Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1367/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə x xxxxx 1986-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Salyan rayonu İkinci Varlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 144.2.3 və 144.2.4-cü maddələri ilə, x xxxx 1993-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, Salyan rayonu İkinci Varlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası CM-in 144.2.3 və 144.2.4-cü maddələri ilə xx xxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli 1(103)-80/2025 nömrəli qərarından məhkumlar Məhkum, Təqsirləndirilən şəxs1 və məhkum Təqsirləndirilən şəxs2 özü və müdafiəçisi, “Alyans” Vəkil Bürosunun vəkili Kəngərli Orxan Rüstəm oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 1(101)-1239/2024 nömrəli hökmü ilə (hakimlər: E.A.Nuriyev (sədrlik edən), A.H.Tağıyev və K.N.Muxtarov) Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikası CM-in 144.2.3 və 144.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətmək də təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5 iyun 2023-cü il tarixli 7(001)-354/2023 nömrəli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikasının CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi, Şirvan Şəhər Məhkəməsinin 27 fevral 2020-ci il tarixli 1(032)-05/2020 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməmiş 7 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətində hissəsi Azərbaycan Respublikasının CM-in 67.1-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətini n başlanğıcı 6 iyun 2023-cü il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkum - Azərbaycan Respublikası CM-in 144.2.3 və 144.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının 6 iyun 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Təqsirləndirilən şəxs2 - Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının 6 iyun 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçək mə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum edilmiş Məhkum və onun müdafiəçisi, məhkum edilmiş Təqsirləndirilən şəxs1 müdafiəçisi, məhkum edilmiş Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə və məhkum edilmiş Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli 1(103)80/2025 nömrəli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 1(101)-1239/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 1 dayısı oğlu Məhkum və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında keçmiş arvadı Zərərçəkmiş şəxs olduğu yerdən oğurlayaraq Salyan rayonuna gətirmək məqsədilə 5 iyun 2023-cü il tarixdə, saat 19:45 radələrində Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən X adına Mədəniyyət Sarayının qarşısına gəldikdən sonra Zərərçəkmiş şəxs övladları X10u qaçırması barədə yalan məlumat verməklə övladını görmək üçün avtomobilə əyləşməsini tələb edib iradəsinə zidd və iradəsindən kənar şəkildə avtomobilin arxa oturacağına əyləşməsinə nail olub, Təqsirləndirilən şəxs2 avtomobilin qapıları nı kilidləyib avtomobili hərəkətə gətirdikdən sonra Məhkum ilə birlikdə ümumi niyyətdən kənara çıxaraq Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün bədənin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vurub zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə sonuncuya burun sümüyünün sınığı, sol göz qapağında, sağ bazunun orta 1/3-də, sağ dirsək büküşündə, sağ budun 1/3-də qançırlar, sağ sağrı nahiyəsində sıyrıqla nəticələnən dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu cinayətini törətmişdir. Məhkum bibisi oğlu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halın da keçmiş arvadı Zərərçəkmiş şəxs olduğu yerdən oğurlayaraq Salyan rayonuna gətirmək məqsədilə 5 iyun 2023-cü il tarixdə, saat 19:45 radələrində Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən X adına Mədəniyyət Sarayının qarşısına gəldikdən sonra Zərərçəkmiş şəxs övladları X10u qaçırması barədə yalan məlumat verməklə övladını görmək üçün avtomobilə əyləşməsini tələb edib iradəsinə zidd və iradəsindən kənar şəkildə avtomobilin arxa oturacağına əyləşməsinə nail olub, Təqsirləndirilən şəxs2 avtomobilin qapılarını kilidləyib avtomobili hərəkətə gətirdikdən sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə ümum i niyyətdən kənara çıxaraq Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün bədənin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vurub zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə sonuncuya burun sümüyünün sınığı, sol göz qapağında, sağ bazunun orta 1/3-də, sağ dirsək büküşündə, sağ budun 1/3-də qançırlar, sağ sağrı nahiyəsində sıyrıqla nəticələnən dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 tanışı Məhkum və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 keçmiş arvadı Zərərçəkmiş şəxs olduğu yerdən oğurlayaraq Salyan rayonuna gətirmək məqsədilə 05 iyun 2023-cü il tarixdə, saat 19:45 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” markalı 77-KD472 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən X adına Mədəniyyət Sarayının qarşısına gəldikdən sonra Zərərçəkmiş şəxs övladı X10u qaçırması barədə yalan məlumat verməklə övladını görmək üçün avtomobilə əyləşməsini tələb edib iradəsinə zidd və iradəsindən kənar şəkildə avtomobilin arxa oturacağına əyləşməsinə nail olub, avtomobilin qapılarını kilidləyib avtomobili hərəkətə gətirdikdən sonra Təqsirləndirilən şəxs1lə Məhkum birlikdə qabaqcadan razılaşdırılmadan ümumi niyyətdən kənara çıxaraq Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün bədəni n müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vurub zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə sonuncuya burun sümüyünün sınığı, sol göz qapağında, sağ bazunun orta 1/3-də, sağ dirsək büküşündə, sağ budun 1/3-də qançırlar, sağ sağrı nahiyəsində sıyrıqla nəticələnən dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu cinayətini törətmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli qərarının dəyişdirilməsi və barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməs inə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, o özünü təqsirli bilmədiyi halda, birinci instansiya məhkəməsi tərəfindən əsassız məhkum olunmuş və ağır cəza təyin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi də onun şikayətini təmin etməmiş, həmin hökmü dəyişdirilmədən saxlamışdır. Məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli qərarının dəyişdirilməsi və barəsində ədalətli qərar qəbul edilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək məhkum Təqsirləndirilən şəxs1 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli qərarının dəyişdirilməsi və əməlinin CM-in 307.1-ci maddəsinə tövsif edilməklə barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi və Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadə k məhkum Təqsirləndirilən şəxs2 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək özü və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərizələrini, Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş ərizələrinin nəzərə alınması, Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən məhkuml ar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətləri geri götürüldüyündən həmin şikayətlər baxılmadan geri qaytarılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci madd əsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyinin qeyd edilən tələbini və məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özü və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinin məhkumlar tərəfindən geri götürülməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli qərarından məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özü və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətləri baxışdan çıxarılmaqla geri qaytarılmalıdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayə tində onun əsassız məhkum olduğu bildirilir və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli qərarının dəyişdirilməsi və barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 144.1-ci maddəsində “Adam oğurluğu”na görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 144.2-ci maddəsinə görə “Eyni əməllər: 144.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə— səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub -olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dek abr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən y eganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakç ılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və pros essual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələri digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 144.2.3 və 144.2.4-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan a pellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum özünü ona elan olunmuş ittihamla təqsirli bilməsə də, Zərərçəkmiş şəxs, şahidlər Şahid2 və Şahid1 ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş “Üzləşdirmə haqqında” protokollar, məhkəmə-tibbi ekspertizasının 10 iyun 2023-cü il tarixli 232 nömrəli rəyi, məhkəmə-lifli ekspertizasının 8 avqust 2023-cü il tarixli 3-16-16/2-6/3720 nömrəli rəyi və işin digər h alları və habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Həmçinin, məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə alınmış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin edilmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasə n cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədi lməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun ailə vəziyyəti, himayəsində bir azyaşlı uşağının olmasını və Zərərçəkmiş şəxs ona qarşı şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqi q etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1 və 414-cü maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Məhkum Təqsirləndirilən şəxs2 özü və müdafiəçisi tərəfi ndən verilmiş kassasiya şikayətləri geri qaytarılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1367/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1367/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver