Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1366/2025 08.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2442/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XXXXX il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, X ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq X küçəsində yerləşən nömrəsiz evdə yaşamışdır.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-394/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli hökmü ilə məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası na məhkum edilməsi, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı 22 (iyirmi iki) gün müddətin təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 sentyabr 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
3. Həmin hökmlə Məhkum 2 də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir.
4. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən məhkumun müdafiəçisi Qafarlı Kamran Ağamalı oğlu apellyasiya şikayəti verib, Safura Tairova barəsində bəraət hökmünün çı xarılmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2442/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-394/2024 nömrəli, 18 sentyabr 2024cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir.
7. Cinayət işinə kassasiya instansiyası məhkəməsində mahiyyəti üzrə baxılan dövrdə Məhkum ərizə ilə müraciət edib, tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər
8. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir.
9. Məhkəmə kollegiyası Məhkumnın verdiyi kassasiya şikayətinin geri götürməsinə dair ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və təqdim edilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2442/2024 nömrəli, 19 noyabr 2024-cü il t arixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və kassasiya şikayətinə baxılmasına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2442/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayətinə baxılmasına xitam verilsin.