Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1368/2019 24.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: Əziz Cəfər oğlu Seyidov (sədrlik edən), İnqilab Maşallah oğlu Nəsirov (məruzəçi), Fərhad Kazım oğlu Əliyevdən ibarət tərkibdə; Ləman Həmzəğa qızı Mehrəliyevanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Məhkum iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və qeyrilərinin barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X20, hakimlər X25 və X10 ibarət tərkibdə), Məhkum, xx xxxxxx 1985-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törət məkdə təqsirli bilinərək ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 21 fevral 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin, X13, X35, X14, X17 və X36 da təqsirli bilinib məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, X13 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə təkrarən X14, X35 və Məhkum ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 dekabr 2016-cı il tarixdə saat 21 radələrində X21 məxsus ünvan 1 ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evinin qarşısına gəlib həmin evdə yaşayanların toyda iştirak edəcəklərini və evdə olmayacaqlarını müəyyən etdikdən sonra əvvəlcədən aralarında olan razılaşmaya əsasən ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi üçün o, həmin evin qarşısında pusquda dayanıb R6, N6 və Məhkum təhlükəsizliklərini təmin etmiş, R6 evin pəncərəsinin nəfəsliyini açdıqdan sonra N6 və Məhkum evə qanunsuz daxil olaraq yataq otağındakı şkafın bar hissəsindən 3.139 manat dəyərində üzərində hər biri 10 sot, orta keyfiyyətli ümumilikdə 2,3 karat ölçüdə 23 brilyant qaşı olan 14 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış paxlava şəkilli bir ədəd qızıl üzüyü, 300 manat dəyərində qədimi, 583 əyarlı qızıldan hazırlanmış tək qaşlı, 6 qram çəkidə bir ədəd minalı üzüyü, 390 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə bir ədəd nişan üzüyü, 3.277 manat dəyərində qədimi, üzərində yaxşı keyfiyyətli ümumi ölçüsü 70 sot Sibir b rilyantı olan 7 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış bir cüt sırğanı, 419 manat dəyərində üzərində orta keyfiyyətli 20 sotluq brilyant qaş olan 4 qram çəkidə 583 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı, 250 manat dəyərində 5 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış bir cüt sırğanı, 2.203 manat dəyərində üzərində orta keyfiyyətli ümumi ölçüsü 1,5 karat 15 brilyant qaşı olan avanqard tipli, 15 qram çəkidə 583 əyarlı qızıldan hazırlanmış bir ədəd qolbağı, 650 manat dəyərində 10 qram çəkidə, 750 əyarlı qızıldan hazırlanmış bir ədəd qolbağı, 390 manat dəyərində 6 qram çəkidə, 750 əyarlı qızıldan hazırlanmış bir ədəd boyunbağını, 325 manat dəyərində 5 qram çəkidə, 750 əyarlı qızıldan hazırlanmış bir ədəd boyunbağını, 400 manat dəyərində bir ədəd «Dell XPS» markalı istifadə edilmiş noutbuku, 110 manat və müvafiq dövrün məzənnəsi ilə 177 manat təşkil edən 100 ABŞ dolları məbləğində nağd pulu, hər birinin dəyəri 30 manat olmaqla cəmi 60 manat dəyərində 2 ədəd dəri pul kisəsini, hər birinin dəyəri 13 manat olmaqla cəmi 26 manat dəyərində iki ədəd “AGBank”a aid plastik kartları və 15 manat dəyərində bir ədəd “Atabank”a aid plastik kartı götürüb gizli talayaraq, qabaqcadan əlbir olduğu N6, Məhkum və R6la birlikdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxs X2 miqdar təşkil edən cəmi 12.131 (on iki min yüz otuz bir) manat dəyərində ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, eyni niyyətlə tanışları X35 və Məhkum ilə cinayət əlaqəsinə girərək qabaqcadan razılaşmaqla əlbir olan bir qrup şəxs halında 30 yanvar 2017-ci il tarixdə saat 19 radələr ində ünvan 2 ünvanında yerləşən X18 məxsus fərdi yaşayış evinin qarşısına gələrək həmin evdə yaşayanların orada olmadığına əmin olduqdan sonra ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi üçün əvvəlcədən aralarında olan razılaşmaya əsasən həmin evin qarşısında pusquda dayanıb N6 və Məhkum təhlükəsizliklərini təmin etmiş, sonuncular isə hasarı aşıb evin həyətinə, oradan isə evin pəncərəsini sındıraraq evə qanunsuz daxil olmaqla yataq otağındakı kiçik sandıqçanın üstündə olan 100 manat dəyərində 2 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış bir ədəd boyunbağını, 150 manat dəyərində 3 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış qolbağı və cəmi 25 manat məbləğində xırda pulları götürüb gizli talamaqla, qabaqcadan əlbir olduğu N6 və Məhkumla birlikdə yaşayış sahəsinə qanunsuz daxil olmaq la zərərçəkmiş şəxs X18 cəmi 275 (iki yüz yetmiş beş) manat dəyərində ziyan vurub təkrar oğurluq etmişdir. Bundan əlavə o, təkrarən, eyni niyyətlə X14 və Məhkum ilə cinayət əlaqəsinə girərək qabaqcadan razılaşmaqla əlbir olan bir qrup şəxs halında 2017-ci ilin fevral ayının əvvəllərində axşam saatlarında Bakı şəhəri, ************************* yaşayış massivində yerləşən X3 məxsus qeydiyyatsız fərdi yaşayış evinin qarşısına gəlib evin işıqlarının sönülü olduğunu görüb evdə heç kəsin olmadığına əmin olduqdan sonra R6 və Məhkumla birlikdə evin hasarını aşıb həyətə daxil olaraq R6 evin birinci mərtəbəsindəki pəncərəsini açdıqdan sonra sonuncularla birlikdə qeyd olunan evə qanunsuz daxil olmaqla evin birinci mərtəbəsində qonaq otağında olan dolabın üstünə qoyulmuş hər biri 700 manat olmaqla cəm i 1400 manat dəyərində 82 dioqonallı “Sony” markalı iki ədəd televizoru və hər biri 80 manat olmaqla cəmi 320 manat dəyərində dörd ədəd “Sony” markalı səsgücləndiriciləri götürüb gizli talayaraq, zərərçəkmiş şəxs X3 cəmi 1.720 (bir min yeddi yüz iyirmi) manat dəyərində ziyan vurub qabaqcadan əlbir olduğu Məhkum və R6la birlikdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən eyni məqsədlə X14, X35 və Məhkum ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin fevral ayının əvvəllərində saat 20 radələrində Bakı şəhəri,******************** yaşayış massivində yerləşən, X3 məxsus qeydiyyatsız fərdi yaşayış evinin qarşısına gəlib evin işıqlarının sönülü olduğunu görüb evdə heç kəsin olmadığına əmin olduqdan sonra R6, N6 və Məhkumla birlikdə evin hasarını aşıb həyətə qanunsuz daxil olaraq həyətdə olan 700 manat dəyərində “Under” markalı 7 kilovatlıq elektrik generatorunu, daha sonra isə evin giriş qapısının açıq olmasından istifadə edərək birlikdə evə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsindəki qonaq otağında olan dolabın üstünə qoyulmuş bir ədəd 1.000 manat dəyərində 102 dioqanallı “Sony” markalı televizoru gizli talayaraq zərərçəkmiş şəxs X3 cəmi 1.700 (bir min yeddi yüz) manat dəyərində ziyan vurub qabaqcadan əlbir olduğu N6, Məhkum və R6la birlikdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Həmçinin o, təkrarən, eyni niyyətlə X14, X35, Məhkum və X36 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 fevral 2017-ci il tarixdə saat 11 radələrindən 1 4 radələrinə qədər olan müddət ərzində R6un əvvəllər işlədiyi kimyəvi təmizləmə xidmətində müdiri olan X11 məxsus Bakı şəhəri, *************************** küçəsində yerləşən 10 saylı fərdi yaşayış evinin qarşısına gəlib həmin evdə yaşayanların evdə olmadığına əmin olduqdan sonra əvvəlcədən aralarında olan razılığa əsasən ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi üçün Cavid İsazadə ilə həmin evin qarşısında müxtəlif yerlərdə pusquda dayanıb təhlükəsizliklərini təmin etmiş, R6 isə evin pəncərəsinin dəmir barmaqlıqlarını sındırıb Məhkum və N6lə birlikdə evə qanunsuz daxil olaraq yataq otağından 300 manat dəyərində «HP» markalı bir ədəd noutbuku, 600 manat dəyərində 12 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış bir ədəd boyunbağını, hər biri 300 manat olmaqla cəmi 600 manat dəyərində, 6 qram çəkidə 583 əyarlı qızıldan hazırlanmış iki ədəd qolbağı, 100 manat dəyərində 2 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış sırğanı, 300 manat dəyərində “Marco Giovanni” markalı 6 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış bir cüt sırğanı, 1993 manat dəyərində üzərində ümumi çəkisi 50 sot, orta keyfiyyətli brilyant qaş olan 4 qram çəkidə 583 əyarlı qızıldan hazırlanmış bir ədəd üzüyü, hər biri 60 manat olmaqla, cəmi 240 manat dəyərində 12 qram çəkidə dörd ədəd gümüş qolbağı, hər biri 25 manat olmaqla 100 manat dəyərində “Ganezzi” firmasının istehsalı olan hər biri 5 qram çəkidə dörd ədəd gümüş boyunbağı, hər biri 25 manat olmaqla cəmi 75 manat dəyərində 5 qram çəkidə 3 ədəd gümüş kulonu, hər biri 25 manat olmaqla cəmi 175 manat dəyərində “Ganezzi” firmasının istehsalı olan 7 ədə d gümüş üzüyü, 150 manat dəyərində “Romanson” markalı qadın saatını və 700 manat dəyərində müxtəlif növdə bijuteriya tipli qadın bəzək əşyalarını götürüb gizli talayaraq, qabaqcadan əlbir olduğu N6, Cavid İsazadə, R6 və Məhkumla birlikdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxs X11 xeyli miqdar təşkil edən cəmi 5.333 (beş min üç yüz otuz üç) manat dəyərində ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, eyni məqsədlə X14 və Məhkum ilə cinayət əlaqəsinə girərək qabaqcadan razılaşmaqla əlbir olan bir qrup şəxs halında 11 fevral 2017-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, ************************** yaşayış massivində yerləşən X19 məxsus qeydiyyatsız fərdi yaşayış evinin qarşısına gələrək evdə yaşayanların həmin gün evdə olmayacaqlarına əmin olandan sonr a əvvəlcədən aralarında olan razılaşmaya əsasən R6 ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi üçün pusquda dayanıb onların təhlükəsizliklərini təmin etmiş, o isə Məhkumla birlikdə evin pəncərəsini açıb evə qanunsuz daxil olaraq evin yataq otağında olan paltar şkafının içərisindən bir ədəd 350 manat dəyərində “ASUS” markalı noutbuku və içərisində 300 manat pul olan 20 manat dəyərində daxılı götürüb gizli talayaraq zərərçəkmiş şəxs X19 cəmi 670 (altı yüz yetmiş) manat dəyərində maddi ziyan vurub qabaqcadan əlbir olduğu Məhkum və R6la birlikdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Bundan əlavə o, təkrarən, eyni niyyətlə X14 və Məhkum ilə cinayət əlaqəsinə girərək qabaqcadan razılaşmaqla əlbir olan bir qrup şəxs halında 11 fevral 2017-ci il tarixdə saat 20 rad ələrində Bakı şəhəri,**************************** yaşayış massivində yerləşən X4 məxsus qeydiyyatsız fərdi yaşayış evinin qarşısına gəlib, həmin evdə yaşayanların orada olmadığına əmin olduqdan sonra aralarında əvvəlcədən olan razılığa əsasən ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi üçün R6 həmin evin qarşısında pusquda dayanıb təhlükəsizliklərini təmin etməklə, o isə Məhkumla birlikdə hasarı aşıb həyətə daxil olduqdan sonra sonuncu həyətdəki balta ilə pəncərənin dəmir barmaqlıqlarını sındıraraq birlikdə pəncərədən evə qanunsuz daxil olub evin yataq otağında olan şkafın siyirməsindən 2.800 manat nağd pulu, 1.500 manat dəyərində bir ədəd qızıl saat və 550 manat dəyərində üzərində bir ədəd 35 sot orta keyfiyyətli brilyant qaşı olan 3 qram çəkidə, 583 əyarlı bir ədəd qızıl üzüyü, 65 manat dəyərində idman ayaqqabısını, 25 manat dəyərində bir cüt idman əlcəyini, 30 manat dəyərində idman paltarını və 35 manat dəyərində idman çantasını götürüb gizli talayaraq, qabaqcadan əlbir olduğu R6 və Məhkumla birlikdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxs A6 xeyli miqdar təşkil edən 5.005 (beş min beş) manat məbləğində ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, eyni məqsədlə X37 və Məhkum ilə cinayət əlaqəsinə girərək qabaqcadan razılaşmaqla əlbir olan bir qrup şəxs halında 15 fevral 2017-ci il tarixdə ünvan 3 ünvanında yerləşən X1 məxsus qeyri-yaşayış sahəsinə kondisioner və digər məişət cihazlarının gətirildiyini bilib həmin əşyaları oğurlamaq niyyəti ilə obyektin qarşısına gəlib aralarında əvvəlcədən olan razılığa əsasən ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi üçün o, həmin binanın qarşısında pusquda dayanıb təhlükəsizliklərini təmin etməklə, N6 isə özü ilə gətirdiyi vintaçanla arxa tərəfdə olan pəncərənin nəfəsliyini açıb Məhkumla birlikdə pəncərədən içəri qanunsuz daxil olaraq binanın birinci mərtəbəsində olan 440 manat dəyərində bir ədəd mühərriki olmayan “BOSCH B1ZMA18756” markalı, 550 manat dəyərində bir ədəd mühərriki olmayan “BOSCH B1ZMA24756” markalı, hər birinin dəyəri 875 manat olan cəmi 1.750 manat dəyərində iki ədəd “BOSCH B1ZMA18608» markalı, hər birinin dəyəri 640 manat olan cəmi 3200 manat dəyərində beş ədəd “BOSCH B1ZMA12608” markalı kondisionerləri, hər biri 85 manat olan cəmi 255 manat dəyərində üç ədəd EKSEN XN-81P markalı çaydanları, 275 manat dəyərində bir ədəd BOSCH TDS2016 markalı ütünü, 150 manat dəyərində bir ədəd BOSCH MMB42GOB markalı blenderi, 1.165 manat dəyərində 17 ədəd yanğın təhlükəsizliyi üçün nəzərdə tutulmuş sensor, 10 ədəd yanğın təhlükəsizlik sistemi üçün nəzərdə tutulmuş cihaz, 6 ədəd yanğın təhlükəsizlik sistemi üçün nəzərdə tutulmuş sirena, 10 ədəd tavana vurulan səs dinamiki, 6 ədəd səs tənzimləyicisindən ibarət bir dəst siqnalizasiya avadanlıqlarını, 400 manat dəyərində bir ədəd preforatoru, 60 manat dəyərində bir ədəd “Bosch” markalı kiçik ölçülü dreli, 110 manat dəyərində bir ədəd “Bosch” markalı böyük ölçülü dreli, 200 manat dəyərində bir ədəd beton deşən aparatı, 40 manat dəyərində plastik borular üçün nəzərdə tutulmuş qızdırıcını, hər biri 15 manat olmaqla cəmi 45 manat dəyərində üç ədəd Türkiyə istehsalı olan elektrik uzadıcını götürüb gizli talayara q, qabaqcadan əlbir olduğu N6 və Məhkumla birlikdə binaya qanunsuz daxil olmaqla zərərçəkmiş şəxs X1 cəmi 8.640 (səkkiz min altı yüz qırx) manat dəyərində xeyli miqdarda ziyan vurub təkrar oğurluq etmişdir. Hökmdən məhkum N6, müdafiəçi X23, Məhkum, məhkum C.Ə.İsazadə, məhkum R.S.Bayramov və müdafiəçi X28 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Mirpaşa Hüseynov, hakimlər Həsən Əhmədov və İlqar Murquzovdan ibarət tərkibdə), məhkum X35, məhkumlar X7 və X5 müdafiəçisi X23, Məhkum tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, məhkum X6 apellyasiya şikayəti təmin edilmiş, məhkum X24 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2018-ci il tarixli hökmü məhkumlar X8 və X29 aid hissədə dəyişdirilmiş, məhkum X8 təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) ilə endirilmiş, məhkum X29 təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 06 (altı) aya endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq məhkəmə kollegiyasından ilk məhkumluğunu, səmimi peşmançılığını, dəymiş zərərin qismən ödənilməsini, himayəsində bir azyaşlı uşağının olmasını, cəzaçəkmə müəssisəsində heç bir qanun pozuntusuna yol vermədiyi ni, cəzasının yarıdan çoxunu çəkdiyini nəzərə alaraq cəzasının yüngülləşdirilməsini və məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə Dövlət ittihamçısı çıxışını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum və qeyrilərinin barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddə sinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində məhkəmə kollegiyasından ilk məhkumluğunu, səmimi peşmançılığını, dəymiş zərərin qismən ödənilməsini, himayəsində bir azyaşlı uşağının olmasını, cəzaçəkmə mü əssisəsində heç bir qanun pozuntusuna yol vermədiyini, cəzasının yarıdan çoxunu çəkdiyini nəzərə alaraq cəzasının yüngülləşdirilməsini və məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası kassatorun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi hökmün icrası qaydasında icraata aiddir (CPM-in 509-cu maddəsi) və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq baxılıb həll edilə bilər. Hazırki halda isə iş üzrə hökmün məhkum barəsində dəyişdirilmədən saxlanılması barədə apellyasiya məhkəməsinin qərarı mübahisələndirildiyindən məhkəmə CPM-in 408-420-ci maddələrinə uyğun olaraq işə baxacaqdır. Məhkəm ə kollegiyası kassatorun cəzasının yüngülləşdirilməsi barədə dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüq uqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara Məhkum münasibətdə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2. 4-cü maddələri ilə tövsif edilmişdir. Kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkumun cəzasının yüngülləşdirilməsi barədə kassatorun dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, hökmdən müəyyən olunur ki, məhkəmə Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən Məhkum zərərçəkmiş şəxslər X9, X12 və X11 dəymiş maddi ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şər aitinə təsirini nəzərə alaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından müəyyən olunur ki, məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2018-ci il tarixli hökmünü Məhkum apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası məhkəmələrin Məhkum barəsində gəldikləri nəticə ilə razılaşır, onu əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ict imai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenu munun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Hökmdən və qərardan da göründüyü kimi, Məhkum cəza təyin edilərkən onun zərərçəkmiş şəxslər X9, X12 və X11 dəymiş maddi ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almış və cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, cinayət işinin materiallarındakı sübutlardan müəyyən olunur ki, Məhkum cinayət əməllərini hadisələrin təsadüfi axarı zəminində dey il, qəsdən, əvvəlcədən düşünülmüş şəkildə törətmişdir. Məhkuma istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyalarında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyyələri baxımından yanaşdıqda Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti ədalətsiz hesab oluna bilməz. Qanun ədalətli cəza dedikdə, təkcə “təqsirkarın qəbul etdiyi həddə” yüngül cəza təyin edilməsini özündə ehtiva etmir. Təyin edilmiş cəza həm sərtliyinə, həm də yüngüllüyünə görə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükə lilik dərəcəsinə mütənasib olmalı, törədilən cinayətə adekvat olmalıdır. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəliliyi fövqündə ona təyin edilən 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını əsaslı və kifayət qədər ədalətli cəza hesab edir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran ha lların olmamasını, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarının Məhkum münasibətdə qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini tutarlı bir fakta söykənmədiyinə görə əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1368/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1368/2019
24.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver