Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1371/2019 05.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 1 26.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmü ilə (hakimlər: Ə.M.Bağırov (sədrlik edən), D.H.İmanov və N.T Əliyevdən ibarət tərkibdə) xx.xx.1971-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejiml i cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 19 noyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən Məhkum və müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə) 27 iyun 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. İşin halları: Məhkəmən in hökmünə əsasən Məhkum təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, 18 noyabr 2018-ci il tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə yaşadığı evdə olarkən, ünvan 2nda keçirilən toy mərasimində, qardaşı X8 həmin toyda iştirak edən X7 tərəfindən döyülməsini eşitdikdən sonra, X2la həmin mübahisənin səbəbini aydınlaşdırmaq məqsədilə əvvəlcə həmin şadlıq sarayına getmiş, lakin X2 orada olmadığından yaşadığı evə qayıtmaq üçün evi istiqamətində hərəkət edərkən Daşkəsən şəhəri, Mədənçilər küçəsində X2la rastlaşmış, orada sonuncudan qardaşı X7i döyməsinin səbəbini soruşduqda, aralarında mübahisə yaranmış və həmin mübahisə zamanı X2 onun sol göz nahiyəsinə yumruqla bir dəfə zərbə vurub yerə yıxdığından və onu yenidən vurmağa cəhd etdiyindən o, üzərində olan və istintaqa məlum olmayan bıçaq la X2un kürək nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən qəbul edilmiş qərar ədalətsizdir. Cəza təyin edilərkən barəsində olan cəzanı yüngülləşdirən hallar nəzərə alınmamışdır. Himayəsində iki azyaşlı və birinci qrup əlil olan üç ovladı var. Qeyd olunanların nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət iş inə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində istinad edilmiş ittihamı mübahisələndirməmiş, təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edi lərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Gəncə Ağır Cinayətlər Məhkəməsi24 aprel 2019-cu il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan övladının olmasını, əməlini səmimi etiraf etməsi və peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı n məqsədi barədə qanunun tələblərini də nəzərə almışdır. Cəzanın ağırlığı ilə bağlı Məhkəmə Kollegiyası bildirir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, həmin maddənin sanksiyasına nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindədir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha aşağı həddən də az cəza təyin edilməsinə əsas vermədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə ar aşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2019cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanı
Məhkəmə qərarları › İş №1(102)-1371/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1371/2019
05.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver