Məhkəmə qərarları › İş №1(102)-1369/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1369/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1369/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxsin və onun nümayəndəsi Nümayəndə və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlə r Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protestinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmü ilə (hakimlər Kərimov Novruz Ağakərim oğlu (sədrlik edən və məruzəçi), Sadıxov Rasim Əkrəm oğlu və Əsgərova-Məmmədova Leyla Səyavuş qızından ibarət tərkibdə) Məhkum, 4 may 1959-cu il tarix də Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, heç yerdə işləməyən, İİ qrup əlil olan, əvvəllər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2016-cı il tarixli hökmü ilə CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, həmin məhkumluğu ödənilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2 sentyabr 2021-ci il tarixli qərarı ilə CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-in 731.2-ci maddəsinə əsasən xitam verilməklə cinayət məsuliyyətindən azad edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmü ilə CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, bu məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan, CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə, CM-in 69.3-cü maddəsinə əsasən isə onun həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 9 (doqquz) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla və həmin müddət ona təyin olunmuş cəzadan çıxılmaqla qəti olaraq 2 (iki) il 7(yeddi) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. CM-in 66.5-ci maddəsinin tələbinə uyğun olaraq Məhkum hazırki hökmlə təyin olunmuş 2 (iki) il 7(yeddi) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ona Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 1000 (min) manat miqdarında cərimə cəzası ilə toplanılaraq məhkum olunmuş şəxsə təyin olunmuş cərimə cəzasının müstəqil icra olunması, azadlığın məhdudlaşdırılması cəzasının əvvəlinin isə hökmün icraya yönəldiyi gündən hesablanması qərara alınmışdır. Həmçinin, hökmlə Məhkum elan olunmuş ittihamdan onun Zərərçəkmiş şəxsnin 48000 (qırx səkkiz min) manat məbləğində pulunu ələ keçirməsi hissəsi cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 39.1.3-cü maddəsində göstərilən əsaslarla xaric olunmuş, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkum 304000 manat məbləğində pulun devalvasiyası nəticəsində əldən çı xmış fayda olaraq 286368 manat, cəmi 590368 manat məbləğində pulun alınaraq ona verilməsini, tələbin cavabdeh tərəfindən Bakı şəhəri Baş Polis idarəsinin depozit hesabına qoyulmuş 25000 manat pula, hökmün icrası zamanı bazar qiyməti müəyyən edilərək və nəzərə alınaraq cavabdehin xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 3 otaqlı mənzilə yönəldilməsi barədə hökmdə göstərməklə qəbul edilməsinə və dövlət rusumu üçün ödənilmiş 883 (səkkiz yüz səksən üç) manat məbləğində pulun cavabdehdən tutulub ona verilməsinə dair müki iddiası qismən qismən təmin edilmiş, Məhkum onun tərəfindən törədilmiş əməl nəticəsində dəymiş zərərin - 48000 (qırx səkkiz min) manat məbləğində pulun ondan tutularaq, həmçinin Bakı şəhəri Baş Polis İdarəsinin depozit hesabına qoyulmuş 25000 manat pulun götürülərək z ərər çəkmiş – mülki iddiaçının xeyrinə tutulması qət edilmiş, iddianın qalan hissəsi ilə bağlı isə sonuncuya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə hüquq sahəsində ali təhsilə və iş təcrübəsinə malik olmadığı halda ali tibb təhsilini xaricdə davam etdirmək istəyən Azərbaycan Tibb Universitetinin tələbəsi Zərərçəkmiş şəxs2 yalandan özünü hüquqşünas kimi təqdim edərək dövlət xətti ilə xaricdə təhsil alınması ilə bağlı hüquqi məsələlərin tənzimlənməsində təcrübəsinin və bu sahədə geniş əlaqələrinin olduğuna inandırıb etibarını qazandıqdan sonra tibb sahəsində ali təhsilini davam etdirmək üçün onun Türkiyə Respublikasının Eskişehir Osmanqazi Universtitetinə tələbə kimi köçürülməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti və səlahiyyəti olmadan bu adla 2017-ci ilin may ayından həmin ilin noyabr ayının əvvəllərinə kimi olan müddət ərzində ayrı-ayrı vaxtlarda Bakı şəhəri Yasamal rayonu ərazisində müxtəlif yerlərdə, sonuncu dəfə isə Bakı şəhəri, Yasamal rayonu, Bakı Metropoliteninin “Nizami” stansiyasının qarşısında hissə-hissə olmaqla ümumilikdə 7.000 manat pul vəsaitini və guya Quba rayonundan olduğu üçün bu məsələləri həll edən şəxslərə hörmət əlaməti olaraq bəxşiş vermək adı ilə 100 manat dəyərində alma məhsulunu Zərərçəkmiş şəxs2 alıb vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-is tifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 7.100 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 dövlət tərəfindən xəstəliyə görə pensiya təyin edilməsi məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti və səlahiyyəti olmadığı halda bu adla 2019-cu ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs3 ünvan 4 ünvanının qarşısında 4200 manat pul vəsaitini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 4200 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bu epi zodlarla yanaşı ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-in 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Bakı şəhərində tikinti sahəsində fəaliyyət göstərən İran İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxsə özünü daşınmaz əmlak alqı-satqısı və sənədləşməsi işləri ilə məşğul olan və bu sahədə geniş əlaqələrə malik şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxsnin gələcəkdə bina inşa etmək üçün torpaq sahəsi almaq istədiyini bildikdə bu məsələdə özünün yaxından köməklik göstərə biləcəyini deyərək Bakı şəhəri ərazisində bir neçə ünvanda boş torpaq sahələrini, o cümlədən ünvan 6nda şose yolunun kənarında yerləşən və yaşıllıq ərazisi h esab edilən 600 kvadrat metr torpaq sahəsini göstərib guya sonuncu torpaq sahəsinin özünə məxsus olması barədə yalan məlumat verərək həmin torpaq sahəsini ilkin olaraq 250.000 manata Zərərçəkmiş şəxsə almağı təklif etmiş və deyilən məbləği bir dəfəyə ödəyə bilməyəcəyi halda ödənişlərin hissə-hissə edilməsi ilə bağlı ona şərait yaradacağını deyib inam və etibarını qazandıqdan sonra qeyd edilən torpaq sahəsi ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın Zərərçəkmiş şəxsin arvadı Şahid3 adına rəsmiləşdirəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadığı halda razılaşdıqları məbləğin ödənilməsi və hadisələrin sonrakı gedişində guya torpaq sahəsinin sənədləşdirilməsi, ərazidən keçən qaz x əttinin yerinin dəyişdirilməsi və digər məsələlərin həlli üçün lazım olan əlavə xərclərin ödənilməsi adı ilə Zərərçəkmiş şəxs1 2 iyul 2010-cu il tarixindən 19 mart 2013-cü il tarixinədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 147 ünvanında Zərərçəkmiş şəxs1 fəaliyyət göstərdiyi ofisdə, Bakı şəhəri ərazisində müxtəlif yerlərdə, sonuncu dəfə isə Zərərçəkmiş şəxs1 kirayə yaşadığı ünvan 9 ünvanının qarşısında hissə-hissə olmaqla ümumilikdə 304.000 manat pul vəsaitini Zərərçəkmiş şəxsdən alıb vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 304.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəmə sinin 25 oktyabr 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Məmiyev İsa Haqverdi oğlu, zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxsnin nümayəndəsi Nümayəndə tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı Mirzəyev Elvin Elçin oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə) 25 dekabr 2023cü il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Bayram ova Elfanə Elman qız tərəfindən verilmiş kassasiya protestinə və zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə) 4 iyul 2024-cü il tarixli qərarı ilə kassasiya protesti və kassasiya şikayəti təmin edilərək qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi İ.H.Məmiyev, zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı E.E.Mirzəyev tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə təkrarən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qurbanov Ramin Afad oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) 23 yanvar 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti yenə də təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2025-ci il tarixli qərarından zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə kassasiya şikayəti, dövlət ittihamçısı T.R.Qəhrəmanov isə - kassasiya protesti verərək hər iki kassasiya müraciətlərinin müəll ifləri həmin qərarın ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunmasını xahiş etmişlər. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Kassasiya şikayətində CM-in və CPM-in bir sıra normalarına, iş üzrə toplanmış bəzi sübutlara və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə həmin şikayətini belə əsaslandırmışdır ki, apellyasiya protestinə və apellyasiya şikayətinə yeni məhkəmə baxışı zamanı məhkəmə istintaqı aparmadan, Ali Məhkəmənin Cinayət Kollegiyasının 4 iyul 2024-cü il tarixli qərarında göstərilən xüsusatların heç birini araşdırmadan və apellyasiya baxışını tamamilə formal keçirərək 23 yanvar 2025-ci il tarixli yekun qərarı ilə əsassız olaraq apellyasiya protesti və apellyasiya şikayəti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlamışdır. Halbuki, məhkəmə kollegiyası Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsindəki hökmü ləğv edərək ona cinayət qanununun daha ağır maddəsi ilə təqsirli bilinməsi haqqında yeni ittiham hökmü çıxarmalı, mülki iddianı təmin etməli idi. Apellyasiya instansiyası məhkəməsi isə belə qərarı qəbul etməklə əslində sonradan Məhkum daha ciddi hüquqi məsuliyyətə cəlb edilməsinin qarşısını almış, qəbul etdiyi qərarında isə işin hallarını və iş üzrə toplanmış və araşdırılmış sübutları Məhkum mənafeyinə uyğun şərh etmiş, həmin sübutlara düzgün qiymət verməmiş, nəticədə də birinci instansiya məhkəməsinin səhvini təkrarlayaraq düzgün olmayan qeyri-obyektiv qənaətə gəlmişdir. İş üzrə toplanmış və araşdırılmış sübutlarla isə Məhkum ona qarşı digər epizodlarla yanaşı, həmçinin Zərərçəkmiş şəxsnin külli miqdarda – 304.000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsinə görə də irəli sürülmüş ittiham tamamilə təsdiq olunmuş, məhkəmələr isə yalnız Məhkum 48.000 manat məbləğində behin verilməsi haqqında qəbzə əsaslanaraq onun məhz bu məbləğdə ziyan vurmaqla dələduzluq əməlini törətməsi barədə əsassız nəticəyə gəlmişlər. Nümayəndə həmçinin qeyd etmişdir ki, iş materiallarından görünən odur ki, apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan 23 yanvar 2025-ci il tarixli qərarı qəbul etməklə gələcəkdə Məhkum hətta Zərərçəkmiş şəxsə qarşı dələduzluq cinayətini törətməsinə görə ona elan olunmuş ittiham üzrə təqs irli bilindiyi halda həmin epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə onun məsuliyyətdən və cəzadan kənarda qalması üçün süni şərait yaratmışdır. Kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı 25 oktyabr 2023-cü il tarixli hökmü ilə iş üzrə verilmiş mülki iddia qismən təmin edilsə də, başqa məbləğdə pulun Məhkum tutulması barədə iddianın verilməsi üçün ödənilmiş rüsumun tam və ya qismən sonuncudan tutulmalı olması məsələsinə ümumiyyətlə münasibət bildirilməmiş, bununla da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun da tələbləri pozulmuşdur. Eyni zamanda məhkəmələr Məhkum ona qarşı irəli sürülmüş ittihamın digər iki epizodu üzrə təqsirli bilinməsi barədə qənaətə gələrkən nəzərə almamışlar ki, həm in epizodlardan biri üzrə törətdiyi dələduzluq əməli nəticəsində zərər çəkmiş şəxs xeyli ziyan vurulmuşdur. Buna baxmayaraq, məhkəmələr, hətta onların gəldikləri nəticə düzgün hesab edilsə belə, Məhkum əməlinin CM-in 178.2.2-ci maddəsi ilə CM-in 178.2.4-cü maddəsi ilə də tövsif etməli olduqları halda məhkum olunmuş şəxsin törətdiyi əməllərə münasibətdə maddi hüquq normasının tətbiqində kobud səhvə yol vermiş, digər tərəfdən isə ona azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini mümkün bilərkən məhkum olunmuş şəxsin şəxsiyyətini, o cümlədən cinayət törətməyə meylli olmasını, habelə məhkəmələrə təqdim olunmuş bir sıra sənədlərlə təsdiq olunan əhəmiyyətli halları nəzər almamışlar. Şərh olunan dəlillərə əsaslanaraq Nümayəndə onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Eyni ilə kassasiya protestində CM-in və CPM-in bir sıra maddələrinə və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2011-ci il tarixli Qərarına, iş üzrə toplanmış və araşdırılmış sübutların bir hissəsinə və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı T.R.Qəhrəmanov həmin protestini onunla əsaslandırmışdır ki, məhkəmələr Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı dələduzluq cinayətini törətməsinin toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmuş hesab etsələr də, eyni qaydada əldə edilərək məhkəmə baxışı iclasında tədqiq edilmiş sübutları nəzərə almadan və onları qanuna müvafiq şəkildə qiymətləndi rmədən Məhkum qarşı irəli sürülmüş digər epizodu üzrə onun Zərərçəkmiş şəxs1 məxsus yalnız 48000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi barədə əsassız nəticəyə gəlmişlər. Halbuki, iş üzrə toplanmış və araşdırılmış sübutlarla Məhkum bu epizod üzrə zərər çəkmiş şəxsin 304.000 manat məbləğində pulunun ələ keçirməsi sonuncunun ifadələri ilə yanaşı, çoxsaylı şahidlərin ifadələri ilə, telefon danışıqlarının aparılması haqqında məlumatlarla, bank sənədləri ilə və sübut əhəmiyyətinə malik olan digər sənədlərlə tam təsdiq olunmuşdur. Bundan başqa, məhkəmələr öz nəticələrini yalnız Məhkum 48.000 manat məbləğində behin verilməsi və sonuncunun digər sübutlarla uzlaşmayan ifadələrinə əsaslanaraq onun yalnız bu məbləğdə pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi barədə əsa ssız nəticəyə gəlsələr də, nəzərə almamışlar ki, məhkum olunmuş şəxslə zərər çəkmiş şəxs arasında əldə edilmiş razılığa əsasən sonuncunun əldə etmək istədiyi torpaq sahəsinə görə, Zərərçəkmiş şəxs Məhkum bundan sonra da torpağın qiymətinə uğun pul məbləğini verməli idi, bu məbləğ isə hər bir halda qanunvericilikdə müəyyən edilmiş məbləğin külli miqdarından artıq olmuşdur. Bu hal isə ona dəlalət edir ki, Məhkum, məhkəmələrin gəldikləri qənaətə görə, hətta yalnız 48.000 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmiş olsa da, onun məqsədi əslində bu məbləğdə deyil, külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirməyə yönəlmiş və belə olan halda o, həmin əməli törətdiyinə görə, yəni ən azından CM-in 29, 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum e dilməli idi. Hərçənd, Məhkum Zərərçəkmiş şəxsdən behi aldıqdan sonra da torpağın satılması və bu torpağa münasibətdə qanuna müvafiq qaydada sənədləşmənin aparılması üçün başqa məbləğlərdə, ümumilikdə isə 304.000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi tam sübuta yetirilmişdir. Kassasiya protestinin müəllifi həmçinin qeyd etmişdir ki, məhkəmələr Məhkum üç epizod üzrə əməlinin yalnız CM-in 178.2.2-ci maddəsi ilə tövsif edilməsi barədə qənaətə gələrkən diqqət yetirməmişlər ki, həmin epizodlardan ikisi üzrə Məhkum dələduzluq cinayətini törətməsi nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 48.000 manat, digər zərər çəkmişə isə 7.100 manat məbləğində, yəni hər dəfə xeyli miqdarda ziyan vurulmuş və məhkum olunmuş şəxsin əməllərində CM-in 178.2.2-ci maddəsi ilə yanaş ı, həmçinin CMin 178.2.4-cü maddəsində də nəzərdə tutulmuş cinayətin əlamətləri mövcuddur. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin dəyişdirmədən qüvvədə saxladığı Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmü ilə Zərərçəkmiş şəxsyə qarşı törədilmiş dələduzluq epizodu üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə xaric edilsə də, məhkəmənin bu haqda gəldiyi nəticə prosessual qanunvericiliyin tələblərinə ziddir ona görə ki, hökmdə bununla bağlı istinad olunan CPMin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Kassasiya protest inin müəllifi həmçinin öz müraciətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin yol verdiyi daha bir pozuntu ondan ibarətdir ki, işə həmin məhkəmədə baxılarkən Məhkum təqsirli bilinərək məhkum olunduğu digər epizodlar üzrə törətdiyi böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə də cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmiş, lakin məhkəmə bu epizodlar üzrə cinayət təqibinə xitam verməli olduğu halda məhkum olunmuş şəxsin cəzalandırılması hissədə hökmün qüvvədə saxlanılması haqqında qərar qəbul etmiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol vermişdir. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı T.R.Qəhrəmanov onun da kassasiya müraciətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə və kassasiya protes tinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçlırarı qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə və kassasiya protestinə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə hökmüna və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barə də məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsnin nümayəndəsi Nümayəndə kassasiya şikayətinin və dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protestinin məzmunlarından görünür ki, onların müəllifləri öz müraciətlərinə apellyasiya instansiyası məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmün dəyişdirilmədən saxlanılması haqqında qəbul etdiyi 23 yanvar 2025-ci il tarixli qərarında toplanmış və yalnız birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq etmədiyini və düzgün qiymətləndirmədiyini Məhkum əməl inin tövsifində səhv nəticəyə gəlməsini, habelə digər qanun pozuntularına da yol verməsini, Nümayəndə isə - həmçinin məhkum olunmuş şəxsə açıq-aşkar yüngül cəzanın təyin edilməsini iddia edirlər və bununla bağlı dəlillərə əsaslanaraq həmin qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirirlər. CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökmünü və ya qərarını kassasiya qayd asında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Nümayəndə kassasiya şikayətini və dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsaslığını və qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassa siya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiy ası apellyasiya instansiyası məhkəməsinin hökmün və ya qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəal arına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2025-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinə və kassasiya protestinə əsasən işə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetmə yə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əməllərə münasibətdə onları törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının döv lət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon tələblər hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini, həmin şəxslərin bunun üçün hüquq mühafizə orqanlarına və ya məhkəmələrə müraciət edə bilmələrini, bu müraciətlər əsasında cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilm ir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılmas ı, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi ha qqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-in 3-cü maddəsində təsbit e dilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirlən dirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tər kibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin c inayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlbetmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət ve rmək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prose ssual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun tə qsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək və zifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm beynəlxalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə şəxsin ümumiyyətlə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, həm də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamələtlərinin olub olmamasının yoxlanılması zamanı da əməl olunmalıdır. Bu normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işl ərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə CPM-in 318.1-ci maddəsinin tələblərinə uyğun olaraq sonuncunun əməlini CM-in bir maddəsindən digərinə tövsif etmək hüququna da malikdrlər o şərtlə ki, belə tövsif cinayət törətmiş şəxsin hüquqularının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irləi sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. CPM-in 318.1-ci maddəsinin tələbinə görə isə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən gör ünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü eh timallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edi lən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarla şdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 24 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdə n prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Milli qanunvericiliyin və beynəlxalq müqavilələrin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək məhkəmə kollegiyası zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsnin nümayəndəsi Nümayəndə kassasiya şikayətinin və dövlət ittihamçısı T.R.Qəhrəmanovu n kassasiya protestinin dəlilərinə cavab verilməsi üçün Məhkum barəsindəki cinayət işinin materiallarına, o cümlədən həmin iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış bəzi sübutlara və həmin sübutlarla müəyyən edilmiş hallara müraciət edərək onları təhlil etməyi zəruri bilir Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə ümumiyyətlə təqsirli bilməyərək göstərmişdir ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 atası Xdən yalnız borc olaraq 5.500 manat məbləğində pul almış, Zərərçəkmiş şəxs2 bu pulun müqabilində Türkiyə Respublikasında yerləşən Universitetə düzəltməyi vəd etməmiş və sonuncu onun barəsində polis orqanlarına şikayət etdikdən sonra aldığı pulu faizi ilə birlikdə ona qaytarmışdır. Həmçinin, zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 da borc kimi 4200 manat məbləğində pul almış, sonuncuya bu pulun müqabilində təqaüd düzətdirməyə söz verməmiş, aldığı bu pulu isə qısa müddətə ona qaytaracağını vəd etsə də, maddi vəziyyəti buna imkan vermədiyindən, həmçinin həmin dövrdə həbsdə olduğuna görə öz vədinə əməl edə bilməmişdir. Buna görə Zərərçəkmiş şəxs3 ondan polis orqanlarına şikayət etmiş, 4 aprel 2022-ci il tarixdə isə o, Zərərçəkmiş şəxs3 borc kimi aldığı pulu həmin zərər çəkmiş şəxsə qaytarmışdır. Daha sonra Məhkum göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2007-ci ildə tanış olduqdan sonra sonuncu torpaq sahəsi almaq istədiyini ona bildirərək Bakı şəhərinin münasib yerində torpaq sahəsi tapmağı xahiş etmiş, o, da Zərərçəkmiş şəxsnin bu xahişini yerinə yetirmək üçün ona ilk növbədə Stat istika İdarəsinin yaxınlığında yerləşən torpaq sahəsini göstərmiş, Zərərçəkmiş şəxs bu torpağı bəyəndiyinə görə onu almağa razılaşıb ona 45.000 manat məbləğində pul vermiş, lakin həmin torpaq sahəsinə dair sənədlər olmadığına görə alqı-satqı baş tutmamış, Zərərçəkmiş şəxs isə ona verdiyi pulu qaytarmağı tələb etsə, həmin vaxt o, pulu o, qaytara bilməmişdir. Bundan sonra o, özünün İlham adlı şəxsdən aldığı, Nərimanov heykəlinin arxasında, Şahbazi küçəsində yerləşən torpaq sahəsini Zərərçəkmiş şəxsyə göstərərək onu almağı təklif etmiş, sonuncu da həmin torpağa baxıb onu bəyəndiyini bildirərək onun təklifi ilə razılaşmış, buna görə də onun əvvəllər verdiyi pulun bu torpağa görə beh verilməsi barədə qəbz yazıb imzalamış, əldə edilmiş razılığa əsasən isə o, həmin pulun müqabilində torpağı sənəd ləşdirəcəyinə söz vermiş, qəbz yazılarkən isə Zərərçəkmiş şəxsdən pul almamışdır. Lakin, torpağa dair sənədləşdirmə aparacağını vəd etmiş digər şəxslər öz vədlərinə əməl etmədiklərin görə bu iş alınmamış, Zərərçəkmiş şəxs isə verdiyi cəmisi 48.000 manat məbləğində pulun qaytarılmasını tələb etməyə başlamışdır. Bu tələbə əsasən o, sonradan pulun bir hissəsini Zərərçəkmiş şəxsə qaytarmış, lakin qalan hissəsini maddi imkansızlığı səbəbindən qaytara bilmədiyinə görə ona qarşı qərəzli olan Zərərçəkmiş şəxs ondan polis orqanlarına şikayət etmişdir. Qəbzdə yazılan məbləğdən başqa Zərərçəkmiş şəxs ona hər hansı başqa məbləğdə pul verməmiş və o, sonuncuya qarşı dələduzluq etməmiş, sadəcə olaraq onun almaq istədiyi torpağa dair sənədlərin əldə olunması mümkün olmadığından onun zərər çəkmiş şəxsə bor cu yaranmış və o, da bu borcun bir hissəsini ona ödəmişdir. Məhkum cinayət təqibinin digər mərhələlərində verdiyi ifadələrinin təhlili göstərir ki, o, həmin mərhələlərdə də hər hansı şəxsə, o cümlədən Zərərçəkmiş şəxsyə qarşı dələduzluq etməsini inkar etmiş, sonuncudan aldığı pulun məbləği barədə ümumiyyətlə müxtəlif və biri-birinə ziddiyyət təşkil edən ifadələr vermiş, lakin işə baxan məhkəmələr, xüsusi ilə də apellyasiya instansiyası məhkəməsi bu ifadələri qiymətləndirərkən həmin ifadələrin bir hissəsini onun xeyrinə, digər hissəsini isə ziyanına şərh edərkən, öz qənaətlərini kifayət qədər əsaslandırmamış, bu ifadələri həm biri-biri ilə, həm də toplanmış və araşdırılmış digər sübutlarla əlaqəli şəkildə müqayisə etməklə təhlil etməmiş, qəbul etdikləri yekun məhkəmə aktları üzrə isə özlə ri də ziddiyyətli nəticəyə gəlmişlər. Bununla bağlı, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum verdiyi ifadələrində nəinki Zərərçəkmiş şəxsə, həm də hazırki iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1ə və Zərərçəkmiş şəxs3 qarşı da dələduzluq etməməsini bildirmiş, lakin məhkəmələr onun verdiyi ifadələrinin sonunculardan müxtəlif məbləğlərdə pul alması ilə bağlı epizodlar üzrə verdiyi ifadələrini inandırıcı hesab etməmiş və yalnız zərər çəkmiş şəxslərin ifadələrinə əsaslanaraq onun adları çəkilən şəxslərə qarşı dələduzluq cinayətini törətməsi, bu cinayət əməllərinə görə isə təqsirli bilinərək cəzalandırılması barədə qənaətə gəlmişlər. Halbuki, Zərərçəkmiş şəxs də hazırki iş üzrə həm ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında ve rdiyi ifadələrində, həm də bundan əvvəl polis orqanına və İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin konsuluna ünvanladıqları ərizələrində ardıcıl olaraq Məhkum ona qarşı dələduzluq əməlini törədərək onun bu yolla külli miqdarda pulunu ələ keçirməsi və bunun nəticəsində sonuncunun ona 304.000 manat məbləğində ziyan vurmasıni bildirmiş, verdiyi ifadələrində isə göstərmişdir ki, o, 2007-ci ildə ümumi tanışları X adlı şəxs vasitəsi ilə Məhkumla tanış olmuş və sonuncu özünü daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim etdiyindən ondan obyekt tikməkdən ötrü Bakı şəhərinin münasib yerlərində torpaq sahəsi tapmağı xahiş etmişdir. İlk olaraq Məhkum ona “Statistika dairəsi” adlanan ərazidə onun da bəyəndiyi boş torpaq sahəsi göstərərək həmin sahənin alqıs atqısına görə 45.000 manat pul verməli olmasını bildirmiş, o, da bu təkliflə razılaşaraq Məhkum həm bu məbləğdə, həm də hazırda miqdarını dəqiq xatırlamadığı bir neçə min manat məbləğində pul vermişdir. Lakin, sonradan Məhkum göstərdiyi torpaq sahəsinin İcra Hakimiyyəti tərəfindən başqa şəxsə satıldığını bildirərək onun üçün başqa yerdə torpaq sahəsini tapmasını təklif etmiş, o, isə sonuncunun bu təklifi ilə də razılaşmışdır. Bundan sonra Məhkum ona Yasamal rayonunun ərazisində, Nərimanov heykəlinin arxasında yerləşən başqa torpaq sahəsini göstərmiş, o, da həmin sahəni bəyənərək onu almağı qərarlaşdırmış, həmçinin torpaq sahəsini ölçərək onun 600 kv.m olmasını müəyyən etmiş, Məhkumla isə torpağı 150.000 manata alacağı və sonuncu tərəfindən rəsmiləşdiriləcəyi barədə razılıq əldə etmiş, həmç inin göstərilən məbləğin bir hissəsinin – 48.000 manatının beh kimi Məhkum verilməsi barədə qəbz tərtib imzalamış, pulun qalan hissəsini isə o, hissə-hissə ödəyəcəyini vəd etmişdir. Bundan sonra o, almaq istədiyi torpaq sahəsinin ətrafına hasar çəkmiş, Məhkuma isə 2013-cü ilin iyul ayına qədər onun müxtəlif məsələlərin həllinə görə istədiyi pullar vermişdir. Ümumilikdə Məhkum 2007-ci ildən başlayaraq, yəni ona birinci torpaq sahəsini almağı təklif etdiyi vaxtdan 2013-cü ilin iyul ayınadək hissə-hissə cəmisi 304.000 manat məbləğində pul vermiş, bundan sonra isə o, öz işləri ilə bağlı uzun müddət İran İslam Respublikasına və Türkiyəyə getdiyinə görə torpağın Məhkum tərəfindən onun arvadının adına rəsmiləşdiriləcəyinə inanaraq bu işin nəticələrini gözləmiş, lakin uzun müddət keçməsinə baxmaya raq, Məhkum heç bir iş görməmiş, ona isə məlum olmuşdur ki, ümumiyyətlə torpaq sahəsi dövlətin mülkiyyətindədir və Məhkum nə onu satmaq, nə də hər hansı qaydada başqa şəxsin adına rəsmiləşdirmək səlahiyyəti olmamışdır. Buna görə, o, Məhkum tərəfindən aldadıldığını başa düşərək ilk növbədə ondan verdiyi pulları qaytarmağı tələb etmiş, lakin sonuncu yalan vədlərlə və müxtəlif bəhanələrlə bu məsələnin həllini uzatmağa çalışmış, nəticə etibarı ilə isə ondan aldığı pulları qaytarmamışdır. Buna görə o, məcburiyyət qarşısında qalaraq polis orqanına ərizə ilə müraciət edib Məhkum tərəfindən ona qarşı dələduzluq edərək külli miqdarda pulunu ələ keçirməsəni bildirmiş və onun barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarından görünür ki, əvvəla Məhkum satılan torpaq sah əsi kimi təqdim etdiyi, ünvan 10 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi 2021-cu ildə boş olsa da, həmin sahə hər hansı fiziki və ya hüquqi şəxsin deyil, dövlətin mülkiyyətində olmuş və Məhkum bu sahəni nə satmaq, nə icarəyə vermək, nə də ki, istifadə etmək hüququ olmamış, sonradan isə həmin torpaq sahəsi dövlət qurumları tərəfindən abadlaşdırılaraq orada yaşıllıq zonası yaradılmış və bu hallar iş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadələri ilə və işə əlavə edilmiş müvafiq sənədlərlə tam təsdiq edilir. Bu baxımdan Məhkum göstərilən torpaq sahəsini satmaq səlahiyyətində olmayaolmaya onu Zərərçəkmiş şəxsyə, hətta məhkəmələrin gəldikləri nəticəyə görə, 150.000 manata sata biləcəyəni bildirməsi onun artıq əvvəlcədən ən azından bu məbləğdə pulu ələ keçirmək niyyətində olmasından xəbər ve rir. Eyni zamanda məhkəmələrin nəzər almadıqları halın biri də ondan ibarətdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsnin nümayəndəsi Nümayəndə təqdim etdiyi sənədə əsasən, zərər çəkmiş şəxsin torpaq sahəsi almaq istədiyi ərazidə torpağın bir sotunun qiyməti 2010-cu ildə 150.000 manat olmuş, hal-hazırda isə belə torpağın bir sotunun dəyəri 250.000 manatdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin sənəddə əksini tapmış məlumatlar da Zərərçəkmiş şəxsdə Məhkum ona göstərdiyi torpaq sahəsini kifayət qədər ucuz qiymətə ala biləcəyinə inam yaratmışdır. İşə baxan məhkəmələr isə, bu önəmli xüsusata heç bir qiymət verməyərək belə bir ziddiyyətli nəticəyə gəlmişlər ki, Məhkum göstərilən torpağın alqı-satqısına və ona dair müvafiq rəsmi sənədlərin alınma sı adı ilə Zərərçəkmiş şəxsni aldadadaraq və onun etibarından sui-istifadə edərək zərər çəkmiş şəxsin yalnız 48.000 manat məbləğində pulunu ələ keçirməklə ona xeyli miqdarda ziyan vurmuş, lakin əvvəlcədən bu işlərin görülməsi üçün Məhkumla Zərərçəkmiş şəxs arasında sonuncu tərəfindən 150.000 manat məbləğində pulu verəcəyi barədə razılıq əldə etmələrinə heç bir münasibət bildirməmişlər, baxmayaraq ki, bu hallar barədə Zərərçəkmiş şəxsnin verdiyi izahat və ifadələrini həqiqət kimi qəbul etmişlər. Halbuki, həmin hallar Məhkum zərər çəkmiş şəxsə məxsus və CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən külli miqdar hesab edilən pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsinə dəlalət edir və bu kimi hallarda dələduzluq əməli törətmiş şəxsin əməli faktiki əldə etdiyi əmlakın dəyəri nə, yəni xeyli miqdara ya ondan az miqdara görə deyil, onun külli miqdarda əmlakı ələ keçirməyə yönəlmiş niyyətinə uyğun olaraq məhz həmin miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilməli və buna müvafiq olaraq CM-in 29, 178.3.2-ci maddəsi ilə tövsif edilməlidir. Bu haqda izah isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarı ilə dəyişiklik edilmiş “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 33-cü bəndində verilmişdir. Göstərilən Qərarın həmin bəndinə əsasən, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlak ın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Zərərçəkmiş şəxsnin Məhkum müxtəlif vaxtlarda və müxtəlif miqdarlarda, yəni əvvəlcədən verilmiş 48.000 manatdan artıq miqdarda pul verməsi isə iş üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid6, Şahid7, hər birisinin ayrı-ayrılıqda verdikləri ifadələri ilə, habelə iş materiallarına əlavə edilmiş bank sənədləri ilə və sübut əhəmiyyətli digər sənədlərlə tam təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə göstərilən şəxslərin ifadələri və işə əlavə olunmuş sənədlər tədqiq edilməmiş, bu sübutlara digər sübutlarla birgə əlaqəli şəkildə heç bir qiymət verilməmiş və məhkəmə sadəcə olaraq öz qərarına həmin sübutların təsvirini hökmdən köçürmək lə kifayətlənib onların qəbul edilməzliyini əsaslandırmamış və yalnız Məhkum verdiyi ifadələrə əsaslanaraq onun təhlil edilən epizod üzrə cəmi 48.000 manat məbləğində ziyan vurmaqla başa çatmış dələduzluq cinayətini törətməsi barədə yuxarıda göstərilən sübutlarla müəyyən edilmiş hallara uyğun olmayan nəticəyə gəlmişdir. Bununla yanaşı, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi qəbul etdikləri yekun məhkəmə aktlarında ətraflı olaraq Məhkumla Zərərçəkmiş şəxs arasında 2020-ci ilin avqust-sentyabr aylarında aparılmış telefon danışıqlarının mətnini əks etdirsələr də, həmin danışıqlar zamanı da Zərərçəkmiş şəxsnin Məhkum 48.000 manatdan başqa digər məbləğlərdə də - zərər çəkmiş şəxsin deməsinə görə “bir ətək”, habelə 380.000 ABŞ dolları məbləğində pulun verilməsinə, sonuncunun bu danışıqların mətninə dair ətraflı izahlar verməsinə diqqət yetirməyərək onlara da əsaslı şəkildə qiymət verməmiş, digər tərəfdən isə iş üzrə müvafiq nəticəyə gələrkən yalnız Məhkum ifadələrini əsas götürmüşlər. Həmin ifadələrində isə Məhkum bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ilə telefon danışıqları apararkən sonuncunun ona “bir ətək” və ya 380.000 ABŞ dolları məbləğində pul verməsi haqda dediklərinə o, diqqət yetirməmiş və buna görə onun bu sözlərinə reaksiya verməmiş, həqiqətdə isə ondan belə məbləğlərdə pullar almamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə isə, apellyasiya şikayətlərinə və apellyasiya protestinə təkrarən baxılarkən bütün bu xüsusatlar üzrə də ətraflı araşdırmalar aparılmaqla Məhkum törətdiyi əməllərə məhz belə araşdırmaların nəticəsində müəyyən edilən hallara müvaf iq olaraq qiymət verilməli idi. Belə zərurət isə iş üzrə müəyyən edilmiş ziddiyyətlərin aradan qaldırılmalı olması ilə yanaşı, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən hazırki iş üzrə əvvəl qəbul edilmiş 4 iyul 2024-cü il tarixli qərarında kassasiya instansiyası məhkəməsinin ifadə etdiyi hüquq mövqedən irəli gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə təkrarən baxılmasına dair apellyasiya icraatı materiallarından və kassasiya qaydasında mübahisələndirilən 23 yanvar 2025-ci il tarixli qərardan göründüyü kimi, məhkəmə iş üzrə nəinki heç bir araşdırma aparmamış, həm də Ali Məhkəmənin Cinayət Kollegiyasının 4 iyul 2024-cü il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyi nəzərə almayaraq kassasiya instansiyası məhkəməsinin heç bir göstəriş inə əməl etməmişdir ki, bu hallar da apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olması barədə fikir yürütməyə əsas vermir. Məhkəmə kollegiyasının belə qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən sübutların tədqiq edilməsinə və qiymətləndirilməsinə dair qanunvericiliyinin tələblərinə tam əməl edilməməsi ilə yanaşı, həmçinin məhkəmənin aşağıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərini də pozması halların müəyyən edilməsinə əsaslanır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən saxladığı Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmündən göründüyü kimi, Məhkum həmin hökmlə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu il ə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə hüquq sahəsində ali təhsilə və iş təcrübəsinə malik olmadığı halda ali tibb təhsilini xaricdə davam etdirmək istəyən Azərbaycan Tibb Universitetinin tələbəsi Zərərçəkmiş şəxs2 yalandan özünü hüquqşünas kimi təqdim edərək dövlət xətti ilə xaricdə təhsil alınması ilə bağlı hüquqi məsələlərin tənzimlənməsində təcrübəsinin və bu sahədə geniş əlaqələrinin olduğuna inandırıb etibarını qazandıqdan sonra tibb sahəsində ali təhsilini davam etdirmək üçün onun Türkiyə Respublikasının Eskişehir Osmanqazi Universtitetinə tələbə kimi köçürülməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti və səlahiyyəti olmadan bu adla 2017-ci ilin may ayından həmin il in noyabr ayının əvvəllərinə kimi olan müddət ərzində ayrı-ayrı vaxtlarda Bakı şəhəri Yasamal rayonu ərazisində müxtəlif yerlərdə, sonuncu dəfə isə Bakı şəhəri, Yasamal rayonu, Bakı Metropoliteninin “Nizami” stansiyasının qarşısında hissə-hissə olmaqla ümumilikdə 7.000 manat pul vəsaitini və guya Quba rayonundan olduğu üçün bu məsələləri həll edən şəxslərə hörmət əlaməti olaraq bəxşiş vermək adı ilə 100 manat dəyərində alma məhsulunu Zərərçəkmiş şəxs2 alıb vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 7.100 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 dövlət tərəfindən xəstəliyə görə pensiya təyin edilməsi məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti və səlahiyyəti olmadığı halda bu adla 2019-cu ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs3 ünvan 4 ünvanının qarşısında 4200 manat pul vəsaitini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 4200 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bununla yanaşı, məhkəmələr iş üzrə belə nəticəyə gəlmişlər ki, Məhkum göstərilən əməllərlə yanaşı, həmçinin Zərərçəkmiş şəxsyə xeyli miqdarda – 48.000 manat məbləğində ziyan vurmaqla da zərər çəkmiş şəxsi aldadaraq və onun etibarından suiistifadə edərək son uncunun həmin məbləğdə pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, lakin bu epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə etmə müddəti keçdiyindən həmin epizod Məhkum qarşı irəli sürülmüş ittihamdan xaric edilməli və o, yuxarıda göstərilən digər iki epizod üzrə, yəni təkrarən dələduzluq əməlini törətdiyinə görə CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Əvvəla, məhkəmələr öz mülahizələrinə əsasən Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsyə külli miqdarda ziyan vurmaqla sonuncunun 304.000 manat məbləğində pulunu ələ keçirməsinin sübuta yetirilməməsi və araşdırdıqları sübutlarla bu epizod üzrə onun yalnız 48.000 manat məbləğində pulunu dələduzluq yolu ilə əldə etməsi barədə nəticəyə gələrkən nəzərə almamışdır ki, hətta bu halda zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurulmuş, lakin bu əmələ münasibətdə ümumiyyətlə cinayət qanunu normasını düzgün tətbiq etməyərək göstərilən əməlin yalnız CM-in 178.2.2-ci maddəsi ilə əhatə olunması barədə əsassız nəticəyə gəlmişlər. Bununla yanaşı, məhkəmələrin diqqətindən o, hal da yayınmışdır ki, Məhkum Zərərçəkmiş şəxs2 qarşı dələduzluq cinayətini törətməsi, yəni onun 7.100 manat pul vəsaitini bu yolla ələ keçirməsi nəticəsində həmin zərər çəkmiş şəxsə də xeyli ziyan vurulmuş və təsvir edilən hallar hər iki epizod üzrə məhkum olunmuş şəxsin əməlinin CMin 178.2.2-ci maddəsi ilə yanaşı, həm də CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilməsi və onun bu maddə ilə də təqsirli bilinməsi üçün əsas yaratmışdır. Çünki, CM-in 178.2.4-cü maddəsində zərər çəkmiş şəxsə xeyli ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmiş və CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göründüyü kimi, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi Məhkum əməllərinin yalnız CM-in 178.2.2-ci maddəsi ilə tövsif edilməsi barədə səhv nəticəyə gələrkən, habelə onun Zərərçəkmiş şəxsyə qarşı törətdiyi dələduzluq əməlinin CM-in 29, 178.3.2-ci maddəsi ilə tövsif edilməsinin mümkün olub-olmamasına heç bir münasibət bildirmədiklərindən CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermiş və yuxarıda təsvir edilənlərlə yanaşı, bu hallara əsasən də apellyasiya instansiyası məhkəməsinin 23 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yaranmışdır. Bununla yanaşı, məhkəmələr Məhkum Zərərçəkmiş şəxsyə qarşı törətdiyi dələduzluq epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə həmin epizodu məhkum olunmuş şəxsə qarşı elan olunmuş ittihamdan xaric edərkən prosessual qanunvericiliyinin aşağıdakı tələblərinin pozulmasına da yol vermişlər. Bu nəticəyə gələrkən isə əvvəla məhkəmələr nəzərə almamışlar ki, Məhkum cinayət təqibinin bütün mərhələlərində digər cinayət əməlləri ilə yanaşı, Zərərçəkmiş şəxs1 qarşı da dələduzluq cinayətini törətməkdə özünü təqsirli bilməmiş, bununla bağlı heç vaxt, o cümlədən birinci instansiya məhkəməsinin məhkəmə iclasında etirafedici ifadələr verməmiş, məhkəmə iclaslarında isə yalnız ona bəraət verilməsini və ya barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş etmiş, başqa əsaslarla, o cümlədən bəraətverici əsas olmayan cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə işə xitam verilməsi barədə məhkəmələrə müraciət etməmiş və istər o, özü, istərsə də onun müdafiəçisi bu haqda yekun məhkəmə aktının qəbul edilməsinə razılıq verməmişlər. Məhkəmə kollegiyası bu halları da təhlil edərək ilk növbədə qeyd edir ki, CPM-in 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlb etmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Göründüyü kimi, şəxsə qarşı irəli sürülmüş ittiham üzrə hər hansı cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə cina yət təqibini aparan orqan və ya məhkəmə bununla bağlı epizodun ittihamdan xaric edilməsi deyil, həmin epizod üzrə cinayət təqibinə xitam verilməsi haqda qərar qəbul etməlidir. Bununla yanaşı, CPM-in 43.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CPM-in 44.2.1-ci maddəsinə əsasən isə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə onun barəsində ittiham hökmü çıxarır. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində 23 yanvar 2025-ci il tarixli qərarı qəbul edərkən onun təqsirli bilindiyi epizodlar üzrə də cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçibkeçməməsini, nəticədə isə prosessual qanunvericiliyinin yuxarıda təsvir edilən normalarının tətbiq edilməsi mümkünlüyünü müzakirə etməmiş və həmin qərarla hökm digər hissələrdə olduğu kimi məhkum olunmuş şəxsə cəzaların təyin edilməsinə dair hissədə də dəyişdirilmədən saxlanılmışdır. Hərçənd, Məhkum həmin hökmlə təqsirli bilindiyi epizodlardan göründüyü kimi, o, Zərərçəkmiş şəxs2 qarşı az ağır cinayət hesab edilən dələduzluq cinayətini 2017-ci ilin may-noyabr ayları ərzində, Zərərçəkmiş şəxs3 qarşı törətdiyi eyni xarakterli, lakin böyük ictimai təhlükəli cinayət hesab edilən dələduzluq əməlini 2019-cu il iyul ayının ortalarında törətmiş və bu müddətlərdən hesablanmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilmiş 23 yanvar 2025-ci il tarixədək, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmü qüvvəyə minənədək birinci epizod üzrə yeddi ildən artıq, ikinci epizod üzrə isə - beş ildən artıq müddət keçmişdir. CM-in 75.1.1 və 75.1.2-ci maddələrinə görə isə, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə, prosessual qanunvericiliyinin tələblərinə əsasən isə - cəzalandırıla bilməz Bundan başqa, məhkəmə kollegiyası haz ırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməli olması barədə nəticəyə gələrkən bunun əsası kimi onu da nəzərə alır ki, cinayət işinin materiallarına əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş üzrə mülki iddia ilə məhkəməyə müraciət edərək Məhkum onun xeyrinə ödənilməsi üçün ümumilikdə 590368 manat məbləğində pulun tutulmasını xahiş etmiş, bu iddianın verilməsi üçün 883 manat məbləğində dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmü ilə isə Zərərçəkmiş şəxsnin mülki iddiası qismən dəmin edilərək 48000 (qırx səkkiz min) manat məbləğində, yəni iş üzrə gəldiyi nəticəyə əsasən Məhkum Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməlini törətməsi nəticəsində vurduğu ziyan hə cmində təmin olunmuş və yalnız həmin məbləğin Məhkum tutularaq zərər çəkmiş şəxsin (mülki iddiaçının) xeyrinə ödənilməsi qət edilmiş, lakin mülki iddianın verilməsi üçün ödənilmiş rüsumun məhkum olunmuş şəxsdən tutulmalı olub-olmamasına məhkəmə öz münasibətini bildirməmiş, apellyasiya instansiyası məhkəməsi də bu səhvi aradan qaldırmamışdır. Halbuki, zərər çəkmiş şəxs (müllki iddiaçı) Zərərçəkmiş şəxs öz iddia ərizəsində ona vurulmuş ziyana və itirilmiş faydaya görə yuxarıda göstərilən pul məbləği ilə yanaşı, həmçinin mülki iddianın verilməsi üçün ödədiyi 883 manat məbləğində pulun da Məhkum tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Kassasiya protestində və kassasiya şikayətində bu məsələyə dair dəlillər irəli sürülməsə də, kassasiya müraciətlərinin dəlillərindən asılı olmayara q işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən cinayət və cinayət-prosessual qanunvericilinin tələblərinə əməl olunub-olunmamasını bütövlükdə yoxlayan məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 23 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması üçün əsaslardan biri kimi onu da görür ki, birinci instansiya məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmü ilə Məhkum CM-in 178.2.2-ci maddəsi ilə 3 (üç) il müddətə, CM-in 69.3-cü maddəsinə əsasən isə - qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsa da, CM-in 53-1.2 və 53-1.3-cü maddələrinin tələblərinə əməl olunmayaraq məhkumun üzərinə həmin maddələrdə göstərilmiş heç bir vəzifələr qoyulmamış, onun cə zasının icrasının hansı orqana həvalə edilməsi isə müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsi isə bu pozuntunu da aradan qaldırmamışdır. Bu məsələ ilə bağlı məhkəmələr nəzərə almamışlar ki, CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. CM-in 52 -1.3-cü maddəsində isə təsbit edilmişdir ki, məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edərək belə nəticəyə gəlir ki, apellyasiya intansiyası məhkəməsi hazırki iş üzrə sübutların araşdırılmasına və onların qiymətləndirilməsinə dair prosessual qanunvericiliyinin tələblərinə tam şəkildə əməl etmədiyinə, məhkum olunmuş şəxs Məhkum əməlinin hüquqi tövsifi ilə bağlı isə səhv nəticəyə gəldiyinə, yəni CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara, eyni zamanda maddi və prosessual hüquq normalarının başqa tələblərinin pozulmasına yol verdiyindən, dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protestinin və zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxsnin nümayəndəsi Nümayəndə kassasiya şikayətinin dəlillərini qəbul edilən sayılmalı, məhkəmənin qəbul etdiyi və kassasiya qaydasında mübahisələndirilən 23 yanvar 2025-ci il tarixli qərarı isə ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətinə əsaslanaraq belə vəziyyətdə Məhkum təyin olunmuş cəzanın açıq-aşkar yüngül olmasını və bununla bağlı Nümayəndə kassasiya şikayətinin dəlillərinə münasibət bildirməyə ehtiyac görmür və hesab edir ki, bu məsələ yeni apellyasiya baxışı zamanı hazırki qərarda göstərilən çatışmazlıqlar və nöqsanlar aradan qaldırıldıqdan sonra qanuna müvafiq qaydada apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərdən keçirilərək həll edilməldir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protestinin və zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxsnin nümayəndəsi Nümayəndə kassasiya şikayətinin dəlilləri ilə birgə müqayisəli şəkildə bir daha təhlil edib həmin protestin və şikayətinin təmin edilməsi haqda zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxsin, onun nümayəndəsi Nümayəndə və dövlət ittihamçısı H.B.İmranovun, kassasiya müraciətlərinin təmin edilməməsi barədə isə məhkum olunmuş şəxs Məhkum çıxışlarını dinləyərək belə nəti cəyə gəlir ki, dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protesti və Nümayəndə kassasiya şikayəti təmin edilməli, Məhkum CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2025-ci il tarixli qərarı isə ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasınd a şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı T.R.Qəhrəmanov tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2025-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar