Məhkəmə qərarları › İş №1(102)-1365/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1365/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1365/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3 2.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 aprel 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən) X6 və X4 ibarət tərkibdə) 09 dekabr 2021-ci il tarixli hökmü ilə 31 avqust 1974-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, Lənkəran rayonu, Digah kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini t örətməkdə təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Məhkum qəti cəza 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 fevral 2006-cı il tarixli hökmü ilə Məhkum təyin edilmiş 05 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş 1(bir) il 2 ay 24 günü Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsa sən yeni hökm üzrə təyin edilmiş cəzaya tam birləşdirilməklə, ona qəti olaraq 1 il 2 ay 24 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 07 iyun 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilməsi və onun “Həşiş narkoman” diaqnozu ilə qeydiyyatda olmasının nəzərə alınması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X8 (sədrlik edən, məruzəçi hakim), X7 və X2 ibarət tərkibdə) 6 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli hökmü onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri iə irəli sürülmüş ittihama əsasən, o, 2021-ci ildə qanunsuz yolla qazanc əldə etmək üçün məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə şəxsiyyəti “Əfsun” adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədilə əldə edilib saxlanılaraq, daşınmaqla məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədində gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilərək köhnə Ələt-Astara magistral avtomobil yolunun Lənkəran şəhəri ilə Göyşaban kəndi arasındakı hissəsində şərti yerə çatdırılandan və narkotik vasitələrin yeri barədə ona məlumat veriləndən sonra külli miqdarda 120 483 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, təmiz çəkisi 54,521 qram olmaqla külli miqdar təşkil edən, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, təmiz çəkisi 484,675 qram olan və külli miqdar təşkil edən, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranını gizlədildiyi yerdən satış məqsədi ilə götürməklə əldə edib daşıyaraq yaşadığı ünvan 2 ünvana gətirib orada saxlamış, 06 iyun 2021-ci ildə saat 21 radələrində Lənkəran şəhərinin H.Əliyev prospektində yerləşən X3 yaxınlığındakı ərazidə bir bükümdə, təmiz çəkisi 0,067 qram narkotik vasitə heroini narkotik vasitələrin istifadəçisi olan Şahid5 5 manata satmış, 07 iyun 2021-ci ildə saat 06 radələrində Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübərizə İdarəsin in Cənub X5 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şahid5 Lənkəran rayonunun Liman şəhərində yaşadığı R.Rza küçəsində saxlanılaraq Regional Şöbənin inzibati binasina gətirilib üstündə şəxsi axtarış aparılan zaman Məhkum alıb üstündə saxladığı bir ədəd gümüşü rəngli folqa kəsiyi bükümündə təmiz çəkisi 0,067 qram olan narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibində aşkar edilib götürülmüş, həmin gün saat 11:30-da əməliyyat-axtarış tədbirləri davam etdirilərək, Məhkum yaşadığı ünvan 4 ünvana sonuncunun iştirakı ilə baxış keçirilərkən bir ədəd sellofan torbanın içərisində yapışqanlı lentlə sarınmış şəffaf sellofan bükümdə, təmiz çəkisi 123,416 qram olmaqla külli miqdar təşkil edən, kimyəvi tərkibinə və xarici görünüşünə görə Şahid5 satılan 0,067 qram n arkotik vasitə heroinlə eyni olan, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin torbadakı şüşə bankanın içində bir ədəd sellofan bükümdə təmiz çəkisi 54,521 qram olan külli miqdar təşkil edən, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd sellofan bükümdə isə təmiz çəkisi 484,675 qram olmaqla külli miqdar təşkil edən, narkotik tərkibi çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı aşkar edilib götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, təqsirləndirildiyi cinayət işində günahını bilavasitə sübut edə bilən yetərli və mötəbərliyi şübhə doğurmayan sübutlar məhkəməyə təqdim olunmamış, cinayət qanununun norması düzgün tətbiq edilməmiş, əməlinin tövsifind ə yanlışlığa yol verilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla onun narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirmə barədə şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsi, əldə edilmiş razılığın və ümumi cinayətkar niyyətin olması, habelə narkotik vasitələri külli miqdarda satış məqsədi ilə əldə etməsi müəyyən olunmamışdır. Məhkəmə istintaqında tədqiq edilmiş sübutlar onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin yalnız 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə hökmündə yaşadığı evdən guya külli miqdarda narkotik vasitələrin aşkar olunması barədə deyilənlə r həqiqəti əks etdirmir. Əslində isə 06 iyun 2021-ci il tarixində axşam saatlarında polis əməkdaşları onu yaşadığı evdən çıxararaq regional şöbənin inzibati binasına aparmış, orada üzərində şəxsi axtarış aparıldıqdan sonra evinə baxış keçirilməsi üçün yenidən yaşadığı evə qaytarılmışdır. Həyətindəki yarımtikilidə saxladığı, içərisində 5 qrama yaxın tiryək olan şüşə bankanı polislərə özü təqdim etmişdir. Həmin narkotik vasitə şəxsi istehlak məqsədilə nəzərdə tutulmuşdur. O, həmin bankanı polislərə təqdim etdikdən sonra onu həmin tikilidən çölə çıxarmışlar. Bir neçə dəqiqədən sonra onu yenidən həmin tikiliyə salaraq, bu dəfə videoçəkilişlə baxış keçirmişlər. Başqa narkotik vasitələr “aşkarlayaraq” onun adına sənədləşdirmişlər. Həmin narkotik vasitələrdən yalnız 5 qrama yaxın tiryək ona məxsu s olmuşdur. O, guya ondan narkotik vasitə satın aldığı iddia olunan Şahid5 adlı şəxsi ümumiyyətlə tanımır və ona hər hansı bir miqdarda narkotik vasitə satmamışdır. “Rzail” adlı iranlını ümumiyyətlə tanımır və heç kəsə pul göndərməmişdir. Ona həm də Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir. Bu ittihamı təsdiqləyən yeganə sübut qismində isə onun özünün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi istifadə olunur. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə əvvəlki ifadəsini tamamilə təkzib edən məzmundadır. Kassasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsi, ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilməsi, əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunması və ona həmin maddənin sanksiyası hədlərində ədalətli bir cəza təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkə məsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinay ət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əmələ münasibətdə təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi və ona təyin edilmiş cəza mübahisələndirilir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözlə yir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsd iq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması barədə nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. 07 iyun 2021-ci il tarixli “baxış keçirilməsi və şəxsi axtarış aparılması haqqında” protokol və onların videotəsvirindən görünür ki, şəxsi axtarış zamanı onun üstündə heç nə aşkar edilməmişdir. Həmin ünvanda yerləşən yarımçıq tikiliyə baxış zamanı Məhkum təklif edilmişdir ki, yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya, maddə varsa, təqdim etsin, sonuncu yarımtikilidə yığılmış taxta parçalarının altında gizlədilmiş ağ-göy rəngli sellofan içində narkotik maddələr saxlanıla n torbanı onlara təqdim etmiş, təqdim edilən sellofan torbanı açdıqda orada yapışqanlı lentlə sarılmış sellofan bükümdə narkotik vasitə heroinə, torbada olan şüşə bankanın içərisində isə iki sellofan bükümdə tiryək və həşişə oxşar maddələr aşkar edilmiş, şifahi sorğu-sual zamanı Məhkum torbada olan bükümlərdə narkotik maddələr olduğunu, onları İran İslam Respublikasi vətəndaşından özü istifadə etmək üçün əldə etdiyini, satışı ilə məşğul olmadığını, Şahid5 narkotik vasitəni pul ilə satmadığını, istifadə etmək üçün pulsuz verdiyini bildirmiş, həmin maddələr elektron tərəzidə çəkilmiş, ümumi çəkisi, bükümlər, banka va sellofan torba ilə birlikdə 1065 qram olmuş, keçirilən baxışla bağlı protokol tərtib edilərək baxışda iştirak edən şəxslər, o cümlədən Məhkum tərəfindən imzalanmışdır. Baxış baş a çatdırılandan sonra Məhkum BNMİ-nin CBR şöbəsinə gətirilmişdir. İş materiallarında olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 07 iyun 2021-ci il tarixli 19/501 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Lənkəran rayonu Liman şəhəri R.Rza küçəsi, ev 67-də yaşayan Şahid5 üstündə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunub götürülmüşdür” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi - 0,067 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 0,067 qram, tədqiqata sərf olundu - 0,03 qram, qalıq çəkisi 0,037 qram təşkil edir. İş materiallarında olan məhkə mə-fiziki-kimyəvi-bioloji ekspertizasının 07 iyun 2021-ci il tarixli 19/502 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Lənkəran rayonu Ə.Vahid küçəsi, ev 29-da yaşayan Məhkum yaşadığı evinin həyətində yarımtikilinin içərisində aşkar olunub götürülmüş narkotik vasitə olan heroinə bənzər və tiryəkə bənzər kütlələr” sözlər və imzalar olan bir ədəd paketdəki, 01 ədəd bükümdə təmiz çəkisi - 123,416 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi -54,521 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir və 01 ədəd bükümdə təmiz çəkisi 484,675 qram olan maddə (bitki mənşəli kütlə) narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşiş qətr anıdır. Tədqiqata təqdim edilmiş üzərində «Lənkəran rayonu Ə.Vahid küçəsi, ev 29-da yaşayan Məhkum yaşadığı evinin həyətində yarımtikilinin içərisində aşkar olunub götürülmüş narkotik vasitə olan heroinə bənzər və tiryəkə bənzər kütlələr» və “Şahid5 məxsus heroin” sözlər və imzalar olan 1 ədəd zərfdə və 1 ədəd paketdəki heroinlər kimyəvi tərkiblərinə, xarici görünüşünə görə bir-birləri ilə eynidirlər. Təqsirləndirilən şəxs Məhkum məhkəməyədək icraat zamanı verdiyi ifadələri aşağı instansiya məhkəmələrində tədqiq edilib araşdırılarkən müəyyən olunmuşdur ki, Məhkum heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, törədilmiş cinayət haqqında ətraflı ifadələ r verərək göstərmişdir ki, əvvəllər CM-in 234.1, 234.2 və 263.3, 264-cü maddələri ilə iki dəfə məhkum olunmuş və cəzasını çəkib qurtarmışdır. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, istifadə etdiyi narkotik vasitələri tanımadığı şəxslərdən alaraq qəbul etmişdir. Tutulmamışdan 20 gün əvvəl Lənkəran şəhərində mərkəzi bazarda tanımadığı narkomanla söhbət edərkən həmin şəxs ona Rzail adlı iranlı tanışının olduğunu, pulu olarsa iranlı tanışı ilə narkotiklərlə bağlı iş görməyin mümkün olduğunu bildirmiş və Rzailin telefon nömrəsini ona vermiş, həmin nömrəyə zəng etsə də sonuncu ona cavab verməmiş, az sonra Rzail özü onu yığaraq kim olduğunu soruşarkən ona «Rzail, sənin barəndən mənə yaxşı bir oğlan deyib, mənə mal lazımdır, mənim üçün mal göndər, mən də burada balı yer bəyer edib sənə pulunu göndərərəm, imkanım olanda pulu dərhal verərəm, olmayanda bir az ara verib göndərərəm, hər halda məndə pulun batmaz, səndə qazanarsan, mənim də işim düzələr, onsuz da narkotik qəbul edənəm, ondan-bundan alıram, olmayanda axtarıram, məni nəzərə alsan həmişə səndən götürürərəm» demiş, iranlı ondan neçə manatlıq “mal”, yəni narkotik istədiyini soruşmuş, o da 500 manat verə biləcəyini, həmin məbləğdən artiq olarsa, narkotiki alandan sonra pulunu düzəldib əlavəsini də göndərəcəyini bildirmiş, sonuncunun verdiyi bank kart nömrəsinə Lənkəran şəhərində mikrorayonda yerləşən REFEM marketdə olan milliön apartından həmin nömrəyə 500 manat pul köçürmüş, pulu köçürəndən sonra Rzail zəng vurub narkotiki Ləvəngi dairəsindən Göyşabana tərəf köhnə Bakı-Astara yolunun kənarında gizlət diyi yeri ona demiş, o da gedib oradan sellofan torbada qoyulmuş maddəni götürüb evə gətirmiş, evdə torbanın içinə baxanda bir balaca bükümdə 20 qrama yaxın «kokos», yəni heroin, torbadakı şüşə bankanın içində isə tiryək olduğunu görmüş, ancaq bankada narkotik vasitə həşiş olmamış, həmin narkotikdən iki-üç gün özü istifadə etmiş, tutulduğu gündən bir gün əvvəl axşam saatlarında istifadəsi üçün bir bükümdə narkotik vasitə götürüb dəniz kənarına getmiş, orada olarkən əvvəllər tanımadığı narkotik istifadəçisi olan bir nəfər oğlanla tanış olarkən Liman şəhərində yaşadığını, adının Elgün olduğunu demiş, aralarında olan söhbətdən onun da narkoman olduğunu hiss etmiş, sonuncunun vəziyyətinin yaxşı olmadığını görüb üzərində istifadə etmək üçün saxladığı bir büküm heroini Elgünə vermiş, ancaq Elg ündən heç nə almamışdır. 07 iyun 2021-ci ildə evdə olarkən narkotiklərlə mübarizə idarəsinin regional şöbəsinin əməkdaşları evinə gələrək narkotik maddələr saxlamasında şübhələndiklərini deyərək yaşadığı evə baxış keçirəcəklərini bildirərkən həyətindəki yarımtikilidə taxta va ağac parçalarının altında gizlətdiyi torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmiş, onlar tərəfindən torbaya baxış keçirilərkən torbanın içərisində bükümdə narkotik vasitə heroin, torbadakı bankada isə tiryək və həşiş olmuş, sonra həmin maddələr tərəzidə çəkilərək götürülmüşdür. Şahidlər Şahid1 və X10 həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrində göstərmişlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Şahid5 07 iyun 2021-ci ildə şübhəli şəxs qismində s axlanılaraq şöbəyə gətirildikdən sonra üzərində vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli folqa kəsiyi bükümünü çıxarıb onlara təqdim edərək bükümün içində narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni Lənkəran şəhərində Diaqnostik Mərkəzin yaxınlığındakı məhəllədə Əli Əsədulla oğlu adlı şəxsdən 5 manata aldığını bildirmişdir. Həmin gün saat 11 radələrində polis əməkdaşları Şahid5lə birlikdə Məhkum yaşadığı ünvana gedərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, narkotik vasitələri əldə edib saxlaması və satması barədə alınmış məlumat əsasında yaşadığı ünvana videoçəkilişlə baxış keçiriləcəyi bildirilmiş və Məhkum yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya, maddə varsa təqd im etməsi təklif edilmişdir. Sonuncu yarımtikilidə yığılmış taxta parçalarının altında gizlədilmiş ağ-göy rəngli sellofan içində narkotik maddələr saxlanılan torbanı onlara təqdim etmiş, təqdim edilən sellofan torbanı açdıqda orada yapışqanlı lentlə sarılmış sellofan bükümdə narkotik vasitə heroinə, torbada olan şüşə bankanın içərisində isə iki sellofan bükümdə tiryək və həşişə oxşar maddələr aşkar edilmiş, şifahi sorğu-sual zamanı Məhkum torbada olan bükümlərdə narkotik maddələr olduğunu, onları İran İslam Respublikasi vətəndaşından özü istifadə etmək üçün əldə etdiyini, satışı ilə məşğul olmadığını bildirmişdir. Şahid5 Cəfərağa oğlu həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərmişdir ki, 06 iyun 2021-ci ildə Lənkəran şəhərində dəniz kənarında olarkən tibbi diaqnostika mərkəzinin yaxınlığında yaşayan Əli adlı şəxslə rastlaşaraq ondan beş manat pulun müqabilində kiçik gümüşü rəngli folqa parçası bükümündə narkotik vasitə almış, sonra yaşadığı Liman şəhərinə qayıtmış, aldığı narkotik maddəni həmin gün istifadə etməyib özündə saxlamış, 07 iyun 2021-ci ildə səhər saat 06 radələrində yaşadığı evin yanında küçədə olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik maddələrlə məşğul olması barədə məlumatları olduğunu bildirib onu narkotiklər üzrə regional polis şöbəsinə aparmış, orada vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən şalvarının cibində saxladığı içərisində narkotik vasitə heroin olan bükümü çıxarıb onlara təqdim etmiş, narkotik vasitə bükümlə birlikdə tərəzidə çəkilərkən çəkisi 0,13 qram olmuş, şəxsi axtarış ap arılması ilə bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 206.1-ci maddəsinin dispozisiyasına əsasən qaçaqmalçılıq əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi halında yaranır. Qaçaqmalçılıq işləri üzrə məhkəmə praktikasının ümumilləşdirilməsi nəticəsində vahid məhkəmə təcrübəsinin formallaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında təsbit edilmişdir ki, malların və digər əş yaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-nin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Bu baxımdan qaçaqmalçılıq cinayətinin obyektini hər hansı malların və digər əşyaların dövriyyəsi yox, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları ilə tənzimlənən dövlətin normal xarici iqtisadi f əaliyyəti sahəsində yaranan ictimai münasibətlər təşkil edir (“Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 10, § 1, 2 iyun 2016-cı il). Həmin Qərar üzrə məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölk əyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icraçısı ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM -in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vatxda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və 206.3.3-cü maddələri ilə tövsif edilir. (“Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərar, § 19). Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Məhkum əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə dügzün tövsif edilsə də, onun Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə olan əməli düzgün tövsfi edilməmişdir. Məh kum əməlinin Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddələrinin dispozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb, həmin maddələrə tövsif edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymışdır. Belə ki, cinayət işi üzrə aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallara əsasən müəyyən olunur ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar İran İslam Respublikası istiqamətindən keçirilərək Azərbaycan Respublikasına gətirilməsində bilavasitə iştirak etməmişdir. O, yalnız göstərilən narkotik vasitənin bir yerdən başqa bir yerə daşınmasında iştirak etmişdir. Yəni, o faktiki olaraq qeyd edilən qaçaqmalçılıq cina yətinin icraçısı olmamışdır. Belə olan halda, Məhkum törətdiyi cinayət əməli CM-in 206.3.2- ci maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2-ci maddəsinə tövsif edilməsi əsaslıdır. Aşağı instansiya məhkəmələri hesab etmişlər ki, Məhkum külli miqdarda təşkil edən, ümumi təmiz çəkisi 123,416 qram narkotik vasitə heroin, 54,521 qram narkotik vasitə tiryək və 484,675 qram narkotik vasitə həşiş qətranı aşkar edilməsi faktı–onun şəxsiyyəti müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitənin külli miqdarda əldə etmə, saxlama, daşıma cinayəti kimi- həmin narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirilməsi faktı isə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilməlidir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin ittihamla bağlı gəldiyi nəticə işin hallarına, işdə olan sübutlara uyğun olmuş, məhkəmənin Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi düzgün olmuşdur. Kassasiya şikayətində Məhkum özünü yalnız Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, onun bu barədə dəlilləri subyektiv mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmır. Belə ki, Məhkum onun yaşadığı evin həyətindəki yarımçıq tikilidən aşkar olunmuş 3 növdə narkotik vasitənin əldə edilməsinin, cinayətin İran İslam Respublika sının ərazisində olan iştirakçısı ilə tanış olmasının, ona narkotik vasitələr sifariş verməsinin, həmin narkotik vasitəni almaq üçün 500 manat pulu hansı qaydada ödəməsinin təfsilatı barədə ətraflı ifadə vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzi nə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əma nət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçə sinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublika sinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum satış məqsədi ilə qanunsuz olaraq küll i miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik maddələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotr op maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 32.5, 206.3.2., 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyi ldir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi ü zrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərin i əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona itt iham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəm ənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əla mətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə c inayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə ko llegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin məhkumun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi barədə dəlilləri əsassız olmaqla Məhkum cinayət məsuliyyətini və cəzasını yüngülləşdirmək cəhdi daşıyır. Məhkum barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngüllə şdirən halların və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq onun bu mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməs i üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 6 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar