Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1368/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsi barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 aprel 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum1 və onun müdafiəçisi X14 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: sədrlik edən hakim X12, X8 (məruzəçi) və X4 ibarət tərkibdə) 11 oktyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxxx 1970-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Balakən rayonu Mahamalar kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış Məh kum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin təyin olunmuş cəza müddəti bitənə qədər dəyişdirilmədən saxlanılması hökm edilmişdir. xx xxxx 1998-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Balakən şəhəri H.Əliyev pr 107A ünvanında pasport qeydiyyatında olmaqla yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 02 (iki) il müddət ə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmışdır.Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəkməklə cəzanın icrasınən yaşadığı yer üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, cəzasının əvvəlinin cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Balakən rayonunun hüdudlarını tərk etməmək, axş am saat 2200-dan səhər saat 0700-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X9 (sədrlik edən), X7 və X1 lbarət tərkibdə) 14 aprel 2022-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Təqsi rləndirilən şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 1(091)-57/2021 nömrəli hökmü ləğv edilmiş və yeni hökm çıxarılmışdır. Əməlində cinayət tərkibi olmamasına görə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmişdir. Məhkum2 barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş, Məhkum2 CPM-in 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmış və ona izah edilmişdir. Məhkum1 Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinmiş və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 çəkdiyi 01 (bir) il 06 (altı) ay müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmənin başlanğıcının 14 aprel 2022-ci il tarixdən hesablanması və Məhkum1 məhkəmə iclas zalından həbs edilməsi hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum1 qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, qəsdən 2018-ci ilin fevral ayında Balakən şəhəri Dəmiryolu vağzalının yaxınlığındakı meşəlik sahədən 1 ədəd ağ rəngli sintetik kisədə, külli miqdar hesab edilən, yəni təmiz çəkisi 1 kq 694,22 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı taparaq satış məqsədi ilə, qəsdən qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evdə və idarə etdiyi VAZ-21011 markalı ** BB *** dövlət nömrə nişanlı avtomobildə saxlamış, daha sonra 27 aprel 2020- ci il tarixdə saat 17 radələrində həmin narkotik vasitə qurudulmuş marixuananın 1 kq 680 qram hissəsini ünvan 3 ünvanında yerləşən "X11 Müəssisəsi” MMC-nin qarşısında Balakən şəhər sakini Məhkum2 150 manata satmış, qalan 14,22 qramı isə satış məqsədi ilə özünə məxsus avtomobildə saxlamış, həmin tarixdə saat 17 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Məhkum2 Balakən Rayon Polis Şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən əlindəki 1 ədəd sellofan torbada təmiz çəkisi 1 kq 680 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin tarixdə saat 20 radələrində Məhkum1 idarə etdiyi Vaz-21011 markalı, ** BB *** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilən zaman avtomaşının arxa sərnişin oturacağının arxa tərəfindən satış məqsədilə saxladığı 14,22 qram narkotik vasitə qurudulmuş marxuana aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Məhkum2 qarşı CM-nin 234.1 -ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, qəsdən qəsdən 27 aprel 2020- ci il tarixdə saat 17 radələrində Balakən rayonu Mahamalar kənd sakini Məhkum1 ünvan 3 ünvanında yerləşən "X11 Müəssisəsi MMC-nin qarşısında satış məqsədi olmadan qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1 kq 680 qram qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün 150 manata alaraq əldə etmiş, daha sonra isə əlində daşıyaraq saxlamış, həmin tarixdə saat 17 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Məhkum2 Balakən Balakən Rayon Polis Şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən əlindəki 1 ədəd sellofan torbada olan təmiz çəkisi 1 kq 680 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Kassasiya protestində qeyd edilir ki, ibtidai istintaqın ilkin və sonrakı mərhələlərində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum2 verilmiş ittihamla özünü təqsirli bilərək, həmçinin istintaq zamanı şübhəli və təqsırləndirlən şəxs qismində dindirilərkən vermiş olduğu ifadələrini təsdiq edərək. Məhkum1 150 manat müqabilində narkotik vasitə olan marixuana aldığını, Elşənə verdiyi 150 manat pulun onun özünə məxsus olduğunu bildirmişdir. Ancaq məhkəmə istintaqının sonrakı iclaslarında Məhkum2 ifadələrini dəyişərək, polis tərəfindən təzyiqə məruz qaldığını, ona görə də ifadələrini o cür verdiyini, narkotik vasitəni uşaqlıq dostu Şahid1 təhriki və onun pulu ilə Məhkum1 aldığını bildirmişdir. Lakin məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum1, Məhkum2 və Ş ahid1 məhkəmə istintaqında verdikləri ifadələrinə digər sübutlarla müqayisəli yanaşmamış, yekun nəticəyə gələrkən onların məhkəmə istintaqında verdikləri İfadələrini əsas götürmüş, işin nəticəsi üçün önəmli olan arqumentlər ilə bağlı mövqeyini düzgün əsaslandırmamışdır. Cinayət işi üzrə toplanmış materiallardan da görünür ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri provakasiya yolu ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktiki əsaslar yaratmamış, polisin müdaxiləsi olmadan törədilmiş və yaxud hazırlanan cinayətin ifşa edilməsini təmin etmişdir. Ona görə də, həm keçirilmiş əməliyyat tədbirinin özü, həm də onun nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də şəxsin təqsirliliyinin ə saslandırlmasında istifadə edilə bilən əsaslar kimi qəbul edilməlidir. Apellyasiya İnstansiyası məhkəməsi CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməli, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda, qeyd edilən halları tam, hərtərəfli yoxlamamış və qiymətləndirməmişdir. Kassasiya protestində Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarını həmin məhkuma aid hissədə ləğv edərək, cinayət işinin yeni apellyasiya baxışına təyin ediəlməsi barədə qərar çıxarılması xahiş olunur. Müdafiəçinin kassasiya şikayətində göstərilir ki, məhkəmələr eyni mövqedən çıxış edərək, qeyd olunan cinayətin Balakən Rayon Polis Şöbəsinin işçilərinin provakasiyası ilə törətməsi qənaətinə gəlmişlər. Lakin, apelyasiya instansiyası məhkəməsi həmin provakasiyanın qurbanı kimi iş üzrə digər təqsirləndirilən şəxs Məhkum2 tanımışdır. s Məhkum2 Balakən Rayon Polis Şöbəsinin işçilərinin provakasiyası nəticəsində dəfələrlə və təkidlə müdafiəçisi olduğu X5 müraciət etməmiş olsa idi, Məhkum1 bildirdiyi çürüntü halındaki 50-100 qram marixuananı 150 manata Məhkum2 satmayacaqdı. Məhkum1 tutulduğu gündən, həmçinin Məhkum2, o cümlədən Şahid1 məhkəmə istintaqı zamanı bildirmişlər ki, Məhkum2 verilmiş narkotik vasitə təqribən 50-100 qram aralığında və çürüntü halında olmuşdur. İşin bu halı bir d aha təsdiq edir ki, Məhkum2 olduğu iddia olunan narkotik vasitə də Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində əldə edilmiş sübutdur. Lakin, işə baxan Şəki Apellyasiya Məhkəməsi heç bir qanuni və hüquqi əsas olmadan Məhkum1 avtomobilində aşkarlanmış narkotik vasitənin sonuncuya aid olması qənaətinə gəlmişdir. Müdafiəçisi olduğu Məhkum1 qanunsuz dövriyyədə dəyəri 10.000 manatdan artıq olan 1 kq 680 qram marixuananı Məhkum2 150 manata sata bilməzdi. Hesab edir ki, cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədi ilə Məhkum2 məxsus və həmin vaxtı üzərində olan gödəkcənin məhkəməyə gətirilməsi və Məhkum1 aşkarlandığı iddia olunan narkotik vasitənin həmin gödəkcənin içərisinə girməsinin mümkün olub-olmamasını müəyyən etmək məqsədi ilə eksperimen t keçirilməli idi. Belə ki, Məhkum2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Məhkum1 aldığı narkotik vasitənin çəkisi maksimum 50-100 qram olardı və o, həmin narkotik vasitəni Məhkum1 aldıqdan sonra gödəkcəsinin cibinə qoymuşdur. Eyni ilə, 16 mart 2021-ci il tarixdə məhkəmədə ifadə vermiş şahid - Şahid5 bildirmişdir ki, Məhkum2 aşkarlanmış torba, onun gödəkcəsinin cibində idi. Müdafiəçi kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli hökmünü Məhkum1 aid hissədə ləğv edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan əməllər onun tərəfindən törədilmədiyi və onların belə cinayəti törətməsi nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyi üçün onun barəs ində aparılan cinayət təqibinə bəraətverici əsasla xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkum1 da kassasiya şikayətini eyni dəlillərlə əsaslandıraraq onun barəsində cinayət işinə ədalətli baxılmasını və düzgün araşdırılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunmaması və kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edi lməli, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələ Məhku m2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsi barədə Apellyasiya məhkəməsinin gəldiyi nəticənin səhv olması barədədir. Kassasiya şikayətlərində Məhkum1 əsassız olaraq məhkum edilməsi mübahisələndirilir və ona baraət verilməsi xahiş olunur. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və məhkumun, müdafiəçinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 aprel 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyə n edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessu al Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət pro sesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və a ğırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qey d olunması qənaətindədir. xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Balakən Rayon Polis X20 X21 Patrul Xidmətinin inspektoru Şahid9 raportla Balakən Rayon Polis Şöbəsinin rəisi Mehman Əliyevə müraciət edərək xx.xx.2020-ci il tarixdə Balakən şəhər sakini Məhkum2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğundan, Məhkum2 tərəfindən rayon polis şöbəsinə gətirildiyini bildirmiş və onun üzərində şəxsi axtarış aparılması üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli "Şübhəli şəxsin üzərində şəxsi axtarışın aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Məhkum2 üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı Məhkum2 əlində olan qara rəngli sellof an torbaya baxış keçirilən zaman həmin sellofan torbanın içərisində tünd rəngli, spesifik iyli narkotik vasitə qurudulmuş marixunanaya oxşar bitki kütləsi aşkar edilmiş və bitki kütləsi sellofan torba ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilərkən çəkisinin 1,71 kq olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Məhkum2 üzərində aşkar edilmiş narkotik vasitəni Balakən şəhər sakini Məhkum1 150 manat məbləğində pul verməklə aldığını bildirmişdir. Bundan başqa Məhkum2 üzərində şəxsi axtarış aparılarkən əlavə olaraq hər hansı qadağan edilmiş əşya, yaxud predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarışın aparılmasının əks olunduğu video çəkiliş DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Balakən Rayon Polis X 20 X21 Patrul Xidmətinin inspektoru Şahid9 raportla Balakən Rayon Polis Şöbəsinə müraciət edərək xx.xx.2020-ci il tarixdə Balakən şəhər sakini Məhkum2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlanmasında şübhələr olduğunu bildirmiş, həmin məlumat əsasında keçirilmiş tədbirlər zamanı Məhkum2 və Balakən rayon Mahamalar kənd sakini Məhkum1 saxlanılaraq polis şöbəsinə gətirilmişdir. xx.xx.2020-ci il tarixli "Şübhəli şəxsin üzərində şəxsi axtarışın aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əmkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Məhkum1 üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı onun üzərindən hər hansı qadağan edilmiş əşya, yaxud predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarışın aparılmasının əks olunduğu video çəkiliş DVD diskə köçürül ərək cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2020-ci il tarixli "Baxışın keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Məhkum1 istifadəsində olan VAZ-21011 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşına polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Məhkum1 avtomaşının arxa tərəfindən 1 ədəd ağ rəngli kiçik ölçülü sellofan torba çıxararaq təqdim etmiş, həmin sellofan torbaya baxış zamanı torbanın içərisində spisifik iyli qurudulmuş marixuanaya oxşar bitki kütləsi olması müəyyən edilmişdir. Aşkar edilmiş bitki kütləsi elektron tərəzi vasitəsi ilə çəkilərkən çəkisinin 14,27 qram olması müəyyən edilmişdir. Bundan başqa avtomaşına baxış zamanı hər hansı qeyri-qanuni predmet aşkar edilməmişdir. Daha sonr a şəxsi axtarışın aparılmasının əks olunduğu video çəkiliş DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur. Ərizədən görünür ki, Məhkum1 yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. xx.xx.2020-ci tarixli "Yaşayış evinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, Məhkum1 və müdafiəçinin iştirakı ilə video çəkilişlə Məhkum1 yaşadığı ünvana baxış keçirilmiş və baxış zamanı hər hansı qeyri-qanuni predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarışın aparılmasının əks olunduğu video çəkiliş DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur. Ərizədən görünür ki, Məhkum2 yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. xx.xx.2020-ci il tar ixli "Yaşayış evinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, Məhkum2 və müdafiəçinin iştirakı ilə video çəkilişlə Məhkum2 yaşadığı ünvana baxış keçirilmiş və baxış zamanı hər hansı qeyriqanuni predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarışın aparılmasının əks olunduğu video çəkiliş DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 17/248 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə "Vət.Məhkum2 əlində olan 1 ədəd qara rəngli sellofan torbada...." sözləri və imzalar olan bir ədəd kağız paketin içərisində 01 (bir) ədəd qara rəngli sellofan torbada təmizi çəkisi- 1 kq 680 qram olan bitki mənşəli kütlə tərkibində narkotik mad dələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində "Vət. Məhkum1 məxsus olan **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşından " sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi- 14,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində "Vət. Məhkum2 əlində olan 1 ədəd qara rəngli sellofan torbada...." sözləri və imzalar olan bir ədəd kağız paketin içərisində 01 (bir) ədəd qara rəngli sellofan torbada olan qurudulmuş marixuana ilə üzərində "Vət. Məhkum1 məxsus olan **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşından " sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd sellofan bağlamadakı qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Məhkəmə narkoloji ekspertizasının 24 iyun 2020-ci il tarixli 530 saylı rəyindən görünür ki, Məhkum1 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur Məhkəmə narkoloji ekspertizasının 18 avqust 2020-ci il tarixli 710 saylı rəyindən görünür ki, Məhkum2 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, Şahid1 və Məhkum2 i lk dəfə Məhkum1la telefon əlaqəsi yaradan zaman Məhkum1 onlara narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirərək narkotik vasitə satışından imtina etmiş, lakin sonradan Məhkum2 bir neçə dəfə zəng etdikdən, hətta çürük mal olsa belə ona satacağı narkotik vasitənin qarşılığında 150 manat pul verəcəyini təklif etdikdən sonra sonuncu sözügedən narkotik vasitənin satışı ilə bağlı razılığa gəlmişdir. Bundan başqa, Məhkum1 həmin vaxtı yalnız Məhkum2 satmaq üçün gətirdiyi çəkidə narkotik vasitə aşkar olunmuş, daha sonra üzərinə və yaşadığı evə baxış keçirilərkən narkotik vasitə aşkar olunmuşdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əldə olunan sübutlar Məhkum2 qarşı CM-in 234.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə və onun sözügedən maddə ilə təqsirli bilinərək məhkum edilməsinə i mkan versə də, apellyasiya instansiyası məhkəməsi onun şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qəsdən qanunsuz olaraq əldə edib özündə saxlama cinayətini törətməkdə təqsirliliyinin sübuta yetməməsi əsası ilə bəraət vermişdir. Apellyasiya Məhkəməsinin mövqeyinə əsasən Məhkum2 polis müdaxiləsi olmadan törətmiş olduğu hər hansı bir cinayət əməli müəyyən olunmadığı vəziyyətdə müstəsna olaraq əməliyyatın gedişində təhrik (polis provokasiyası) nəticəsində törətmiş olduğu əmələ görə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə cinayət mühakimə icraatının prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət- prosessual qaydalara, o cümlədən CPM-in 125 və 143-146-cı maddələrinə, Avropa Konvensiyanın 6cı maddəsinin 1 -ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə, o cümlədən "Vanyan Rusiya Federasiyasına qarşı” iş üzrə qərarda ifadə olunmuş Avropa Məhkəməsinin hüquqi mövqeyinə cavab verən mühakimə prosesi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən Məhkum2 CM-in 234.1-ci maddəsi ilə bəraət vermişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir, Məhkum2 hazırkı iş üzrə polis təhrikinə məruz qalması, o cümlədən cinayətin törədilməsi üçün polis provokasiyasının qurbanı olması qənaətinə gəlməkdə apellyasiya instansiyası məhkəməsi haqlı olmamış və bununla əlaqədar aşağıdakılari qeyd etməyi zəruri hesab edir: Teyxeyro de Kastro Portuqaliya qarşı verdiyi şikayətə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 9 iyun 1998-ci il tarixli qərarında göstərilir ki, polis əməkdaşlarının hərəkəti geyimlərini dəyişmiş agentlə rin yol verilən hərəkətləri çərçivəsindən kənara çıxıb. Çünki onlar ərizəçini hüquq pozuntusuna təhrik etmişdilər və onların müdaxiləsinin baş vermədiyi təqdirdə hüquq pozuntusunun törədiləcəyini düşünmək üçün heç bir əsas yox idi. Müvafiq surətdə, 6-cı maddənin 1-ci bəndi pozulmuşdu». Apellyasiya məhkəməsi Məhkum2 əməlini onun polis tərəfindən cinayət törətməyə "provakasiya edilməsi” kimi qiymətləndirib cinayət işi üzrə əldə edilmiş sübutları polis provakasiyası nəticəsində əldə olunmasını müəyyən etsə də, onun bu mövqeyi ziddiyyətli olmaqla yanaşı əsaslı hesab edilə bilməz. Belə ki, tədqiq olunan sübutları qeyri-mötəbər hesab etsə, həmin sübutlar əsasında Məhkum1 CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilmiş, digər tərəfdən isə həmin sübutlar əsasında Məhkum2 polis təhrikinə məruz qalması, o cümlədən cinayətin törədilməsi üçün polis provakasiyasının qurbanı olması qənaətinə gəlmişdir. Göstərilən məhkəmə ziddiyyətli nəticəyə gələrkən öz mövqeyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, cinayət işi üzrə toplanmış sübutları hər bir məhkumun təqsirliliyi baxımından iki müxtəlif mövqedən qiymətləndirmişdir. Belə ki, Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair mate riallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzər də tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verən Apellyasiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşdur. Belə ki, göstərilən məhkəmə tərəfindən cinayət işi üzrə toplanmış ziddiyyətli sübutlardan birinə digərinə nisbətdə daha çox əhəmiyyət verilməsinin zəruriliyi əsaslandırılmamış, nəticədə Məhkum2 əsassız olaraq bəraət vermişdir. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Bununla da kassasiya məhkəmə kollegi yası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək və Avropa İnsan hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb, kassasiya protestinin dəlilləri razılaşır və hesab edir ki, Məhkum2 əməlinin onun polis tərəfindən cinayət törətməyə "provakasiya edilməsi” kimi qiymətləndirilməsi əsassız olmaqla ona CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mötəbərliyi baxımından düzgün qiymətləndirməmişdir. Buna görə də kassasiya protesti təmin edilərə k apellyasiya instansiyası məhkəməsinin qərarı məhkum İslam Ələkbəova münasibətdə kassasiya protestinə əsasən ləğv edilərək yeni apellyasiya baxışına təyin olunmalıdır. Məhkəmə kollegiyası Məhkum1 və onun müdafiəçisinin kassasiya şikayətlərini əsassız hesab edirək aşağıdakıları qeyd etməsi zəruri hesab edir: İşin mübahisəsiz hallarından göründüyü kimi, Məhkum1 narkotik vasitə olan marixuananı 150 manat məbləğində pula Məhkum2 satmışdır. Bu xüsusat iş materialları və işin faktiki halları ilə tam təsdiq olunur. Belə ki, "Narkotik vastələrin və psixotrop maddələrin və onların prekursorların dövrüyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, narkotik vastələrin və pisxatrop maddələrin qanunsuz satılması - miqdarından aslı ol mayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vastələrin və pisxatrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 mart 2011 -ci il tarixli Qərarının 8-ci bəndində göstərilir ki, şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, Məhkum1 qəsdən 2018-ci ilin fevral ayında Balakən şəhəri Dəmiryolu vağzalının yaxınlığındakı meşəlik sahədən 1 ədəd ağ rəngli sintetik kisədə, külli miqdar hesab edilən, yəni təmiz çəkisi 1 kq 694,22 q ram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı taparaq satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evdə və idarə etdiyi VAZ-21011 markalı ** BB *** dövlət nömrə nişanlı avtomobildə saxlamış, daha sonra 27 aprel 2020-ci il tarixdə saat 17 radələrində həmin narkotik vasitə qurudulmuş marixuananın 1 kq 680 qram hissəsini ünvan 3 ünvanında yerləşən "X11 Müəssisəsi” MMC-nin qarşısında Balakən şəhər sakini Məhkum2 150 manata satmışdır. Məhkum1 və onun müdafiəçisi narkotik vasitə olan marixuananın çəkisini mübahisələndirsələr də, cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırmanın ilkin mərhələsində xx.xx.2020-ci il tarixdə Məhkum2 polis əməkdaşları tərəfindən saxlanıldıqdan dərhal sonra Balakən Rayon Polis Şöbəsinə gətiri lmiş, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən dövlət hesabına müdafiəçi ilə təmin olunması üçün ona vəkillərin siyahısı təqdim olunmuş və özünün seçdiyi müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Həmin axtarış zamanı Məhkum2 əlində olan bir ədəd qara rəngli sellofan torbanı təqdim edərək içərisindəki kütlənin narkotik vasitə marixuana olduğunu bildirmiş və Məhkum1 150 manat pulun müqabilində aldığını qeyd etmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 1 kq 700 qr olduğu müəyyən olunmuş, bundan sonra həmin kütlə sellofan torba ilə birlikdə müvafiq qaydada qablaşdırılmaqla götürülərək rəy alınması üçün ekpertizaya göndərilmişdir. Cinayət işinin materiallarında olan ekspert rəyindən də göründüyü kimi, həmin kütlə təd qiqata tədqim olunmuş və ekspert tərəfindən ölçülmüş, çəkisinin 1 kq 680 qr olduğu müəyyən edilmişdir. Tərtib edilmiş rəylə sözügedən kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən olunmuşdur. Həmçinin cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs Məhkum1 Balakən RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə qeyd etdiyi hallar prokurorluqda araşdırılmış, lakin toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən, cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərar müdafiə tərəfinə təqdim olunmuş, lakin müdafiə tərəfindən mübahisələndirilməmiş və hazırda qüvvədədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narko tik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması h ərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmas ı anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, iste hsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəs i baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum1 satış məqsədi ilə qan unsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və satması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik vasitələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkot ik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum1 satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evdə və idarə etdiyi avtomobildə saxlaması, həmçinin narkotik vasitəni satması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi onun əməlinin CMin 234.4.3-cü maddəsinə tövsif etməsi barədə mövqeyi tam əsaslıdır. CPM-nin 139-cu maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qan unu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi;. Cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1 –ci maddəsinin tələblərindən görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan qərarında da əksini tapmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmə sidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkəmə kollegiyası Məhkum1 əməlinin bu cür tövsifi ilə razılaşır və bununla bağlı əvvəla vurğulayır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyə tdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı) Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələ b edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi halla rına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin Məhkum1 cinayət törətməməsi barədə dəlillərini yuxarıda şərh edilənlərə əsassız sayır və hesab edir ki, məhkuma bəraət verilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1 bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə c inayət hadisəsi sübut olunmadıqda; 42.2.2 bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3 bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki halları na əsaslanaraq qeyd edir ki, məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayətlərinin bu barədə dəlilləri tam əsassızdır. Kassasiya məhkəmə kollegiyası hazırki iş üzrə sübutların Məhkum2 təqsirliliyinin müəyyən edilməsinə münasibətdə CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilməməsi və Məhkum2 əsassız bəraət verilməsi haqda kassasiya protestinin dəlilləri ilə razılaşaraq, apellyasiya instansiyası məhkəməsinin CPMnin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntu ilə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmü göstərilən məhkuma münasibətdə ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışın a təyin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayətləri təmin edilməməli, kassasiya protesti isə təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə ləğv edilməli və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Məhkum1 və onun müdafiəçisi X14 tərəfindən ayr ı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Kassasiya protesti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum2 barəsində 14 aprel 2022-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1368/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1368/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver