Məhkəmə qərarları › İş №1(102)-137/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-137/2020

29.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-137/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, bəraət almış vəfat etmiş təqsirləndirilən şəxsin hüquqi varisi X5, zərərçəkmiş şəxs X2, mülki iddiaçı X6 və onun nümayəndə si – X80nun vəkili X8 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Ağdam Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim E.A.Bayramov) X10 (xxxx xxx 1990-cı il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, ünvan9-də yaşamış, 27 mart 2018-ci il tarixdə vəfat etmiş) Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə ölümündən sonra bəraət verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Xasməmmədov, hakimlər T.A.Muxtarov və Ə.G.Abdullayevdən ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Ağdam Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli bəraət hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən X12 27 mart 2018-ci il tarix də, saat 20-20 radələrində idarə etdiyi VAZ-21154 markalı, ** xx xx xx *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan6 ərazisindən keçən asfalt yolla ünvan7 istiqamətində hərəkətdə olarkən “X18” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 maksimum sürətin məhdudlaşdırılması yol nişanının) tələblərini pozaraq yüksək sürətlə idarə etdiyi avtomobili ilə həmin istiqamətdə hərəkətdə olan sürücü X6 idarə etdiyi VAZ-27170 markalı, ** xx xx xx *** dövlət qeydiyyat nişanlı avtomobili arxa bamperi və arxa buferindən vurmuş, hər iki avtomobil yoldan çıxaraq aşmış və nəticədə X9 idarə etdiyi VAZ-21154 markalı, ** xx xx xx *** dövlət qeydiyyat nişanlı avtomobildə olan X1 ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmiş və ape llyasiya instansiyası məhkəməsi də onunla razılaşmışdır ki, əslində hadisə zamanı XXX55un idarə etdiyi VAZ27170 markalı, ** xx xx xx *** dövlət qeydiyyat nişanlı avtomobil X10in idarə etdiyi VAZ21154 markalı, ** xx xx xx *** dövlət qeydiyyat nişanlı avtomobilin arxasınca hərəkətdə olmuş, hadisə yerində XXX60 ötmə edərkən qarşıdan başqa avtomaşın gəldiyi üçün onun idarə etdiyi avtomaşının sağ tərəfi X10in idarə etdiyi avtomaşının sol yanı ilə toqquşmuş, buna görə X10in idarə etdiyi avtomaşın yoldan sağ tərəfə çıxmış, nəticədə sürücü X10 ölmüş, onun idarə etdiyi avtomobildə olan sərnişin XXX99 isə sağlamılığına ağır zərər vuran xəsarətlər almışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinay ət mühakimə icraatının prinsipi və cinayət-prosessual qanunun digər normalarının tələbləri pozulmuş, o cümlədən X10ə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə irəli sürülmüş ittiham ibtidai istintaq zamanı toplanmış sübutlarla – şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları ilə kifayət qədər təsdiq olunduğu halda, əsassız olaraq həmin sübutları nəzərə almaqdan imtina edib, işin nəticələrində maraqlı olan zərərçəkmiş şəxs XX85un, şahidlər XXXX45un və XX33un ziddiyyətli, həqiqəti əks etdirməyən ifadələri və onların “məlumatları” üzərində qurulmuş hadisənin baş vermə mexanizmini təhrif edən təsvir əsasında verilmiş məhkəmə yol nəqliyyat ekspertizasının rəyinə əsaslanmaqla X10in əməlində cinayət tərkibinin olmama sı haqqında nəticəyə gəlmişlər. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2 və 416.0.3-cü maddələrində nəzərdə tutulmuş pozuntuları yaradan hallar kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kass asiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla vəfat etmiş, Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X9 əməlində cinayət tərkibinin olmaması haqqında nəticəyə gəlib, ona bəraət verdiyini, apellyasiya instansiyası məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2 və 416.0.3-cü maddələrində nə zərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyul 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessual Məcəllənin 42.1.2-ci maddəsinə əsasən təqsirləndirilən ş əxsin əməlində cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət təqibi orqanı tərəfindən baxılan yol nəqliyyat hadisəsi zamanı vəfat etmiş X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərə tutulmuş ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmaql a avtomobili idarə edən şəxsin yol hərəkəti qaydalarını pozması cinayətinin törədilməsində təqsirləndirilmişdir. Odur ki, bu cinayətin tərkibinin mövcudluğunu şərtləndirən zəruri obyektiv və subyektiv əlamətlər baxılan işin sübutetmə predmeti kimi çıxış edir və Cinayət-Prosessual Məcəllənin 139, 145, 146-cı maddələrinin tələblərinə əsasən, onların mövcudluğu barədə nəticələr belə qənaətə gəlmək üçün kifayət edən mümkün və mötəbər sübutların məcmusu ilə təsdiq olunmalı idi. Cinayət təqibi orqanı X10ə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1ci maddəsi ilə ittiham irəli sürərkən həlledici şəkildə ondan (cinayət tərkibinin obyektiv cəhətinə aid olan belə bir haldan) çıxış etmişdir ki, X6 idarə etdiyi VAZ-27170 markalı avtomobil öndə hərəkətdə olmuş, X10in eyni istiqamətdə idarə etd iyi VAZ-21154 markalı avtomobil isə ondan arxada hərəkətdə olmuşdur (müvafiq olaraq da məhz X10 avtomobili yüksək sürətdə idarə etdiyindən, diqqətsizliyindən öz avtomobili ilə XXXX75un idarə etdiyi avtomobili arxadan vurmuşdur). Məhkəməyədək icraatda yol nəqliyyat hadisələri ekspertizalarını keçirmiş ekspertlər də X10in yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanının olması, məhz onun “X18” Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələbini pozulmasının avtomobillərin toqquşmasına (nəticə etibarı ilə X10in avtomobilində olmuş sərnişin X1 ağır zərərin vurulmasına) səbəb olması haqqında nəticəyə gələrkən ekspertizaların təyin edilməsi haqqında qərarlarda verilmiş hadisənin bu cür təsvirini əsas götürmüşlər. Lakin, qeyd olunan təsvirdə və onun üzərində qurulmuş məhkəmə yol nəqliyy at hadisələri ekspertizalarının nəticələrində X4 ifadəsində verdiyi məlumatlar, eləcə də X10in idarə etdiyi VAZ-21154 markalı avtobilin ön sol qapısında və XXXX75un idarə etdiyi VAZ27170 markalı avtomobilin ön sağ hissəsində bir-birinə sürtünmə izlərinin olması faktı nəzərə alınmamışdır. Belə ki, XXX25 məhkəmədə olduğu kimi ibtidai istintaqda da göstərmişdi ki, o və X10 sonuncunun avtomobilində irəlidə hərəkət edərkən məhz XXXX75 arxadan yüksək sürətlə gəlib onları ötüb keçmək istəmiş, avtomobillər yanaşı gedərkən qarşıdan başqa avtomobil gəldiyindən XXX60 avtomobili sağa manevr etdirmiş və bu zaman onun idarə etdiyi avtomobil X10in idarə etdiyi avtomobili sol yan tərəfindən vurmuş, nəticədə X10 idarəetməni itirmiş və o, ağır xəsarət almışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 20 18-ci il tarixli rəyində isə qeyd olunmuşdu ki, VAZ-21154 markalı avtomobilin ön sol qapısının üzərində ağ rəngli boya sürtünməsi izi və mikrohissəciklər vardır, həmin mikrohissəciklər VAZ-27170 markalı dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsindən götürülmüş lak boya hissəcikləri ilə təbiətinə və təkibinə görə uyğundur, onlar ümumi cins mənsubiyyətlidirlər. Qeyd olunan məlumatlar XXXX75un və onun idarə etdiyi avtomobildə sənişin olmuş şahidlər XXXXX44un və XXXXX88un ifadələri ilə uzlaşmadığından, sübutların mötəbərliyini yoxlamaq məqsədi ilə məhkəmə iclasında hadisə yerinin yaxınlığında olmuş və baş verənləri bilavasitə müşahidə etmiş XXXX45 əlavə şahid qismində dindirilmiş və o, da yol nəqliyyat hadisəsini zərərçəkmiş XX85 göstərdiyi kimi təsvir etmişdir. Beləliklə, birinci ins tansiya məhkəməsi cinayət tərkibinin obyektiv cəhətinə aid olan mühüm halı (hansı avtomobilin öndə, hansının arxada hərəkətdə olması, ötmə əməliyyatını hansı avtomobilin yerinə yetirilməsi məsələsini) ibtidai istintaq orqanından fərqli şəkildə müəyyən edib, bu hallara uyğun olaraq yol nəqliyyat hadisəsini təsvir etmiş və təkrar yol nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə dair qərar qəbul etmişdir. Artıq həmin qərara əsasən verilmiş 14 mart 2019-cu il tarixli məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyində (ibtidai istintaqda verilmiş rəylərdən fərqli olaraq) toqquşmaya VAZ 21154 markalı avtomobilin sürücüsünün idarə etməsi səbəb olmadığından, X10in hərəkətlərinin tədqiqinin xüsusi bilik tələb etməməsi qeyd olunmuşdur. İttiham tərəfi məhkəmədə X4, şahid XXXX45un, məhkəmə e kspertizasının 14 mart 2019-cu il tarixli rəyini təkzib edən, eləcə də ibtidai istintaqda toplanmış, faktlar barədə məhkəmə qənaəti ilə uzlaşmayan materiallara yaranmış şübhələri aradan qaldıran sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə vəziyyətdə birinci instansiya məhkəməsinin X10in əməlində ona isnad edilən cinayətin tərkibinin əlamətlərinin müəyyən edilməməsindən çıxış etməklə ona bəraət verməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş nəticə kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və və ədalətliliyi prinsipinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əs aslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi də cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayə t təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). X4, şahid XXXX45un yuxarıda təsvir edilən xüsusatlar barədə ifadələrində verdikləri məlumatların həqiqiliyi, 14 mart 2019-cu tarixli məhkəmə ekspertizasının rəyinin düzgünlüyü təkzib olunmadığı vəziyyətdə birinci instansiya m əhkəməsinin vəfat etmiş X10 Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə irəli sürlmüş ittiham üzrə bəraət verməsi, apellyasiya məhkəməsinin isə həmin nəticə ilə razılaşması cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir. Qeyd olunanlar dövət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.0.2 və 416.0.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməs i üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, mülki iddiaçı XXXX75un və onun nümayəndəsi nümayəndə45un, habelə kassasiya protestinin təmin edilməməsinə dair bəraət almış vəfat etmiş təqsirləndirilən şəxsin hüquqi varisi XX47nın və zərərçəkmiş şəxs XX85un çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X9 barəsində olan 09 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X9 barəsində olan 09 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar