Məhkəmə qərarları › İş №1(102)-1369/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1369/2024

16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1369/2024 16.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 27 fevral 2024cü il tarixli 1(108)-9/2024 nömrəli qərarında n Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti üzrə cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin (sədrlik edən Zamiq Əliyev) 12 yanvar 2024-cü il tarixli, 1(079)-1/2024 nömrəli hökmü ilə, 30 iyul 1977-ci il tarixdə Naxçıvan rayonu, Nəzərabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 3 uşaq atası, əvvəllər məhkum olunmamış, Babək Rayon İcra Hakimiyyətinin Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən, Babək rayonu, Didivar kəndində qeydiyyatda olan və yaşayan X7 və xx xxx 1975-ci ildə Naxçıvan rayonu, Didivar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, 2 uşaq atası, əvvələr məhkum olunmamış, Babək Rayon İ cra Hakimiyyətinin Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyən, Babək rayonu, Didivar qeydiyyatda olan və yaşayan kəndində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından təqsirsiz elan edilmiş və onlara həmin cinayət işi üzrə bəraət verilmişdir. Məhkəmənin hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 27 fevral 2024cü il tarixli 1(108)-9/2024 nömrəli qərarı ilə X4 və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Babək Rayon Məhkəməsinin 1(079)-1/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli hökmündən dövlət ittiha mçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İbtidai istintaq orqanın irəli sürülmüş ittihama görə X1 Rayon İcra Hakimiyyəti Başçısının 11 sentyabr 2017-ci il tarixli, 45 nömrəli sərəncamı ilə Babək Rayon İcra Hakimiyyəti Başçısının Babək rayonu, Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən "Yerli İcra Hakimiyyətləri Haqqında” Əsasnamənin 5.1.4, 5.1.6, 5.1.8 və 5.1.9-cu bəndlərinə əsasən ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etməli, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatba şına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmalı, "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirməli, onların ərizə, şikayət və təkliflərinə baxmalı, lazımi tədbirlər görməli və nəticəsi barədə vətəndaşlara məlumat verməli, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar verməli olduğu halda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək icra nümayəndəsi kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar 31 iyul 2018-ci il tarixdə Babək rayonu, Nəzərabad kəndində yaşamış mərhum Zeynalova (Hüseynova) Xanım Hüseyn qızı ona müraciət edərək keçmiş Babək Rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1 999-cu il tarixli, 30 nömrəli qərarı ilə ona, mərhum əri Zeynalov Vəkil Şəveş oğluna, övladları Zeynalova Hürü Vəkil qızına və Zeynalova Tovuz Vəkil qızına verilmiş Nəzərabad kəndində 3 yerdən ibarət 0,36 ha (hektar), 0,26 ha və 0,13 ha olmaqla cəmi 0,75 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı pay torpağını sataraq gəlir əldə etmək məqsədilə öz mülkiyyətinə keçirmək üçün yalnız özünün və övladlarının adlarının qeyd olunduğu vərəsəlik haqqında arayış istədikdə mərhum Zeynalov Vəkil Şəveş oğlunun birinci arvadı olmuş mərhum X5 olan övladları Zərərçəkmiş şəxs1, Novruzova (Zeynalova) Çiçək Vəkil qızının, Xəlilova (Zeynalova) Havva Vəkil qızının, mərhum Zeynalov Fərhad Vəkil oğlunun və mərhum Zeynalov Səyyad Vəkil oğlunun mərhum Zeynalov Vəkil Şəveş oğlunun vərəsələri olmalarını bilməsinə, hə min şəxslər barədə məlumatların Nəzərabad kənd inzibati ərazi dairəsinin 1969-1971 və 1991 -1995-ci illərə dair təsərrüfatbaşına uçot kitablarında qeyd olunmasına, eləcə də vətəndaşların müraciətləri əsasında vərəsəlik haqqında arayış verərkən arayışın düzgünlüyü və tamlığını təmin etmək məqsədilə həmin inzibati ərazi dairəsi üzrə təsərrüfatbaşına uçot kitablarına uyğun olaraq şəxsin ailə üzvlərinin kim olmalarını və həmin şəxslərin şəxsiyyətləri barədə məlumatları dəqiqləşdirdikdən sonra vərəsəlik haqqında düzgün və tam arayış tərtib etməli olmasına baxmayaraq Babək Rayon İcra Hakimiyyəti Başçısının Babək rayonu, Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Təqsirləndirilən şəxs ilə razılaşdırmaqla özlərinə nisbətdə üçüncü şəxs olan X9 üçün qanunsuz üstünlük əldə etmə k məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, mərhum Zeynalov Vəkil Şəveş oğlunun vərəsələri Zərərçəkmiş şəxs1, Novruzova (Zeynalova) Çiçək Vəkil qızının, Xəlilova (Zeynalova) Havva Vəkil qızının, mərhum Zeynalov Fərhad Vəkil oğlunun və mərhum Zeynalov Səyyad Vəkil oğlunun adlarını göstərməməklə 31 iyul 2018-ci il tarixli, 247 nömrəli vərəsəlik haqqında arayış tərtib edərək X8 təqdim etmişdir. Sonuncu həmin arayış əsasında Babək rayonu notariat kontorundan 13 avqust 2018-ci il tarixli, 2V17 qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, həmin şəhadətnamə əsasında 0,75 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsi mərhum Zeynalov Vəkil Şəveş oğlundan X8 verilmiş, sonuncunun 13 avqust 2018c i il tarixli ərizəsi əsasında 0,75 ha pay torpağının 0,36 ha hissəsi daşınmaz əmlakın Dövlət reyestrində 2/4 hissəsi X6, 1/4 hissəsi Zeynalova Hürü Vəkil qızının, 1/4 hissəsi Zeynalova Tovuz Vəkil qızının adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan tarixdə Babək rayonu notariat kontorunda qeydiyyata alınmış razılıq ərizələri ilə Zeynalova Hürü Vəkil qızı və Zeynalova Tovuz Vəkil qızı vərəsəlik paylarından X6 xeyrinə imtina etdiklərindən torpaq sahəsi bütünlüklə sonuncunun mülkiyyətinə keçmiş, o, isə öz növbəsində 0,36 ha torpaq sahəsini Babək rayonu notariat kontorunda bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 16 oktyabr 2018ci il tarixdə Babək rayonu, Didivar kənd sakini Şahid1 satmış və torpaq sahəsi sonuncunun mülkiyyətinə keçirilmişdir. X3 Təqsirləndirilən şəxs ilə birlikdə qeyd olunan cinayət əməlini törətməsi nəticəsində Zeynalov Vəkil Şəveş oğlunun adları arayışda göstərilməyən vərəsələri Zərərçəkmiş şəxs1, Novruzova (Zeynalova) Çiçək Vəkil qızı, Xəlilova (Zeynalova) Havva Vəkil qızı, mərhum Zeynalov Fərhad Vəkil oğlu, mərhum Zeynalov Səyyad Vəkil oğlu vərəsəlikdən məhrum olunaraq onların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmuşdur. Təqsirləndirilən şəxs isə Babək Rayon İcra Hakimiyyəti başçısının 03 iyun 2005-ci il tarixli, 20 nömrəli sərəncamı ilə Babək Rayon İcra Hakimiyyəti Başçısının Babək rayonu, Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyərkən "Yerli İcra Hakimiyyətləri Haqqında” Əsasnamənin 5.1.4, 5.1.6, 5.1.8 və 5.1.9-cu bəndlərinə əsasən ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etməli, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmalı, "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirməli, onların ərizə, şikayət və təkliflərinə baxmalı, lazımi tədbirlər görməli və nəticəsi barədə vətəndaşlara məlumat verməli, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar verməli olduğu halda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək icr a nümayəndəsinin müavini kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar 31 iyul 2018-ci il tarixdə Babək rayonu, Nəzərabad kəndində yaşamış mərhum Zeynalova (Hüseynova) Xanım Hüseyn qızı ona müraciət edərək keçmiş Babək Rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il tarixli, 30 nömrəli qərarı ilə ona, mərhum əri Zeynalov Vəkil Şəveş oğluna, övladları Zeynalova Hürü Vəkil qızına və Zeynalova Tovuz Vəkil qızına verilmiş Nəzərabad kəndində 3 yerdən ibarət 0,36 ha (hektar), 0,26 ha və 0,13 ha olmaqla cəmi 0,75 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı pay torpağını sataraq gəlir əldə etmək məqsədilə öz mülkiyyətinə keçirmək üçün yalnız özünün və övladlarının adlarının qeyd olunduğu vərəsəlik haqqında arayış istədikdə mərhum Zeynalov Vəkil Şəveş oğlunun birinci arvadı olmuş mərhum X5 ol an övladları Zərərçəkmiş şəxs1, Novruzova (Zeynalova) Çiçək Vəkil qızının, Xəlilova (Zeynalova) Havva Vəkil qızının, mərhum Zeynalov Fərhad Vəkil oğlunun və mərhum Zeynalov Səyyad Vəkil oğlunun mərhum Zeynalov Vəkil Şəveş oğlunun vərəsələri olmalarını bilməsinə, həmin şəxslər barədə məlumatların Nəzərabad kənd inzibati ərazi dairəsinin 1969-1971 və 1991 -1995-ci illərə dair təsərrüfatbaşına uçot kitablarında qeyd olunmasına, eləcə də vətəndaşların müraciətləri əsasında vərəsəlik haqqında arayış verərkən arayışın düzgünlüyü və tamlığını təmin etmək məqsədilə həmin inzibati ərazi dairəsi üzrə təsərrüfatbaşına uçot kitablarına uyğun olaraq şəxsin ailə üzvlərinin kim olmalarını və həmin şəxslərin şəxsiyyətləri barədə məlumatları dəqiqləşdirdikdən sonra vərəsəlik haqqında düzgün və tam arayış tərtib etməli olmasına baxmayaraq Babək Rayon İcra Hakimiyyəti Başçısının Babək rayonu, Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X7 ilə razılaşdırmaqla özlərinə nisbətdə üçüncü şəxs olan X9 üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib mərhum Zeynalov Vəkil Şəveş oğlunun vərəsələri Zərərçəkmiş şəxs1, Novruzova (Zeynalova) Çiçək Vəkil qızının, Xəlilova (Zeynalova) Havva Vəkil qızının, mərhum Zeynalov Fərhad Vəkil oğlunun və mərhum Zeynalov Səyyad Vəkil oğlunun adlarını göstərməməklə 31 iyul 2018-ci il tarixli, 247 nömrəli vərəsəlik haqqında arayış tərtib edərək X8 təqdim etmişdir. Sonuncu həmin arayış əsasında Babək rayonu notariat kontorundan 13 avqust 2018-ci il tarixli, 2V-17 qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, həmin şəhadətnamə əsasında 0,75 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsi mərhum Zeynalov Vəkil Şəveş oğlundan X8 verilmiş, sonuncunun 13 avqust 2018-ci il tarixli ərizəsi əsasında 0,75 ha pay torpağının 0,36 ha hissəsi daşınmaz əmlakın Dövlət reyestrində 2/4 hissəsi X6, 1/4 hissəsi Zeynalova Hürü Vəkil qızının, 1/4 hissəsi Zeynalova Tovuz Vəkil qızının adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan tarixdə Babək rayonu notariat kontorunda qeydiyyata alınmış razılıq ərizələri ilə Zeynalova Hürü Vəkil qızı və Zeynalova Tovuz Vəkil qızı vərəsəlik paylarından X6 xeyrinə imtina etdiklərindən torpaq sahəsi bütünlüklə sonuncunun mülkiyyətinə keçmiş, o, isə öz növbəsində 0,36 ha torp aq sahəsini Babək rayonu notariat kontorunda bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 16 oktyabr 2018-ci il tarixdə Babək rayonu, Didivar kənd sakini Şahid1 satmış və torpaq sahəsi sonuncunun mülkiyyətinə keçirilmişdir. Təqsirləndirilən şəxs X7 ilə birlikdə qeyd olunan cinayət əməlini törətməsi nəticəsində Zeynalov Vəkil Şəveş oğlunun adları arayışda göstərilməyən vərəsələri Zərərçəkmiş şəxs1, Novruzova (Zeynalova) Çiçək Vəkil qızı, Xəlilova (Zeynalova) Havva Vəkil qızı, mərhum Zeynalov Fərhad Vəkil oğlu, mərhum Zeynalov Səyyad Vəkil oğlu vərəsəlikdən məhrum olunaraq onların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmuşdur. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, cinayət kollegiyasının qərarından, həmçinin birinci instansiya məhkəməsinin hökmündən aydın olur ki, dövlət qulluqçusu olan şəxslər vəzifələrinin yerinə yetirilməməsi, lazımi şəkildə yerinə yetirilməməsi, yəni onların səlahiyyətinə aid olmayan arayışı verməsi və ya bilərəkdən hansısa məlumatların düzgün qeyd edilməməsi cinayət məsuliyyətinə deyil, intizam məsuliyyətinə səbəb olmalıdır. Bu məsələyə bu cür yanaşılması gələcəkdə vəzifəli şəxslərin bəzilərinə qanunsuz arayış verilməsinə şərait yaradar. Bu da nəticədə fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurar, hakimiyyət orqanları əhali arasında nüfuzdan salınar. Yuxarıda göstərilən mötəbər sübutlar fonunda məhkəmə həmin sübutları nəzərə almayaraq, təqsirləndirilən şəxslərin əm əllərində cinayət tərkibinin müəyyən edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab etmiş və beləliklə gəlinən nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Dövlət ittihamçısı qeyd etmişdir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Qeyd olunanlardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi mövcud sübutları kifayət qədər yoxlamamış və lazımınca, yəni süb utların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla qiymətləndirməmiş, bununla da CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulmasına yol vermişdir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya protestinin təmin eilməsini, Naxçıvan MR Ali Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini və işin Naxçıvan Ali Məhkəməsində yenidən baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələr i buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli o laraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı bəraət hökmünü mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olara q aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhk əmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbayc an Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyy ətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Naxçıvan MR-ın Ali Məhkəməsi hazırki iş üzrə kassasiya müraciəti ilə müraciət etmiş tərəfə münasibətdə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Kassasiya protestinin dəlillər indən görünür ki, ittiham tərəfi bəraət almış şəxslərə münasibətdə məhkəmələrin qərarlarını mübahisələndirərək ittiham tərəfinin sübutlarının düzgün qiymətləndirilmədiyini, əsassız bəraət hökmünün çıxarıldığını əsaslandırmağa cəhd etmişdir. Məhkəmə kollegiyası protestin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrini həyata keçirməsi ilə bağlı olan hərəkətlərdə ifadə oluna bilər. Lakin belə hərəkətlər qulluq mənafeyinə zidd olaraq həyata keçirildikdə təhlil edilən cinayət tərkibi yaranır. CM-in 308-ci maddəsinin dispozisiyasının məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətin ə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət idarə, müəssisə və təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Bəraət almış şəxslərə qarşı irəli sürülmüş ittihamdan görünür ki, onlar vərəsəlik haqqında arayış tərtib edərək vətəndaşa təqdim etmişlər və həmin arayış əsasında da vətəndaş notariat orqanından “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almışdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu isə vərəsəliklə bağlı məsələlərin həll edilməsi vəzifəsini müvafiq notariusların üzərinə qoymuşdur. Həmin Qanunun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəh adətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında, məhz notariuslar tərəfindən həyata keçirilir və notarius yoxlama nəticəsində icra nümayəndəsi tərəfindən verilmiş arayışı qəbul etməmək və şəhadətnaməni də həmin arayışın ziddinə vermək səlahiyyətinə malikdir. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə toplanmış, birinci və apellyasiya instansiya m əhkəmələrinin məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğun olduğundan verilmiş kassasiya protestinin dəlilləri məhkəmələrin yekun qərarlarının dəyişdirilməsi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, məhkəmələr işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmələrin bəraət hökmü ilə bağlı nəticələri cinayət işinin materiallarına uyğundur. Qeyd edilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilən şəxslərə bəraət verilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 27 fevral 2024-cü il tarixli 1(108) -9/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 27 fevral 2024-cü il tarixli 1(108)-9/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 1(079)-1/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə bəraət almış şəxslər X7 və Təqsirləndirilən şəxs barəsində olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 27 fevral 2024-cü il tarixli 1(108)-9/2024 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirimədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar