Məhkəmə qərarları › İş №1(102)-1368/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1368/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1368/2024 27.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Xüsusi ittihamçı Abbasov İlham Yusif oğlunun iştirakı ilə, X14 barəsində olan xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 1(106)-841/2023 nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Abbasov İlha m Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Abbasov İlham Yusif oğlu tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, X22 onun sədri olduğu “X13” İctimai Birliyinin hazırki sədr müavinidir. Asim Əliyevi həmin təşkilatda olarkən tanımış, onunla heç bir ədavəti olmamışdır. X23 həmin təşkilatın və onun nüfuzuna xələl gətirmiş, “Facebook” sosial şəbəkəsində bir qrup şəxslə təşkil etdiyi profil vasitəsi ilə onun barəsində yalan məlumatlar yaymış, bundan sonra həmin şəxslərlə və Asimlə aralarında barışıq olmuş və həmin profil silinmiş, X23 qanunsuz hərəkətlərinə davam etmiş və “Facebook”, “YouTube” sosial şəbəkələrində onun barəsində şərəf və ləyaqətini alçaldan, böhtan dolu məlumatlar yaymışdı r. Həmçinin o, “X13” İctimai Birliyinin tərkibində fəaliyyət göstərən “Dövlət TV” vasitəsi ilə də çıxışlar edərək onun barəsində şəxsiyyətini alçaldan və həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Bundan başqa, Asim Əliyev başqa sosial platformalarda da onun barəsində şərəf və ləyaqəti ləkələyən ifadələr işlətmiş və hazırda da belə əməllərini davam etdirir. Asim Əliyev “X13” İctimai Birliyinin üzvlərinə onun barəsində böhtan xarakterli məlumatlar çatdırmaqda da davam edir. Ona görə də X14 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibi başlanılaraq cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir.

2. Saatlı Rayon Məhkəməsinin (sədrlik edən hakim: X9) 17 aprel 2023-cü il tarixli, 1(055)19/2023 nömrəli qərarı ilə X14 barəsind ə Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması barədə xüsusi ittihamçı Abbasov İlham Yusif oğlunun xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsinin həmin qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Abbasov İlham Yusif oğlu apellyasiya şikayəti vermişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hаkimlər: X10 (sədrlik edən və məruzəçi), X6 və X11 ibarət məhkəmə tərkibində) 06 iyun 2023-cü il tarixli, 1(106)393/2023 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, Saatlı Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 1(055)-19/2023 nömrəli qərarının ləğv edilməsi, Abbasov İlham Yusif oğlunun xüsusi ittiham qaydasında şikayə ti üzrə icraat materiallarının Saatlı Rayon Məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılması qərara alınmışdır.

5. Saatlı Rayon Məhkəməsinin (sədrlik edən hakim: X3) 02 avqust 2023-cü il tarixli, 1(055)-19/2023 nömrəli qərarı ilə X14 barəsində Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması barədə xüsusi ittihamçı Abbasov İlham Yusif oğlunun xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır.

6. Həmin qərardan xüsusi ittihamçı Abbasov İlham Yusif oğlu apellyasiya şikayəti vermişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hаkimlər: X7 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət məhkəmə tərkibində) 20 sentyabr 2023-cü il tarixli, 1(106)666/2023 nömrəli qəra rı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Saatlı Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli 1(055)-19/2023 nömrəli qərarının ləğv edilməsi, Abbasov İlham Yusif oğlunun xüsusi ittiham qaydasında şikayəti üzrə icraat materiallarının Saatlı Rayon Məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılması qərara alınmışdır.

8. Saatlı Rayon Məhkəməsinin (sədrlik edən hakim: X3) 23 oktyabr 2023-cü il tarixli, 1(055)-19/2023 nömrəli qərarı ilə X14 barəsində Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması barədə xüsusi ittihamçı Abbasov İlham Yusif oğlunun xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır.

9. Həmin qərardan xüsusi ittihamçı Abbasov İlham Yusif oğlu apellyasi ya şikayəti vermişdir.

10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hаkimlər: X18 (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət məhkəmə tərkibində) 14 dekabr 2023-cü il tarixli, 1(106)841/2023 nömrəli qərarı ilə xüsusi ittihamçı Abbasov İlham Yusif oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, X14 Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsinə dair xüsusi ittihamçı Abbasov İlham Yusif oğlu tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Saatlı Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 1(055)-19/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir.

11. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2023-cü il tar ixli, 1(106)-841/2023 nömrəli qərarından xüsusi ittihamçı Abbasov İlham Yusif oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X22 barəsində xüsusi ittiham qaydasmda şikayət ərizəsinin rayon məhkəməsinin icraatına qəbul edilməməsində heç bir əsas yoxdur. Saatlı Rayon Məhkəməsinin və Şirvan Apellyasiya Məhkəməsinin hər iki qərarı düzgün qərar olmamaqla, məhkəmələr səhv nəticəyə gəlmişdir.

13. Kassator kassasiya şikayətində şikayətinin təmin edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

15. Kassasiya icraatı zamanı məhkəmə iclas ında iştirak edən xüsusi ittihamçı Abbasov İlham Yusif oğlu kassasiya şikayətini müdafiə edib onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdi. IV.Hüquqi məsələlər:

16. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir.

17. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir.

19. Azərbaycan Respublikası CPM-in 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə ci nayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir.

20. CPM-in 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır.

21. Belə ki, CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1 şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2 törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3 cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4 şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5 cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6 şikayətin verildiyi tarix (il, ay və gün) v ə yer; 293.3.7 şikayəti vermiş şəxsin imzası.

22. CPM-in 300.1.3-cü maddəsinə əsasən məhkəmə, məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir.

23. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışına hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır.

24. Həmin Məcəllənin 302.2.3-cü maddəsinin tələbinə əsasən CPM-in 302.1.6-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsas ında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasinda şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır.

25. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə görə şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır.

26. Birinci instansiya məhkəməsində işin məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, X14 barəsində Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması barədə Abbasov İlham Yusif oğlunun xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə hazırlıq iclası əvvəlcə xx.xx.2023-cü il tarixə, saat 12:45-ə təyin edilmiş və bu barədə Abbasov İlham Yusif oğluna məlumat verilmiş, lakin sonuncu heç bir üzürlü səbəb olmadan məhkəmənin hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 14:30-a təxirə salınmış və bu barədə Abbasov İlham Yusif oğluna məlumat verilsə də, sonuncu heç bir üzrlü səbəb olmadan məhkəmənin hazırlıq iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat ve rməmişdir. Bundan sonra məhkəmənin hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 16:30a təxirə salınmış və bu barədə Abbasov İlham Yusif oğluna məlumat verilsə də, sonuncu yenə də heç bir üzrlü səbəb olmadan məhkəmənin hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Göründüyü kimi, Abbasov İlham Yusif oğlu məhkəmə hazırlıq iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişi, sms bildiriş və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xəbərdar edilsə də, məhkəmənin hazırlıq iclaslarına üzrlü səbəb olmadan təkrarən gəlməmiş, bu səbəbdən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinini bu mövqeyi ilə razılaşmışdır. 27. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 03 nömrəli Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6, 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir.

28. Məhkəmə kollegiyası hesab edir ki, məhkəm ələr tərəfindən Abbasov İlham Yusif oğlunun xüsusi ittiham qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina edilərkən cinayət və cinayət-prosessual qanunların pozulması, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmiş, bununla da gəlinən nəticə qanuni və əsaslı olmuşdur.

29. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 1(106)-841/2023 nömrəli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır.

30. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və A zərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında material üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 1(106)-841/2023 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Xüsusi ittihamçı Abbasov İlham Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar