Məhkəmə qərarları › İş №1(102)-1365/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1365/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1365/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iy ul 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim N.H.Mehdiyev) 1(107)-197/2020 nömrəli, 03 sentyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1961-ci il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 220.1 və 315.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli 1903 nömrəli Əfv Sərəncamına əsasən cəzadan azad edilm iş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.3-cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 22 mart 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərib silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərə zli hərəkətlərdən ibarət xuliqanlıq etmişdir. Belə ki, o, 22 mart 2020-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında fəaliyyət göstərən “8-ci kilometr bazarı” ilə həmin küçədə yerləşən 41 saylı yaşayış binasının qarşısındakı yolda üzü Qara Qarayev prospekti istiqamətində yolun sağ kənarında dayanmış vəziyyətdə olan idarə etdiyi “Toyota Corolla” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla hərəkətə başlayaraq sağdan sola yerdəyişmə edərkən, təhlükəli manevr edib hərəkətin digər iştirakçıları üçün maneə yaratdığından eyni istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobillə toq quşmuş və hadisədən sonra avtomobildən yerə düşərək toqquşmanın özünün yol verdiyi qayda pozuntusu səbəbindən baş verməsinə baxmayaraq, əsaslı səbəb olmadan sürücü Zərərçəkmiş şəxs1 üstünə gedərək onunla mübahisə etməyə başlayıb hüquqazidd davranışı ilə küçədə digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneə yaratmış, öz üstünlüyünü nümayiş etdirmək məqsədilə özünü ətrafdakılara qarşı qoyub, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozub Zərərçəkmiş şəxs1 ünvanına ucadan qeyri-etik, nalayiq ifadələr səsləndirərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tər əfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etmiş və öz hüquqazidd hərəkətlərini daha qabarıq şəkildə davam etdirərək Zərərçəkmiş şəxs1 üstünə hücum edib qəsdən yumruqla başına və əlindəki silah qismində istifadə etdiyi vintaçan alətlə sağ çiyin nahiyəsinə çoxsaylı zərbələr vurub Zərərçəkmiş şəxs1 fiziki ağrı və baş beyin silkələnməsi ilə müşayiət olunan alın-təpə sərhədinin şişkinlik halında əzilməsi və qançırı, sağ çiyin nahiyəsinin sıyrıqlarından ibarət, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bunu görən Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 “VAZ 21074” markalı avt omobildən yerə düşərək onun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən qərəzli hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs2 da ünvanına ucadan qeyri-etik, nalayiq ifadələr səsləndirib ona müqavimət göstərməklə qəsdən əli ilə itələyib “Toyota Corolla” markalı avtomobilin qabaq sol qapısını zərblə açaraq sağ qolundan vurmaqla Zərərçəkmiş şəxs2 fiziki ağrı və sağ bazunun bayır səthinin qançırından ibarət sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirməklə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərib silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxslərin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Faiq Qasımov və Kamran Əkbərov) 1(103)-66/2021 nömrəli 15 iyul 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2020ci il tarixli hökmü dəyişdirilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum hazırkı işlə bağlı həbsdə olduğu və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla ona hökmlə təyin olunmuş 4 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və qəti olaraq üzərində 02 (iki) il 11 (on bir) ay 07 (yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Onun üzərində saxlanılan azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. Sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarəti həyata keçirmək Ba kı şəhər Probasiya İdarəsinə tapşırılmışdır. Məhkumun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-66/2021 nömrəli 15 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində bəraət verici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum barəsində çıxarılmış hökm və qərar əsassız və qanunsuzdur. Belə ki, kassator iddia edir ki, Məhkum heç bir cinayət törətməmiş, hazırki cinayət işi Məhkum öz fikri ifadə etməsinə görə polis və xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş, zərərçəkmiş şəxslər p olisin aqentləridir. Daha sonra kassator qeyd edir ki, cinayət işi üzrə ibtidai və məhkəmə istintaqı zamanı məhkumun bir sıra hüquqları pozulmuşdur. Belə ki, hadisədən dərhal sonra Məhkum polis bölməsinə aparılmışdır. 23 mart 2020ci il tarixdə vəkil Müdafiəçi1 Məhkum ilə görüşmək istəsə də, ona müdafiəçisi olduğu şəxslə görüşməyə, istintaqda iştirak etməyə icazə verilməmişdir. Kassator DİN və Ombudsman Aparatına müraciət etsə də, həmin gün işə baxan hakimə müraciət etsə də, vəkil Müdafiəçi1 uzun müddət məhkəməyə buraxılmamışdır. Sonradan Məhkum vəkili məhkəmə prosesinə buraxılmışdır. Həmçinin kassator şikayətində qeyd etmişdir ki, müdafiə tərəfinin vəsatətləri istintaq orqanı və məhkəmə tərəfindən təmin olunmamış, bir sıra vəsatətləri isə formal olaraq təmin edilmişdir. Kassator bildirir k i, Məhkum öz fikri ifadə etməsinə görə hazırki cinayət işi üzrə həbs edilməsi, cinayət işi üzrə araşdırma aparılarkən müdafiə tərəfinin vəsatət və etirazların təmin edilməməsi, məhkəmə tərəfindən onlara öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt verilməməsi, məhkəmə zalına qohumların və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakına icazə verilməməsi nəticəsində məhkumun İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6 və 10 maddələri ilə nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırma hüququ və fikri ifadə etmək azadlığı pozulmuş, habelə həmin Konvensiyanın 18-ci maddəsi pozulmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilmədən saxl anılması barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr tərəfindən Məhkum elan edilmiş ittihamda təqsirini müəyyən edərək məhkəmə iclasında sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etməmiş, qərəzli mövqe tutaraq, mümkün olmayan sübutlara əsaslanıb onun barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı cinayət işinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zama nı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutlar araşdıraraq nəticəyə gəlmişdir ki, Məhkum özünü elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, onun həmin ittihamda təqsirli olması, yəni onun zərərçəkmişlərə qarşı xuliqanlıq hərəkətləri zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin pro tokolları və işin digər materialları ilə təsdiq olunur. Həmin sübutların məzmunundan görünür ki, Məhkum törətdiyi cinayət əməlini etiraf etməsə də zərərçəkmişlər və şahidlər hökmün təsviri hissəsində qeyd edilmiş hallara uyğun ifadə vermiş, həmin ifadələrdə göstərilən xüsusatlar həmçinin məhkəmə-tibbi ekspertizasının rəyi və istintaq hərəkətlərinin protokolları ilə təsdiq edilmişdir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, Məhkum cinayət törətməməsinə, əksinə həmin hadisədə özünün zərərçəkmiş olmasına dair məhkəmədə verdiyi ifadə işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən və iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən həqiqətə uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayəti üz rə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apelyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Göründüyü kimi məhkəmələr həmin sübutları Azərbaycan Respublikası CPM-in 144145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinay ət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələ rini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Məhkum əməli CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apelyasiya məhkəməsinin qərarın dan da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Buna əsasən də kassasiya kollegiyası şikayətinin məhkuma bəraət verilməsi barədə dəlilini əsassız sayır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün ki fayət qədər imkanlar və şərait yaradılmışdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi 15 may 2020-ci il tarixdə Azərbaycan Respublikasında Koronavirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında məlumat yaymışdır. Həmin məlumatın 1.3-cü bəndinə əsasən məhkəmə prosesləri zamanı iclas zallarında, habelə inzibati binaların daxilində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan edildiyi nəzərə alınması qeyd edilmişdir. Bu səbəbdən də məhkəmələrdə kütləvi informasiya vasitələri nümayəndələrinin iştiraklarına məhdudiyyət qoyulmuşdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq sübutların toplanmasında, birinci və apelyasiya instansiyas ı məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. Qanunvericiliyə görə vəsatətə baxılmaması prosessual pozuntu hesab olunur. Vəsatətin təmin edilib edilməməsi məhkəmə tərəfindən vəsatətlərin mahiyyətindən asılı olaraq cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun həll edilir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız və cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Müdafiəçinin işə buraxılmaması barədə kassasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum ilə bütün istintaq hərəkətləri müdafiəçilərin iştirakı ilə keçirilmiş, vəkil Müdafiəçi1 da vəkilin orderi istinta qa təqdim edildiyi gün müdafiəçi qismində işə buraxılmış və təqsirləndirilən şəxsə təqdim edilmişdir. Həmin tarixdə vəkil Müdafiəçi1 müdafiəçi qismində Məhkum barəsində qətimkan tədbirinin seçilməsi barədə məhkəmə iclasında iştirak etmişdir. Qeyd edilməlidir ki, kassasiya şikayətində gətirildiyi dəlillər Məhkum barəsində olan hökmdən müdafiəçiləri tərəfindən verilmiş apelyasiya şikayətinin əsasını da təşkil etmişdir. Apelyasiya şikayətinin həmin dəlillərinin hər birinə apelyasiya instansiyası məhkəməsi qiymət verərək, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Cinayət işinin materiallarına əsasən apelyasiya məhkəməsi nəticəyə gəlmişdir ki, həmi n dəlillər əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticələr iş materiallarına və iş üzrə toplanmış sübutların məcmusuna uyğun gəldiyi üçün həmin nəticələrlə razılaşır. Beləliklə cinayət işinin materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi onun tərəfindən zərərçəkmiş şəxslərə qarşı törədilmiş xuliqanlıq əməllərinin törədilməsi ilə əlaqədar olmuşdur. Bu hal cinayət işi üzrə toplanmış sübutlarla müəyyən olunmuşdur. Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi barədə kassasiya şikayətinin dəlili öz təsdiqini tapmamışdır. Ona görə də kassasiya şikayətinin Avropa Konvensiyasının 10 və 18-ci maddələrinin pozulması barədə dəlilləri əsassızdır. Həmçinin işə baxıl ması zamanı məhkəmələr tərəfindən cinayət-prosessual qanununun və Avropanın İnsan Hüquq və Əsas azadlıqları haqqında Konvensiyanın 6-ci maddəsinin tələblərinin pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi işin hallarını və Məhkum şəxsiyyətini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün hesab etmiş və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum şəxsiyyəti, o cümlədən onun sağlamlıq vəziyyəti də nəzərə alınmışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarı nı kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunmasına və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü ma ddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar