Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1370/2022 08.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X6 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum, onun müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi Tapdıqov Alim Zakir oğlunun və onun nümayəndəsi Nümayəndə, digər zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2021-ci il tarixli, 1(107)-219/2021 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1982-ci il tarixdə İsmayıllı rayonunun Bizlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonunun Bizlan kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamışdır. 2. 24 dekabr 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 120.2.4, 120.2.7, 120.2.9, 29,120.2.2, 29,120.2.10, 232.1-ci maddələri il ə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 29 yanvar 2021-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 8 may 2020-ci il tarixdə, saat 21 radələrində İsmayıllı rayonunun Bizlan kəndində yaşayan ögey babası Tapdıqov Zakir Şakir oğlunun yaşadığı evə gəlib, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən, 5-ci döngə, ev 50 ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evini satmaq istədiyi üçün atası, qardaşı və digər ailə üzvləri ilə aralarında yaranmış narazılığa baxmayaraq, evi satdığına görə narazılığın böyüməsindən ehtiyat etdiyi üçün Zakir Tapdıqov və onun arvadı X2 ilə söhbət edərək onlardan bir böyük kimi valideynlərinin və qardaşı Zərərçəkmiş şəxs onun işlərinə qarışmasına irad bildirmələrini xahiş etmişdir. Zakir Tapdıqovun valideynlərinin onun özünü də saymadıqlarına və hörmət etmədiklərinə görə xahişinə əməl edə bilməyəcəyini bildirməsi, habelə həmin vaxt Zərinə Məmmədovanın kobud surətdə ondan evdən çıxmasını tələb etməsi, Zakir Tapdıqovun isə həmin vaxt onu nalayiq söyüşlə söyməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə ilə əlaqədar əsəbiləşərək qisas niyyəti ilə sonuncuları həyatdan məhrum etmək qərarına gəlib bu məqsədlə, həyətə girərkən həyətdə olan itin hücumundan qorunmaq üçün özü ilə gətirdiyi və evin giriş qapısının bayır tərəfində, pilləkənin üzərinə qoyduğu 33 sm uzunluğunda, 2,4 sm diametrində olan armatur parçasını götürüb 02 aprel 1954-cü il tarixdə anadan olmuş, 66 yaşlı, ahıl və onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərinə Məmmədovanı yaxın qohum hesab edilən əri Zakir Tapdıqovun gözü qarşısında, sonuncuya əzab verdiyini dərk etməklə xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə sol qaşüstü nahiyəsindən qəsdən vuraraq sonuncuya baş beyinə və onun qişaları altına qansızmalar, alın sümüyünün açıq, təpə və kəllə əsası sümüyünün qapalı xətti sınığı, baş-beyin maddəsinin ödemi, sol qaş qövsünün yarası, alın nahiyəsinin, sol qaş qövsünün, alt dodaq haşiyəsinin, sağ bazu oynağının, alt çənə nahiyəsinin, boyunun, sağ kürək nahiyəsinin qançırları, hər iki gözün üst qapağının, sol gözaltı nahiyənin qansızmaları kimi həy at üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə huşsuz vəziyyətə salmış, bundan sonra odun parçasını götürərək özünü qorumaq istəyən 15 noyabr 1938-ci il tarixdə anadan olmuş, 81 yaşlı, ahıl və onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zakir Tapdıqovu qəsdən öldürmək məqsədilə burun kökündən armatur parçası ilə qəsdən vuraraq sonuncuya baş beyinə və onun qişaları altına qansızmalarla müşayiət olunan alın və sol gicgah sümüyünün qapalı-xətti, burun sümüyünün açıq-qəlpəli sınığı, burnun, sağ gözaltı nahiyənin, alın nahiyəsinin, sağ qulaq seyvanının yaraları, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin qansızmaları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə huşsuz vəziyyətə salmış, bundan sonra o, Zakir Tapdıqovu və Zərinə Məmmədovanı öldürməyə yönəlmiş əməlini başa çatdırmaq üçün Zərinə Məmmədovanın əllərini arxadan sintetik iplə, ayaqlarını isə dəsmal ilə, həmçinin Zakir Tapdıqovun əllərini arxadan və ayaqlarını dəsmal ilə bağlayaraq yaralı vəziyyətdə özlərinə yardım etmək, yaxud başqalarını yardıma çağırmaq imkanından məhrum etməklə iztirab çəkib əziyyətlə öləcəklərini dərk edərək onları qəsdən yerdə uzanıqlı onun üçün aşkar surətdə köməksiz vəziyyətdə qoyub evdən çıxmış, Zakir Tapdıqov və Zərinə Məmmədova aldıqları xəsarətlərdən hadisə yerində ölmüş, bununla da o, qəsdən onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi xüsusi amansızlıqla həyatdan məhrum edərək öldürmüşdür. Daha sonra Məhkum həmin, yəni 8 may 2020-ci il tarixdə, saat 21 radələrində evin küncündə olan kisənin ağzına bağlanmış sintetik ipi açarkən həmin kisənin içərisində İsmayıllı rayon polis şöbəsi tərəfindən 6 noyabr 2012-ci il tarixdə verilmiş 125/95 nömrəli şəhadətnamə əsasında Tapdıqov Zakir Şakir oğluna məxsus zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “TOZ-B” modelli, “170232-58” nömrəli, xarici çaxmaqlı, saz vəziyyətdə olan, qoşalülə, 650 (altı yüz əlli) manat dəyərində yivsiz odlu ov silahını görüb, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən, 5-ci döngə, ev 50 ünvanındakı özünə məxsus fərdi yaşayış evini satdıqdan sonra İsmayıllı rayonuna qayıdarkən onda yaranmış qardaşı Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarını həyata keçirmək məqsədi ilə həmin silahı talamaq qərarına gə lmiş və bu məqsədlə həmin yivsiz odlu ov silahını götürüb qəsdən talayaraq evdən çıxmışdır. Bundan başqa, Məhkum ünvan 1 ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evini satdıqdan dərhal sonra həmin evi satmamasını ona məsləhət görməsini və bunda ona maneçilik törətməsini səbəb kimi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan qardaşı Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmək qərarına gəlmişdir. Bu məqsədlə o, ögey babası Zakir Tapdıqova məxsus, sonuncunun evindən taladığı zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “TOZ-B” modelli, “170232-58” nömrəli, xarici çaxmaqlı, saz vəziyyətdə olan, qoşalülə yivsiz odlu ov silahı və istintaqla müəyyən olunmamış vaxtda və mənbədən əldə etdiyi həmin ov silahı üçün nəzərdə tutulan 16 kalibrli patronlarla sil ahlanaraq, 8 may 2020-ci il tarixdə, saat 22 radələrində etdiyi “Hyundai H100” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İsmayıllı rayonunun Bizlan kəndində yerləşən qardaşı Zərərçəkmiş şəxs yaşadığı ev istiqamətində getmiş, qardaşı Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında küçənin kənarı ilə gəldiyini görüb, öz şəxsiyyətini başqalarının şəxsiyyətinin fövqündə qoymaqla həmin evin yaxınlığında oturduğu maşının yan şüşəsindən maşının qarşısına tərəf gələn qardaşı Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə qarın nahiyəsindən nişan almaqla 45 metr məsafədən gülləli patron ilə bir dəfə atəş açmış, Zərərçəkmiş şəxs qarnını tutaraq kənara yıxıldığını görüb sonuncunu həyatdan məhrum etdiyini zənn edərək idarə etdiyi avtomobil ilə dərhal hadisə yerindən u zaqlaşmış, təsadüf nəticəsində güllə Zərərçəkmiş şəxs dəymədiyindən o, iradəsindən asılı olmayan səbəblərə görə təkrarən qəsdən adam öldürmə niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən xuliqanlıq niyyəti ilə öldürməyə cəhd etmişdir.
5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(091)-79/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.4-cü, 120.2.7-ci, 120.2.9-cu, 29,120.2.2-ci, 29,120.2.10-cu, 232.1-ci maddələri ilə təqsirli bilinməsi, Azərbaycan Respublikası CM-nin 120.2.4-cü, 120.2.7-ci, 120.2.9-cu, 29,120.2.2-ci, 29,120.2.10-cu maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 232.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respu blikası CMnin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunmaqla ona qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddətin təyin edilmiş cəzaya hesablanması, cəzaçəkmə müddətinin əvvəlinin 10 may 2020-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.
6. Məhkəmənin qeyd edilən hökmündən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hökmünün Məhkum ailə vəziyyətinə, sağlamlıq vəziyyətinə, şəxsiyyətinə uyğun olmadığı qeyd edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsi Məhkum cəza təyin edərkən qanunun tələblərini pozmuş, Məhkum cinayət törədən zaman öz hə rəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcimdə dərk etmək və onları tam həcimdə idarə etmək iqtidarından məhrum olmasını nəzərə almamış, ona həddən artıq ağır cəza təyin etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(091)- 79/2021 nömrəli hökmü ləğv edilməsi, Məhkum haqqında tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2021-ci il tarixli, 1(107)-219/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(091)-79/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. X7 Məhkəməsinin Cinayət kollegiyasının 0 3 avqust 2021-ci il tarixli, 1(107)219/2021 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində məhkum edilmiş şəxsə təyin edilən cəzanın ağırlığını mübahisələndirmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2021-ci il tarixli, 1(107)-219/2021 nömrəli qərarının ləğv edilməsi, cinayət işinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
10. Zərərçəkmiş şəxsin hüquqi varisi Tapdıqov Alim Zakir oğlu kassasiya şikayətinə etiraz verərək, kassasiya şikayətinin əsassız olduğuna görə təmin edilməməsini xahiş etmişdir. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətl ərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü ki mi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsə təyin edilən cəzanın ağırlığını mübahisələndirir, bu haqda kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2021-ci il tarixli, 1(107)219/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayə t qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüq uq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azə rbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
20. Cəzanın məqsədini təsvir edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. İstinad edilən maddi və prosessual cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CMnin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cina yət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
22. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı müdafiəçinin kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə yuxarıda istinad edilən maddi cinayət-hüquqi normalarına uyğundur. Belə ki, məhkəmələr cəza təyin edərkən Məhkum törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə Məhkum iki qoca, bir birinə yaxın qohum olan şəxslərin gözləri qarşısında köməksiz şəxsi xüsusilə amansızcasına öldürmək məqsədi ilə armatur parçası ilə başlarına, bədənlərinin müxtəlif nahiyələrinə vuraraq ağır dərəcəli bədən xəsarəti yetirməklə halsız vəziyyətə gətirdikdən sonra onların əlləri və ayaqlarını bağlamaqla köməksiz vəziyyətdə qoymaqla öldürməsini, sonra odlu silahı oğurlayaraq qardaşı Zərərçəkmiş şəxs atəş açaraq öldürməyə cəhd etməsini nəzərə alaraq, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən ədalətli cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində yüngül cəzanın təyin ed ilməsi üçün əsas müəyyən etmir.
23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
24. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2021-ci il tarixli, 1(107)-219/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayət i təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2021-ci il tarixli, 1(107)-219/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.