Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-137/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 28 fevral 2023-cü il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İsgəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum5, məhkumlar Məhkum20, Məhkum27 və Məhkum19 müdafiəçisi Kantayev Nurəddin Mahama oğlunun və məhkumlar Məhkum8 və Məhkum7 müdafiəçisi Kazımov Osman Əlişirin oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum11, Məhkum5, Məhkum20, Məhkum19, Məhkum12, Məhkum17, Məhkum21, Məhkum7, Məhkum8, Məhkum24, Məhkum25, Məhkum26 və Məhkum27, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum11 və Məhkum26 müdafiəçisi Allahverdiyev Asif Yusif oğlu, məhkumlar Məhkum20, Məhkum27 və X18in müdafiəçisi Kanta yev Nurəddin Mahama oğlu, məhkumlar Məhkum5, Məhkum21 və Məhkum12, Məhkum17 müdafiəçisi Əsədov Anar Əsədulla oğlu və məhkumlar Məhkum8 və Məhkum7 müdafiəçisi Kazımov Osman Əlişirin oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə və Məhkum12 müdafiəçisi Babayev Elxan Cəmaləddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmü ilə (hakimlər Hacıyev Əfqan Niyətulla oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət məhkəmə tərkibi) Məhkum11, xx xxxx 1984-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “Azərbaycan Avtomobil Yolla rı” Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 9 nömrəli Tərəzi Nəzarət Məntəqəsində mütəxəssis vəzifəsində işləmiş, Lənkəran rayonunun Göyşaban kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Məhkum5, xx xxxxxx 1980-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər Astara Rayon Məhkəməsinin 17 aprel 2012-ci il tarixli hökmü ilə CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) miqdarında cərimə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 2 ünvanda yaşamış, Məhkum20, xx xxxxxx 1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 3 ünvanda y aşamış, Məhkum19, xx xxxxxxx 1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1də qeydiyyatda olmaqla ünvan 7-də yaşamış, Məhkum12, 06 avqust 1980-cı il tarixdə Abşeron rayonunun Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 10-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Məhkum17, xx xxxx 1998-ci il tarixdə Yardımlı rayonunun Bozayran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Yardımlı rayonunun Bozayran kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron» yaşayış kompleksində yaşayan, Məhkum21, xx xxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Bakı şəhəri, ünvan 6 ünvanda yaşamış, Məhkum7, xx xxxxxxxx 1988-ci il tarixdə Biləsuvar rayonunun Ağayrı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər Abşeron Rayon Məhkəməsinin 04 iyun 2009-cu il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə islah işləri cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, heç yerdə işləməyən, Biləsuvar rayonunun Ağayrı kəndində qeydiyyatda olmaqla ünvan 14-də yaşamış, Məhkum8 Safalı oğl u, 22 avqust 1990-cı il tarixdə Biləsuvar rayonunun Ağayrı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, məhkum olunmamış, heç yerdə işləməyən, Biləsuvar rayonunun Ağayrı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan, Məhkum24, xx xxxxxxxx 1963-cü il tarixdə Lənkəran rayonunun Boladi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Lənkəran şəhər Xarici dillər təmayüllü gimnaziyada müəllimə işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 5-də qeydiyyat da olmaqla Lənkəran rayonunun Göyşaban kəndində yaşayan, Məhkum25, xx xxxx 1956-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 9-da qeydiyyatda olmaqla ünvan 4-də yaşayan, Məhkum26, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 7-də qeydiyyatda olmaqla ünvan 11-də yaşayan və Məhkum27, xx xxxx 1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Gəncə şəhəri, ünvan 8 ünvanda yaşayan, hər birisi CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək: - Məhkum11 CM-nin 206.4-cü maddəsi ilə 9 (doqquz) il müddətə, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə, CM-nin 240.3.1 və 240.3.2-ci maddələri ilə 5 (beş) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki) il müddətə; - Məhkum5 CM-nin 206.4-cü maddəsi ilə 9 (doqquz) il müddətə, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə, CM-nin 240.3.1 və 240.3.2ci maddələri ilə 6 (altı) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən topla maq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 (on beş) il müddətə; - Məhkum20 CM-nin 206.4-cü maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə, CM-nin 240.3.1 və 240.3.2-ci maddələri ilə 5 (beş) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki) il müddətə; - Məhkum19 CM-nin 206.4-cü maddəsi ilə 9 (doqquz) il müddətə, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə, CM-nin 240.3.1 və 240.3.2ci maddələri ilə 6 (altı) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejim li cəzaçəkmə müəssisəsində çəkməklə 15 (on beş) il müddətə; - Məhkum12 CM-nin 206.4-cü maddəsi ilə 9 (doqquz) il müddətə, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə, CM-nin 240.3.1 və 240.3.2-ci maddələri ilə 6 (altı) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 (on dörd) il müddətə; - Məhkum17 CM-nin 206.4-cü maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə, CM-nin 240.3.1 və 240.3.2-ci maddələri ilə 5 (beş) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on ik i) il müddətə; - Məhkum21 CM-nin 206.4-cü maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə, CM-nin 240.3.1 və 240.3.2-ci maddələri ilə 6 (altı) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 (on üç) il müddətə; - Məhkum7 CM-nin 206.4-cü maddəsi ilə 9 (doqquz) il müddətə, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə, CM-nin 240.3.1 və 240.3.2ci maddələri ilə 6 (altı) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 15 (on beş) il müddətə; - Məhkum8 Safalı oğlu CM-nin 206.4-cü maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə, CM-nin 240.3.1 və 240.3.2-ci maddələri ilə 5 (beş) il müddətə, CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən isə hazırki hökmlə təyin edilən cəzaları Sabunçu rayon məhkəməsinin 19 mart 2020-ci il tarixli hökmü ilə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki) il müddətə; - Məhkum24 CM-nin 206.4-cü maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə, CM-nin 240.3.1 və 240.3.2ci maddələri ilə 4 (dörd) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə; - Məhkum25 CM -nin 206.4-cü maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə, CM-nin 240.3.1 və 240.3.2-ci maddələri ilə 5 (beş) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə; - Məhkum26 CM-nin 206.4-cü maddəsi ilə 7 (yeddi) il müddətə, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə, CM-nin 240.3.1 və 240.3.2ci maddələri ilə 4(dörd) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 9 (doqquz) il müddətə, CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq isə onun 08 yanvar 2019-cu il tarixdən 10 yanvar 2019-cu il tarixədək şübhəli şəxs q ismində saxlanıldğı 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına; - Məhkum27 CM-nin 206.4-cü maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə, CM-nin 240.3.1 və 240.3.2-ci maddələri ilə 5 (beş) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 11 (on bir) il müddətə, CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq isə onun 15 yanvar 2019-cu il tarixdən 17 yanvar 2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldğı 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkm əklə 10 (on) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin hökmlə həmçinin Məhkum1 CM-nin 206.3.1, 206.3.2, 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə, Məhkum2 CM-nin 178.3.2, 206.3.2, 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.2.1, 240.3.1, 240.3.2, 320.1 və 320.2-ci maddələri ilə, Məhkum3 CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə, Məhkum4 CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə, Məhkum6 CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə, Məhkum9 CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə, Məhkum10 CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə, Məhkum13 CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə, Məhkum14 CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə, Məhkum15 CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə, Məhkum16 CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə, Məhkum18 CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə, Məhkum22 Mir Kazim oğlu CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə, Məhkum23 CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum11, Məhkum5, Məhkum20, Məhku m19, Məhkum12, Məhkum17, Məhkum21, Məhkum7, Məhkum8, Məhkum24, Məhkum25, Məhkum26 və Məhkum27 mütəşəkkil dəstə halında külli miqdarda narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri təkrar qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş, mütəşəkkil dəstə halında təkrar satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə etmiş, saxlamış, daşımış, göndərmiş və qanunsuz olaraq satmışlar. Belə ki, Məhkum11, Məhkum5, Məhkum20, Məhkum19, Məhkum12, Məhkum17, Məhkum21, Məhkum7, Məhkum8, Məhk um24, Məhkum25, Məhkum26 və Məhkum27 satış məqsədi ilə Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4, Məhkum6, Məhkum9, Məhkum10, Məhkum13, Məhkum14, Məhkum15, Məhkum16, Məhkum18, Məhkum22, Türkiyə Respublikasının vətəndaşı Məhkum23 və qeyriləri ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələrin Türkiyə Respublikası və İran İslam Respublikasının ərazilərində əldə edilməsi, göndərilməsi və qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli keçirilərək Bakı şəhəri və Abşeron rayonu ərazilərində lazımı ünvanlara daşınıb gizlədilməklə saxlanılması və sonrakı müddətdə qanunsuz satışının həyata keçirilməsi barədə razılıq əld ə edib həmin cinayətlərin törədilməsi üçün qabaqcadan öz aralarında vəzifə bölgüsü aparmaqla çoxsaylı şəxslərdən ibarət sabit cinayətkar qrup yaradıb mütəşəkkil dəstə halında birləşmiş, 2017-ci ilin yanvar ayının əvvəllərindən etibarən sonrakı müddət ərzində Türkiyə Respublikasının ərazisində müvəqqəti yaşamaqla mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərdən “Baba” ləqəbli Məhkum1 istifadəsində olan Türkiyə Respublikasının mobil operatorlarına məxsus +**********66, +**********77, +**********20, +**********81, +**********75 və +**********33 saylı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus +**********99 və +**********90 saylı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus +**********88 saylı mobil telefon nömrələri, “Orxan XX” ləqəbli Məhkum2 istifadəsində olan Türkiyə Respublikasının mobi l operatorlarına məxsus +**********77, +**********78, +**********79 və +**********44 saylı mobil telefon nömrələri və Məhkum3 istifadəsində olan Türkiyə Respublikasının mobil operatorlarına məxsus +**********11 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Türkiyə Respublikasının ərazisindən Azərbaycan Respublikası ərazisindəki mütəşəkkil dəstənin digər üzvləri ilə daimi əlaqə saxlayaraq hər dəfə külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin Türkiyə Respublikası və İran İslam Respublikası ərazilərindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirilərək Bakı şəhəri və Abşeron rayonu ərazilərində lazımı ünvanlara daşınıb gizlədilməklə saxlanılması və qanunsuz satışının həyata keçirilməsi barədə danışıqlar aparmış, narkotik maddələrdən qurudulmuş marixuana, tiryək, heroin, metadon və kokainin, psixotrop maddələrdən metamfetamin və metilendioksimetamfetamin (MDMA) tərkibli ekstazi həblərinin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan preqabalin tərkibli güclü təsir edən dərman preparatının Türkiyə Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsi Türkiyə Respublikasında müvəqqəti yaşayan Məhkum1, Məhkum2 və Məhkum3 birbaşa təşkilatçılığı və rəhbərliyi altında həyata keçirilmiş, bəzi hallarda isə Məhkum1 Məhkum4 vasitəçiliyi ilə verdiyi tapşırığına əsasən yükdaşıma fəaliyyəti ilə məşğul olan Məhkum5 psixotrop maddələrdən metamfetaminin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsini təşkil etmiş, Məhkum1, Məhkum2 və Məhkum3 Türkiyə Respublikası ərazisindən “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə özləri şəxsən və ya mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə hər dəfə “müştərilər”dən sifarişləri qəbul etmiş, Məhkum1 və Məhkum2 göstərişlərinə əsasən “müştərilər” hər dəfə sifariş etdikləri narkotik vasitələr, psixotrop maddələr, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri almaq üçün lazımı məbləğdə pul vəsaitlərini “MilliÖn” ödəmə sistemi vasitəsi ilə mütəşəkkil dəstə üzvlərindən Məhkum1 anası Məhkum24, qardaşı Məhkum11, Məhkum2 anası Məhkum25, bacısı Məhkum26, Məhkum3 qardaşı Məhkum16, bacısı oğlu Məhkum17, əmisi oğlu Məhkum18, eləcə də Məhkum1, Məhkum2 və Məhkum3 digər yaxın əlaqələrinin faktiki nəzarəti və istifadəsində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətində mütəşəkkil dəstə üzvlərindən Məhkum11 adına açılmış **********190182, **********399004 saylı, Məhkum7 adına açılmış **********151109 saylı, Məhkum14 adına açılmış **********017739 saylı, o cümlədən kənar şəxslərdən X16 adına açılmış **********755378 saylı, X9 adına açılmış **********827815 və **********657502 saylı, X22 adına açılmış **********262585, **********115619 və **********525155 saylı, X17 adına açılmış ******************** və ********************, X7 adına açılmış ********************, ******************** və ******************** saylı, X2 adına açıl mış **********606495000 saylı və məlum olmayan digər bank hesablarına köçürmüş və bu barədə təsdiqedici ödəniş qəbzlərinin fotoşəkillərini çəkərək “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə yenidən Məhkum1, Məhkum2, Məhkum3, Məhkum11, Məhkum7, Məhkum8, Məhkum9, Məhkum13, “Şamo” ləqəbli Məhkum10, Məhkum12, Məhkum16, Məhkum14, Məhkum5, Məhkum6, Məhkum4, Məhkum15, Məhkum19, Məhkum21, Məhkum22, Məhkum17, Məhkum18, Məhkum20 və mütəşəkkil dəstənin digər üzvlərinə göndərmiş, bundan sonra Məhkum1, Məhkum2 və Məhkum3 Türkiyə Respublikası ərazisindən verdikləri göstərişlərə əsasən hər birinin iştirakı və roluna uyğun olaraq öz aralarında razılaşdırdıqları müxtəlif məbləğlərdə aylıq və gündəlik qazanc müqabilində fəaliyyət göstərən Məhkum11, Məhkum7, Məhkum8, Məhkum9, Məhkum13, Məhkum10, M əhkum12, Məhkum16, Məhkum14, Məhkum5, Məhkum6, Məhkum4, Məhkum15, Məhkum19, Məhkum21, Məhkum22, Məhkum17, Məhkum18, Məhkum20 və mütəşəkkil dəstənin digər üzvləri sifariş olunmuş narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Bakı şəhəri və Abşeron rayonu ərazilərində müxtəlif ünvanlarda gizlədərək bu barədə mütəşəkkil dəstənin rəhbərlərini məlumatlandırmış, Məhkum1, Məhkum2 və Məhkum3 isə öz növbələrində “WhatsApp” ani mesajlaşma mübadilə sistemi üzərindən özləri şəxsən və ya mütəşəkkil dəstə üzvləri vasitəsilə “müştərilərə” səsli mesaj və fotoşəkillər göndərərək sifariş etdikləri narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin gizləd ildiyi yerlər barədə məlumat vermiş, qabaqcadan mütəşəkkil dəstə üzvləri arasında razılaşdırılmış vəzifə bölgüsünə uyğun olaraq mütəşəkkil dəstəyə rəhbərlik edən Məhkum1, Məhkum2 və Məhkum3 birbaşa tapşırığı və verdikləri təlimata uyğun şəkildə mütəşəkkil dəstə üzvlərindən Məhkum11, Məhkum16, Məhkum17, Məhkum18, Məhkum14 və mütəşəkkil dəstənin digər üzvləri özlərində olan plastik kartlardan istifadə etməklə Bakı şəhəri, Lənkəran rayonu və digər ərazilərdə ayrı-ayrı yerlərdə quraşdırılmış bankomatlar vasitəsilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank hesablarından gündəlik olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qanunsu z satışından əldə olunmuş pul vəsaitlərini mütəmadi şəkildə hissəhissə çıxararaq hər dəfə həmin məbləğləri Məhkum24, Məhkum25 və Məhkum26, əsasən, sonuncu iki şəxsin faktiki yaşadıqları ünvan 11 ünvanında və həmin evin yaxınlığında, həmçinin onlara və mütəşəkkil dəstənin digər üzvlərinə Bakı şəhəri və Lənkəran rayonunun müxtəlif yerlərində şəxsən görüşərək təhvil vermiş, Məhkum24, Məhkum25, Məhkum26 və mütəşəkkil dəstənin digər isə öz növbəsində cinayətdə iştirakı və rolları ilə bağlı əvvəlcədən razılaşdırılmış vəzifə bölgüsünə uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qanunsuz dövriyyəsindən əldə olunmaqla özlərində toplanmış həmin nağd pul vəsaitlərinin bir hissəsini qazanc olaraq özlərinə götürüb şəxsi ehtiyacları üçün istifadə etmiş, qalan əsas hissəsini isə mütəşəkkil dəstəyə rəhbərlik edən Məhkum1 və Məhkum2 birbaşa tapşırığına əsasən gələcəkdə külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin əldə olunub Azərbaycan Respublikasının dövlət sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirilməsi və qanunsuz satışının davam etdirilməsi məqsədi ilə mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə Məhkum1 və Məhkum2 çatdırılmasını təmin etmiş, bu qaydada mütəşəkkil dəstə üzvləri Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qanunsuz satışın ı həyata keçirməklə davamlı gəlir əldə etmiş, qabaqcadan mütəşəkkil dəstə üzvləri arasında razılaşdırılmış vəzifə bölgüsünə və ümumi cinayətkar niyyətə uyğun olaraq mütəşəkkil dəstəyə rəhbərlik edən Məhkum1 və Məhkum2 birbaşa tapşırığı və verilən təlimata əsasən mütəşəkkil dəstə üzvlərindən Məhkum19 2018-ci ilin iyul, sentyabr və dekabr aylarında Türkiyə Respublikasının İstanbul şəhərində olarkən bacısı Məhkum27 vasitəsilə Məhkum2lə görüşərək sonuncudan üç dəfəyə qanunsuz olaraq əldə etdiyi külli miqdarda müxtəlif növ və çəkilərdə narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə “Nesquik” markalı qida məhsulunun kisəsinin içərisinə ye rləşdirib saxlamaqla daşıyaraq Azərbaycan Respublikasına gətirib mütəşəkkil dəstənin digər üzvlərinə çatdırılması və ya birbaşa satışının həyata keçirilməsi üçün 04 iyul 2018-ci il, 17 sentyabr 2018-ci il və 25 dekabr 2018-ci il tarixlərində İstanbul-Bakı aviareysi ilə ölkə ərazisinə geri qayıtmış və həmin vaxt Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük postunda gömrük nəzarətindən keçərkən qeyd edilən külli miqdarda müxtəlif növ və çəkilərdə narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri özü ilə gətirdiyi yükün içərisində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli təkrar qaçaqmalçılıq yolu ilə keçirmiş və Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 12 ünvanlarında kirayə yaşadığı mənzillərə daşıyaraq saxlamış, sonrakı müddətdə həmin külli miqdarda müxtəlif növ və çəkilərdə narkotik vasitələr, psixotrop maddələr, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin bir hissəsini özü şəxsən qanunsuz satmış, bir hissəsini isə Məhkum2 tapşırığına əsasən müxtəlif çəkilərdə ayrı-ayrı hissələrə bölərək müştərilərə çatdırılması üçün Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda gizlədərək bu barədə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi üzərindən Məhkum2 səsli mesaj və fotoşəkillər göndərərək sifariş olunmuş narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin gizlədildiyi yerlər barədə məlumat vermiş və bu qaydada mütəşəkkil dəstə üzvləri ilə birgə Azərbaycan Respub likasının ərazisində dövriyyəsi qadağan edilən külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qanunsuz satışını həyata keçirmiş, bundan başqa 2018-ci ilin noyabr ayında mütəşəkkil dəstə üzvlərindən Məhkum27 faktiki nikahda olduğu Türkiyə Respublikası vətəndaşı Məhkum23 ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərində Məhkum2lə görüşərək sonuncudan iki dəfəyə qanunsuz olaraq əldə etdikləri külli miqdarda müxtəlif növ və çəkilərdə narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə “Nesquik” markalı qida məhsulunun plastik qabının və plastik gövdəli musi qili uşaq oyuncağının içərisinə yerləşdirib saxlamaqla hər gəlişi üçün ona və faktiki nikahda olduğu Məhkum23 çatacaq 500 ABŞ dolları qazanc qarşılığında daşıyaraq Azərbaycan Respublikasına gətirib mütəşəkkil dəstənin digər üzvlərinə çatdırılması üçün 10 və 16 noyabr 2018-ci il tarixlərində Məhkum23 İstanbul-Bakı aviareysi ilə ölkə ərazisinə gəlmiş və həmin vaxt Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük postunda gömrük nəzarətindən keçərkən qeyd edilən külli miqdarda müxtəlif növ və çəkilərdə narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri özü ilə gətirdiyi yükün içərisində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli təkrar qaçaqmalçılıq yolu ilə keçirmiş və Bakı şəhərində mütəşəkki l dəstə üzvlərindən Məhkum27 qardaşı Məhkum19lə görüşüb özü ilə gətirdiyi külli miqdarda müxtəlif növ və çəkilərdə narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri birlikdə Məhkum19 ünvan 12 ünvanında kirayə yaşadığı mənzilə daşıyaraq sonuncuya təhvil vermiş və hər iki dəfə Məhkum23 özü ilə qaçaqmalçılıq yolu ilə gətirdiyi külli miqdarda müxtəlif növ və çəkilərdə narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Məhkum19 kirayə yaşadığı mənzildə sonuncu ilə birlikdə gələcəkdə sifarişlərə uyğun şəkildə “müştərilər”ə satışının həyata keçirilməsi üçün müxtəlif növ və çəkilərdə hissələrə ayıraraq qablaşdırmış, Məhkum19 isə hər iki dəfədə Məhkum23 Türkiyə Respublikasında Məhkum2 çatdırması üçün külli miqdarda müxtəlif növ və çəkilərdə narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qanunsuz satışından əldə edilmiş 9.700 və 7.000 ABŞ dolları nağd pul vermiş, bundan sonra Məhkum23 11 və 18 noyabr 2018-ci il tarixlərində Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasına geri qayıdaraq İstanbul şəhərində Məhkum2lə görüşərək Məhkum19 göndərdiyi 9.700 və 7.000 ABŞ dolları nağd pulu Məhkum2 təhvil vermiş, sonuncu isə hər dəfə Məhkum23 və Məhkum27 500 ABŞ dolları qazanc olaraq pul vermiş, növbəti dəfə mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 təkrarən aralarında razılaşdırılmış vəzifə bölgüsünə uyğun olaraq birlikdə Türkiyə Respublika sının ərazisində qanunsuz olaraq əldə etdikləri külli miqdarda 883,924 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 136,862 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, külli miqdarda 493,039 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təsiredici maddəsinin ümumi miqdarı 1,84 qram təşkil edən 21 ədəd həb və 42 ədəd həbin qırıntısından ibarət külli miqdarda narkotik vasitə metadon, külli miqdarda 5,539 qram çəkidə narkotik vasitə kokain, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına aid edilən külli miqdarda 118,448 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 9,94 qram təşkil edən kustar üsulla hazırlanmış 68 ədəd psixotrop maddə metilendioksimetamfetamin (MDMA) tərkibli ekstazi həbləri və külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin ümumi miqdarı 809,4 qram təşkil edən preqabalin tərkibli 2698 ədəd kapsullardan ibarət güclü təsir edən dərman preparatının məlum olmayan tarixdə və şəraitdə qaçaqmalıqlıq yolu ilə, yəni Türkiyə Respublikası və İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli keçirilməsini təşkil etmiş, həmin külli miqdarda narkotik vasitələr, psixotrop maddələr, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrdən külli miqdarda 4,226 qram ç əkidə narkotik vasitə heroini Məhkum11, külli miqdarda 5,102 qram çəkidə psixotrop maddə metamfetamini Məhkum12, külli miqdarda 5,109 qram çəkidə psixotrop maddə metamfetamini, təsiredici maddəsinin ümumi miqdarı 2,88 qram təşkil edən 24 ədəd psixotrop maddə metilendioksimetamfetamin (MDMA) tərkibli ekstazi həblərini və külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin ümumi miqdarı 16,5 qram təşkil edən preqabalin tərkibli 55 ədəd kapsullardan ibarət güclü təsir edən dərman preparatını Məhkum16, külli miqdarda 7,383 qram çəkidə narkotik vasitə heroini Məhkum14, külli miqdarda 9,258 qram çəkidə psixotrop maddə metamfetamini Məhkum5, külli miqdarda 6,733 qram çəkidə psixotrop maddə metamfetamini Məhkum6, 24,562 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 1,031 qram çəkidə narkotik vasitə heroini, 45,416 qram çəkidə narkotik vasitə tiryəki, 0,949 qram çəkidə narkotik vasitə kokaini, təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən 01 ədəd həbdən ibarət metadonu, külli miqdarda 27,872 qram çəkidə psixotrop maddə metamfetamini, təsiredici maddəsinin ümumi miqdarı 0,24 qram təşkil edən 02 ədəd üzərində “firon” şəkili həkk olunmuş psixotrop maddə metilendioksimetamfetamin (MDMA) tərkibli ekstazi həblərini və külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin ümumi miqdarı 13,8 qram təşkil edən preqabalin tərkibli 46 ədəd kapsullardan ibarət güclü təsir edən dərman preparatını Məhkum4, külli miqdarda 4,590 qram çəkidə narkotik vasitə kokaini, külli miqdarda təsiredici maddəsinin ümumi miq darı 6,82 qram təşkil edən 42 ədəd psixotrop maddə metilendioksimetamfetamin (MDMA) tərkibli ekstazi həblərini və külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin ümumi miqdarı 779,1 qram təşkil edən preqabalin tərkibli 2597 ədəd kapsullardan ibarət güclü təsir edən dərman preparatını Məhkum15, külli miqdarda 2,182 qram çəkidə narkotik vasitə heroini Məhkum21 və külli miqdarda 2,830 qram çəkidə narkotik vasitə heroini Məhkum22 mütəşəkkil dəstəyə rəhbərlik edən Məhkum1 Məhkum2 və Məhkum3lə birlikdə göndərdiyi şəxslərdən qanunsuz əldə edərək satış məqsədi ilə üzərilərində, nəqliyyat vasitələrində və yaşayış sahələrində saxlamaqla daşımış, qalan külli miqdarda narkotik vasitələri və psixotrop maddələri isə Məhkum7 Bakı şəhəri ərazisində Məhkum1 Məhku m2 və Məhkum3lə birlikdə göndərdiyi şəxslərdən qanunsuz əldə edərək əvvəlcədən razılaşdıqları kimi kirayə yaşadığı ünvan 14 ünvanına daşıyıb yaşayış sahəsində gizlətməklə saxlamış, daha sonra aralarındakı ümumi razılaşmaya əsasən Məhkum7 satış məqsədi ilə əldə olunmuş həmin külli miqdarda narkotik vasitələr və psixotrop maddələrdən iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,155 qram və 2,848 qram olmaqla, ümumilikdə 5,003 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxlamış, iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,108 qram və 5,064 qram olmaqla, ümumilikdə 10,172 qram çəkidə külli miqdarda narkotik vasitə heroini və iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,127 qram və 4,927 qram olmaqla, ümumilikdə 10,054 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini Məhkum10, üç ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,050 qram, 3,180 qram və 2,922 qram olmaqla, ümumilikdə 9,152 qram çəkidə külli miqdarda narkotik vasitə heroini Məhkum9, üç ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,071 qram, 2,140 qram və 2,186 qram olmaqla, ümumilikdə 6,397 qram çəkidə külli miqdarda narkotik vasitə heroini Məhkum13, beş ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,030 qram, 2,042 qram, 2,111 qram, 2,125 qram və 1,947 qram olmaqla, ümumilikdə 10,255 qram çəkidə külli miqdarda narkotik vasitə heroini və bir ədəd sellofan torbada 85,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qardaşı Məhkum8 qanunsuz satışını həyata keçirməl əri üçün verib qalan hissəsini özünün yaşadığı mənzildə saxlamış, daxil olmuş məlumat əsasında 20 dekabr 2018-ci il tarixdə saat 16:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mütəşəkkil dəstə üzvlərindən Məhkum7 və Məhkum9 ünvan 14 ünvanında yerləşən “AAAF Park” yaşayış kompleksinin həyətindəki “Tennis” adlı kafenin qarşısında saxlanılmış, bu zaman Məhkum7 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,155 qram və 2,848 qram olmaqla, ümumilikdə 5,003 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, Məhkum9 əynindəki qara rəngli şalvarının sol yan cibindən üç ədəd sellof an bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,050 qram, 3,180 qram və 2,922 qram olmaqla, ümumilikdə 9,152 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 dekabr 2018-ci il tarixdə saat 17:00-da mütəşəkkil dəstə üzvlərindən Məhkum8 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşadığı evin qarşısında saxlanılarkən əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən beş ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 2,030 qram, 2,042 qram, 2,111 qram, 2,125 qram və 1,947 qram olmaqla, ümumilikdə 10,255 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edil ərək götürülmüş, daha sonra Məhkum8 iştirakı ilə həmin ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən yaşayış sahəsinin yataq otağında ikinəfərlik taxta çarpayının baş tərəfindəki saxlanc yerindən çıxarıb təqdim etdiyi bir ədəd sellofan torbada 85,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 dekabr 2018-ci il tarixdə saat 19:30-da mütəşəkkil dəstə üzvlərindən Məhkum7 kirayə yaşadığı ünvan 14 ünvanında yerləşən yaşayış sahəsinə baxış keçirilərkən yataq otağındakı kompüter masasının üst siyirtməsindən beş ədəd şəffaf sellofanlarda ayrıayrılıqda təmiz çəkiləri 98,007 qram, 59,296 q ram, 110,525 qram, 93,848 qram və 95,517 qram olmaqla, ümumilikdə 457,193 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, masanın ikinci siyirtməsindən bir ədəd ağ rəngli sellofan torbada 50 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 6,176-6,892 qram olmaqla, ümumilikdə 317,169 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, qonaq otağındakı divanın altından bir ədəd ağ rəngli plastik qabın içərisində salfet kağızında beş ədəd kağız bükümlərdə külli miqdarda 3,906 qram çəkidə narkotik vasitə heroin, altı ədəd kağız bükümlərdə 2,622 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, üç ədəd polietilen bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 20,988 qram, 18,778 qram və 6,929 qram olmaqla, ümumilikdə 46,695 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, iki ədəd p olietilen torbada ayrıayrılıqda təmiz çəkiləri 286,755 qram və 148,750 qram olmaqla, ümumilikdə 435,505 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, bir ədəd polietilen bükümdə külli miqdarda 91,446 qram çəkidə narkotik vasitə tiryək, bir ədəd polietilen torbacıqda üzərilərində “M40” yazısı olan 20 ədəd həb və bir ədəd kibrit qutusunda üzərilərində “M40” yazısı olan 42 ədəd həbin qırıntısından ibarət təsiredici maddəsinin ümumi miqdarı 1,8 qram təşkil edən külli miqdarda narkotik vasitə metadon, həmçinin yaşayış sahəsindən səthlərində qarışıq formada narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan dörd ədəd kiçik qabaritli elektron tərəzilər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İda rəsinin və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 dekabr 2018-ci il tarixdə mütəşəkkil dəstə üzvlərindən Məhkum11 Lənkəran rayonu Göyşaban kəndində yerləşən yaşadığı evin həyətində saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 16:20-də şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən mütəşəkkil dəstə üzvləri ilə birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd gümüşü rəngli kağız bükümdə 4,226 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cina yətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 dekabr 2018-ci il tarixdə saat 18:10-da mütəşəkkil dəstə üzvlərindən Məhkum12 ünvan 16 ünvanında yerləşən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin inzibati binasının yaxınlığında saxlanılarkən əynindəki göy rəngli gödəkçənin sol iç cibindən çıxararaq təqdim etdiyi kibrit qutusunun içərisində bir ədəd sellofan bükümdə 5,102 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 dekabr 2018-ci il tarixdə saat 20:10-da mütəş əkkil dəstə üzvlərindən Məhkum5 Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 108-114 saylı binanın yaxınlığında saxlanılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi dörd ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 2,022 qram, 2,321 qram, 2,175 qram və 2,740 qram olmaqla, ümumilikdə 9,258 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 yanvar 2019-cu il tarixdə mütəşəkkil dəstə üzvlərindən Məhkum15 ünvan 15 saylı binanın yaxınlığında saxlanıldıqdan sonra hadisə yerində olduqları müddətdə saat 17:44-də mütəşəkkil dəstə nin Türkiyə Respublikası ərazisində fəaliyyət göstərən əsas üzvlərindən olan Məhkum2 istifadəsindəki Türkiyə Respublikasının mobil operatoruna məxsus +**********78 saylı mobil telefon nömrəsindən Məhkum15 istifadəsində olan +**********39 saylı mobil telefon nömrəsinə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə səsli mesaj göndərərək satmaq məqsədi ilə özündə saxladığı külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan preqabalin tərkibli güclü təsir edən dərman preparatının 392 qram çəkidə olan hissəsini mütəşəkkil dəstənin digər üzvlərinə çatdırılması üçün Bakı şəhəri ərazisində münasib yerdə gizlətməsi ilə bağlı ona tapşırıq vermiş, bundan sonra polis əməkdaşları əməliyyat-axtarış tədbirinin planına uyğun olaraq, mütəşəkkil dəstənin digər üzvlərinin ifşa olun ması məqsədi ilə saxlanılan şəxs Məhkum15lə birlikdə şərti olaraq seçilmiş ünvan 18 ünvanında yerləşən “Azza” şirniyyat mağazasının qarşısına gələrək mağazanın yan divarının küncündə yerə içərisində şərti “preqabalin tərkibli güclü təsir edən dərman preparatı” olan qara rəngli sellofan torba qoymuş və polis əməkdaşlarının verdiyi təlimata əsasən Məhkum15 “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Məhkum2 səsli mesaj və həmin yerin çəkilmiş fotoşəkilini göndərərək mütəşəkkil dəstənin digər üzvlərinin sifariş olunan güclü təsir edən maddələri götürə biləcəkləri gizli yer barədə məlumat vermiş, bir qədər sonra saat 19:35də mütəşəkkil dəstə üzvlərindən Məhkum21 və Məhkum22 sonuncunun idarə etdiyi “Nissan Sunny” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gəl miş və avtomobildən düşən Məhkum21 “Azza” şirniyyat mağazasının yan divarının küncündə yerə qoyulmuş içərisində şərti “preqabalin tərkibli güclü təsir edən dərman preparatı” olan qara rəngli sellofan torbanı götürdükdən dərhal sonra saat 19:40-da həmin yerdə əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılarkən əynindəki tünd rəngli cins şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd polietilen torbacıqda külli miqdarda 2,182 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin vaxt polis əməkdaşlarının Məhkum21 yaxınlaşdığını görən mütəşəkkil dəstənin digər üzvü Məhkum22 sükanı arxasında əyləşdiyi “Nissan Sunny” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətə gətirərək hadisə yerindən qaçmağa cəhd göstərsə də, əməliyyat qrupunun üzvləri tərəfində n o, saat 20:00-da həmin yerdə “Azza” şirniyyat mağazasının yaxınlığında saxlanılmış və Məhkum22 əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd polietilen torbacıqda külli miqdarda 2,830 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxslər Məhkum20, Məhkum25, Məhkum26, Məhkum22, Məhkum13, Məhkum5 özü və onun müdafiəçisi X31 tərəfindən ayrı-ayrılıqda verilmiş, məhkumlar Məhkum8, Məhkum7, Məhkum9, Məhkum3, Məhkum23, Məhkum6, məhkum edilmiş şəxs Məhkum19, onun müdafiəçisi Kantayev Nurəddin Mahama oğlu, məhkum edilmiş şəxs X10, onun və digər məhkum edilmiş şəxs Məhkum17 müdafiəçisi X36, Məhkum27 və onun müdafiəçisi Kantayev Nurəddin Mahama o ğlu tərəfindən birgə imzalanmaqla verilmiş, Məhkum27 digər müdafiəçisi Kərimova Güldisar Aleksandrovna tərəfindən ayrılıqda verilmiş, məhkum edilmiş şəxs Məhkum21 müdafiəçisi Şahverdi Eymur Ağaveys oğlu, məhkum edilmiş şəxslər Məhkum11 və Məhkum24 müdafiəçisi Allahverdiyev Asif Yusif oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş, Məhkum12 müdafiəçisi Babayev Elxan Camaləddin oğlu və Məhkum15 müdafiəçisi Abbasov Murtuzəli Aydın oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə, eləcə də Məhkum3 və onun müdafiəçisi Müdafiəçi37, Məhkum13 müdafiəçisi Müdafiəçi41, Məhkum26 müdafiəçisi Cabbarlı Rəşad Rafiq oğlu tərəfindən özlərinin apellyasiya şikayətlərinə verilmiş əlavələrə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 08 iyul 2022-ci il tarixli qərarı ilə Məhkum27 və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, digər apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü isə Məhkum25, Məhkum26, Məhkum24 və X23 aid hissələrdə aşağıdakı qaydada dəyişdirilmişdir: - Məhkum25 CM-nin 66.3-cü maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə təyin edilmiş 10 (on) il müddətə azadqlıdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsinə əsasən 5 (beş) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, sınaq müddəti ərzində onun üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanı n çağırışına vaxtında gəlmək vəzifələri qoyulmuş, məhkumun davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir; - Məhkum24 CM-nin 66.3-cü maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə təyin edilmiş 10 (on) il müddətə azadqlıdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsinə əsasən 5 (beş) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, sınaq müddəti ərzində onun üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmuş, məhkumun davranışı üzərində nəzarətin həyata keçirilməsi Lənkəran rayonu Probasiya Şöbəsinə həvalə edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir; - Məhkum26 CM-nin 66.3-cü maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ilədək endirilmiş, onun 08 yanvar 2019-cu il tarixdən 10 yanvar 2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldğı 2 (iki) gün müddət təyin olunmuş cəzaya hesablanaraq həmin cəzadan çıxılmaqla üzərində 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və bu cəzanın icrası CM-nin 79.1-ci maddəsinə əsasən onun himayəsində olan azyaşlı uşağı -12 avqust 2020-ci il təvəllüdlü X52 14 yaşına çatanadək təxirə salınmış, məhkumun üzərinə uşağının qayğısını çəkmək və onun tərbiyəsi ilə məşğul olmaq vəzifəsi qoyulmuş, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri isə ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur; - Məhkum27 CM-nin 66.3-cü maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) ilədək endirilmiş, onun 15 yanvar 2019-cu il tarixdən 17 yanvar 2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldğı 2 (iki) gün müddət təyin olunmuş cəzaya hesablanaraq həmin cəzadan çıxılmaqla üzərində 9 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və CM-nin 79.1-ci maddəsinə əsasən bu cəzanın icrası onun h imayəsində olan azyaşlı uşağı – 01 fevral 2018-ci il təvəllüdlü X(Ahmedli Murad) 14 yaşına çatanadək təxirə salınmış, məhkumun üzərinə uşağının qayğısını çəkmək və onun tərbiyəsi ilə məşğul olmaq vəzifəsi qoyulmsuş, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Gəncə şəhəri İcra və Probasiya İdarəsinə həvalə edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri isə ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Hökm Məhkum25, Məhkum26, Məhkum24 və Məhkum27 aid qalan hissələrdə, məhkumlar Məhkum3, Məhkum5, Məhkum6, Məhkum7, Məhkum8 Safalı oğlu, Məhkum9, Məhkum11, Məhkum12, Məhkum13, Məhkum15, Məhkum16, Məhkum17, Məhkum19, Məhkum20, Məhkum21, Məhkum22 və Məhkum23 aid hissələrdə isə bütövlükdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyasının 08 iyul 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 Ağakərim oğlu kassasiya protesti, Məhkum11 və Məhkum26 müdafiəçisi Allahverdiyev Asif Yusif oğlu, məhkumlar Məhkum20, Məhkum27 və X18in müdafiəçisi Kantayev Nurəddin Mahama oğlu, məhkumlar Məhkum5, Məhkum21 və Məhkum12, Məhkum17 müdafiəçisi Əsədov Anar Əsədulla oğlu, məhkumlar Məhkum8 və Məhkum7 müdafiəçisi Kazımov Osman Əlişirin oğlu kassasiya şikayətləri, Məhkum12 müdafiəçisi Babayev Elxan Cəmaləddin oğlu isə hüquqlarını müdafiə etdiyi şəxsin kassasiya şikayətinə əlavə verərək aşağıdakıları xahiş etmişlər: - Dövlət ittihamçısı2 – qərarın məhkumlar Məhkum25, Məhkum26, Məhkum24 və Məhkum27 aid hissələrdə ləğv edilməsini və işin həmin hissələrdə yeni apellyasiya baxışına təyin olunmasını; - müdafiəçi A.Y.Allahverdiyev – q ərarın Məhkum11 və Məhkum26 aid hissələrdə ləğv edilməsini və hər iki məhkumun törədilmiş cinayətlərə aiddiyyəti olmadığından onların barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini; - müdafiəçi N.M.Kantayev – qərarın Məhkum20, X26ya aid hissələrdə ləğv edilməsini və işin həmin hissələrdə yeni apellyasiya baxışına təyin olunmasını, Məhkum19 təyin olunmuş cəzaların isə onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzaların minimum həddinədək endirilməsi barədə qərar qəbul edilməsini; - Məhkum5 – qərarın ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını, onun CM-nin 206.4 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməsinə dair hissədə cinayət təqbinə xitam verilməsini, yaxud da ona təqsirli bilindiyi maddələrlə təyin olunmuş cəzaların yüngül ləşdirilməsini; - Məhkum21 – qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunmasını; - müdafiəçi O.Ə.Kazımov – qərarın Məhkum8 və Məhkum7 aid hissələrdə ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunmasını; - müdafiəçi A.Ə.Əsədov – qərarın Məhkum17 aid hissədə dəyişdirilərək ona bəraət verilməsini; - Məhkum12 – ona təin olunmuş cəzaların müddətlərinin azaldılması barədə qərar qəbul edilməsini, onun müdafiəçisi E.C.Babayev isə - adı çəkilən məhkumun kassasiya şikayətinə əlavəsində qərarın ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini; Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: İşin müəyyən edilmiş faktiki hallarını təsvir edərək bir sıra beynəlxalq müqavilələrə, CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessua l Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bəzi normalarına istinad edən Dövlət ittihamçısı2 kassasiya protestini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum25 və Məhkum24 təyin olunmuş cəzaların şərti olaraq tətbiq edilməsi, Məhkum26 və Məhkum27 barələrində isə CM-nin 79.1-ci maddəsinin tətbiq edilərək onlara təyin olunmuş cəzaların icrasının təxirə salınması haqqında qərar qəbul edərkən onların 2017-ci ildən başlayaraq narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən dərman preparatlarının qaçaqmalçılığı, qanunsuz dövriyyəsi və respublika ərazisində yayılması fəaliyyəti ilə məşğul olan mütəşəkkil dəstənin aktiv üzvləri olmalarını, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yalnız hüquq-mühafizə orqanlarının keçirdiklə ri tədbirlər nəticəsində bu dəstənin ifşa olunmasını kifayət qədər nəzərə almamışdır. Eyni zamanda, kassasiya protestinin müəllifi dəstənin təkçə axırıncı dəfə, yəni 2018-ci ilin dekabr ayında Azərbaycana qaçaqmalçılıq yolu ilə qanunsuz gətirmiş narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin miqdarlarına istinad edərək qeyd etmişdir ki, məhkəmənin həmçinin nəzərə almadığı hallar ondan ibarətdir ki, Məhkum24, Məhkum25, Məhkum26 və Məhkum27 tərəfindən birbaşa qəsdlə törədilmiş (CM-nin 206.4, 234.4.1, 234.4.2, 234,4.3, 240.3.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş) cinayətlərin hamısı ağır cinayətlər kateqoriyasına aiddir, həmin cinayətlərin əsas bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təm in edən, habelə dövlətin normal xarici- iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlərdir, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi isə hal hazırda bütün dünyada, o cümlədən Azərbaycanda yayılan ən böyük problemlərdən biridir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni tənzimləyən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Qeyd olunan dəlillərə əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum24, Məhkum25, Məhkum26 və Məhkum27 barələrində əsassız cəza tədbirlərinin seçilməsini iddia edən dövlət ittihamçısı onun kassasiya protestinin təmin olunmasını xahiş edir. Müdafiəçi A.Y.AllahŞahid30E.Ağayev barəsində verdiyi kassasiya şikayətini belə əsaslandırmışdır ki, hazırki iş üzrə ibtidai araşdırma natamam, birtərəfli, qeyri-obyektiv aparılmaqla hüquqlarını müdafiə etdiyi şəxsə qarşı əsassız və qanunsuz ittiham irəli sürülmüş və bu məhkəmə araşdırması zamanı təsdiq olunsa da iş üzrə toplanmış sübutlara düzgün huqiqi qiymət verilməyərək həmin İttiham üzrə Məhkum11 təqsirli bilinərək məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən onun barəsindəki qanunsuz hökm qüvvədə saxlanılm ışdır. Halbuki, cinayət təqibinin bütün mərhələlərində Məhkum11 özünü təqsirli bilməyərək mütəşəkkil dəstənin hec bir üzvləri ilə hər hansı əlaqəsinin olmadığını, Lənkəran şəhərində müxtəlif mobil operatorların satış təmsilçisi işlədiyini bildirmiş, iş üzrə dindirmiş digər təqsirləndirilən şəxslər və şahidər onu tanımadıqlarını təsdiq etmişlər. Bununla da, Məhkum11 ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Kassasiya şikayətinin müəllifi yuxarıda göstərilənləri nəzərə almaqla onun həmin şikayətinin təmin edilməsini xahiş edir. Eyni zamanda müdafiəçi A.Y.Allahverdiyev Məhkum26 barəsində verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə ibtidai araşdırma natamam, birtərəfli, qeyri-obyektiv aparılmaqla Məhkum26 qarşı əsassız və qanunsuz ittiham irəli sürülmüş və bu qanunsuzluqlar məhkəmə araşdırması zamanı təsdiq olunsa da iş üzrə toplanmış sübutlara düzgün huqiqi qiymət verilməyərək bu ittiham Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təsdiq olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da qeyd olunan ittiham hökmünü faktiki olaraq qüvvədə saxlamışdır. Lakin, işə məhkəmə baxışı zamanı Məhkum26 özünü təqsirli bilməyərək tutulmuş şəxslərdən ailə üzvləri istisna olmaqla hec birini tanımadığını, onlarla hər hansı əlaqəsinin olmadığını bildirmişdir. Daha sonra müdafiəçi Məhkum26 ifadələrinə istinad edərək qeyd etmişdir ki, o, Məhkum1, Məhkum2 və digər şəxslərə qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin alınması üçün pul çatdırmamış, bu işlərdən məlumatı olmamış, mütəşəkkil dəstə nin üzvü olmamışdır. Beləliklə, nə ibtidai istintaq, nə də ki, məhkəmə baxışı zamanı Məhkum26 ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsiri sübuta yetirilməmişdir. Şərh olunan əsaslara görə müdafiəçi A.Y.Allahverdiyev onun Məhkum26 barəsində verdiyi kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Müdafiəçi N.M.Kantayev Məhkum20 barəsində verdiyi kassasiya şikayətində həm sonuncunun, həm də bir sıra məhkum olunmuş şəxslərin ifadələrinə və CPM-nin bəzi maddələrinə istinad edərək həmin şikayətini belə əsaslandırmışdır ki, ibtidai istintaq orqanı əsassız olaraq Məhkum20 cinayət məsuliyyətinə cəlb etmiş, birinci instansiya məhkəməsinin hökmü ilə isə o, təkzib olunmaz sübutlar olmadan CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə təqsirli b ilinərək həddindən artıq ağır cəzaya məhkum olunmuş və apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Halbuki Məhkum20 qarşı irəli sürülmüş ittiham mütəbər və təkzibedilməz sübutlara əsaslanmır və onun cinayət məsuliyyətinə cəlb olunması üçün yeganə əsas onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri olmuşdur. Lakin məhkəmə baxışı zamanı Məhkum20 tamamilə fərqli ifadələr vermiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təkzib etmiş, iş üzrə məhkum olunmuş digər şəxslər də ibtidai araşdırma zamanı verdikləri ifadələrini təsdiq etməyərək məhkəmə baxışı zamanı fərqli ifadə vermişlər. Lakin birinci instansiya məhkəməsi onların məhkəmə iclasında verdikləri yox, ibtidai istintaq zamanı verdiyi ifadələrinə istinad etmiş, a pellyasiya instansiyası məhkəməsi də həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki cinayət prosessual qanunvericiliyinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdığı hüquqi müvgeyə gürə cinayət prosesinin iştirakçılarının məhkəmədə verdiyi ifadələrinə üstünlük verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən və cinayət işinin materiallarını nəzərdən keçirərək müdafiəçi N.M.Kantayev hesab edir ki, ibtidai istintaq düvründə toplanmış və məhkəmə baxışı zamanı tədqiq olunmuş subutlar iş üzrə mötəbər və təkzibedilməz sübut kimi qəbul oluna bilməz və Məhkum20 CM-nin 206.4, 234.4.1, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə məhkum edilməsi üçün kifayət hesab etmək olmaz, bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin qərarı ləğ v olunmaqla işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməsi barədə qərar qəbul edilməlidir. Eyni məzmunlu kassasia şiikayətini müdafiəçi N.M.Kantayev həmçinin Məhkum27 barəsində verərək həmin şikayətini də onunla əsaslandırmışdır ki, sonuncuya qarşı CMnin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham tamamilə qanunsuz və əsassızdır, lakin o, birinci instansiya məhkəməsinin hökmü ilə iş üzrə mötəbər, təkzib olunmaz sübutlar olmadan yuxanda qeyd olunan maddələrlə təqsirli bilinərək həddindən artıq ağır cəzaya məhkum olunmuş, apellyasiya instansiyası məhkəməsi də Məhkum27 təyin edilmiş cəzanın icrasım təxirə salsa da birinci instansiya məhkəməsinin hökmünü ona elan olunmuş ittihama aid hissədə dəyişdirilmədən saxl amışdır. Halbuki, cinayət işinin materiallarından, o cümlədən təqsirləndirilən şəxslərin və şahidlərin məhkəmədə verdikləri ifadələrindən görünür ki, istintaq orqanın və məhkəmələrin Məhkum27nm təqsirliliyi ilə bağlı gəldikləri nəticə yalnız mülahizələrdən və ehtimallardan ibarət olmuş, bu nəticə ilə bağlı mötəbər sübutlar əldə olunmamışdır. Araşdırılmış sübutlara əsasən isə Məhkum27 iş üzrə məhkum olunmuş şəxslərdən qardaşı Məhkum19, həyat yoldaşı Aslan Bahar və qohumu Məhkum20 istisna olmaqla başqa heç birini tanımamış və onlarla iş birliyi olmamışdır. Müdafiəçinin qənaətinə görə, belə olan halda ibtidai istintaq dövründə toplanmış və məhkəmə baxışı zamanı tədqiq olunmuş subutlar iş üzrə mötəbər sübut kimi qəbul oluna bilməz və Məhkum27nm Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə məhkum edilməsi üçün kifayət hesab etmək olmaz. Odur ki, Məhkum27nm və qeyrilərinin barəsində olan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmaqla işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməsi barədə qərar qəbul edilməlidir. Məhkum19 barəsində verdiyi kassasiya şikayətində müdafiəçi N.M.Kantayev cəza təyin etmənin qaydaları, şərtləri və prinsipləri təsbit edilmiş CM-nin müvafiq maddələrinə istinad edərək həmin şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən Məhkum19 CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməsi haqqında hökm çıxararkən və bu hökmlə ona göstərilən maddələrlə cəza təyin edərkən onun cəzasını yüngüllə şdirən hallan ümumiyyətlə nəzərə almamış və nəticədə o, əsassız olaraq uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Halbuki, Məhkum19 əvvəllər məhkum olunmamış, onun himayəsində bir azyaşlı övladı vardır, eyni zamanda CM-nin 61-ci maddəsinə əsasən adı çəkilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Daha sonra müdafiəçi qeyd etmişdir ki, Məhkum19 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətlərin törədilməsinin təfərrüatı, yəni fakti olaraq aktiv cinayət əməllərinin əsas etibarı ilə qrupun fəal üzvü Məhkum2 tərəfindən törədilmiş olmasının, hüquqlarını müdafiə etdiyi şəxsin isə qrupun digər üzvünün təlimatları əsasında hərəkət etməsi təqsirləndirilən şəxsə münasibətdə onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik xarakterinin azalmasına dəlalə t edən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Lakin bütün bunlara baxmayaraq Məhkum19 və qrupun fəal üzvünə, demək olar ki, eyni hədlərdə cəzalar təyin edilmiş, bu da cinayət qanunvericiliyinin başlıca prinsipi olan ədalət prinsipinin pozulması deməkdir. Belə olan halda müdafiəçi hesab edir ki, yuxarıda qeyd olunan yüngülfəşdirici halları tam nəzərə alınmaqla Məhkum19 CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş minimum hədlərdə cəzaların təyin edilməsi barədə qərar qəbul oluna bilər. Məhkum5 kassasiya şikayətində CM-nin və CPM-nin bir sıra maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi Qərarlarına istinad edərək həmin şikayətini onunla əsaslandırmışdır ki, ibt iadi araşdırma zamanı ona qarşı ittiham irəli sürülərkən yolverilməz sübutlardan istifadə olunmuş, məhkəmələrin də yekun məhkəmə aktlarının əsasını belə sübutlar təşkil etmişdir. Halbuki, onun CM-nin 206.4, 240.3.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi nə ibtidai araşdırma zamanı, nə də ki məhkəmə iclaslarında sübuta yetirilməmiş və o, qanunsuz və əsassız olaraq bu maddələrlə təqsirli bilinərək məhkum olunmuşdur. Eyni zamanda cəza təyin etmənin şərtləri, qaydaları və prinsipləri nəzərdə tutulmuş cinayət qanunvericiliyinin bir sıra normalarını təsvir edən kassasiya şikayətinin müəllifi məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını və həddindən artıq ağır cəzaya məruz qaldığını da iddia edir. Kassasiya şikayətində göstərilə n dəlillərə əsaslanaraq Məhkum5 onun bu müraciətinin təmin edilməsini xahiş edir. Məhkum21 kassasiya şikayətini belə əsaslandırmışdır ki, onun barəsindəki cinayət işi üzrə ibtidai araşdırma bir çox prosessual pozuntularla aparılmış, o, ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmış, buna görə də sonuncular tərəfindən tərtib edilmiş sənədləri məcburiyyət qarşısında qalaraq imzalamış,narkotik vsitələrin istifadəçisi kimi ona qarşı CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürülməli halda, törətmmədiyi cinayətlərə görə təqsirli bilinmişdir. Apellyasiya instansiyası məhkəməsi də heç bir araşdırma aparmadan qəbul etdiyi 08 iyul 2022-ci il tarixli qərarla 11 avqust 2021-ci il tarixli qanunsuz hökmü dəyişdirmədən qüvvəsində saxlamışdır. Qeyd olunanlara əsaslanaraq M əhkum21 apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Müdafiəçi O.Ə.Kazımov Məhkum7 barəsində verdiyi kassasiya şikayətində sonuncunun ifadələrinə, habelə bir sıra digər sübutlara istinad etməklə həmin şikayətini belə əsaslandırmışdır ki, sonuncuya qarşı irəli sürülmüş ittihamda təsvir olunan narkotik vasitələrin, psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələrin onun tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədlərindən gömrük nəzarətindən kənar gətirilməsinə dair hər hansı fakt mövcud deyil, həm istintaq zamanı, həm də məhkəmə iclasında bu hallarrı təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. İstintaq zamanı Məhkum7 qarşı CM-nin 206.4-cü maddəsi il ə ittiham irəli sürülməsi və sonradan Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən eyni maddə ilə təqsirli bilinməsi haqqında hökm yalnız mülahizələrə əsaslanmış. Həmçinin Məhkum7 qarşı CM-nin 240.3.1 və 240.3.2-ci maddələri ilə irəli sürülmüş ittihamla bağlı hər hansı sübut əldə edilməmiş, bu ittiham da istintaq zamanı qeyri-qanuni yolla əldə edilmiş və mülahizələrə əsaslanmışdır, onun narkotik vasitələri və psixotrop maddələri kimlərə satması, təkrar satışın nədə ifadə olunması əsaslandırılmamış, ümumi ittihamdan irəli gələn mülahizələr əsasında yekun məhkəmə aktları qəbul edilmişdir. Daha sonra müdafiəçi qeyd edir ki, Bakı Agır Cinayətlər Məhkəməsi Məhkum7 cəza təyin edərkən də ədalətsizliyə yol vermiş, apellasiya instansiyası məhkəməsi isə bu məsələni ümumiyyətlə müzakirə etməmişdir. Halb uki, iş üzrə toplanmış sübutlarla təsdiq edilir ki, o, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir və onun himayəsində az yaşlı uşağı var. Qeyd olunanlardan müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətinə baxarkən Bakı Agır Cinayətlər Məhkəməsinin yol verdiyi nöqsanları və çatışmazlıqları aradan qaldırmamış, apellyasiya şikayətini əsassız olaraq təmin etməmişdir. İşin tam, obyektiv və hərtərəfli araşdırılmasını təmin etmək üçün müdafiəçi O.Ə.Kazımov Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarının Məhkum7 aid hissədə ləğv edilərək apellyasiya şikayətinə yenidən baxılması üçün işin apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Eyni məzmunlu kassasiya şikayətini müdafiəçi O.Ə.Kazımov həmçinin Məhkum8 Safalı oğlu barəsində də verərək apellasiya instansiası məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarının sonuncuya aid hissədə də ləğv edilməsini və həmin hissədə işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Müdafiəçi A.Ə.Əsədov Məhkum17 barəsində verdiyi kassasiya şikyətində CM-nin və CPM-nin bir sıra normalarına istinad edib onların bəzilərinə təfsir verərək, habelə həm sonuncunun, həm də hazırki iş üzrə məhkum olunmuş digər şəxslərin ifadələrini təsvir edərək kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum17 dayısı Məhkum3 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bilməmiş, onun verdiyi tapşırıqları yerinə yetirmiş, yəni sadəcə olaraq dayısı tərəfindən verilmiş plastik kartlardan bir müddət pul çıxarıb müə yyən şəxslərə çatdırmış, həmin pulların narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə olunması haqda onun məlumatı olmamış, Məhkum3 də verdiyi ifadələrində bu halları təsdiq etmişdir. İş üzrə məhkum olunmuş digər şəxslərin də ifadələri ilə Məhkum17 təqsirsiz olması sübuta yetirilməsinə baxmayaraq bu ifadələr nə ibtidai araşdırma orqanı, nə də ki, məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Məhkum17 digər şəxslərlə qabaqcadan əlbir olaraq narkotik vasitələrin və psixotrop maddələrin, eləcədə narkotik vasitələrə və va psixotrop maddələrə aid olmavan güclü təsir edən maddələrin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsində və eləcə də həmin vasitələrin və maddələrin satışını həyata keçirməsində iştirak etməmiş, ümumiyyətlə digər məhkum olunmuş şəxslərin belə cinayət əmələrli törə tmələrindən xəbəri olmamışdır. Müdafiəçinin qənaətinə görə, belə olan halda Məhkum17 əməlində hər hansı cinayətin tərkibi tərkibi olmadığından, ona elan olunmuş ittihamda nəzərdə tutlmıış cinayətlərin törədilməsinə aidiyyatı müəyyən edilmədiyindən və təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarılmalı idi. Şər olunanlara əsaslanaraq müdafiəçi A.Ə.Əsədov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkum12 kassasiya şikaətini belə əsaslandırlmışdır ki, o, barəsindəki hökmdən apellyasiya şikayəti verərək ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, apellasiya instansiyası məhkəməsi əsassız olaraq onun şikayətini təmin etməmiş və hökmü dəyişdirmədən saxlamışdır. Halbuki, onun himayəsində üç azyaşlı uşaqları, he ç yerdə işləməyən arvadı və xəstə valideynləri var, o, ailədə yeganə qazanc gətirən şəxsdir, hərbi xidmətdə xəsarət aldığına görə isə İİİ qrup əlil hesab edilmişdir. Qeyd olunanlara əsaslanaraq Məhkum12 ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Eyni hallara, habelə CM-nin və CPM-nin bir sıra normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının bəzi Qərarlarına, iş üzrə toplanmış və məhkəmə iclasında araşdırlmış sübutlara, xüsusən də Məhkum12 verdiyi ifadələrə istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi E.C.Babayev hüquqlarını müdafiə etdiyi Məhkum12 kassasiya şikayətinə verdiyi əlavəsində bir tərəfdən sonuncuya təyin edilmiş cəzanın həddindən a rtıq ağır olmasını, digər tərəfdən isə onun təqsirliliyinin sübuta yetirilməməsini iddia etmişdir. Kassasiya şikayətinə verpdiyi əlavəsində müdafiəçi qeyd edir ki, iş üzrə toplanmış və araşdırılmış sübutlarla Məhkum12 mütəşəkkil dəstənin tərkibində cinayətkar fəaliyyətlə məşğul olması təsdiq olunmur, lakin buna baxmayaraq o, yalnız ehtimallara əsasən qanunsuz olaraq törətmədiyi cinayətlərə görə təqsirli bilinərək ağır cəzaya məhkum olunmuş, apellyasiya instansiyası məhkəməsi də heç bir araşdırma aparmadan əsassız hökmün qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir. Kassasiya şikayətinə əlavədə geniş təsvir edilmiş dəlillərə əsaslanaraq müdafiəçi E.C.Babayev həmin dəlillərə uyğun olaraq Məhkum12 bəraət verilməsi və onun həbsdən azad olunması haqda qərarın qəbul edilməsini xahiş edir. Ka ssasiya protestinə, kassasiya şikayətlərinə və Məhkum12 kassasiya şikayətinə onun müdafiəçisi E.C.Babayev tərəfindən verilmiş əlavəyə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin, məhkumlar Məhkum27, Məhkum24, Məhkum25, Məhkum26 və müdafiəçilər A.Y.Allahverdiyev, E.C.Babayev, A.Ə.Əsədov məhkəmə iclasına naməlum səbəblərdən gəlməmiş, məhkumlar Məhkum11, Məhkum20, Məhkum19, Məhkum12, Məhkum17, Məhkum21, Məhkum7 və Məhkum7 isə məhkəmə iclasında iştirak etmək arzularını bildirməmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun, Məhkum5, müdafiəçilər N.M.Kantayevin və O.Ə.Kazımovun bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə, kassasiya şikayətlərinə və Məhkum12 kassasiya şikayətinə onun müdafiəçisi E.C.Babayev tərəfindən verilmiş əlavəyə məhkum olunmuş şəxslər Məhkum27, Məhkum24, Məhkum25, Məhkum26, Məhkum11, Məhkum20, Məhkum19, Məhkum12, Məhkum17, Məhkum21, Məhkum7 və Məhkum8 və müdafiəçilər A.Y.Allahverdiyevin, E.C.Babayevin və A.Ə.Əsədovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şika yət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri bilir ki, kassasiya protestinə, kassasiya şikayətlərinə və Məhkum12 kassasiya şikayətinə onun müdafiəçisi E.C.Babayev tərəfindən verilmiş əlavəyə məhkəmə baxışı iclasında müəyyən edilmişdir ki, işə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsindən Məhkum17 15 yanvar 2023-cü il tarixli 17/34-75 saylı məktubla müşaiyət olunmuş ərizəsi daxil olmuşdur. Ərizədə o, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı Cəzaçəkmə Müəssisəsindən 07 fevral 2023-cü il tarixli 3-16-17/18/2-323/2023 saylı məktubla müşayiət olunmuş Məhkum21 04 fevral 2023-cü il tarixli ərizəsi daxil olmuşdur. Ərizədə o, da Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iul 2022-ci il tarixli qərarından özü tərəfindən verilmiş kassasiya şikayətini baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 06 saylı Cəzaçəkmə Müəssisəndən 17 fevral 2023-cü il tarixli 3-16-17/21/2-574/2023 saylı məktubla müşaiyət olunmuş Məhkum12 ərizəsi daxil olmuşdur. Ərizəsində o, da kassasiya şikayətini (əlavə ilə birlikdə) geri götürdüyünü bildirərək həmin müraciətlərin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda hüquqlarını müdafiə etdiyi şəxsin bu ərizəsinə əsaslanaraq müdafiəçi E.C.Babayev də onun tərəfindən Məhkum12 kassasiya şikayətinə verdiyi əlavəni geri götürdüyünü bildirərək həmin müraciətin ona qaytarılmasını xahiş etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı Cəzaçəkmə Müəssisəsindən 22 fevral 2023-cü il tarixli 3-16-17/18/2-482/2023 saylı və 3-16-17/18/-483/2023 məktublarla müşaiyət olunmuş məhkumlar Məhkum7 və Məhkum8 Safalı oğlunun, hər birisinin arı-ayrılıqda verdikləri 22 fevral 2023-cü il tarixli eyni məzmunlu ərizələri daxil ol muş, ərizələrdə adı çəkilən məhkumlar da Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından müdafiəçi O.Ə.Kazımov tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürdüklərini bildirərək həmin şikayətlərin baxılmadan geri qaytarılmasını xahiş etmişlər. Məhkumların ərizələri ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 414.1-ci maddəsinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarından göründüyü kimi, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində isə təsbit edilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş ş əxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə kollegiyası məhkumlar Məhkum17, Məhkum21, Məhkum7, Məhkum8, Məhkum12 və müdafiəçi E.C.Babayevin ərizələrini nəzərdən keçirib, məhkumlar Məhkum21 və Məhkum12 özləri tərəfindən, Məhkum17 müdafiəçisi A.Ə.Əsədov, məhkumlar Məhkum7 və Məhkum8 müdafiəçisi O.Ə.Kazımov tərəfindən verilmiş kassasiya şikayətlərinin və Məhkum12 kassasiya şikayətinə onun müdafiəçisi E.C.Babayev tərəfindən verilmiş əlavənin geri qaytarılması haqda dövlət ittihamçısı H.B.İmranovun, Məhkum5, müdafiəçilər N.M.Kantayevin və O.Ə.Kazımovun çıxışlarını dinləyərək v ə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, məhkumlar Məhkum17, Məhkum21, Məhkum7, Məhkum8, Məhkum12 və müdafiəçi E.C.Babayevin ərizələri təmin edilməli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından adları çəkilən məhkumlar barəsində verilmiş kassasiya şikayətləri və Məhkum12 kassasiya şikayətinə onun müdafiəçisi E.C.Babayev tərəfindən verilmiş əlavə geri qaytarılmalı, həmin kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə üzrə icraata xitam verilməli, Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum5, müdafiəçilər A.Y.Allahverdiyev və N.M.Kantayev tərəfindən verilmiş kassasiya şikayətlərinə isə mahiyyəti üzrə baxılmalıdır. Əvvəla, Dövlət ittihamçısı2 kassasiya protestinin məzmunun dan göründüyü kimi, onun müəllifi apellyasiya instansiyası məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarından verdiyi həmin protestində məhkəmə tərəfindən məhkumlar Məhkum25, Məhkum26, Məhkum24 və Məhkum27 törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların barəsində cəzanı yüngülləşdirən hallar düzgün qiymətləndirilmədən həddindən artıq yüngül cəza tədbirinin seçilməsini iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum5 kassasiya şikaətində məhkəmələr tərəfindən iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara qanuna müvafiq qadada qiymət verilmədiyini, məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktla rının əsasını olverilməz sübutlar təşkil etməsini, onun elan olunmuş ittiham üzrə təqsiri sübuta yetirilmədiyi halda əsassız olaraq məhkum olunmasını, digər tərəfdən isə cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan ağır cəzaya məruz qalmasını iddia edərək öz kassasiya tələblərini CPM-nin 416.1.2, 416.1.3, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində göstərilən hallarla əlaqələndirmişdir. Müdafiəçi A.Y.Allahverdiyev məhkumlar R.E.Ağaevin və Məhkum26 barəsində verdiyi kassasiya şikayətlərində sübutların qanuna müvafiq qaydada qiymətləndirilməməsini və hüquqlarını müdafiə etdiyi şəxslərin onlara elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirliklərinin sübuta yetirilməməsini, onların əsassız və qanunsuz olaraq məhkum olunmalarını iddia edərək apellyasiya instans iyası məhkəməsinin qərarının ləğv edilməli olması haqda tələblərini CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində təsbit edilmiş hallarla əlaqələndirmişdir. Eyni ilə müdafiəçi N.M.Kantayev də sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməməsini, cinayət təqibini istisna edən halların olmasına baxmayaraq məhkumlar Məhkum20 və Məhkum27 barəsində əsassız və qanunsuz olaraq ittiham hökmünün çıxarılmasını və həmin hökmün sonunculara qarşı irəli sürülmüş ittiham üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olmayaraq qüvvədə saxlanılmasını, habelə Məhkum19 cəza təyin edilərkən cəzanı yüngülləşdirən halların kifayət qədərə nəzərə alınmadığın iddia edərək bunlarla bağlı kassasiya tələblərini CPM-nin 416.1.2, 416.1.6, 416.1.21-ci maddələrində gö stərilən hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası Dövlət ittihamçısı2 kassasiya protestini, Məhkum5 və müdafiəçilər A.Y.Allahverdiyevin və N.M.Kantayevin kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı olan müraciətlər kimi görür və hazırki cinayət işinin materiallarını və kassasiya qaydasında mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarını yoxlayaraq aşağıdakıları qeyd edir. Qeyd olunan kassasiya müraciətlərinə baxılması ilə bağlı məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəll ənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual q anunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni, apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi ha qqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yo xdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxs lərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cnayətkar qəsdlərdən qorunmasını, onların da pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsitndə deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araş dırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzif ələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəllə sinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidi rlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu il ə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 145.3-cü maddəsi cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun b arəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzə rdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında öz hüquq mövqeyini müəyyənləşdirərkən eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu a millərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə isti ntaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə ko llegiyası qeyd edir ki, hökmün və ya apellyasiya instansiyası məhkəməsinin yekun qərarının yalnız məhkəmə iclaslarında araşdırılmış sübutlar əsasında çıxarılmalı olması dedikdə, belə sübutlara təqsirləndirilən şəxslərin, zərərçəkmişlərin və şahidlərin təkcə məhkəmə iclaslarında verdikləri ifadələri deyil, həmçinin onların məhkəməədək icraat zaman verdikləri ifadələrin aid edilməsi də başa düşülməlidir. Burada əsas meyar odur ki, göstərilən şəxslərin məhkəməyədək verdikləri ifadələrinin yekun məhkəmə aktının əsası kimi qəbul edilməsi üçün həmin ifadələr qanuni yolla əldə edilsin, məhkəmə iclaslarında tədqiq olunsun, bu ifadələrdə göstərilən hallar isə başqa sübutlarla da təsdiq edilsin və onlar digər sübutlarla birgə müqayisəli şəkildə qiymətləndirilsin. Göründüyü kimi, qanunvericiliyin nor malarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlə r. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Bütün yuxarıda təsvir edilənlərdən çıxış edərək, məhkəmə kollegiyası ilk növbədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, habelə müdafiəçi N.M.Kantayev tərəfindən Məhkum19 barəsində verilmiş kassasiya şikayətinə münasibət bildirməyi zəruri sayır. Əvvəla, kassasiya protestinin və Məhkum19 barəsindəki kassasiya şikayətinin məzmununlarından görünür ki, Dövlət ittihamçısı2 və müdafiəçi N.M.Kantayev qeyd olunan kassasiya müraciətlərində məhkumlar Məhkum25, Məhkum26, Məhkum24, Məhkum27 və Məhkum19 münasibətdə iş üzrə sübut ların natamam araşdırılmasını, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən adları çəkilən məhkumların törətdikləri cinayət əməlləri ilə bağlı işin müəyyən edilmiş faktiki hallarını, sonuncuların təqsirli bilindikləri cinayət əməllərini törətmələrinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübahisələndirmirlər və dövlət ittihamçısı apellyasya instansiyası məhkəməsi tərəfindən əsassız olaraq Məhkum24 və Məhkum25 barələrində CM-nin 70-ci maddəsinin, Məhkum26in və Məhkum27 barələrində isə CM-nin 79-cu maddəsinin tətbiq edilməsini iddia edərək apellasiya instansiyası məhkəməsinin qərarının onlara aid hissədə ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunmasını, müdafiəçi N.M.Kantayev isə E.E.Tağıeyvə təyin olunmuş cəzaların yüngülləşdirilməsini və bu əsasla 08 iyul 2022-ci il tarixli qərarın dəyişdirilməsini xahiş edirlər. Qeyd olunmalıdır ki, Məhkum24 və Məhkum25 onlara qarşı irəli sürülmüş ittihamlar üzrə cinayət əməllərini törətməkdə təqsirlilikləri və onların cinayət əməllərinin hüquqi tövsifi istər adları çəkilən məhkumlar, istərsə də sonuncuların müdafiəçiləri tərəfindən də mübahisələndirilməmiş və bununla bağlı müdafiə tərəfindən kassasiya şikayətləri verilməmişdlr. Buna görə, məhkəmə kollegiyası da məhkumlar Məhkum24, Məhkum25 və Məhkum19 təqsirliliklərinə dair sübutların şərh edilməsinə və bununla bağlı onların müzakirə edilməsinə ehtiyac görmür və kassasiya protestinin və müdafiəçi N.M.Kantayevin Məhkum19 barəsindəki kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün əvvəla qeyd edir ki, cinayət işinin materialları na əsasən, hazırki qərarın “İşin halları” hissəsində təsvir olunmuş işin faktiki hallarını müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni məhkum olunmuş şəxslərin həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında verdikləri ifadələri ilə yanaşı çoxsaylı şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə, bir çox əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və istintaq hərəkətlərinin aparılması haqqında prosessual sənədlərə və işə əlavə edilmiş sübüt əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətl əndirərək həm məhkumlar Məhkum24, Şəlalə Ağaevanın, Məhkum26, Ayşən Ağayevanın və Məhkum19, hər birisinin əməllərini CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlər kimi qiymətləndirmiş, belə tövsif isə onların mütəşəkkil dəstənin tərkibində həmin dəstənin digər üzvləri ilə birlikdə külli miqdarlarda narkotik vasitələrin, psixotrop maddələrin və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qaçaqmalçılığının həyata keçirilməsi və həmin vasitə və maddələrin təkrarən satış məqsədilə əldə edilib saxlanılması və daşınması, habelə satılması ilə əlaqədar olmuşdur. CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək, CM-nin 240.3.1 və 240.3.2-ci maddələrinin sanksiyası nda dörd ildən səkkiz ilədək, CM-nin 206.4-cü maddəsinin sanksiyasında isə yeddi ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulduğundan, həmin maddələrdə göstərilən cinayətlər CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddirlər (CM-nin 15.4cü maddəsinin tələblərindən görünür ki,bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur). Məhkəmə kollegyası cinayət qanunvericiliyin aşağıdakı tələblərin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarındakı tövsiyələrinə əsaslanaraq törədilmiş cinayətlərin halları ilə yanaşı məhkumlar Məhkum25, Məhkum26, Mə hkum24, Məhkum27 və Məhkum19, hər birisinin barəsində cinayət-hüquqi xarakerli tədbirin tətbiq edilməsi zamanı birinci və apellyasiya instansiyası məhkəmələrinin əsaslandıqları hallara hazırki qərarında da müraciət etməyi zəruri bilir. Əvvəla, birinci instasiya məhkəməsinin hökmündən göründüyü kimi, həmin məhkəmə Məhkum25, Məhkum26, Məhkum24, Məhkum27 və Məhkum19, hər birisinin barəsində cəza tədbiri seçərkən onlar tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, CM-nin 59.2-ci maddəsinə əsasən Məhkum24, Məhkum25, Məhkum26, Məhkum27 və Məhkumin iilk dəfə məhkum olunmalarını, Məhkum26, Məhkum27 və Məhkumin himayələrində isə bir azyaşlı uşaqlarının olmalarını CM-nin 59.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymət ləndirərək həm bu halları, həm də onlara münasibətdə CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və onların hər birisinə təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə, eyni zamanda cinayətlərin məcmusu üzrə qanuni və ədalətli cəzalar təyin etmişdir. Bununla yanaşı, həmin məhkəmə tərəfindən Məhkum26 himayəsində olan 12 avqust 2020-ci il təvəllüdlü X52 adlı uşağının adı çəkilən məhkumun Lənkəran şəhərində yaşayan bibisi X12 himayəsində olması nəzərə alınmış, Məhkum27 isə himayəsində olan 01 fevral 2018-ci il təvəllüdlü Xadlı uşağın himayə olunması üçün onun yaşadığı Gəncə şəhəri, Kəpəz rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən qəyyumluq və himayəçilik şöbəsinə həvalə edilmişdir. Bu nəticəsini biri nci instansiya məhkəməsi “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 28-ci bəndinin 3-cü hissəsinin tövsiyələrinə, habelə CPM-nin 160-cı maddəsinin tələblərinə uyğun olaraq əsaslandırmış və həmin nəticə hökmdə əksini tapmışdır. Qeyd olunan Qərarın 28-ci bəndinin 3-cü hissəsində isə göstərilmişdir ki, azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-nin 160.1-cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əks etdirilməlidir. CPM-nin 160.1-cı maddəsində təsbit edilmişdir ki, valideynin və ya ailəni dolandıran şəxs in həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz qalmış və həyat üçün zəruri vasitələrdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının büdcəsinin vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. Eyni zamanda, Bakı Ağır Cinayətlər Məhkəməsi Məhkum24, Məhkum25 və Məhkum19 törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq cəza təyini ilə bağlı onların barəsində hər hansı güzəştli qərarın qəbul olunması, o cümlədən onlara daha yüngül cəzaların təyin edilməsi və həmin məhkumların barəsində şərti məhkum etmənin tətbiqi üçün əsaslar müəyyən etməmiş və onların təyin olunmuş cəzalarını real olaraq çəkmələrini məqsədə müvafiq bilmişdir. Məhkumlar Məhkum25, Məhkum26, Məhkum24 və Məhkum27 münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə iş üzrə cəzanı yüngülləşdirən yeni halları müəyyən etmədən, bununla bağlı heç bir araşdırma aparmadan və birinci instansiya məh kəməsi tərəfindən istinad olunmuş eyni hallara əsaslanıb Məhkum25, Məhkum26, Məhkum24 və Məhkum27 təyin edilmiş cəzaların qanuniliyini, əsaslığını və ədalətliliyini müzakirə edərkən onların qadın olmalarını, ilk məhkumluqlarını, dəstə üzvü olsalar da, cinayətlərin törədilməsində faktiki iştiraklarının xarakterini və dərəcəsini, onların digər ailə üzvlərinin də hazırki iş üzrə həbsdə olmalarını, cəzalarını ağırlaşdıran halların olmamasını, Məhkum24 və Məhkum25 yaşlı olmalarını, Məhkum26 və X20 himayələrində azyaşlı uşağlarının olmalarını nəzərə alaraq hesab etmişdir ki, hökmlə Məhkum24 və Məhkum25 təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməli, Məhkum26 və Məhkum27 təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasının müddəti isə bi r qədər yüngülləşdirilməklə onların cəzalarının icrası himayələrində olan azyaşlı uşaqları 14 yaşına çatanadək təxirə salınmalıdır. Bununla yanaşı, apellasiya instansiyası məhkəməsi Məhkum19 həm ayrı-ayrı maddələrlə, həm də cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qanuni və ədalətli hesab edərək həmin cəzaların hər hansı şəkildə yüngülləşdirilməsini məqsədə müvafiq hesab etməmiş və haqlı olaraq hökmün ona aid hissədə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası Məhkum19 münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, iş apellyasiya qaydasında baxılarkən sonuncunun cəzasını yüngülləşdirən heç bir əlavə hal müəyyən olunmamış, müdafiəçi N.M.Kantayev də onun barəsində verilmiş kassasiya şikayətində müvafiq sübutl arla təsdiq olunan heç bir belə hala istinad etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız müvafiq sübutlar vasitəsilə müəyyən edilir (CPM-nin 139.0.5-ci maddəsi). Məhkəmə kollegiyası vurğulayır ki, şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi məsələsi o halda nəzərdən keçirilə bilər ki, həmin cəzanı təyin etmiş məhkəmə onun barəsində sübutlarla təsdiq olunan hər hansı cəzanı yüngülləşdirən halı nəzər almamış olsun, yaxud da CM-nin 61-ci maddəsinin tələblərinə zidd olaraq həmin maddədə nəzərdə tutulmamış hansısa halı cəzanı ağırlaşdıran hal kimi qiymətləndirsin. Hazırki işin materiallarından göründüyü kimi, işə mahiyyəti üzrə baxaraq Məhkum19 barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi məsələsini həll edə n məhkəmələr tərəfindən belə nöqsan və çatışmazlıqlara, yəni CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya əol verməmişlər. O, ki qaldı, Məhkum24 və Məhkum25 barələrində şərti məhkum etmənin tətbiqinə (CM-nin 70-ci maddəsi), Məhkum26 və Məhkum27 isə təyin olunmuş cəzalarının onlar tərəfindən çəkilməsinin himayələrində olan azyaşlı uşaqlarının 14 yaşına çatanadək təxirə salınmasına (CM-nin 79.1-ci maddəsi) məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə bağlı ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsin barəsində tətbiq edilən cinayət-hüquqi xarakterli tədbir cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində işt irakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, habelə cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına xidmət edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsin haqqında seçilmş cəza tədbiri ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası vurbulamağı lazım bilir ki, ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, onun xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalı və eyni zamanda cəzanın məqsədlərini də təmin etməlidır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda əda lət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olub-olmaması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022ci il tarixli qərarından məhkumlar Məhkum25, Məhkum26, Məhkum24 və Məhkum27 barəsində cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi zamanı belə təhlilin aparılması və qiymətləndirilməsi görünmür. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründ üyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza t əyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o, da nəzərə alınmalıdır ki,CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən CM-nin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin tələblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların möacudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edili r, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsin ə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Bu tələblərə həmçinin təqsirkarın haqqında b u və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qəra rında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandır ılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüng ülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzaslarından görünür ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onlar ın ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CMnin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CM-nin 70.1-ci maddəsinə müvafiq olaraq islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza tə yin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alır. CM-nin 70.3-cü maddəsinin tələblərindən görünür ki, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il il tari xli Qərarında məhkəmələrə izah edilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5- ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən əlavə cəzalar isə real icra olunduğundan hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Qərarda həmçinin məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edil ənin islah olunması məqsədlərinə cavab verməli və məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olub-olmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründyü kimi, CM-nin 70-ci maddəsi və Ali Məhkəmənin Plenumu həmin cinayəthüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir və bu zaman törədilmiş cinayətin xarakterinin, ictimai təhlükəlilik dərəcəsinin, məhkumun şəxsiyyətini səciyyələndirən, habel ə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması tələb olunur (CM-nin 70.2-ci maddəsi). Eyni zamanda, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun, digər tərəfdən isə bu cinayət-hüquqi xarakterli tədbir cəzanın məqsədəlrini də təmin etsin. Lakin, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiq edilməsinin mümkün olub-olmaması araşdırılarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzalarının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələb ləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında CM-nin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə də riayət olunmalıdır. Yuxarıda təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Baxılan işin materiallarından isə görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum24 və Məhkum25 barələrində şərti məhkum etmənin tətbiq olunması barədə nəticəyə gələrkən onların şəxsiyyətləri barədə nəticələri bu məsələ üzrə düzgün, inandırıcı qənaətə gəlmək üçün təsiri ola biləcək bütün halların məcmusundan hasil etməmiş, nəticə etibarı ilə onların şəxsiyyətlərinin, cinayətlərin törədilməsində rollarının və iştirakçılıq dərəcəsinin düzgün qiymətləndirilməsini təmin edə bilməmişdir. Məhkum26 və Məhkum27 barələrində CM-nin 79.1-ci maddəsinin tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin maddəyə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Əvvəla, məhkəmə kollegiyası vurğulayır ki, cinayət qanununun bu normasının mənasına görə, həmin maddədə nəzərdə tutulmuş müddəalar mütləq, yəni imperativ xarakter daşımır və məhkum olunmuş şəxsin himayəsində azyaşlı uşağın olması halı heç də ona təyin olunmuş cəzanın çəkilməsinin bütün hallarda təxirə salınması əsası ki mi çıxış etmir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs barəsində CM-nin 79.1-ci maddəsi tətbiq edilərkən yalnız onun himayəsində azyaşlı uşağının olması deyil, eyni zamanda onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, bu normanın tətbiq edildiyi təqdirdə cəzanın məqsədlərinin təmin edilməsinin mümkün olub-olmaması kimi əhəmiyyətli hallar da nəzərə alınmalıdır. Təhlil edilən maddənin dispozisiyasından həmçinin görünür ki, qanunverici şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində imperativ qaydada həmin maddənin tətbiqini istisna etsə də, digər məhkum edilmiş şəxslərə münasibətdə maddənin tətbiqinin məqsədə uyğun olub-olmamasının müəyy ən edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır ki, şəxsin himayəsində on dörd yaşına çatmamış uşağın olması halı heç də bütün hallarda bu normanın tətbiqi üçün əsas vermir. Əksinə, qanunverici həmin norma tətbiq edilməzdən əvvəl məhkəmənin üzərinə müvafiq araşdırmanın aparılması vəzifəsini qoyur və bu vəzifənin yerinə yetirilməsi zamanı məhkəmədən tələb olunur ki, təqsirkarın məhkum olunmazdan əvvəl himayəsində olan uşağın saxlaması və tərbiyəsi ilə məşğul olub-olmaması, onun bir valideyn kimi hansı cəhətdən xasiyyətləndirilməsini və davranışı ilə bağlı halları, uşağın başqa şəraitdə, o cümlədən yaxın qohumlarının himayəsində, yaxud da qəyyumluq və himayəçilik orqanının nəzarətində saxlanılması mümkülüyünü yoxlasın, eyni zamanda törədilmiş cinayətin və ya cinayətlərin xarakterini və ict imai təhlükəlilik dərəcəsini nəzərə alsın. Cinayət işinin materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi məhkumlar Məhkum26 və Məhkum27 şəxsiyyətləri, himayələrində olan uşaqların ana qayğısına qalmalarına ehtiyaclarının olub- olmaması və yuxarıda göstərilən digər məsələlər üzrə heç bir araşdırma aparmamış, onların cəmiyətlədən təcrid olunmadan islah oluna biləcəklərini ümumiyətlə müzakirə etməmiş və yalnız onların himayələrində azyaşlı uşaqların olması əsası ilə barələrində CM-nin 79.1-ci maddəsinin tətbiqini məqsədəmüvafiq hesab etmşdir ki, təkcə bu halın müəyyən edilməsi, yuxarıda qeyd olunduğu kimi, heç də bütün hallarda məhkumlara təyin olunmuş cəzaların çəkilməsinin təxirə salınması barədə qərar qəbul etməkdən ötrü kifayət etmir. Bunlarla yanaşı məhkəmə kollegiya sı onu da qeyd etməyi zəruri bilir ki, cinaət işinin materiallarına görə, məhkumlar Məhkum25, Məhkum26, Məhkum24 və Məhkum27, təxminən iki ilə yaxın müddətdə narkotik vasitələrin, psixotrop maddələrin və belə vasitələrə və maddələrə aid olmayan güclü təsir edən edən maddələrin qaçaqmalçılığı və qanunsuz dövriyəsi ilə məşğul olan mütəşəkkil dəstənin tərkibində fəaliyyət göstərsələr də, onlar hər birisi ayrı-ayrılıqda məhkəmə iclaslarında verdikləri ifadələrində özlərini onlara qarşı irəli sürülmüş itihamlar üzrə təqsirli bilməmiş, əksinə, onların əsassız və qanunsuz olaraq cinayət məsuliyətinə cəlb edilmələrini iddia etmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hal digər hallarla birgə adları çəkilən məhkumların cəmiyyətdən təcrid olunmadan islah oluna bilini-bilinməməsinin müəyyən edilməsi üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin hala da nəzər yetirməmişdir, halbuki belə halın onların cəza çəkmədən islah oluna bilinmələrinə heç də inam yaratmır. Məhkəmə kollegiyası hesab edr ki, bu qaydada, yəni CM-nin 8, 58.3, 70 və 79.1-ci maddələrində göstərilən cəza tədbirinin müəyyən edilməsinə, şərti məhkum etmənin və cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsinə təsir göstərən bütün halların araşdırılmaması və nəzərə alınmaması ilə (cəzanı yünüglləşdirən hallar kimi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmış hallarla yanaşı Məhkum25, Məhkum26, Məhkum24 və Məhkum27 qadın olmalarına üstünlük verilməsi, cinayətin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarların şəxsiyyətlərinə lazımi dəyə rin verilməməsi ilə) onların barəsində seçilmiş cinayət-hüquqi xarakterli tədbirlərin nə adları çəkilən məhkumların özlərinə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə - CM-nin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini təmin edə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, təsvir edilənlər kassasiya protestinin əsaslı olduğunu, apellyasiya instansiyası məhkəməsinin isə Məhkum25, Məhkum26, Məhkum24 və Məhkum27 barpələrində cəza tədbirinin seçilməsi zamanı CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntuya yol verdiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya protesti nin dəlilləri ilə razılaşır və həmin protestin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarının isə məhkumlar Məhkum25, Məhkum26, Məhkum24 və Məhkum27 barəsində ləğv edilməsini, cinayət işinin isə onlara aid hissələrdə yeni apellyasiya baxışına təyin olunmasını məqsədə müvafiq hesab edir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat mater iallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Məhkum5, müdafiəçi A.Y.Allahverdiyevin məhkumlar Məhkum11 və Məhkum26 barələrində və müdafiəçi N.M.Kantayevin məhkumlar Məhkum20 və X26nın barələrində verilmiş kassasiya şikayətlərinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, hə min kassasiya müraciətlərinin müəllifləri öz müraciətlərində əsasən işin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallarını mübahisələndirməklə yanaşı həmin məhkəmələrin CPM-nin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-nin 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum5, Məhkum11, Məhkum26, Məhkum20 və Məhkum27 onlara qarşı CMnin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilinmələri haqqında əsassız nəticəyə gəlib, onların qanunsuz olaraq cəzalandırılmalarını iddia edərək, mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və kassasyi şikayətlərində irəli sürülmüş tələblərə müvafiq qərarın qəbul edilməsini xahiş edirlər. Kassasiya şikayətlərində irəli sürülmüş dəlillərin təhlili göstərir ki, həm Məhkum5, həm də müdafiəçilər A.Y.Allahverdiyev və N.M.Kantayev işin birinci və apellyasiya məhkəmələri tərəfindən müəyyən olunmuş faktiki hallarını inkar edib hadisələrin tamamilə fərqli təsvirini verməklə gətirdikləri dəlillər vasitəsi ilə kassasiya instansiyası məhkəməsini həmin təsvirə münasibət bildirməyə, yəni işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edirlər. Halbuki, qeyd edildiyi kimi, CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və CPM-nin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məh kəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz (CPM-nin maddə 419.11-ci maddəsi). Kassatorların irəli sürdükləri əsas dəlill ondan ibarətdir ki, barələrində kassasiya şikayətləri verilmiş şəxslər mütəşəkkil dəstənin tərkibində fəaliyyət göstərməmiş, onlara elan olunmuş ittihamlar üzrə heç bir cinayət əməllərini törətməmiş, əksinə, onlar polis əməkdaşlarının təsirinə və təzyiqlərinə məruz qalaraq ibtidai araşdırma zamanı törətmədikləri cinayətləri etiraf etməyə məcbur edilmiş, lakin bunlara baxmayaraq onların barəsində əsassız və qanunsuz ittiham hökmü çıxarılmışdır. Bu dəlillərlə bağlı cinayət işinin bütün materiallarını öyrənərək təhlil etmiş məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə CM-nin yuxarıda göstərilən maddələri il ə təqsirli bilinib məhkum olunmuş Məhkum5, Məhkum11, Məhkum26, Məhkum20 və Məhkum27 onlara elan olunmuş ittihamlar üzrə cinayət əməllərini törətmələri özlərinin ibtidai araşdırma zamanı verdikləri qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə məhkum olunmuş digər şəxslərin, çoxsaylı şahidlərin ifadələri, müxtəlif ekspertizaların rəyləri, əməliyat-axtarış tədbirlərinin keçirilməsi və istintaq hərəkətlərinin, o cümlədən şəxsi axtarış, götürmə, baxış aparılması haqqında protokollarla, iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq edilmişdir. İbtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obye ktiv araşdırılmış sübutlar həm hökmdə, həm də apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda da təkrarən şərhinə ehtiyac görmür, lakin bununla belə qeyd etməyi lazım bilir ki, məhkəmələrin yekun aktlarında işin düzgün həlli üçün əhəmiyyət kəsb edən həmin sübutlar məhkəmələr tərəfindən CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, bunlardan hansına üstünlük verilməsi məhkəmələrin yekun aktlarında kifayət qədər əsaslandırılmış, (məhkəmələr məhkumların onlara elan olunmuş ittihamlar üzrə təqsirli olub-olmamaları məsələsini həll edərkən həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında məhkumların və şahidlərin verdikləri ifadələrə, ekspertiza rəylərinə və digər sübutlar a əsaslanmışlar), yolverilməz sübutlardan isə istifadə etməmişlər. İş materiallarından göründüyü kimi, ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq cinayət təqibinin sonuna qədər adları göstərilən təqsirləndirilən şəxslərin hamısının CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün hüquqları, o cümlədən müdafiə hüququ tam həcmdə təmin edilmiş, onlarla bütün istintaq hərəkətləri, o cümlədən dindirmələr və üzləşdirmələr prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmış, istintaqın sonunda həm təqsirləndirilən şəxslərə, həm də onların müdafiəçilərinə istər ayrı-ayrılıqda, istərsə də birlikdə cinayət işinin materialları ilə tam həcmdə tanış olmaları üçün imkanlar yaradılmış, (təqsirləndirilən şəxslərin hamısı iş materialları ilə tanış olmuşlar), bundan sonra isə qaldırılmı ş hər bir vəsatət üzrə müvafiq qərarlar qəbul edilmişdir. Bununla yanaşı, istər birinci instansiya məhkəməsinin məhkəmə iclasında sübutların araşdırılması, istərsə də apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinə baxılması qanuni prosedurlar daxilində, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla təmin edilmiş, iş üçün əhəmiyyət kəsb edən bütün sübutlar araşdırılmış, məhkəmə iclasında müdafiə tərəfinin qaldırdığı bütün vəsatətlər üzrə müvafiq qərarlar qəbul edilmiş, bu prosessual hərəkətlərin aparılması ilə əlaqədar hər hansı qanun pozuntusuna yol verilməmiş və iş üçün əhəmiyyətli kəsb edən sübutların tədqiqindən əsassız imtina edilməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı başa çatdıqdan sonra isə, müdafiəçilərə müdafiə nitqi ilə çıxış etmələri, təqsirləndirilən şəxslərə son sözlə məhkəməyə müraciət etmələri, apellyasiya instansiyası məhkəməsində isə - həmçinin hökmdən verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı çıxış etmələri təmin edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası məhkum Məhkum5 və müdafiəçilər A.Y.Allahverdiyevin və N.M.Kantayevin hüquqlarını müdafiə etdikləri şəxslərin təqsirliliklərinin sübuta yetirilməməsi, məhkəmələrin sübutlara düzgün qiymət verilməməsi, ibtidai araşdırma və işə və apellyasiya şikayətlərinə mahiyyəti üzrə məhkəmə baxışları zamanı onların hüquqlarının, o cümlədən ədalətli məhkəmə araşdırması hüqununu pozulması barədə kassasiya şikayətlərində göstərdikləri dəlillərlə razılaşmır, həm Məhkum5, həm də Məhkum11, Məhkum26, Məhkum20 və Məhkum27 onlara elan olunmuş ittihamlar üzrə təqsirli bilinmələri barədə məhkəmələrin gəldikləri nəticəni isə qanuni və əsaslı hesab edir. Bu nəticənin arxasında duran sübutlar, onların təhlili və qiymətləndirilməsi həm birinci instansiya məhkəməsinin hökmündə, həm də kassasiya şikayətləri ilə eyni məzmunda olan apellyasiya şikayətlərinə məhkəmə baxışının yekun qərarında ətraflı təsvir edildiyindən, məhkəmə kollegiyası onların təkrarən təsvir edilməsinə zərurət görmür. Bununla belə, məhkəmə kollegiyası CPM-nin 145.1-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, Məhkum5, Məhkum11, Məhkum26, Məhkum20 və Məhkum27, hər birisinin CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlilikləri birinci və apellyasiya instansiyası məhkəmələrində CPM-nin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq araşdırılmış və yekun məhkəmə aktlarında qiymətləndirilmiş mötəbər sübutlarla təsdiq olunmuş, məhkum olunmuş həmin şəxslərin hər birinin əməlləri isə elan olunmuş ittihamlara uyğun olaraq CM-nin müvafiq maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət pro sesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, Məhkum5 barəsində cəza tədbiri seçilərkən isə (sonuncunun kassasiya şikayətində irəli sürdüyü növbəti tələblə bağlı) onun törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətlərini səciyyələndirən, habelə cəzanı yüngülləşdirən bütün hallar kifayət qədər nəzərə alınmışdır. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətlərində irəli sürülən dəlillər eyni ilə apellyasiya instansiyası məhkəməsinin qarşısında da irəli sürülmüş və həmin məhkəmə də bu dəlillərin əsaslı olub-olmamasını cinayət işinin materialları ilə müqayisəli şəkildə yoxlayaraq birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşd ırılmış sübutlara istinad etməklə adları çəkilən məhkumların onlara elan olunmuş ittihamlar üzrə cinayət əməllərini törətmələrinin sübuta yetirilməsi haqqında yekun qənaətə gəlmişdir. Məhkəmə kollegiyası qed edir ki, bu qənaətin düzgünlüyünü və qanuniliyini şübhə altına almaq üçün hər hansı əsas iş materialları ilə müəyyən edilmir. Təsvir olunanlardan görünür ki, baxılan işdə Məhkum5 və müdafiəçilər A.Y.Allahverdiyevin və N.M.Kantayevin kassasiya şikayətlərində mövcud olmasını iddia etdikləri CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddəsində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumların əməllərində cinayət tərkibinin olmaması kimi əsas), habelə apellyasiya instansiyası məhkəməsinin qərarının məhkumlar Məhkum5, Məhkum11, Məhkum20 və Məhkum19 aid hissələrdə ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən və CPM-nin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntular müəyyən edilmir. Məhkəmə kollegiyasının fikrincə, belə olan halda Məhkum5 və müdafiəçilər A.Y.Allahverdiyevin və A.Y.Kantayevin kassasiya şikayətləri təmin edilə, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı isə həmin şikayətlərə münasibətdə ləğv edilə və ya dəyişdirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi, təhlil edilən kassasiya şikayətlərinin isə təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətlərinin isə təmin edilməsi haqda Məhkum5 və müdafiəçilər N.M.Kantayevin və O.Ə.Kazımovun çıxışlarını dinləyərək şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin ed ilməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarı məhkumlar Məhkum25, Məhkum26, Məhkum24 və Məhkum27 aid hissələrdə ləğv edilməli və iş həmin hissələrdə yeni apellyasiya baxışına təyin olunmalı, Məhkum5, müdafiəçilər A.Y.Allahverdiyevin və N.M.Kantayevin kassasiya şikayətləri isə təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı məhkumlar Məhkum11 oğluna, X13, Məhkum20 və Məhkum19 aid hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-nin 419.10.1 və 419.10.2-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum12, Məhkum17, Məhkum21, Məhkum8 Safalı oğlunun və Məhkum7 ərizələri təmin edilsin. Hazırki iş üzrə Bakı Apellyasiya M əhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022ci il tarixli qərarından Məhkum21, Məhkum17 müdafiəçisi Əsədov Anar Əsədulla oğlu, məhkumlar Məhkum8 və Məhkum7 müdafiəçisi Kazımov Osman Əlişirin oğlu və Məhkum12 tərəfindən verilmiş kassasiya şikayətləri və müdafiəçi Babayev Elxan Camaləddin oğlu tərəfindən Məhkum12 kassasiya şikayətinə verilmiş əlavəsi geri qaytarılsın və həmin kassasiya müraciətləri üzrə icraata xitam verilsin. Dövlət ittihamçısı2 kassasiya protesti təmin edilsin. Məhkum5, müdafiəçilər A.Y.Allahverdiyevin və N.M.Kantayevin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarı məhkumlar Məhkum24, Məhkum25, Məhkum27 və Məhkum26 aid hissələrdə ləğv edilsin və cinayət işi həmin hissələrdə yeni apellyasiya baxışına təyin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarı Məhkum11, Məhkum5, Məhkum20 və Məhkum19, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə məhkum olunmasına dair hissələrdə kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-137/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-137/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver