istintaq hərəkətləri ilə açılmamış olması, uzun müddət ərzində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorların müxtəlif versiyalar üzərindən ətraflı araşdırma aparılmalı olması ilə bağlı göstərişlər vermələri, cinayət işi üzrə P.İsmayılovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi və daha sonrakı hərəkətlərin məhz P.İsmayılovun xx.xx.2020-ci il tarixdə polis orqanına etiraf edici məzmunda ərizə ilə müraciət etməsi, hadisənin bilavas itə şahidi olmamaqla, toplanmış sübutların özlüyündə dolayı sübutlar təşkil etməsi Avropa Məhkəməsinin yuxarıda qeyd edilən mövqelərdən çıxış edilməklə, cinayət işi üzrə məhkəmə istintaqı zamanı müdafiə tərəfinin təqdim etdiyi sübutların ittihamın sübutları ilə birlikdə obyektiv olaraq qiymətləndirilib-qiymətləndirilməməsi hazırki halda mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan da apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası sadalanan dəlilləri inandırıcı qəbul edir, uyğun olaraq bununla bağlı birinci instansiya məhkəməsinin qənaətini əsaslı bilmir. Verilmiş ittihamdan göründüyü kimi cinayətin motivi kimi P.Ş.İsmayılovun S.Əyyubovanı qisas almaq niyyəti ilə öldürdüyü göstərilmiş, habelə bunun əsası olaraq P.Ş.İsmayılovun 1997-ci ildən başlayaraq ayrı-ayrı vaxtlarda yük maş ını ilə mişar daşı gətirərək Zaqatala rayonunda həmin daşın fərdi qaydada satışı ilə məşğul olarkən, günlük ödəniş etməklə ünvan 4 ünvanında yerləşən, X14 məxsus fərdi yaşayış evində kirayədə qaldığı dövrlərdə, cinsi ehtirasını təmin etmək məqsədilə ayrı-ayrı qadınlarla tanış olaraq onlarla ayrı-ayrı yerlərdə cinsi yaxınlıq etmiş, eləcə də kirayədə qaldığı evdə başqa qadınlarla görüş təşkil etməyə cəhd etməsi ilə bağlı onunla ev sahibi X17 arasında əvvəllər yaranmış narazılıq, habelə hadisə günü səhər saatlarında S.Əyyubovanın həmin gün onu təhqir etməsi halları qeyd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən təqsirləndirilən şəxs X3 istintaq zamanı verdiyi xx.xx.2020-ci il tarixli etirafedici ifadəsində göstərmişdir ki, xx.xx.2011-ci il tarixdə səhər saatlarında ta nışları ilə birlikdə S.Əyyubovanın evindən çıxarkən bu zaman Seyran arvada "niyə sən məni polisə satmısan” dediyi üçün, Seyran nalayiq sözlərlə onu təhqir etmişdir. Belə ki, o, 2009-cu ildə bir xanımla Seyranın evində görüşdüyü üçün Seyran onu polisə satmışdır. Görüşən zaman Seyrana pulunu vermiş, bir dəfə də qadınla görüşüb qapıdan çıxan zaman qapıda polis əməkdaşı ilə rastlaşmış, polis əməkdaşı ona ailə pozğunluğu yaratdığını bildirib şöbəyə aparacağı ilə onu hədələmiş, o, xanımın ailəsi dağılmasın deyə 600 manat pulu həmin polis əməkdaşına vermiş, onun görüşdüyü qadın Zaqatala rayonundan Yeganə Quliyeva olmuşdur. O, səhər evdən çıxarkən Seyrandan onu niyə polisə satmağını soruşduqda Seyran ona qarşı nalayiq ifadə işlətmişdir. Lakin öyrənilmiş cinayət işi materiallarında S.Əyyubovanın po lis orqanlarına P.İsmayılov barəsində müraciət etməsi, qeyd edilən ərəfədə rayonda xidmət etmiş sahə müvəkkilinin bununla əlaqədar qanunsuz hərəkətlərə əl atması, P.İsmayılovla sahə müvəkkilinin hər hansı qaydada kontakda olması kimi təsdiqedici məlumatlar istisna olunmaqla yanaşı, həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində Yeganə Quliyeva adlı qadının şəxsiyyəti də müəyyən edilərək dindirilmiş, lakin sonuncu da belə bir hadisənin yaşanmadığını, habelə 2005-ci ildən artıq Zaqatala rayonundan köçərək Bakı şəhərində yaşadığını qeyd etmişdir ki, bu da ittihamda sadalanan cinayətin motivinin əsaslandığı halların şübhə altına alınması üçün əsasdır. P.İsmayılov ibtidai istintaq və məhkəmə istintaqı zamanı ifadələrində S.Əyyubova ilə aralarında hər hansı bir münaqişə, o cümlədən yuxarıda qeyd edilən formada bir hadisə yaşanmadığını, habelə hadisədən əvvəl də S.Əyyubovanın evində gecələmiş olduqlarını göstərmişdir. Həmçinin iş materiallarından görünür ki, P.İsmayılovun Zaqatala rayonunda olarkən S.Əyyubovanın evində birlikdə qaldığı tanışı Şahid2 istintaq zamanı şahid qismində dindirilərkən xx.xx.2020-ci il tarixli ifadəsində (cild 03, iş vər. 91- 94) müstəntiqin ona verdiyi suala cavab olaraq hadisə günündən əvvəl də bir dəfə P.İsmayılovla birlikdə gecələdiklərini, xx.xx.2020-ci il tarixli ifadəsində də 2011-ci ilin yanvar ayında bir gecə S.Əyyubovanın evində P.İsmayılovla birlikdə gecələmiş olduqlarını (cild 05, iş vər. 39- 42) göstərmişdir. Göründüyü ibtidai araşdırma orqanı tərəfindən cinayətkar qəsdin baş verməsi üçün hər hansı hərəkətverici kriminal motivin və ictimai təhlükəli məqsədin əldə edilməsi niyyətinin olmasını təsdiq edən heç bir dəlil və fakt göstərilməmiş, cinayətin motivi ilə bağlı istinad edilmiş və birinci instansiya məhkəməsinin bununla bağlı razılaşdığı hallar isə ziddiyyətli olmaqla, hər hansı mötəbər sübuta əsaslanmamış, yalnız fərziyələr üzərində qurulmuşdur. İş materiallarından görünür ki, Polad İsmayılov hadisənin baş verməsindən sonrakı ilkin ifadələrində sözügedən cinayət hadisəsi ilə hər hansı bağlılığının olmadığını bildirmiş, hətta xx.xx.2020-ci il tarixdə şahid qismində yenidən dindirilərkən də istintaqa verdiyi ilk ifadəsini təsdiq etmişdir. Həmçinin xx.xx.2020-ci il tarixdə Şahid2 ilə Polad İsmayılov arasında Zaqatala Rayon Prokurorluğunun müstəntiqi tərəfindən üzləşdirmədə dindirmə istintaq hərəkəti həyata keçirilmiş, b undan bir gün öncə isə o, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(033)-74/2020 nömrəli qərarı ilə xx.xx.2020-ci il tarixdə, Zaqatala RPŞ-nin inzibati binasının qarşısında siqaret çəkərkən polisin iradını düzgün qəbul etməyib, mübahisə yaratmaqla polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamaqda (İXM 535.1) təqsirli bilinərək dərhal icra edilməklə 10 gün müddətində inzibati həbs edilmişdir. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, X24 RPŞ-nin rəisinə yazılı şəkildə müraciət edərək 24 fevral 2011-ci il tarixdə Zaqatala şəhərində Seyran adlı qadının onun tərəfindən öldürüldüyünü, 9 ilə yaxındır bu barədə polisə və ya digər dövlət orqanlarına söz demədiyini, artıq dözə bilmədyini və gecələr yata bilmədiyin, habelə könüllü olaraq heç bir fiziki və ya digər təsir olm adan bir daha həmin cinayətini etiraf etdiyini bildirmiş, həmin ərizə Zaqatala RPŞ-nin eyni tarixli məktubu ilə baxılaraq yoxlanılması üçün rayon prokurorluğuna göndərilmişdir. xx.xx.2020-ci il tarixli “Şahidi dindirmə protokolu”ndan görünür ki, X10 həmin tarixdə Zaqatala Rayon Prokurorluğunun müstəntiqi X18 tərəfindən Zaqatala Rayon Prokurorluğunun inzibati binasında, xidməti otağında şahid qismində dindirilmiş və bu istintaq hərəkəti zamanı P.İsmayılov ilk dəfə olaraq etirafedici ifadə vermişdir. 27 fevral 2020-ci il tarixdə X10 təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(033)-74/2020 nömrəli qərarı ilə barəsində 10 gün müddətə inzibati həbs seçilməsi nəzərə alınaraq sonuncunun barəsində qətimkan tədbirinin seçilməsi məsələs inin inzibati həbs müddəti bitdikdən sonra həll edilməsi ilə bağlı Zaqatala rayon prokurorluğunun müstəntiqi V.Şabanov tərəfindən xx.xx.2020-ci tarixli absurd bir qərar qəbul edilir. 04 mart 2020-ci tarixdə P.İsmayılov barəsində prosessual məcburiyyət tədbiri tətbiqi ilə bağlı keçirilmiş məhkəmə iclasında, yəni ilk məhkəmə duruşunda sonuncu özünü törədilmiş cinayətdə təqsirli bilməyərək verilmiş təqdimatın rədd edilməsini xahiş etmişdir. Polad İsmayılov qeyd edilən məzmunda ərizəni yazması və özünün etirafedici məzmunda ifadələr verməsi ilə bağlı qeyd etmişdir ki, o, 01 fevral 2020-ci ildə İsmayıllıdan şərab yükləyib Moskva şəhərinə gedərkən "Qırmızı körpü” keçid məntəqəsində onu saxlayıb Zaqatala Rayon Polis şöbəsi tərəfindən onun sərhəd keçməsinə qadağa qoyulduğunu bildirmişlər. Bu səbəb dən onu Qazax Rayon Polis şöbəsinə, səhəri gün Zaqatala Rayon Polis Şöbəsinə gətirmişlər, polis şöbəsində tibb bacısı ondan 5 qram qan və ağzından yaxma götürmüşdür. Yenidən ondan ifadə almışlar, o da 2011-ci ildə necə ifadə vermişdirsə elə ifadə vermiş, ona "get çağıranda gələrsən” demişlər. Növbəti dəfə polis şöbəsinə xx.xx.2020-ci il tarixdə çağırılmış, cinayət axtarış bölməsini əməliyyat müvəkkili İlkin müəllimin otağına girəndə ona çıxıb çöldə gözləməsini tapşırmışlar. Polis şöbəsinin qabağında dayanıb siqaret çəkdiyi zaman üç nəfər Post Patrul Xidmətinin əməkdaşı ona yaxınlaşıb "nə yekə-yekə dayanmısan burda” demişlər. O da onu Niyazi müəllimin çağırdığını və Niyazi müəllimi gözlədiyini bildirmişdir. Həmin gün ona on sutka inzibati həbs verilmişdir. Onu iki gün döyəndən sonra Niyazi müəllimin yazdığı sənədlərə qol çəkmiş və hər şeyi boynuna almışdır. Birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Polad İsmayılovun polis əməkdaşlarının təsir və təzyiqləri nəticəsində cinayəti etiraf edərək yalan ifadə verməyə məcbur edildiyini bildirməsinə münasibətdə qeyd etmişdir ki, həmin xüsusat üzrə Zaqatala rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri X19 tərəfindən 89c-20 saylı material üzrə aparılmış araşdırma zamanı həmin hal öz təsdiqini tapmamış və nəticədə CPM-in 39.1.1-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Sonradan həmin qərardan nə Polad İsmayılovun özü, nə də vəkilləri və ya başqa bir şəxs şikayət etməmiş və həmin qərar ləğv edilməmişdir. Bu baxımdan da, ittihamın əsaslandığı sübutlar t əqsirləndirilən şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün yetərli deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, P.Ş.İsmayılovun ittiham olunduğu cinayət üzrə təqsirliliyi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsinə əsaslanmış, digər hər hansı əsaslı şübhə yaratmayan sübutlarla təsdiq edilmir. Məhkəmə araşdırılması zamanı da təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, ittihamı qəbul etməmişdir. İş materiallarından görünür ki, Polad İsmayılovun ittiham olunduğu cinayət üzrə isə onun həmin cinayəti etiraf etməsinə dair ibtidai istintaq zamanı verdiyi ifadəsindən başqa digər hər hansı mötəbər sübut mövcud deyildir....” Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin təqsirlilik məsələsi həll olunarkən iş üzrə hər hansı bir şübhəyə yer qoymadan işin b ütün halları tədqiq edilməli, qanuni və əsaslı yekun nəticəyə gəlinməsi üçün cinayət işi üzrə həqiqət müəyyən edilməlidir. "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il qərarında qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışlar ında toplanmış sübutlar hərtərəfli, tam və obyektiv olaraq tədqiq olunmaqla, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsasslı hesab edir və həmin sübutların təkrar şərh olunmasını zəruri hesab etmir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ittiham tərəfi X2 Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsində təqsirli olmasını təsdiq edən mötəbər, əsaslı, şübhə yeri qoymayan, təkzibedilməz nəticəyə gəlməyə əsas verən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yan aşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı mad dələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.0.1-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq X2 təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesa b edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə bəraət verilməsinə da ir cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli hökmü kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1364/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1364/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver