Məhkəmə qərarları › İş №1(102)-1366/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1366/2024

26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1366/2024 26.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş hüquqi şəxsnin nümayəndəsi – Zərərçəkmiş şəxs3, Mülki cava bdeh “Mülki cavabdeh ASC”-in nümayəndəsi – Nümayəndə3, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Layıc Aqil Tacir oğlunun iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Layıc Aqil Tacir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(027)-7/2022 nömrəli (hakim: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi) hökmü ilə 28 avqust 1964-cü il tarixdə x rayonu, x kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" A SC-nin X19 Təchizatı və Satışı İdarəsinin X8 baş mühəndisi vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Məhkum qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ona bəraət verilmiş, onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin ləğv edilməsi, ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun izah edilməsi, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 “cinayət mühakimə icraatı zamanı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” barədə mülki iddialarının baxılmamış saxlanılması müəyyən edilmişdir. Hökmdən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Rəhimov Elman Gülbaba oğlu (sədrliyi və məruzəsi ilə), Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət məhkəmə tərkibində) 7 noyabr 2023-cü il tarixli 1(105)-139/2023 nömrəli hökmü ilə apellyasiya şikayətləri və apellyasiya protesti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum CM-in 314.1-ci maddəsi ilə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona cəza təyin edilməmiş, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddial arı baxılmamış saxlanılmış, zərərçəkmiş şəxslərə mülki qaydada vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Layıc Aqil Tacir oğlu tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İttiham aktına əsasən Məhkum "xxxx" ASC-nin X19 Təchizatı və Satışı İdarəsinin X8 baş mühəndisi vəzifəsində işləməklə vəzifəli şəxs olaraq “Mülki cavabdeh" ASC-nin RETSİ-nin elektrik şəbəkələri əməkdaşlarının vəzifə təlimatı Rayon elektrik şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatı"nın tələblərinə əsasən elektrik avadanlıqlarının saz vəziyyətdə istismar olunmasını təmin etmək, qəzaları vaxtında aradan qaldırmaq, hava xət lərinə baxış keçirilməsini və normal vəziyyətdə olmasını, texniki-təhlükəsizlik və istismar qaydalarına tam riayət olunmasını təmin etmək, məsul olduğu sahədəki bina və qurğuların vəziyyətinə nəzarət etmək və vaxtında nasazlıq aktları tərtib etmək kimi vəzifələrin ona həvalə edilməsinə baxmayaraq texniki-təhlükəsizlik və istismar qaydalarına tam riayət olunmasına əməl etməyərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərməklə qabaqcadan görməli olduğu və görə biləcəyi halda buna cinayətkarcasına etinasızlıq edib 25 may 2001-ci il tarixli “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.9-cu bəndinin, yəni yanğın təhlükəsizliyi təmin edilərkən yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsi, elektrik ötürücü xətlərin və xarici (çöl) elektrik naqillərinin yanar dam örtükləri və yanar materiallar olan açıq anbarların üzəri ilə çəkilməsinə icazə verilməməsi barədə, 20 fevral 1989-cu il tarixli “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydalarının” 5.7.1, 5.7.16, 5.7.19-cu bəndlərinin, yəni elektrik ötürmə hava xətlərini istismar edərkən onların etibarlı işinin təmin edilməsinə yönəldilmiş təmir və texniki xidmətetmə aparılması, hava xətlərinin istismarında onlara vaxtaşırı və növbədənkənar baxışlar təşkil edilməsi, hava xəttinin bütün uzunluğu üzrə ildə 1 dəfədən az olmamaqla baxış keçirilməsi, bundan əlavə olaraq ildə 1 dəfədən az olmayaraq əsaslı təmirə aid olan bütün xətlər (sahələr) daxil olmaqla, xətlərin ayrı-ayrı sahələrinə seçmə baxışlar aparılması, baxış, profilaktik yoxlama və ölçülmələr zamanı aşkar edilmiş nasazlıqları istismar sənədlərində qeyd edərək onların xarakterindən asılı olaraq tezliklə, yaxud texniki xidmət apararkən və ya hava xəttinin əsaslı təmirində aradan qaldırılması barədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 40 №-li qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.5.14.6-cı bəndinin, yəni binaların və tikililərin üstündən bir qayda olaraq hava xəttinin keçməsinə icazə verilməməsi barədə tələblərini pozaraq ünvanında yerləşən Zərərçəkmiş hüquqi şəxsnə məxsus olmaqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən icarəyə götürülmüş 55 saylı mağazanın üzərindən çəkilmiş X8 balansında olan 6 kV-luq 11 saylı şəhər hava xəttinə vaxtaşırı texniki baxış və xidmətlər göstərməklə on un etibarlı işləməsini təmin etməyib işə laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən 6 kV-luq 11 saylı şəhər hava xəttinin naqili 26 dekabr 2020-ci il tarixdə, saat 20 radələrində qırılaraq həmin mağazanın damının kənarına vurulmuş dəmir təbəqənin üzərinə düşmüş, bu zaman əmələ gəlmiş qapanmanın təsirindən yaranan ərimiş metal hissəciklərinin (qığılcımlarının) mağazanın içərisində yanğının mənbəyi olan sol tərəfdə yerləşən yanar materialların üzərinə düşməsi və həmin ərimiş metal hissəciklərinin təsirindən alışması nəticəsində baş vermiş yanğın zamanı 55 saylı mağaza və içərisində ərzaq məhsulları tamamilə yanmasına görə Zərərçəkmiş hüquqi şəxsnə 18120 manat məbləğində, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə 75935 manat məbləğində ziyan dəymiş, bunu nla da, o, səhlənkarlıq edərək ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2023-cü il tarixli hökmü ilə yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Layıc Aqil Tacir oğlu tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər bir cinayət işi üzrə müəyyən edilməli olan halların araşdırılmasında obyektiv mövqedən çıxış etməkdə təkcə ittihamı sübut edən sübutların toplanması deyil, həmçinin ittihamı təkzib edən məlumatların toplanması vacib və zəruridir. İbtidai araşdırma orqanı tərəfindən yalnız ittihamedici sübutların toplanması, bəraətverici sübutların toplanmasına səylər göstərilməməsi cinayət i şinin birtərəfli, natamam, ittiham istiqamətində aparılmasına və qanunçuluğun, hüquq qaydasının, eləcə də insan hüquq və azadlıqlarının pozulmasına səbəb olması anlamına gəlinməsinə əsas verir. Bununla yanaşı, əldə edilmiş sübutlar təqsirləndirilən şəxsin məhkum olunması ehtimalına bəraət ehtimalından qüvvətli təsir göstərə bilmirsə həmin sübuta yetərli şübhə kimi yanaşılmalı, konkret ziddiyyət təşkil etməyən məlumatlara, sənədlərə və əşyalara söykənməyən təxminlər, fərziyyələr, ehtimallar sübutun həqiqiliyi kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. 1 mart 2022-ci il məhkəmə istintaqı dövründə ifadə verən X9 Xidmətinin Quba rayon şöbəsinin X18 Hissəsinin inspektoru X16 qeyd etmişdir ki, hadisə yerinə 1 gün sonra baxış həyata keçirilib. Şahid10la birlikdə vətəndaşları idarəyə çağırı b izahatlarını alıblar. Onların hadisə ilə bağlı verdikləri rəylər ehtimallara əsaslanır və hadisə yerindən heç bir nümunə götürməyiblər. Məhkəmə istintaqı dövründə ifadə verən X9 Xidmətinin Quba rayon şöbəsinin X18 Hissəsinin inspektoru Şahid10 da X ilə eyni məzmunlu ifadə verərək bildirmişdir ki, rəylər ehtimallar əsasında tərtib olunub. Bundan başqa ittiham tərəfinin dəvət etdiyi şahidlərin heç biri 3 ədəd elektrik xətlərindən birinin qırılmasının şahidi olmamışlar və verdikləri ifadələr onların ehtimallarına əsaslanır və şəxsi təxəyyüllərinin məhsullarıdır. İstər məhkəmə istintaqı zamanı, istərsə də DYMX-nin Quba rayon şöbəsi şöbəsinin əməkdaşlarının ifadələrinə görə ekspert rəyi kifayət qədər əsaslı olmamış, şübhə doğurmuşdur. İttiham aktında istinad olunan sübutların (ifadələrin) h eç birində belə bir məlumat yoxdur ki, təqsirləndirilən şəxs səhlənkarlıq edərək ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan hadisənin baş verməsində təqsirli olması qənaətinə gəlməyə əsas versin. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsiləndirilən şəxs nə ibtidai istintaq zamanı, nə də məhkəmədə verdiyi ifadələrində səhlənkarlıq edərək ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan hadisənin baş verməsinə rəvac verən hərəkətlərin etməsini etiraf etməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında dindirilən şahidlər verdikləri ifadələrində hadisə obyektin daxilində başlamışdır, çünki əksi olsaydı eleqaz açarı öz-özünə atardı. İbtidai istintaq orqanı nəyə əsaslanaraq təqsirləndirilən şəxsi CM-in 314.2-ci maddəsi ilə təqsirləndirildiyini heç bir halda əsaslandıra bilməmişdir və iş mate riallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Təqsirləndirilən şəxsin səhlənkarlıq edərək ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan hadisənin baş verməsinə rəvac verən hərəkətlərin etməsi ilə bağlı ittiham tərəfinin məlumatları öz təsdiqini tapmamışdır. Beləliklə, qeyd olunan qanunvericiliyin normalarını, habelə istintaq materiallarını, zərərçəkmiş şəxslərin, şahidlərin və təqsirləndirilən şəxsin ifadələrini müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlmək olar ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə sübut qismində təqdim edilmiş məlumatlar əsasında müəyyən olunmuş və işin faktiki hallarına uyğun olmayan şübhəli, ziddiyyətli məqamların digər sübutlarla aradan qaldırılması mümkün olmadığından, həmin sübutların ittihamın əsası kimi qəbul edilməsi yolverilməzdir və bu hallar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2023-cü il tarixli hökmünün ləğv edilərək, Məhkum qarşı irəli sürülmüş ittihamda təqsiri sübuta yetirilmədiyindən və həmin cinayətə aidiyyəti olmadığından barəsində cinayət təqibinə xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş edir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun hökm qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəti cəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən həmin hökm əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin dispozisiyasına görə vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini yerinə yetirməməsi ölümlə və ya digər ağır nəticələrə səbəb olduqda cinayət məsuliyyəti yaranır. Həmin maddələrin dispozisiyasında tərkibin zəruri əlaməti kimi mühüm zərər və ağır nəticə anlayışından istifadə edilmişdir ki, bu da tövsif edici xarakter daşıyır. Belə ki, “mühüm zərər” və ya “ağır nəticə” anlayışlarının hansı ölçüdə maddi, fiziki və ya mənəvi ziyan vurmaya səbəb ola bilməsi qanunda birbaşa təsbit edilməmişdir. Hər hansı nəticənin ağır və ya mühüm zərər olmasını müəyyən edərkən işin faktiki halları, zərərçəkmiş şəxslərin cinayət nəticəsində uğradıqları maddi və mənəvi ziyan, cinayətin cəmiyyətin üzvlərində yaratdığı reaksiya və s. bu kimi hallar da nəzərə alınmalıdır. Hazırki işin materiallarından görünür ki, zərərçəkmiş şəxslər cinayət nəticəsində çox ciddi maliyyə çətinliyinə düşmüş, banklara borcları yaranmış, öz gəlir mənbələrindən məhrum olunmuş, həmin obyektin yenidən tikilib bərpa edilməsi kimi külli miqdarda vəsait tələb edən bir iş onların üzərində qalmışdır. Hesab edirəm ki, zərərçəkənlərin düşdüyü bu vəziyyəti elə ağır nəticə kimi qəbul edilməli və bu anlayış mütləq şəkildə ölümlə müqayisə ediləcək başqa bir nəticəni ehtiva etməməlidir. Odur ki, Məhkum Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqay ıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 noyabr 2023-cü il tarixli hökmünün ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlu çıxış edərək, məhkumun əməlinin CM-in 314.1-ci maddəsindən, həmin Məcəllənin 314.2-ci maddəsinə tövsif edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2023-cü il tarixli hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəm əsində müdafiəçi Layıc Aqil Tacir oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya instansiyası məhkəməsində “şifer qırığı” məsələsinə toxunulduğunu, lakin istintaq dövründə buna maddi sübut kimi qiymət verilmədiyini, bu halın CPM-in 128 və 129-cu maddələrinin tələblərinə zidd olduğunu, bəraət hökmü ləğv olarkən Əliyev Fərhad adlı mütəxəssisin ifadə verdiyini, lakin həmin şəxsin pensiyada olduğu və heç bir məsuliyyət daşımadığını, sözü gedən xətt qurğusunun 1976-cı ilə aid olduğunu, Quba İstehsalat kooperativin isə 1990-cı illərdə tikildiyini, vəzifə təlimatına əsasən mövcud xətlərin dəyişdirilməsinə dair təkliflərin verilməsinin məhkumun deyil, həmin idarənin rəisinin məsuliyyətində olduğunu bildirib, apelyasiya məhkəməsinin hökmünün məhkum olunmuş şəxsə aid hissədə ləğv edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs3 çıxış edərək, kassasiya protestinin təmin edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2023-cü il tarixli hökmünün ləğv edilərək işin yeni apelyasiya baxışına təyin edilməsini və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs2 çıxış edərək, kassasiya protestinin təmin edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2023-cü il tarixli hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində mülki cavabdehin nümayəndəsi Nümayəndə3 çıxış edərək, ver ilmiş kassasiya protestinin təmin olunmamasını, kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məh kəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində, məhkum barəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi iddia edilmiş və mübahisələndirilən hökmün ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 314.1ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini və kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual M əcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində qeyd edilmişdir ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kassasiya şikayətinin dəlillərindən müəyyən olunduğu kimi, müdafiəçi Məhkum təqsirli bilindiyi səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazım i qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olması ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyini, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi, yeni faktlarla çıxış etmək (hadisə yerindən heç bir nümunə götürülməməsi, hava şəraiti barədə, eleqaz açarlarına dair dəlillər və s.) üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosess ual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmi n halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinə (o cümlədən Məhkum təqsirliliyinin sübuta yetirilməməsi haqqında iddialara) baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə hökmünün mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən hökmün ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublik ası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-in 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət tə qibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş materiallarına əlavə edilmiş Quba EŞ-nin Operativ jurnalına baxış keçirilməsi haqqında 30 iyun 2021-ci il tarixli protokoldan görünür ki, jurnalda hər hansı hadisə baş verməsi barədə qeydiyyat aparılmamışdır. 26 dekabr 2020-ci il tarixdə, saat 19:55-də 11 nömrəli hava xətti baş vermiş yanğın hadisəsi ilə əlaqədar açılmış, 22.10-da isə hava xəttinin qoşulması qeydə alınmışdır. Cinay ət işi materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 27 dekabr 2020-ci il, 29 yanvar 2021-ci il və 17 sentyabr 2021-ci il tarixli tarixli protokollar və 28 dekabr 2020-ci il tarixli yanğın haqqında akt əsasında məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi və əlavə məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizaları təyin edilmiş və həmin məlumatlar əsasında 15 aprel 2021-ci və 23 sentyabr 2021-ci il tarixlərdə məhkəmə yanğın və texnoloji partayışların tədqiqi ekspertizasının rəyləri verilmişdir. Həmin rəylərə əsasən ekspertizaya təqdim olunmuş cinayət işinin materiallarında olan faktiki hallar (yanğın baş vermiş mağazanın memarlıq-tikinti xüsusiyyətləri, şahidlərin izahatlarında göstərildiyi halları, mağazanın daxili elektrik şəbəkəsinin söndürül müş vəziyyətdə olduğunu, mağazada kənar müdaxilə izlərinin olmasının müşahidə edilmədiyini, hadisə yerindən götürülmüş yanğından sonrakı qalıqlarının üzərlərində tezalışan neft məhsullarına məxsus izlərin olmaması, hadisə zamanı mağazanın üzərindən çəkilmiş yüksək gərginlikli elektrik hava xəttinin bir naqilinin qırılaraq onun üzərinə düşməsini, mağazanın damın kənarına vurulmuş dəmir təbəqənin üzərində elektrik təbiətli qəza halının (qapanmanın) izlərinin olması və yanğının termiki təsirindən mağazanın tikinti konstruksiyalarında əmələ gəlmiş yanma və dağılma izlərinin) əsasında aparılmış təhqiqatla belə nəticəyə gəlmək olar ki, yanğının mənbəyi mağazanın içərisində, sol tərəfdə yerləşmiş və həmin sahədən yüksələn xətt üzrə digər sahələrə yayılmışdır. Yanğının mağazanın içərisində, sol tə rəfdə (yanğının mənbəyində) yerləşən yanar materialların üzərinə damın kənarına vurulmuş dəmir təbəqəsinə yüksək gərginlikli elektrik hava xəttinin naqilinin qırılaraq düşməsindən əmələ gəlmiş qapanmanın (gövsün) təsirindən yaranan ərimiş metal hissəciklərinin (qığılcımlarının) düşməsi və həmin ərimiş metal hissəciklərinin təsirindən alışması nəticəsində baş verməsinə xarakterikdir. Əlavə ekspertizaya təqdim olunmuş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, hadisə baş vermiş mağazanın üzərindən 6 kV-luq “11 saylı şəhər” hava xətti çəkildiyinə, həmin hava xəttinin bu hissəsinə vaxtaşırı texniki baxış və xidmətlər göstərməklə onun etibarlı işləməsi təmin edilmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9 b əndlərinin, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5.7.1, 5.7.16, 5.7.19 bəndlərinin və “Elektrik qurğularının quraşdırılması qaydaları”nın 2.5.14.6, 2.5.14.7 bəndlərinin tələbləri "xxxx" ASC-nin X8 rəisi, baş mühəndisi, eləcə də həmin şəbəkənin 6 kV-luq “11 saylı şəhər” hava xəttinə texniki xidmətlərin göstərilməsi təhkim olunmuş vəzifəli şəxs (konkret şəxslər şəbəkənin strukturu və tutduğu vəzifəyə görə istintaqla müəyyən edilə bilər) tərəfindən pozulmuşdur. Ekspertizaya təqdim olunmuş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, baş vermiş yanğın hadisəsi ilə əlaqədar zərərçəkmişlər (yanğın baş vermiş mağazanın sahibi və mağazanı icarəyə götürmüş şəxs) tərəfindən qüvvədə olan normativ aktların tələblə rinin pozulması müəyyən edilmir. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilib keçirilmiş məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 15 aprel 2021-ci il tarixli 10/130 nömrəli rəyindən görünür ki, yanğının mənbəyi mağazanın içərisində, sol tərəfdə yerləşmiş və həmin sahədən yüksələn xətt üzrə digər sahələrə yayılmışdır. Yanğının mağazanın içərisində, sol tərəfdə (yanğının mənbəyində) yerləşən yanar materialların üzərinə damın kənarına vurulmuş dəmir təbəqəsinə yüksək gərginlikli elektrik hava xəttinin naqilinin qırılaraq düşməsindən əmələ gəlmiş qapanmanın (gövsün) təsirindən yaranan ərimiş metal hissəciklərinin (qığılcımlarının) düşməsi və həmin ərimiş metal hissəciklərinin təsirindən alışması nəticəsində baş verməsinə xarakterikdir. Hadisə baş vermiş ma ğazanın üzərindən 6 kV-luq “11 saylı şəhər” hava xətti çəkildiyinə, həmin hava xəttinin bu hissəsinə vaxtaşırı texniki baxış və xidmətlər göstərməklə onun etibarlı işləməsi təmin edilmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9, 6.1 bəndlərinin, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 12-ci bəndinin və “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismarı qaydaları”nın 5.7.1, 5.7.16, 5.7.19 bəndlərinin tələbləri "xxxx" ASCnin Quba Rayon Elektrik Şəbəkəsinin vəzifəli şəxslər (konkret şəxslər şəbəkənin strukturu və tutduğu vəzifəyə görə araşdırmalarla müəyyən edilə bilər) tərəfindən pozulmuşdur. O cümlədən, cinayət işinin materiallarında olan iş üzrə təyin edilib keçirilmiş əlavə məhkəmə yanğın və tex noloji partlayışların tədqiqi ekspertizasının 23 sentyabr 2021-ci il tarixli 10/3953 nömrəli rəyindən görünür ki, əlavə ekspertizaya təqdim olunmuş cinayət işinin materiallarında olan faktiki hallar (yanğın baş vermiş mağazanın memarlıq-tikinti xüsusiyyətləri, şahidlərin izahatlarında göstərildiyi halları, mağazanın daxili elektrik şəbəkəsinin söndürülmüş vəziyyətdə olduğunu, mağazada kənar müdaxilə izlərinin olmasının müşahidə edilmədiyini, hadisə yerindən götürülmüş yanğından sonrakı qalıqlarının üzərlərində tezalışan neft məhsullarına məxsus izlərin olmaması, hadisə zamanı mağazanın üzərindən çəkilmiş yüksək gərginlikli elektrik hava xəttinin bir naqilinin qırılaraq onun üzərinə düşməsini, mağazanın damın kənarına vurulmuş dəmir təbəqənin üzərində elektrik təbiətli qəza halının (qapanma nın) izlərinin olması və yanğının termiki təsirindən mağazanın tikinti konstruksiyalarında əmələ gəlmiş yanma və dağılma izlərinin) əsasında aparılmış təhqiqatla belə nəticəyə gəlmək olar ki, yanğının mənbəyi mağazanın içərisində, sol tərəfdə yerləşmiş və həmin sahədən yüksələn xətt üzrə digər sahələrə yayılmışdır. Yanğının mağazanın içərisində, sol tərəfdə (yanğının mənbəyində) yerləşən yanar materialların üzərinə damın kənarına vurulmuş dəmir təbəqəsinə yüksək gərginlikli elektrik hava xəttinin naqilinin qırılaraq düşməsindən əmələ gəlmiş qapanmanın (gövsün) təsirindən yaranan ərimiş metal hissəciklərinin (qığılcımlarının) düşməsi və həmin ərimiş metal hissəciklərinin təsirindən alışması nəticəsində baş verməsinə xarakterikdir. Əlavə ekspertizaya təqdim olunmuş cinayət işi materialları nda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, hadisə baş vermiş mağazanın üzərindən 6 kV-luq “11 saylı şəhər” hava xətti çəkildiyinə, həmin hava xəttinin bu hissəsinə vaxtaşırı texniki baxış və xidmətlər göstərməklə onun etibarlı işləməsi təmin edilmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9 bəndlərinin, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5.7.1, 5.7.16, 5.7.19 bəndlərinin və “Elektrik qurğularının quraşdırılması qaydaları”nın 2.5.14.6, 2.5.14.7 bəndlərinin tələbləri "xxxx" ASC-nin X8 rəisi, baş mühəndisi, eləcə də həmin şəbəkənin 6 kV-luq “11 saylı şəhər” hava xəttinə texniki xidmətlərin göstərilməsi təhkim olunmuş vəzifəli şəxs (konkret şəxslər şəbəkənin strukturu və tutduğu vəzif əyə görə istintaqla müəyyən edilə bilər) tərəfindən pozulmuşdur. Əlavə ekspertizaya təqdim olunmuş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, baş vermiş yanğın hadisəsi ilə əlaqədar zərərçəkmişlər (yanğın baş vermiş mağazanın sahibi və mağazanı icarəyə götürmüş şəxs) tərəfindən qüvvədə olan normativ aktların tələblərinin pozulması müəyyən edilmir. Həmçinin birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, “1990-cı ildən Quba EŞ-də müxtəlif vəzifələrdə, 2015-ci ildən etibarən isə baş mühəndis vəzifəsində işləyir. Baş mühəndis kimi vəzifələrim enerji sistemindən alınan elektrik enerjisinin ötürücü xətlər və transformatorlar vasitəsilə tələbatçılara çatdır maq, 6, 10 və 4 kv-luq elektrik enerjisi xətlərinin dayanıqlı işləməsini təmin etmək, xətlərin əsaslı və cari təmirlərini yerinə yetirmək və texniki istismar və təhlükəsizlik qaydalarına ciddi əməl etmək, təbii fəlakətlər nəticəsində baş verən qəzaların operativ aradan qaldırmaq, elektrik avadanlıqlarının saz vəziyyətdə istismar olunmasını təmin etmək, qəzaları vaxtında aradan qaldırmaq, hava xətlərinə baxış keçirilməsini və normal vəziyyətdə olmasını, texniki-təhlükəsizlik və istismar qaydalarına tam riayət olunmasını təmin etmək, məsul olduğu sahədəki bina və qurğuların vəziyyətinə nəzarət etmək, vaxtında nasazlıq aktları tərtib etməkdir..... Elektrik xətlərinə mütəmadi baxış keçirilərək onlara lazımi texniki xidmət göstərmək birbaşa onun vəzifə öhdəliyidir. O, xətlərə vaxtında baxış keç irərək onlara lazımi xidmət göstərməli və bütün elektrik xətlərinin etibarlı işləməsini təmin etməlidir. Lakin, həmin ərazidə mağazaların tikilməsi və piştaxtaların olması səbəbindən xətti başqa yerə keçirə bilməmişdir....” Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 analoji ifadə verərək ifadələrində bildirmişdir ki, “.....Mağazaların üstündən çox aşağı səviyyədən elektrik xətti keçmiş, hətta bəzən yağışlı havada içəridə hər hansı yerə toxunduqda elektrik hiss olunmuşdur. Yanğın zamanı X8 baş mühəndisi X-i hadisə yerində görmüş, X və əlavə tanımadığı iki nəfər qırılmış elektrik xəttini bərpa etmiş, X-dən orada nə etdiyini soruşduqda X ona yanğının işıqdan olacağını iddia edəcəyini demişdir. Həmin an o başa düşmüşdü r ki, mağazanın üstündəki elektrik xətti qırılıb mağazanın üstünə düşmüş və nəticədə yanğın baş vermişdir. O, X və Quba EŞ-in işçilərinin mağazanın üzərindən keçən qırılmış elektrik naqilini tələsik bərpa etmələrini görmüşdür. Mağazada yanğının baş verməsi üçün hər hansı yanar material olmamış, elektrik ayırıcı elektrikdən çıxarıldıqdan sonra mağaza bağlanmışdır. Mağazanın içərisində yanğının baş verməsi qeyri-mümkündür. Yanğın mağazanın üzərindən keçən elektrik naqilinin qırılması nəticəsində baş vermişdir. Mağazanın üzərində elektrik hava xətləri 35-lik metal profilə bərkidilmişdir. Orada həmin hava xəttindən 3 ədəd elektrik naqili keçməkdədir. Yanğın zamanı da həmin 3 naqildən 2si yerində olmuş, 1-i qırılaraq mağazanın üzərinə düşmüş və yanğın da bu səbəbdən baş vermişdir. Əgər yanğın nəticəsində elektrik naqili qırılsaydı, digər naqillər də qırılıb düşərdi. Həmin 3 ədəd elektrik naqili çox səliqəsiz formada, ziqzaqvari şəkildə quraşdırılmış, metal profilə bərkidilmişdir. Möhkəm olmadığından naqillərin hər an qırılaraq yenidən mağazalara düşməsi an məsələsidir. Hal-hazırda da mağazaların üzərindən elektrik hava xətti keçməkdədir və dükanın divarına bağlanmış dəmir künclüyə bərkidilmişdir. Hazırda da həmin xətt orada olan mağazalara təhlükə mənbəyi olaraq qalır. Digər tərəfdən, həmin elektrik naqillərinə vaxtlı-vaxtında baxış keçirilməmişdir. Belə ki, təqribən 3 il əvvəl X mağazanın üzərindən keçən həmin xətti ustalarla metal profilə bərkitmişdir. Əvvəllər həmin xətlər mağazanın üzərindən getməmişdir. Son 3 ildə həmin xətlər mağazanın üzərindən getmişdir. Əvvəllər isə a vtovağzalın içi ilə getmişdir. Həmin xəttə də nəzarəti "xxxx" ASC-nin Quba EŞ-in vəzifəli şəxsləri etməli olmuşdur. Lakin, həmin xəttə lazımi nəzarət edilməmişdir. X8 hər hansı şəxsi tərəfindən ona dükanın elektrik hava xəttinin mühafizə zonasında tikilməsi ilə əlaqədar xəbərdarlıq edilməmişdir...” Kassasiya məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə istinad etməklə yanaşı kassasiya şikayətində göstərilmiş “baş vermiş hadisənin məhkum edilmiş şəxsin vəzifə səlahiyyətlərinə aid olmamasına” dair dəlillərinin əsassız olması barədə gəldiyi nəticə ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. Səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb etmək üçün vəzifəli şəxsin üzərinə hansı hüquq və vəzifələrin qoyulduğunu, bu hüquq və vəzifələrin konkret olaraq hansı qan unvericilik aktı ilə müəyyən edildiyini, məhz hansı vəzifələrin yerinə yetirilmədiyini və ya lazımınca yerinə yetirilmədiyini, qulluq vəzifələrini yerinə yetirmək üçün vəzifəli şəxsin real imkanlarının olub-olmadığını müəyyən etmək zəruridir. Təhlil edilən cinayətin obyektiv cəhəti aşağıdakı zəruri əlamətləri özündə əks etdirir: 1) vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi; 2) fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan ictimai təhlükəli nəticənin olması; 3) ictimai təhlükəli əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifəli şəxslərin öz xidməti vəzifəsini yerin ə yetirməməsi dedikdə qanunla, qanunvericilik aktları (təlimat, əsasnamə və s.) ilə, əmək müqaviləsi (kontrakt) ilə, yuxarı vəzifəli şəxsin əmri ilə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanların olmasına baxmayaraq, həmin vəzifələrin icra edilməməsi başa düşülür. Lazımi qaydada yerinə yetirməmə dedikdə isə vəzifəli şəxsin öz vəzifələrini tam, vaxtında və dəqiq icra etməməsi başa düşülür. Burada vəzifəli şəxsin öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi onun öz işinə vicdansız və ya laqeyd münasibətinin nəticəsi olmalıdır. İşə vicdansız və ya laqeyd münasibət dedikdə vəzifəli şəxsin öz məsuliyyətini lazımi qaydada dərk etməməsi, öz xidməti vəzifələrinə «barmaqarası» baxması, qulluq mənafeyini başqa mənafelərə nisb ətən ikinci dərəcəli hesab etməsi və s. başa düşülə bilər. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş “Mülki cavabdeh ASC-in RETSİ-nin rayon elektrik şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatı"nın tələblərinə əsasən elektrik avadanlıqlarının saz vəziyyətdə istismar olunmasını təmin etmək, qəzaları vaxtında aradan qaldırmaq, hava xətlərinə baxış keçirilməsini və normal vəziyyətdə olmasını, texniki təhlükəsizlik və istismar qaydalarına tam riayət olunmasını təmin etmək, məsul olduğu sahədəki bina və qurğuların vəziyyətinə nəzarət etmək və vaxtında nasazlıq aktları tərtib etmək, texniki-təhlükəsizlik və istismar qaydalarına tam riayət olunmasını təmin etmək baş mühəndis vəzifə öhdəliyi olmuşdur. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum CM -in 314.1-ci maddəsi üzrə nəzərdə tutulan cinayət əməlini törətməsinin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X3 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs3, iş üzrə şahid qismində dindirilmiş X7, Şahid10, Şahid4, X4, Şahid8, Şahid1, Şahid2, Şahid3 və Şahid7 ifadələri, 27 dekabr 2020-ci il, 29 yanvar 2021-ci il və 17 sentyabr 2021-ci il tarixli hadisə yerinə baxış protokolu, 28 dekabr 2020-ci il tarixli yanğın haqqında akt, iş üzrə təyin edilib keçirilmiş məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi və əlavə məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizalarının 15 aprel 2021-ci və 23 sentyabr 2021-ci il tarixli rəyləri, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlil edərək hesab edir ki, CM-in 314.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin Məhkum tərəfindən törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işinin materiallarında olan ifadələr, o cümlədən çox saylı ekspert rəyləri və istintaq hərəkətlərinə dair protokollar, habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi ilə və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 314.1-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsa slandırılmışdır. Qeyd edilənlərə əsasən, tədqiq olunmuş iş materiallarından, apellyasiya məhkəməsinin hökmündən görünür ki, Məhkum səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olması ilə bağlı cinayət əməlini törətməsi apellyasiya instansiyası məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə nəzər yetirərək dövlət ittihamçısının apellyasiya məhkəməsi tərəfindən Məhkum əməlinin CM-in 314.1-ci maddəsi ilə tövsifində səhvə yol verildiyini, onun əməlinin həmin Məcəllənin 314.2-ci maddəsi ilə tövsif edilməli olduğunu iddia edildiyini xatırladır və aşağıdakıları qeyd edir: Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif tör ədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Mə cəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara bi rlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş ma terialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Şərh edilən cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti ictimai təhlükəli nəticənin — fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasının mövcud olmasıdır. Belə nəticə real maddi ziyanda, əldən çıxmış mənfəətdə, eləcə də qanunla qorunan müxtəlif dəyərlərə dəymiş digər zərərdə (vətəndaşların konstitusiya hüquq və azadlıqlarının pozulması, hakimiyyət orqanlarının nüfuzdan salınması, onların işində maneələr yaradılması, ictimai qaydanın pozulması və s.) ifadə oluna bilər. Hüquqlara və qanuni mənafelərə vurulmuş zərərin mühümlüyü haqqında məsələn i həll edərkən zərərçəkmiş vətəndaşların sayı, onlara vurulmuş mənəvi, fiziki və ya əmlak ziyanının ağırlığı, idarənin, müəssisənin, təşkilatın normal işinə vurulan mənfi təsirin dərəcəsi, vurulmuş maddi ziyanın həcmi, xarakteri və s. nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan hərəkətlər başa düşülür. CM-in 314.2-ci maddəsində səhlənkarlığın ağırlaşdırıcı tərkib əlaməti — eyni əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması nəzərdə tutulmuşdur. Qeyd edilən anlayışların (mühüm zərər, digər ağır nəticə) qanunvericilikdə izahı verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən terminlərin qiymətləndirici anlayış olduğundan çıxış edərək məhkəmələr tərəfindən cinayətkar nəticənin mühümlüyünün hər bir konkret hal üçün fərdi şəkildə müəyyən edilməli, həmin zərərin mühüm və ya ağır nəticəyə səbəb olması müəyyən olunarkən zərərçəkən şəxslərin sayı, onlara vurulmuş maddi (əmlak), mənəvi və fiziki ziyanın məhz həmin şəxslər üçün hansı dərəcədə ağırlığı, hüquqi şəxslərin normal fəaliyyətinə mənfi təsir dərəcəsi, idarə, müəssisə və təşkilata vurulan maddi (əmlak) ziyanının həcmi (ölçüsü), xarakteri və s. kimi amillər nəzərə alınmalıdır. Belə ki, baş vermiş yanğın zamanı 55 sa ylı mağaza və içərisində ərzaq məhsulları tamamilə yanmasına görə Zərərçəkmiş hüquqi şəxsnə 18120 manat məbləğində, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə ümumilikdə 75935 manat məbləğində ziyan vurulması CM-in 314.1-ci maddəsində göstərilən “mühüm zərər” əlaməti ilə əhatə olunan əməllər kimi şərh edilə bilər. Eyni zamanda kassasiya məhkəmə kollegiyası həmçinin CM-nin 314.2-ci maddəsinin dispozisiyasında “zərərçəkmiş şəxsin ölümü” və “digər ağır nəticələr” eyni sanksiyaya səbəb olan alternativ nəticələr kimi təsbit edilməsi və “digər ağır nəticələr”in insan ölümü ilə müqayisəyə gələ biləcək ağırlıqda olmalı olması barədə apellyasiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə də razılaşır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanının qərarı ilə kifayət qədər əsas lar olmadan, heç bir mötəbər sübut əldə edilmədən, hər hansı əsaslanma aparılmadan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham elan etmiş, kassasiya protestində də dövlət ittihamçısı əlavə hər hansı əsaslı dəlilə istinad etmədən əməlin tövsifi barədə apellyasiya məhkəmə kollegiyasının gəldiyi nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkumun əməlinin düzgün tövsif olunmaması barədə iddiasının əsassız olduğu müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi Layıc Aqil Tacir oğlu tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Layıc Aqil Tacir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2023-cü il tarixli hökmü kassasiya şikayətinə və kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar