Məhkəmə qərarları › İş №1(102)-1366/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1366/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1366/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Məlikov Balabəy Ağamməd oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsi nin 9 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Məlikov Balabəy Ağamməd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 mart 2022-ci il tarixli 1(099)-118/2022 nömrəli (hakimlər: Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 6 iyul 1985-ci ildə Masallı rayonu Xıl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, XXXdə qeyd iyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, eləcə də cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 avqust 2021-ci ildən hesablanması, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Abdullayev ilkin Qismət oğlunun sədrliyi ilə, Cəfərov Rafiq Musa oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) 5 may 2022-ci il tarixli 1(106)- 459/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 may 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Məlikov Balabəy Ağamməd oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 mart 2022-ci il tarixli hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, arvadı Zərərçəkmiş şəxs ona xəyanət etməsindən şübhələnərək qısqanclıq zəminində onu öldürmək qərarına gəlmiş, bu niyyətlə 28 avqust 2021-ci il tarixdə saat 00:30 radələrində Masallı rayonu Xıl kəndində yaşadığı evin birinci mərtəbəsində Zərərçəkmiş şəxs ilə mübahisə edib dalaşaraq stolun üzərin dən götürdüyü, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə əvvəl Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir neçə bıçaq zərbəsi vurmuş, Zərərçəkmiş şəxs aldığı bıçaq zərbələrindən öləcəyini bildirib, ona işgəncə verməməsi, yenidən bıçaqla vurmaması üçün yalvarıb aman diləməsinə baxmayaraq, o, öz cinayətkar niyyətini davam etdirib, müstəsna dərəcədə qəddarlıq göstərərək, xüsusi amansızlıq nümayiş etdirməklə aşkar surətdə zərərçəkmiş şəxsə xüsusi əzab və ağrılar verdiyini dərk edib, bunu arzulayaraq Zərərçəkmiş şəxs şiddətli ağrılar vermək məqsədilə səhər saat 09 radələrinədək hər bir zərbə arasında 20-30 dəqiqə fasilə verməklə sonuncunun döş qəfəsi nahiyəsinə çoxsaylı bıçaq zərbələri vuraraq yetirildiyi anda həyat üçün təhlükəli olmaqla, ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sol yarısının ön və yan hissəsinin döş boşluğuna nüfuz edən, ürək kisəsini, ürəyin sol mədəcəyini, diafraqmanı və sol Vİİİ qabırğanı zədələyən 7 (yeddi) ədəd deşilmiş-kəsilmiş yarası, qarnın ön divarının qarın boşluğuna nüfuz edən, mədəni, dalağı və qalxan çənbər bağırsağı zədələyən 4 (dörd) ədəd deşilmiş-kəsilmiş yarası və dərəcəsinə görə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan sol əlin İV və V barmağının kəsilmiş yarası ilə müşayiət olunan bədən xəsarətləri yetirərək öldüyünü zənn etmiş, Zərərçəkmiş şəxs oraya gəlmiş şəxslərin köməyi ilə xəstəxanaya çatdırılaraq göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edildiyindən, o, öz iradəsindən asıl ı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək, arvadı Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Məlikov Balabəy Ağamməd oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum barəsindəki hər iki məhkəmə instansiyasının qərarı qanunsuz və ədalətsizdir. Belə ki, nəzərə alınmalıdır ki, əgər təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrdə zərərçəkmiş şəxsə bıçaq xəsarəti yetirməklə, onun bədəni kəsilmişdeşilmiş bədən xəsarətinə məruz qalmışdısa və səhər saat 09 radələrə qədər onu öz nəzarəti altında işgəncəyə məruz qoymuşdusa, onda zərərçəkmiş ən azından qanitirmə nəticəsində dünyasını dəyişə bilərdi! Bel ə bir hal baş verməmişdir. Deməli zərərçəkmiş şəxsin orqanlarına bıçaq xəsarəti gecə vaxtı saat 00:30 radələrində, yaxud gecə vaxtı səhərə yaxın 05 radələrinə qədər bıçaq xəsarəti faktı olmamışdır. Çünki qanitirmə nəticəsində şəxs ölərdi. Belə bir hərəkət qərar və hökmdə qeyd olunan vaxtlarda baş vermişdisə, onda şəxsin iradəsindən asılı olmayan formada 5-6 saat ərzində insan qanitirmə nəticəsində ölərdi. Digər tərəfdən Məhkum Məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, Ariz ilk bıçaq zərbəsindən sonra ona yenidən 2-3 dəfə bıçaqla zərbələr vurmuşdur. Daha sonra Elza qeyd edir ki, özünü ölülüyə vurmuş, Ariz onun öldüyünü zənn edib onu buraxmışdır. Məhkəmə kollegiyası bu halları nəzərə almaqla, əgər təqsirləndirilən şəxsin niyyəti zərərçəkmiş şəxsi qətlə yetirmək olsaydı, onda özünü ölülüyə vurmuş şəxsə həmin vəziyyətdə xəsarət yetirməklə, yaxud bıçaq ilə digər orqanlarını kəsməklə öz niyyətini yerinə yetirə bilərdi. Həmin vaxt belə bir niyyəti olmuş olsaydı, zərərçəkmiş şəxsi öldürməkdə heç bir maneə olmamışdır. Zərərçəkmiş şəxsi öldürülməsi məqsədi və niyyəti olmadığı üçün təqsirləndirilən şəxs belə bir hərəkət etməmişdir. Lakin işə baxan məhkəmələr tərəfindən bu hallar nəzərə alınmamış və Məhkum əməli düzgün tövsif edilməmişdir. Qeyd olunanlara əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 may 2022-ci il tarixli qərarının dəyişdirilməsini və Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsindən, CM-nin 126.2.3-cü mad dəsinə tövsif edilməsi və aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Məlikov Balabəy Ağamməd oğlu çıxış edərək verilmiş kassasiya şikayətinin təmin edilməsini və məhkumun əməlini Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsindən həmin məcəllənin 126.2.3-cü maddəsinə tövsif edilməsini və sözü gedən maddədə nəzərdə tutulan ən aşağı cəzanın verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin dəlillərini təkzib etdiyini, şikayətin əsassız olduğunu, cinayət əməl inin sübutlarla tam təsdiq olunduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 may 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, əməlinin CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməli olduğu halda düzgün tövsif edilmədiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxu d dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyə n edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhk əməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd oluna n cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilə n cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 may 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenmunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsu si amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası əlavə olaraq vurğulayır ki, xüsusi amansızlıqla qəsdən adam öldürmə əməlinin tövsifi zamanı nəzərə almaq lazımdır ki, burada söhbət xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından gedir. Burada qanun xüsusi amansızlıq anlayışını həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın xüsusi amansızlıq göstərməsini sübut edən digər hallarla əlaqələndirir. Təqsirkarın xüsusilə əzabverici üsullardan istifadə etməsi bütün hallarda əməlin xüsusi amansızlıqla törədilməsini sübut edir. Belə ki, məhkəm əyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən müəyyən olunur ki, “... Mübahisə zamanı Arizlə qarşılıqlı olaraq sözləşmiş, Ariz isə mətbəxdən bıçağı götürərək, ona bir bıçaq zərbəsi vurmuşdur. Bu zaman Arizin onu öldürəcəyini bilmiş, ondan uşaqları ilə görüşməyinə icazə verməyini xahiş etmişdir. Ariz də uşaqları yatdıqları otaqdan gətirmiş, o, uşaqları ilə görüşmüşdür. Lakin, həmin vaxt aldığı bıçaq zərbəsindən özündə olmuş, uşaqlarına yaralı olduğunu hiss etdirməmişdir. Uşaqlar yenidən yatdıqları otağa getdikdən sonra isə, Arizlə mübahisələri davam etmiş, Ariz ilk bıçaq zərbəsindən sonra ona yenidən 2-3 dəfə bıçaqla zərbələr vurmuşdur. Hər bıçaq zərbəsi arasında təxminən 10 dəqiqə fərq olmuşdur. Aldığı bıçaq zərbələrindən sonra Arizə onu öldürməməs ini xahiş etmişdir. Lakin, Ariz əsəbi halda bıçaqla zərbələr vurmağa davam etmişdir. Təxminən 3-4 bıçaq zərbəsindən sonra Arizin ona daha neçə bıçaq zərbəsi vurduğunu xatırlamır. Aldığı bıçaq zərbələrindən sonra özünü ölülüyə vurmuş, Ariz onun öldüyünü zənn edib onu buraxmışdır......Polis əməkdaşları onların evinə gəldiyi vaxt o, ölümcül vəziyyətdə idi. Polis əməkdaşları təcili yardım maşını çağırtdırıb onu Lənkəran rayon xəstəxanasına göndərmişlər. Ariz onu bıçaqla vurarkən uşaqları həmin hadisəni görməmişlər, özüdə həmin vaxt uşaqları eşitməsin deyə səsini ucadan çıxarmamışdı....”. Cinayət işinin materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 1010 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsin in sol yarısının ön və yan hissəsinin döş boluğuna nüfuz edən, ürək kisəsini, ürəyin sol mədəcəyini, diafraqmanı və sol Vİİİ qabırğanı zədələyən 7 (yeddi) ədəd deşilmiş-kəsilmiş yarası, qarnın ön divarının qarın boşluğuna nüfuz edən, mədəni, dalağı və qalxan çənbər bağırsağı zədələyən 4 (dörd) ədəd deşilmiş-kəsilmiş yarası və sol əlin İV və V barmağının kəsilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər deşici-kəsici əşyanın (əşyaların), ola bilər ki, ekspertizaya təqdim olunan bıçağın və ya buna oxşar digər alətin təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 28 avqust 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar olunan döş qəfəsinin sol yarısının ön və yan hissəsinin dö ş boluğuna nüfuz edən, ürək kisəsini, ürəyin sol mədəcəyini, diafraqmanı və sol Vİİİ qabırğanı zədələyən 7 (yeddi) ədəd deşilmiş-kəsilmiş yarası, qarnın ön divarının qarın boşluğuna nüfuz edən, mədəni, dalağı və qalxan çənbər bağırsağı zədələyən 4 (dörd) ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar olunan sol əlin İV və V barmağının kəsilmiş yarası ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etməsi hər iki məhkəmə instansiyasın da tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Şikayətin dəlillərini iş materialları ilə müqayisəli təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə müəyyən olunmuş faktiki halları, yəni məhkum olunmuş şəxs Məhkum saat 00:30 radələrindən səhər saat 09 radələrinədək hər bir zərbə arasında 2030 dəqiqə fasilə verməklə Zərərçəkmiş şəxs sağ qalma ehtimalının olmayacağına əmin olduğu döş qəfəsi nahiyəsinə çoxsaylı bıçaq zərbələri vuraraq ona xəsarətlər yetirməsini, niyyətinin müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək Zərərçəkmiş şəxs xüsusi əzab və işgəncə verdiyini, bunu dərk edib və arzu edərək sonuncunu xüsusi amansızlıqla həyatdan məhrum edilməsinə yönəlməsi kimi qiymətləndirir. Məhkəmələr işin faktiki hallarını müəyyən edərkən törədilmiş əməli cinayət qanunun müvafiq maddəsi ilə və qeyd olunan Plenum Qərarının izahları baxımından tamamilə düzgün olaraq təhlil etmiş və Məhkum əməlinin Azərbaycan Respublikası CMnin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edildiyi barədə qənaətə gəlmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tə rəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması (himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması) və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Cinayət işinin materiallarında olan Masallı rayon İHB Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Məhkum həqiqətən Masallı rayonu, Xıl kəndində ailə üzvləri arvadı və iki uşağı (2009-cu il və 2010-cu il təvəllüdlü) ilə birlikdə yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hök m və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi Məlikov Balabəy Ağamməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Məlikov Balabəy Ağamməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi i lə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 may 2022-ci il tarixli qərarı verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar