Məhkəmə qərarları › İş №1(102)-1370/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1370/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1370/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X4 və onun nümayəndəsi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Tağıyeva Aida Qəfər qızının, Məhkum müdafiəçisi, “Mərkəz” Vəkil Bürosunun vəkili Hacıyev Vüqar Oqtay oğlunun iştirakları ilə xx xxxxxx 2000-ci ildə Bakı şəh ərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.2 və 221.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli 1(103)-108/2025 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə, məhkumun müdafiəçisi, “Mərkəz” Vəkil Bürosunun vəkili Hacıyev Vüqar Oqtay oğlu və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Tağıyeva Aida Qəfər qı zı tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 1(101)-904/2024 nömrəli hökmünə əsasən (hakimlər: L.S.Əsgərova-Məmmədova (sədrlik edən), R.Ə.Sadıxov və N.A.Kərimov) Məhkum - Azərbaycan Respublikası CM-in 120.2.2 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 120.2.2-ci maddəsi ilə 15 (on beş) il müddətə, CM-in 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 15 (on beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində ç əkməsi, cəzasının çəkilməsi müddətinin başlanğıcının 25 iyun 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən apellyasiya şikayətləri, eləcə də dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 1(103)-108/2025 nömrəli qərarı ilə (hakimlər: E.H.Allahverdiyev (sədrlik edən), C.V.Hüseyn və H.Ç.Məmmədov) verilmiş apelyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 1(101)-904/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 24 iyun 2023-cü il tarix də, saat 22:20-də yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Salyan Şosesi, Lökbatan yolunda yerləşən "X” Yaşayış Kompleksinin həyətindəki bərbərxananın qarşısında olduğu zaman qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən qərəzli hərəkətlər edib, ətrafda olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli sürətdə pozan hərəkətlər edərək Zərərçəkmiş şəxs2 yerə yıxaraq üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmçinin həmin gün, saat 23:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, Lökbatan yolu, “X” yaşayış kompleksində yerləşən “ Spar” marketin arxa girişinin önündə Zərərçəkmiş şəxs1 şalvarının bel hissəsinə qoyduğu bıçağı görərək sağ əli ilə bıçağı götürmüş və cüzi səbəbi bəhanə etməklə özünün şəxsiyyətini ətrafdakı şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, ətrafdakılara etinasızlıq göstərən hərəkətlər edərək, xuliqanlıq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gələrək bu məqsədlə həmin bıçaqla Zərərçəkmiş şəxs1 qəsdən zərbə endirərək sonuncunu qəsdən həyatdan məhrum etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi və cin ayət işinin apelyasiya instansiyası məhkəməsinin təkrar baxışına təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Protest müəllifi hesab edir ki, Məhkum təyin olunmuş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayət ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayaraq yüngül olduğundan ədalətsizdir və məhkuma daha ağır cəza təyin olunmalıdır. Belə ki, məhkəmələr onun barəsində formal olaraq yüngülləşdirici hallar, yəni təqsirləndirilən şəxsin gənc olmasını, əməlindən peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını sadalamaqla kifayətlənmiş, lakin həmin halları hansı səbəbdən yüngülləşdirici hal hesab edildiyini əsaslandırmamışlar. Həmçinin nəzərə alınmamışdır ki, Məhkum əvvəllər CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə məhkum olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsinin təkrar baxışına təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, Məhkum əməli CM-in 120.2.2-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməli və ittiham edildiyi CM-in 221.1-ci maddəsi ilə ona bəraət verilməlidir. Belə ki, Zərərçəkmiş şəxs2 birinci instansiya məhkəməsində ifadə verərək bildirmişdir ki, təqsirləndirilən şəxs Məhkum ilə aralarında hər hansı ciddi bir münaqişə olmamış, əksinə, münaqişənin səbəbkarının özü olduğu üçün Məhkum barəsində hər hansı şikayətinin olmadığını n əzərə çatdırmışdır. Müdafiəçinin fikrincə, Zərərçəkmiş şəxs2 tərəfindən verilən ifadədə münaqişənin başlanmasına səbəbkar özünün olmasını onun ilk əvvəl qərəzli olaraq Məhkum itələməsini eyni zamanda həmin vaxt ərazidə kütləvi insanların olmaması və onların yaşayış sahəsindən uzaq yəni digərlərinin asanlıqla eşidə və görə biləcəyi yerdə olmamalarını bildirməsi Məhkum əməlində CM-in 221.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığı və ona Zərərçəkmiş şəxs2 münasibətdə hər hansı şəxsiyyət əleyhinə cinayətin törədilməsinində istinad edilməməsi kifayətdir ki, sözügedən sübutların məcmusunu nəzərə alıb məhkəmə həmin əməl üzrə Məhkum barəsində bəraət hökmü çıxarsın. Şikayətdə Məhkum təqsirləndirildiyi digər yəni CM-in 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair əməl ilə bağlı qeyd edilir ki, birinci instansiyada məhkəmə baxışı zamanı ifadə vermiş mərhum Zərərçəkmiş şəxs1 qardaşı X2 bildirmişdir ki, aralarında yaranmış mübahisə ilə bağlı məsələnin aydınlaşdırılması üçün mərhum qardaşı Zərərçəkmiş şəxs1 zəng etmiş davasının düşdüyü və onun gəlməli olduğunu bildirərək Zərərçəkmiş şəxs1 münaqişəyə təhrik etmiş o isə yanında Xadlı şəxslə həmin əraziyə gələrək X “narahat olma indi söhbət edərik” demiş, daha sonra ərzaq mağazasına daxil olmalarını həmin mağazada kolbasa bıçağı olduğunu və onu götürdüyünü daha sonra mağazadan çıxdıqda bıçağı Zərərçəkmiş şəxs1 verdiyini X adlı şəxsin mağazanın qarşısına çıxaraq onları dayandırmaq istədiyini onların isə buna məhəl qoymamalarını və Məhkum görən zaman “sən idin mənim qardaşıma söz atan” deyərək Xüzərinə hücum etdiyini qeyd etmişdir ki, həmin ifadədən də acıq görünür ki, münaqişənin ilk əvvəl başlanması və mübahisəyə səbəb Xvə Zərərçəkmiş şəxs1 qanunsuz hərəkətləri olmuş, həmin hadisəyə qədər isə Məhkum tərəfindən Zərərçəkmiş şəxs1 qarşı onu münaqişəyə sövq edən hər hansı bir hərəkət edilməmişdir. Şikayətdə qeyd olunur ki, iş materiallarında olan video görüntülərin məhkəmə baxışı zamanı tədqiqi aparılarkən məlum olmuşdur ki, Xvə Zərərçəkmiş şəxs1 qardaşları Məhkumlə olan mübahisədən qabaq SPAR marketə daxil olmuş mağazadan hər ikisi bıçaq götürərək oradan ayrılmış, buna əlavə olaraq ittiham aktında da göstərilmişdir ki həmin vaxt Xadlı şəxs onlara yaxınlaşaraq onları sakitləşdirməyə çalışmış onlar isə buna məhəl qoymadan Məhkum üzərinə hücum etmək niyyəti ilə oradan ayrılmışdır. Həmin sübutların tədqiqi zamanı acıq və ayd ın şəkildə məlum olur ki, Məhkum Zərərçəkmiş şəxs1 qarşı hər hansı münaqişəyə səbəb ola biləcək hərəkət etməmiş onun üzərinə hücum çəkməmiş və onu öldürmək məqsədilə bıçaq əldə etməmişdir, bunun əksinə olaraq X və digər şahidlərin də verdiyi ifadələrdən aydın olur ki, həmin münaqişənin başlanma səbəbi X qardaşı Zərərçəkmiş şəxs1 X cəzalandırmaq niyyəti ilə onu həmin əraziyə çağırmış Zərərçəkmiş şəxs1 isə yanında X adlı başqa bir şəxsi götürərək hadisənin baş verdiyi əraziyə artıq münaqişə yaratmaq və Raufdan qisas almağa gəlmişlər. Müdafiəçinin fikrincə, şərh olunanlar təqsirləndirilən şəxs Məhkum hərəkətlərində CM-in 120.2.2-ci olmamasının tərkibinin olmamasına dəlalət edir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsinin təkrar baxışına təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, Məhkum təyin olunmuş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayət ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayaraq yüngül olduğundan ədalətsizdir və məhkuma daha ağır cəza təyin olunmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin və kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin edil məməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, zərərçəkmiş şəxsin hüquqi varisi X və Nümayəndə, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin edilməməsi barədə müdafiəçi V.Hacıyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri və kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız Məhkum barəsində təyin edilmiş cəzanın yüngül olma sı mübahisə edilir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlinin CM-in 120.2.2ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməsi və ittiham edildiyi CM-in 221.1-ci maddəsi ilə ona bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-i n 120.2-ci maddəsinə görə: “Qəsdən: 120.2.2. xuliqanlıq niyyəti ilə adam öldürməon dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası ilkin olaraq məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli təhlil edərək, şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların n ormal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zaman ı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərə kətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyası bildirir ki, şəxsin CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinməsini şərtləndirən, cinayətlərin zəruri tövsifedici əlaməti kimi çıxış edən xuliqanlıq motivi (bu motivi aşkarlayan hallar) iş üzrə mütləq qaydada sübut edilməli olan predmetdir və cinayət-prosessual qanunun 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə uyğun olaraq yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş həmin əlamətin mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə, şübhələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir. Maddi və prosessual normaları, eləcə də Azərbaycan Respublikası Ali M əhkəməsinin qərarlarını cinayət işinin materialları, o cümlədən kassasiya şikayəti dəlilləri ilə müqayisə etməklə yoxladıqda, Məhkum tərəfindən cinayətkar hərəkətlərin məhz xuliqanlıq motivi ilə törədilməsinin sübutlar vasitəsi ilə müəyyən edildiyi görünür, yəni həmin əlamətin mövcudluğu barədə məhkəmə qənaətinin araşdırılmış sübutlardan irəli gəldiyi aşkarlanır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə tövsif edilməsi qanuni və əsaslıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməllərini Azərbaycan Respublikası CM-in 120.2.2 və 221.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-oby ektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişdir. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayətləri törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqa nları tərəfindən toplanmış sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmir. Belə ki, iş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməllərinin törətməsi məhkəmə baxışı zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadələri, Zərərçəkmiş şəxs2, şahidlər Şahid3, Şahid1, Şahid2, Şahid4, Şahid4 və X5 ifadələri, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 25 iyun 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillər, Meyitə baxış keçirilməsi haqqında 25 iyun 2023-cü il tarixli protokol, “könüllü təqdim etmə haqqında” 25 iyun 2023-cü il tarixli protokol, “götürmə və baxış keçirilməsi haqqında” 25 iyun 2023-c ü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillər, “ifadənin yerində yoxlanılması haqqında” 25 iyun 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş DVD disk, baxış keçirilməsi haqqında 7 iyul 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillər, “baxış keçirilməsi haqqında” 10 iyul 2023-cü il tarixli protokollar, məhkəmə-tibbi ekspertizasının 5 iyul 2023-cü il tarixli rəyi, məhkəmə-tibbi ekspertizasının 25 iyun 2023-cü il tarixli rəyi, məhkəmə-lifli materialların tədqiqi ekspertizasının 24 avqust 2023-cü il tarixli rəyi, məhkəmə-bioloji, məhkəmə kriminalistik ekspertizasının tibbikriminalistik tədqiqinə dair 1 sentyabr 2023-cü il tarixli rəyi, işin digər halları və habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının 3cü bəndinə görə təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən, cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sü butların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Həmin 6-cı bəndində qeyd edilmişdir ki, “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək).” Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarındakı tövsiyələrə əsaslanaraq hesab edir ki, məhkəmələr i ş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 120.2.2-ci maddəsi ilə tövsif edib həmin maddələrlə məhkum etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən arqument, yəni məhkumun heç bir cinayət törətməməsi iş materialları ilə təsdiq olunmur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilə bilməz. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətinin dəlillərini müzаkirə еdib, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqey i ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3 və 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə u yğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya d igər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlar ının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törə dilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmi ş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayə t əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü ki mi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən məhkəmələr düzgün olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini, gənc olmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, yaşadığı ərazi üzrə nümunəvi davranışlarını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CM-in 120.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 15 (on beş) il müddətə və CM-in 221.1-c i maddəsinin sanksiyasında nəzərdə tutulmuş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini həm qanuni, həm də ədalətli hesab etmişdir. Cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, ailə vəziyyətinə, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla yanaşı, onun islah olunaraq, cəmiyyətin normal üzvünə çevrilməsi perspektivlərini də nəzərdə tutmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi birmənalı olaraq, təqsirləndirilən şəxsdən törətdiyi əmələ görə qisas almağa yönəlməməli, onun cəzasını çəkib qurtardıqdan sonra islah olunması, cəmiyyətin normal üzvü kimi yaşamaq şansını saxlamasını da nəzərdə tutmalıdır. Odur ki, məhkəmə kollegiyası Məhkum barəsində daha ağır cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etm ir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protesti ndə və kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest və şikayətlər təmin edilməməli, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayətləri təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar