Məhkəmə qərarları › İş №1(102)-137/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-137/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-137/2024 31.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Barəsində cinayət təqibinə xitam verilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanınd a qeydiyyatında olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 127.1 və 128-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli hökmü ilə (hakim Gültəkin Əsədova) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə bəraət verilmiş, Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinib ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilmiş, tutma altında saxlanıldığı 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər olmaq hesabı ilə 8 (səkkiz) gün ona təyin edilmiş islah işləri cəzasından çıxılıb üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs tərə findən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.H.X13yev (sədrlik edən), H.Ç.Məmmədov və C.V.Hüseyn) apellyasiya protesti qismən təmin edilmiş, apelyasiya şikayəti isə təmin edilərək (10 may 2023-cü il tarixli yol verilmiş yanlışlığın aradan qaldırılmasına dair qərar nəzərə alınmaqla) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilmişdir. Təqsirləndirilən şəxs əməli CM-in 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, CM-in 73.2-ci maddəsi tətbiq edilməklə CM-in 127.1 və 128-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş və Təqsirləndirilən şəxs barəsind ə olan CM-in 127.1 və 128-ci maddələri ilə cinayət təqibinə xitam verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 221.1 və 127.2.3-cü maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir ondan ötrü ki, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurmuşdur. Belə ki, o, 15 may 2022-ci il tarixdə, saat 18:00 radələrində ünvan 2 ünvanında yerləşən “Bakı Konqres Mərkəzi”nin qarşısında yerləşən istirahət parkında nişanlısı ilə gəzən zaman əsaslı səbəb olmadan insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozan hallara yol verməklə ictima i qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, ictimai yer hesab olunan istirahət parkında, parkda istirahət edən çoxsaylı şahidlərin gözü qarşısında xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə qəsdən yumruqla vuraraq sol ağız bucağının cırılmış yarası ilə müşayiət olunan sol yanağın şişkinli hematoması, üst və alt dodağın şişkinliyi, alt dodağın sol yarısının iç selikli qişasının qansızması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs2 sifət nahiyəs inə qəsdən yumruqla vuraraq sol yanağın şişkinli hematoması ilə nəticələnən sol çənə sümüyünün yerini dəyişməyən qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək xuliqanlıq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifinin fikrincə, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs CM-in 221.1 və 127.2.3-cü maddələri ilə ittiham olunduğu əməli törətməsini təsdiq edən kifayət qədər sübutların olmasına baxmayaraq, apellyasiya instans iyası məhkəməsi işin faktiki hallarına uyğun gəlməyən nəticəyə gəlmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə barəsində cinayət təqibinə xitam verilmiş şəxs Təqsirləndirilən şəxs çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız h üquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildiri r. Protest müəllifi qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1 və 127.2.3-cü maddələri ilə təqsirliliyi tamamilə sübuta yetirilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi onun əməlini əsassız olaraq CM-in 128 və 127.1-ci maddələri ilə tövsif etmişdir. Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində “Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 127.2-ci maddəsinə əsasən “Eyni əməllər: 127.2.3. ümum i təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdəbir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə əsasən “Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər”ə görə cinayət məsuliyyəti nəzərdə tut ulur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllər in cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillə ri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunur: “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM -in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktik i hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təq sirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Həmin Qərarın 3-cü bəndində qeyd olunur: ”Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayə tlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda ş əxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.” "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə edilən tövsiyələrə uyğun olaraq, baxılan işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları, yəni təqsirin xarakteri və dərəcəsini, təqsirləndirilən və zərərçəkmiş şəxsin hadisədən əvvəlki münasibətlərini, cinayətin məqsədini, motivini və törədilmə üsulunu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışlarını hərtərəfli, tam və obyektiv araşdırılmalıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinməli old uğunu göstərsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hadisə zamanı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin əlamətlərinin olması faktı mötəbər sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin mənasına görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi isə xuliqanlığın sosial mahiyyətini əks etdirir. «Açıqca hörmətsizlik ifadə etmə» anlayışı xuliqanlığın, bir qayda olaraq, ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, i ctimai nəqliyyatda və s., digər vətəndaşların gözü qarşısında törədilməsini nəzərdə tutur. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman heç tanımadığı cəmiyyətin hər hansı bir üzvünə və ya az tanıdığı şəxsə qarşı yönəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-in 128 və 127.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin olması nəticəsinə gəlmiş, bu zaman cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri onun xeyrinə həll etmişdir. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 06 mart 2008-ci il tarixli Qəra rında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmçinin "Erkapis Xorvatiyaya qarşı" iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir k, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 15 may 2022-ci il tarixdə, saat 18:00 radələrində ünvan 2 ünvanında yerləşən “Bakı Konqres Mərkəzi”nin qarşısında yerləşən istirahət parkında nişanlısı ilə gəzən zaman zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 da xil olmaqla və birinin “xaski” cinsli iti olan şəxslər nişanlısı ilə parkda gəzən Təqsirləndirilən şəxs yaxınlaşması, sonuncunun nişanlısının itinə təpik vurması və “3 dənə belə it saxlamaqdansa 1 dənə qeyrətli pişik saxla” kimi ifadə və sonra da nişanlısına söz atıb “nə bomba qızdır” kimi nalayiq ifadə işlətməsi ilə bağlı aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə qəsdən yumruqla vuraraq sol ağız bucağının cırılmış yarası ilə müşayiət olunan sol yanağın şişkinli hematoması, üst və alt dodağın şişkinliyi, alt dodağın sol yarısının iç selikli qişasının qansızması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zər ərçəkmiş şəxs2 sifət nahiyəsinə qəsdən yumruqla vuraraq sol yanağın şişkinli hematoması ilə nəticələnən sol çənə sümüyünün yerini dəyişməyən qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan və hökmündən görünür ki, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 may 2022-ci il tarixdə X10, X11, X12, və X13 onunla birlikdə saat 18 radələrində «Bakı Konqres Mərkəzi»nin qarşısındakı parkda gəzirmişlər. Parkda adını bilmədiyi xaski cinsindən olan itin sahibinə X13 və X11 yaxınlaşıb onunla görüşmüşlər. Ona elə gəlmişdir ki, itin sahibini X13 tanıyır. Sonra onun başı bir qədər telefona qarışmış, dostuna kontur yükləmişdir və b axmışdır ki, Məhkumin başına 10-a yaxın adam yığışıb. Həmin adamların içində X11, X13, xaski itinin sahibi və başqa şəxslər var idi. O yaxınlaşmışdır ki, nə baş verir, Məhkum böyüyünüz kimdir soruşmuş, o demişdir ki, mənəm. Birinci xaskinin sahibi Məhkumə ataana söyüşü söymüşdür, sonra Məhkum söyüşə görə onu vurmuş, o da Məhkumi vurmuşdur. Sonra X13 söyüş söyə-söyə gəlib Məhkumi vurmuş, Məhkum də onu da söyüşə görə vurmuşdur. Göründüyü kimi şahid qismində dindirilmiş Şahid1 başının telefona qarışmasını bildirsə belə, həmin zaman kəsiyində təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs arasında yalnız mübahisə baş vermiş, dava-dalaş olmamış, Şahid1 telefonda işini bitirib başını qaldıranda Məhkumin ətrafına 10-a yaxın adam yığışdığını, həmin adamların içində X11, X13, xaski itinin sahibi və başq a şəxslər olduğunu görmüş, o, nə baş verdiyini öyrənmək üçün yaxışlaşmış, bu zaman Məhkum böyüklərinin kim olduğunu soruşmuşdur. Şahid1 özünün böyük olduğunu demiş, bundan sonra birinci xaskinin sahibi Məhkumə ata-ana söyüşü söymüş, sonra Məhkum söyüşə görə onu vurmuş, o da Məhkumi vurmuş, bundan sonra X13 söyüş söyə-söyə gəlib Məhkumi vurmuş, Məhkum də onu söyüşə görə vurmuşdur. Hətta Şahid1 mübahisənin baş vermə səbəbini bilməsə belə onun ifadəsindən aydın olduğu kimi Təqsirləndirilən şəxs cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozmaqla xuliqanlıq etmək kimi bir niyyəti olmamış, əksinə, ətrafına çoxlu sayda adam yığışdığından məsələni daha sakit formada həll etmək üçün qarşı tərəfdən böyüklərinin kim olmasını soruşmuş, bu səfər xaskinin sahibi Məhkumə ata- ana söyüşü söydüyündən Məhkum söyüşə görə onu vurmuş, oda Məhkumi vurmuş, bundan sonra X13 söyüş söyə-söyə gəlmiş və Məhkumi vurmuş, Məhkum isə onu söyüşə görə vurmuşdur. Yəni Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərin söyüş söyməklə onu vurmasına qarşılıq olaraq onları vurmaqla xəsarət yetirmiş, onun qanunazidd hərəkətlərinin özəyində zərər çəkmiş şəxslərin söyüş söymələri və onu vurmaları dayanmışdır. Qeyd edilənlər, yəni Təqsirləndirilən şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs2 isə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməsi faktı məhkəmə kollegiyası tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuş hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmiş ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə ittiham olunan əməlinə münasibətdə bəraət hökmü çıxarmaqla səhvə yol vermiş, belə ki, məhkəmə onun Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməsi faktını nəzərindən qaçırmaqla Təqsirləndirilən şəxs cinayət qanununda qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini özündə ehtiva edən CM-in 128-ci maddəsi ilə təqsirlilik məsələsinə qiymət verməmişdir. Halbuki cinayət işi materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 münasibətdə CM-in 128-ci maddəsi ilə nəzərd ə tutulmuş cinayət əməlini törətməsi kifayət qədər öz təsdiqini tapmışdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. CM-nin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiy yətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Məhkəmə kollegiyası qanunvericiliyin normalarını hazırkı cinayət işi ilə əlaqəli şəkildə təhlil edərək hesab edər ki, məhkum edilmiş şəxs tərəflər arasında münaqişə ictimai yerdə baş versə də, mübahisə məhz zərərçəkmiş şəxslərin təşəbbüsü ilə başlamışdır. Belə ki, Zərərçəkmiş şəxs1 daxil olmaqla və birinin “xaski” cinsli iti olan şəxslər nişanlısı ilə parkda gəzən Təqsirləndirilən şəxs yaxınlaşmış, sonuncunun nişanlısının itinə təpik vurmuş və “ üç dənə belə it saxlamaqdansa bir dənə qeyrətli pişik saxla” kimi yersiz, sonra nişanlısına söz atıb “nə bomba qızdır” kimi nalayiq ifadələr işlətmişlər. Məhz zərərçəkmiş şəxslərin qeyd edilən hüquqazidd davranışından sonra mübahisə başlamış və həmin mübahisə hazırki cinayət işi üzrə zərər çəkmiş statusunda olan Zərərçəkmiş şəxs2 və işdə adları keçməyən digərlərinin nalayiq söyüş söyməsindən sonra daha da kəskinləşmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, CM-nin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərərvurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti ” CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətini n fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Beləliklə məhkəmə kollegiyasının qənaətinə görə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs niyyəti cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozmaq olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai yerdə baş verməklə zərər çə kmiş şəxslərin sağlamlığına az ağır və yüngül zərər vurmaya səbəb olan xəsarətlərin yetirilməsinə səbəb olsa belə, xuliqanlıq cinayəti və xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma cinayəti kimi qiymətləndirilə bilməz. Çünki Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərərçəkmiş şəxslərə istiqamətlənən və onların sağlamlığına zərər vuran hərəkətlər kimi təzahür etmişdir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqib i ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsinin tələbinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız bu Məcəlləyə uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdır. CPM-in 33-cü maddəsinə əsasən cinayət prosesi həyata keçirilərkən CPM-in 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi cinayət-prosessual qanunvericiliyinin həmin normalarının tələblərinə riayət etməyərək, işin obyektiv hallarına uyğun olan sübutları tədqiq edib düzgün qiymətləndirmiş, gəldiyi nəticəni yetərincə əsaslandırmışdır. Məhkəmə kollegiyası işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiy a məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq işin hallarını tam, hərtərəfli tədqiq etmişdir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıd ır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, k assasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarı (10 may 2023-cü il tarixli yol verilmiş yanlışlığın aradan qaldırılmasına dair qərarı nəzərə alınmaqla) dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar