Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1370/2019 05.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Əhməd Abbas oğlu Əhmədovdan ibarət tərkibdə, katib-Elnur Nizami oğlu İsa-zadə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2015-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 10 yanvar 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2015-ci il tarixli hökmü ilə (hakimlər: X26 (sədrlik edən), X17 və X24 ibarət tərkibdə) Məhkum – xx xxxxxx 1959-cu ildə Sabirabad rayonunun ************* kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, məhkumluğu olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya» Elmi-Təcrübi və X21 rayon şöbəsinin rəisi-məhkəmə-tibb eksperti vəzifəsində işləyən, Sabirabad rayonunun Yolçubəyli kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə t əqsirli bilinib 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən, Məhkum Şəki Apellyasiya Məhkəməsinin 25 noyabr 2008-ci il tarixli qərarı ilə təyin edilmiş əlavə cəza olan 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının çəkilməmiş qalan 9 (doqquz) ay 13 günü yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək Məhkum qəti olaraq 9 (doqquz) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə və 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçək mə müəssisələrində çəkməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Məhkum ona görə təqsirli bilinmişdir ki, o, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar maddi neməti özü üçün birbaşa yolla rüşvət olaraq istəmiş və almışdır. Belə ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi-Təcrübi və X21 rayon şöbəsinin rəisi-məhkəmə-tibb eksperti vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə rüşvət alma məqsədilə, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən prosessual qanunvericiliklə nəzərdə tutulmuş hallarda, məhkəmə ekspertizasının aparılmasından özü-özünə etirazetmə haqqında məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxsə, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbərinə məlumat vermək, məhkəmə ekspertizasının aparılmasında ekspert kimi iştirakını rədd edən hallar olmadıqda, ona tapşırılmış məhkəmə ekspertizasını aparmaq, təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək, məhkəmə ekspertizasının aparılmasından imtina etməyə əsas verən hallar olduqda rəy verməyin qeyri-mümkünlüyü barədə yazılı formada təhqiqat aparan şəxsə, müstəntiqə və ya məhkəməyə (hakimə) məlumat vermək və s. səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla, 31 dekabr 2014-cü il tarixdə Saatlı rayonu ərazisində nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması faktı üzrə Saatlı Rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə başlanılmış və ibtidai istintaqı aparılan ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs Laçın Rzayevin sağlamlığına vurulan zərərin müəyyən edilməsi və müvafiq məhkəmə-tibbi ekspertizasının rəyinin verilməsinə görə sonuncunun atası X3 ilkin olaraq 300 manat istəyərək, sonuncu maddi imkanının aşağı olmasını bildirərkən, bunun üçün 200 manat verməsini razılaşdıraraq, həmin hərəkətinə görə maddi neməti - 200 (iki yüz) manat pulu 12 fevral 2015-ci il tarixdə saat 13 radələrində Saatlı şəhəri, *************** ünvanında yerləşən inzibati binadakı xidməti otağında özü üçün şəxs ən rüşvət kimi almışdır. Hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X18 (sədrlik edən və məruzəçi), X30 və X1 ibarət tərkibdə) 04 mart 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum əməli CM-nin 311.1-ci maddəsindən CM-nin 178.2.3-cü maddəsinə tövsif edilmiş, ona həmin maddə ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən, Məhkum Şəki Apellyasiya Məhkəməsinin 25 noyabr 2008-ci il tarixli qərarı ilə təyin edilmiş əlavə cəza olan 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi cəzasının çəkilməmiş qalan 9 (doqquz) ay 13 (on üç) günü bu qərarla təyin edilmiş cəza ya tam birləşdirilərək Məhkum qəti olaraq 9 (doqquz) ay 13 (on üç) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum CM-nin 178.2.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə üzərində 2 (iki) il sınaq müddəti təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2016-cı il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X19 (sədrlik edən və məruzəçi), X20 və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə) 31 avqust 2016-cı il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 04 mart 2016-cı il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən yenidən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X14 (sədrlik edən və məruzəçi), X15 və X10 ibarət tərkibdə) 27 fevral 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum əməli CM-in 311.1ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsinə əsasən 1 il 21 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum 12 fevral 2015-ci il tarixdən 04 mart 2016-cı il tarixə kimi həbsdə olduğu müddət nəzərə alınmaqla təyin edilmiş cəza çəkilmiş hesab edilmişdir. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2017-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X6 və X7 ibarət tərkibdə) 01 noyabr 2017-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 27 fevral 2017-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən yenidən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X8, X2 ibarət tərkibdə) 10 yanvar 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Məhkum 12 fevral 2015-ci il tarixdən 04 mart 2016-cı il tarixə kimi həbsdə olduğu müddət Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2015-ci il tarixli, 1(089)-172/2015 saylı hökmü ilə CM-nin 311.1-ci maddəsi ilə Məhkum təyin edilmiş 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq cəza çəkmənin əvvəli 10 yanvar 2018-ci il tarixdən hesablanmaqla 03 (üç) il 05 (beş) ay 09 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayə ti verərək həmin qərarının dəyişdirilərək, onun əməlinin CM-nin 178-ci maddəsinə tövsif edilməklə, azadlıqdan məhrumetmə növündə olmayan cəza təyin etməklə yeni hökmün çıxarılması və yaxud təyin olunmuş cəzanı aşağı endirməklə, cəzasının çəkilməmiş hissəsindən azad edilməsi və ya Cinayət Məcəlləsinin 70-ci maddəsi əsasında təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum özünün də ifadəsində qeyd etdiyi kimi, rəy verəndən bir neçə gün sonra L6 atası H6 ona müraciət edərək ona hörmət edəcəyini bildirdikdə o bu barədə heç nəyə rhtiyacının olmadığını bildirmişdir. Məhkum iş üzrə verdiyi əlavə ifadəsində göstərmişdir ki, istifadəsində olan 050593-99-77 və *** -***-**** nömrəli mobil telefonlarla 2015-ci ilin yanvar və fevral aylarında Laçın və onun atası Həbibullanın istifadəsində olan ***-***-**-** saylı telefona zıng vuraraq onlarla danışaraq Laçının səhhəti ilə maraqlanmış, müalicəsinin davam etdiyini öyrənmişdir. Həmin danışıqlar zamanı onlardan hər hansı pul məbləğləri tələb etməmişdir. Laçın və Həbibulla Rzayevlər 2015-ci ilin yanvar ayının (3-5 və 7-8 tarixlərdə) Məhkumlə tanış olduqlarını göstərmişlər. Həmin tarixlərdə Məhkum ekspert səlahiyyətində olmamış yalnız müstəntiqin 10.01.2015-ci il tarixli qərarı ilə ekspert səlahiyyətinə malik olmuşdur. Göstərilən və digər dəlilərlə müdafiəçi Məhkum cinayət əməlinin yenidən Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsinə tövsif dilməklə ona Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə ə sasən şərti cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada bildiriş göndərilsə də məhkum məhkəmə iclasında iştirakının təmin edilməsi barədə vəsatət verməmiş, müdafiəçisi isə məhkəmə iclasına gəlməmişdir. Məhkum məhkəməyə vəsatət göndərərək əlavə sübutlar əldə edilməsi ilə bağlı məhkəmə iclasının bir ay müddətinə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında vəsatəti müzakirə edib, təmin edilməməsi barədə məhkəmə iclasında iştirak edən dövlət ittihamçısının rəyini dinləyib, əvvəllər də dəfələrlə məhkumun müdafiəçisinin kassasiya şikayətinin icraatda olduğu müddətdə məhkəmə iclaslslarının müdafiə tərəfinin vəsatətləri ilə təxirə salındığını, kassasiya instansiyası məhkəməsini sübutlar tədqiq etmədiyini nəzərə alaraq bu vəsatəti məhkəmə iclasının vaxtının lüzumsuz gecikdirilməsi kimi qiymtələndirərək vəsatəti rədd etmiş və məhkəmə iclasının üdafiə tərəfinin iştirakı olmadan da davam etdirilməsini qanuna uyğun hesab etmişdir. Azərbaycan Respublikası CPM-nin 419.4-cü maddəsinə əsasən şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri məhkumun sinayət əməlinin Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsinə tövsif edilərək CM-nin 70-ci maddəsinə əsasən ona şərti cəza təyin edilməsi barədədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının cinayət işi üzrə 31 avqust 2016-cı il tarixli və 01 noyabr 2017-ci il tarixli qərarları ilə müdafiə tərəfinin hazırkı kassasiya şikayətində göstərilən Məhkum cinayət əməlinin hüquqi tövsifi ilə bağlı dəlilləri üzrə qəbul edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkumun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsinə tövsif edilməsi barədə qərarları ləğv edilərək yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkum cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsinə tövsif edilməsi barədə hökmün dəyişdirilmədən saxlanması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hazırkı kassasiya şikayəti üzrə baxılan qərarının eyni əsalarla yenidən ləğv edilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Lenskayanın Rusiyaya qarşı işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 29 yanvar 2009-cu il tarixli qərarında göstərilir ki, “Hüquqi dövlətin ən mühüm Prinsiplərindən biri hüququi müəyyənlikdir və onun mənasına görə heç bir tə rəf yalnız işin yenidən araşdırılması və ya yeni qərar əldə edilməsi məqsədi ilə prosesin yenidən keçirilməsini tələb edə bilməz. Bu prinsipdən yalnız o hallarda kənara çıxıla bilər ki, əhəmiyyətli və xüsusuilə vacib hallar bunu tələb etsin. Konvensiya prinsipcə yekun məhkəmə qərarı ilə nəticələnmiş prosesin Dövlətlərə məhkəmə səhvlərinin düzəldilməsinə imkan vermək üçün yenidən açılmaşına icazə verir. Məhkəmə səhvlərinin aradan qaldırılmaması ədalətlilik prinsipinə, məhkəmə proseslərinin ictimai nüfuzuna və təmizliyinə ciddi zərbə vura bilərdi. Məhkumun hazırkı kassasiya şikayəti subyektiv mülahizə xarakterli dəlillərlə əsaslandırılmışdır. Məhkumun cinayət əməlinin hüquqi tövsifi varədə birinci instansiya məhkəməsinin gəldiyi nəticələr mötəbər sübutlarla əsaslandırılmışdır. Toplanmış sübu tlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə cavab verir, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə tam, hərtərəfli və obyektiv yoxlanılmışdır. Toplanmış sübutların məzmusu Məhkum elan edilmiş Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsi üzrə yekun nəticəyə gələrək ittiham kökmü çıxarmağa əsas vermişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların pozulması hallarına, məhkumun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması hallarına yol verilməmişdir. Kassasiya şikayətində belə kobud pozutuların mövcudluğunu əsasqlandıran dəlillər göstərilməmişdir. Məhkumun kassasiya şikayətinin dəlillərinin bir hissəsi məhkuma şərti cəza təyin edilməsi və ya başqa əsaslarla cızanın yüng ülləşdirilməsi barədədir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Məhkum Sabirabad rayonunun Yolçubəyli kəndində qeydiyyatdadır və o, iş yeri, həm də yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkum himayəsində altı nəfər ailə üzvü, o cümlədən 2002-ci il təvəllüdlü bir azyaşlı uşağı (X13) vardır. Məhkəmə Məhkum himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmiş, cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi bu halları və cinayətin ictimai təhlükəliliyini xarakterizə edən halları nəzərə almaqla hesab etmişdir ki, məhkum azadlıqdan məhrum etmə cəzasına məhum edilməlidir. Hökmdə göstərilmişdir ki, təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Habelə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Məhkum təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 311.1ci maddəsinin sanksiy asında nəzərdə tutulan həddə müəyyən vəzifə tutma hüququndan, yəni müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər Məhkəmə kollegiyası hesab edir ki, czanın məqsədi baxımından məhkəmənin gəldiyi nəticələr qanunun tələbinə və həm də cinayət işinin faktiki hallarına da uyğundur. Məhkumun cəzanı çəkmədən islah olunacağına əsas verən mötəbər hall ar müəyyən edilməmişdir. Məhkum öna elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, davranışında törətdiyi əməldən səmimi peşiman olması, cinayət əməlinə tənqidi münasibətinin olması müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun barəsində şərti məhkumetmə tətbiq edilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum təyin edilmiş cəza cinayətin ağırlığına, məhkumun və törətdiyi cinayət əməlinin ictimai təhlükəlilk dərəcəsinə, cəzanı yüngülləşdirən hala uyğun olduğundan, cəzanın başqa hər hansı əsasla yüngüllədirilməsi cəzanın məqsədinə və cinayət işi faktiki vəziyyətinə uyğun hesab edilmir. Kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 10 yanvar 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1370/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1370/2019
05.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver