Məhkəmə qərarları › İş №1(102)-1370/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1370/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1370/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 avqust 2021-ci il tarixli 1(099)-404/2021 nömrəli (hakimlər: Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev İlkin Qismət oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 3 noyabr 1970-ci ilildə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, 15 noyabr 2002-ci il tarixdən XXX məsləhətçisi, XXX məsləhətçisi vəzifəsində işləmiş, XXX-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respub likasının Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 26 aprel 2021-ci il tarixdən hesablanması, məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi barədə yekun qərar qəbul edilmişdir. Hökmdən Məhkum və onun müdafiəçisi Həsənov İbarət Əhəd oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrli k edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət məhkəmə tərkibində) 20 dekabr 2021-ci il tarixli 1(106)816/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum törətdiyi cinayət əməli CM-nin 311.1-ci maddəsindən CM-nin 178.2.3-cü maddəsinə tövsif edilmiş və ona həmin maddə əsasında 6.000 (altı min) manat miqdarında cərimə cəzası, CM-nin 46.2-ci maddəsinə əsasən isə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən isə Məhkum 26 aprel 2021-ci il tarixdən 20 dekabr 2021-ci il tarixədək həbsdə olduğu müddət nəzərə alınmaql a onun üzərində qəti olaraq 4000 (dörd) min miqdarında cərimə və 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzaları saxlanılmışdır. Qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət məhkəmə tərkibində) 5 iyul 2022-ci il tarixli 1(102)-920/2022 nömrəli qərarı ilə kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edilməsi h aqqında yekun qərar qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) 30 noyabr 2022-ci il tarixli 1(106)742/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7.000 (yeddi min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 69.4-cü maddəsinə əsasən 26 aprel 2021-ci il tarixdən 20 dekabr 2021-ci il tarixədək həbsdə olduğu müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilmiş və üzərində 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüquqndan məhrum edilməklə 6.000 (altı min) manat cərimə cəzası saxlanılmış, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və hökm apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsi ilə ittiham verilmiş və birinci instansi ya məhkəməsinin hökmünə əsasən həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 15 noyabr 2002-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Fərdi uçotun təşkili sektorunun məsləhətçisi, 25 avqust 2016-cı il tarixli əmrlə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Sosial sığorta sektorunun məsləhətçisi vəzifəsində işləyərkən həmin Nazirlik tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən, vətəndaşlara müavinətlərin, sosial yardımların və digər ödənişlərin təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsi və baxılması, vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılması, müavinət, sosial yardım və digər ödəniş işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak, müavinət, sosial yardım və digər ödənişlərin təyinatına dair hesabat və məlumatların tərtib edilməsi və digər səlahiyyətlərə malik, zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların yerində qarşılıqlı yoxlanılmasında iştirak etmək də daxil olmaqla təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailə kimi arvadı Şahid2 adına sosial yardımın təyin olunmasında köməklik göstərilməsi ilə əlaqədar 2020ci ilin mart ayının əvvəllərində özünə müraciət etmiş Şahid1 21 oktyabr 2005-ci il tarixli “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa və həmin Qanunun 6.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.3 və 3.3-cü bəndlərinə əsasən ünvanlı sosial yardımla bağlı elektron formada müraciətin “Elektron hökumət” və ya Nazirliyin “esosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətindən istifadə edilməklə doldurulmuş “Ərizə-bəyannamə”nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə gönd ərilməsi ilə əlaqədar həmin altsistem tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə işlədiyi şöbəyə göndərilməklə icra ediləcək tapşırıq üzrə yoxlama və uzlaşdırmaların nəticələrinin sosial yardımın təyin olunmasına imkan verəcək şəkildə həmin altsistemdə qeyd edilməklə müraciətin müsbət həllinə görə 2020-ci ilin mart ayında Şahid1 özü üçün Şahid2 adına ayrılacaq sosial yardımın maddi nemət olan 6 ay ərzində ödəniləcək pul vəsaitini dolayı yolla şəxsən rüşvət qismində istəyib, Şahid1 razılıq verməsindən sonra 2020-ci ilin mart ayının ortalarında Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin yaxınlığında Şahid1 ilkin olaraq özü üçün birbaşa yolla maddi nemət olan 200 manat məbləğində pul vəsaiti və müv afiq sənədləri alaraq, 25 aprel 2020-ci il tarixdə Şahid2 adından edilmiş müvafiq müraciət Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemində təsdiq edilməklə Şahid2 2 il müddətində aylıq 207,12 manat məbləğdə ünvanlı sosial yardım təyin edildikdən sonra, sonuncunun adına "xxxx" ASC-də açılmış **********205834 plastik kart hesabına həmin yardımla əlaqədar köçürülmüş 20 may 2020-ci il tarixdə 2 ay üzrə olan ümumilikdə 414 manat məbləğində pul vəsaitinin Şahid1 tərəfindən may ayında Masallı şəhəri, H.Əliyev prospekti 30A ünvanında yerləşən bankomatdan çıxarılmaqla sonuncunun həmin pul vəsaitini özünə götürməsindən sonra, həmin ilin iyun ayında Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Asan” xidmət mərkəzinin yaxınlığında görüşərək Şahid1 iyun ayında kartdan çıxardığı 200 manat pulu və Şahid2 adına olan ünvanlı sosial yardımın ödənilməsi üçün nəzərdə tutulmuş "xxxx" ASC-yə aid bank kartını alaraq, 20 iyul 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-in A138029 nömrəli ATM-də həmin kart vasitəsilə 207 manat və 31 avqust 2020-ci il tarixdə həmin kart vasitəsilə Masallı şəhəri, H.Əliyev prospekti, Asan Xidmət 2, Cənub filialı ünvanında yerləşən "xxxx" ASC-in A138030 nömrəli ATM-dən 207 manat pul vəsaitini çıxarmaqla, qeyd edilən qaydada Şahid1 ümumilikdə 814 (səkkiz yüz on dörd) manat məbləğində maddi nemət olan pul vəsaitini vahid niyyətlə özü üçün şəxsən birbaşa və dolayı yolla rüşvət qismində almışdır. Apellyasiya məhkəmə kollegiyası yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən Məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsindən həmin Məcəllənin 178.2.3-cü maddəsinə tövsif edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və iş yeni apellyasiya baxışma təyin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi kifayət etməyən sübutlar əsasında təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayətini törətməsi ilə bağlı əsassız nəticəyə gəlmiş, bununla bağlı zəruri olan sübutları tam, hərtərəfli və ob yektiv tədqiq etməmiş, cinayət qanunvericiliyi normalarının tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun qərarlarında əksini tapmış izah və tövsiyələri nəzərə almamış, ümumi şəkildə isə sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirməmişdir. Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində məhkəməyə verilmiş Məhkum xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü üçün birbaşa yolla maddi nemət olan 814 manat pul vəsaitini rüşvət qismində istəyərək alması barədə cinayət faktı ilə bağlı özünü müdafiə yönümlü ifadələri, yəni qanunsuz olaraq heç kəsdən ünvanlı sosial yardımın 6 ay hissəsini rüşvət qismində almaması ilə b ağlı qeyd etdikləri istintaq sənədləri ilə təkzib olunmaqla, onun təqsirliliyi iş üzrə toplanmış şahid ifadələri, üzləşdirmə və baxış protokolları və cinayət işinin materiallarında olan başqa sənədlərlə də tam sübuta yetirilmişdir. Lakin məhkəmə kollegiyasının tövsiflə bağlı gəldiyi nəticə, yəni Məhkum əməlinin CM-nin 311.1-ci maddəsindən həmin Məcəllənin 178.2.3-cü maddəsinə tövsif edilməsinə dair mövqeyi əsassız olduğundan həmin hissədə qərar ləğv edilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instans iyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestin dəlillərinin kassasiya protestində ətraflı göstərildiyini bildirib, kassasiya protestinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, kassasiya protestinin təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğ v edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 178.2.3-cü maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Kassasiya protestinin şərh olunan dəlillərınə münasibət bildirməmişdən öncə kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir v ə bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və məhkumun məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərək ətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş a rdıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin s eçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipl ərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum vəzifəli şəxs kimi vətəndaşlara ünvanlı sosial yardımın təyin olunması onun vəzifə səlahiyyətlərinə aid olubolmaması, bu məsələnin həllinə hər hansı bir müdaxilə etmək imkanının olub-olmaması, həmin məsələnin həllinin qanunla və ya əmək müqaviləsi, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon Şöbəsinin əmri ilə onun səlahiyyətinə aid edilibedilməməsini araşdırmadan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsinə əsasən rüşvət alma cinayəti, vəzi fəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi ilə ehtiva olunur. Maddənin dispozisiyasına nəzər yetirdikdə müəyyən olunur ki, həmin cinayətin subyekti yalnız və yalnız vəzifəli şəxs qismində çıxış edə bilən şəxslərdir, hansı ki, bu şəxslərin katerqoriyaları Məcəllə ilə aşağıdakı kimi müəyyən olunmuşdur: 1. hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçular; 2. dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; 3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri; 4. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzib ati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; 5. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; 6. xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri; 7. beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar. Təhlil edilən cinayətin obyektiv cəhətinə daxil olan əməl kimi rüşvət alma dedikdə vəzifəli şəxsin rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə g östərdiyi «xidmət» müqabilində ona verilən pulu, qiymətli kağızı, əmlakı və ya əmlak mənfəətini istəməsindən, almasından və ya maddi və sair nemət, imtiyaz və ya güzəşt barədə təklifi və ya vədi qəbul etməsindən ibarət hərəkətlər başa düşülür. Burada vəzifəli şəxsin xidməti vəzifəsinin və ya səlahiyyətlərinin icrası ilə əlaqədar hər hansı hərəkət və ya hərəkətsizlik dedikdə qanunla və ya əmək müqaviləsinə əsasən vəzifəli şəxsə həvalə edilmiş səlahiyyətlərin icrası ilə əlaqədar edilən hərəkət və ya hərəkətsizlik başa düşülməlidir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya protestinin dəlilləri ilə birlikdə təhlil edərək, dələduzluq cinayətinin Məhkum tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildiyi, vətəndaşlara ünvanlı sosial yardımın təyin olunma sı, şəxslərlə razılaşma əldə olunan vaxt Məhkum vəzifə səlahiyyətlərinə aid olmaması, o cümlədən bu məsələnin həllinə hər hansı bir formada müdaxilə etmək imkanının olmaması barədə nəticəyə gəlir. Bu səbəbdən, qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin CM-nin 311.1-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac olmur. Belə ki, cinayət işinin materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara regional filialının 15 noyabr 2022-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, Məhkum 3 dekabr 2020-ci il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta şöbəsində məsləhətçi vəzifədə çalışmış, Döv lət Sosial Müdafiə Fondunun Masallı rayon Şöbəsinin 4 yanvar 2019-cu il tarixli 1 nömrəli əmri ilə Masalli Regional ASAN Xidmətə ezam olunmuşdur. Məhkum Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 dekabr 2020ci il tarixli **********9 nömrəli əmri Fondun 8 saylı regional ərazi filialının (Masallı, Yardımlı) ünvanlı dövlət sosial yardımının təminatı şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmiş və 22 yanvar 2021-ci il tarixli **********3 nömrəli əmri ilə filialın Ünvanlı dövlət sosial yardımının təminatı şöbəsinin mütəxəssisi vəzifəsindən azad edilmişdir. Hazırki iş üzrə ibtidai istintaq orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihamdan görünür ki, Şahid1 arvadı Şahid2 adına ünvanlı sosial yardımla bağlı Məhkum 2020-ci ilin mart ayının əvvəllərində müraciət edən zaman sonun cu Masalli Regional ASAN Xidmətdə fəaliyyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta şöbəsində məsləhətçisi kimi davam etdirmiş, yalnız 3 dekabr 2020-ci il tarixdə müvafiq əmrlə Fondun 8 saylı regional ərazi filialının ünvanlı dövlət sosial yardımının təminatı şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı 7 dekabr 2020-ci il tarixli, **********39 nömrəli məktubundan da görünür ki, ünvanlı dövlət sosial yardımın təyin edilməsi xidməti “Asan Xidmət” mərkəzlərində həyata keçi rilmir. Odur ki, Şahid1 arvadı Şahid2 adına ünvanlı sosial yardımla bağlı Məhkum müraciət edən zaman, eləcə də Şahid2 adına ünvanlı sosial yardımın təyin edilməsi ilə əlaqədar Şahid1 ilə Məhkum aralarındakı razılaşma əldə olunan vaxt vətəndaşlara ünvanlı sosial yardımın təyin olunması Məhkum vəzifə səlahiyyətlərinə və vəzifə təlimatına aid olmamış, həmin məsələnin həlli qanunla və ya əmək müqaviləsi və ya hər hansı müvafiq əmrlə onun səlahiyyətinə aid edilməmiş, ümumiyyətlə bu məsələnin həllinə hər hansı bir müdaxilə etmək imkanı olmamışdır. Bu səbəbdən də, Məhkum törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə tövsif edilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Cəza məsələsinə toxunan kassasiya məhkəmə kollegiyas ı onu qeyd edir ki, məhkəmə tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, özünün deməsinə görə himayəsində yaşlı anasının və xəstə həyat yoldaşının olması, ailəyə qazanc gətirən yeganə şəxs olması) olması, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilə n, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyi şdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar