Məhkəmə qərarları › İş №1(102)-1371/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1371/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1371/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının Q Ə R A Rİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası C inayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 01 aprel 2021-ci il tarixli, 1(103)-585/2021 saylı qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Əhməd Quliyev, hakimlər Eynulla Vəliyev və İradə Həsənzadədən ibarət tərkibdə) 1(101)-1299/2016 nömrəli, 08 dekabr 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.2.1 və 181.2.5-ci maddələri təqsirli bilinib, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2016-cı il tarixdən hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs həmin hökmdən 05 fevral 2021-ci il tarixdə apellyasiya şikayətinin verilməsi üçün həmin tarixdə müddətin bərpası barədə vəsatət vermişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs vəsatəti təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(103)-585/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Ci nayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 01 aprel 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, hüquqi cəhətdən savadsız olduğundan hansı qaydada və müddətdə şikayət verilməsi barədə məlumatlı olmamışdır. Bu səbəbdən, məhkum apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası iş materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasi ya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Ayxan Hüseynlinin çıxışını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, məhkum Təqsirləndirilən şəxs barəsindəki Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 01 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayətinin başlıca dəlili apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətinin əsassız olaraq təmin olunmamasıdır. Məhkəmə kollegiya sı kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli, 1(101)-1299/2016 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 10 aprel 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti və müddətin bərpası barədə vəsatət vermişdir. Məhkum Təqsirlə ndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə birinci instansiya məhkəməsində baxılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021ci il tarixli qərarı ilə buraxılmış müddətin bərpası barədə vəsatət təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 01 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli müddətin bərpasından imtina barədə qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin qənaətlərini aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. İş materiallarında olan hökmün surətinin verilməsinə dair qəbzdən görünür ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmünün surətini 16.12.2016-ci il tarixdə qəbzə imza etməklə almışdır. Qüvvədə olan qanunvericiliyə əsasən hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 20 günlük prosessual müddətin axımı 16 dekabr 2016-cı il tarixdən başlamış və 05 yanvar 2017-ci il tarixdə başa çatmışdır. Məhkum şikayət vermə müddətinin ötürülmə səbəbi olaraq hüquqi cəhətdən savadsız olduğunu, buna görə də hansı qayda da və müddətdə şikayət verməli olduğunu bilmədiyini qeyd etmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs 08 dekabr 2016-ci il tarixdə məhkəmənin sözügedən hökmü elan olunan zaman məhkəmə iclasında iştirak etmişdir. Bundan əlavə cinayət işi materiallarından da görünür ki, iş üzrə digər təqsirləndirilən şəxs X3 qanunvericiliklə müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermiş onun şikayəti icraata qəbul edilməklə, iş üzrə Təqsirləndirilən şəxs 27 dekabr 2016-cı il tarixdə məlumat verilmişdir. Beləliklə, məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərə görə buraxıldığı öz təsdiqini tapmamışdır. Göründüyü kimi məhkumun apellyasiya şikayətini vaxtında verməsinə hər hansı bir maneə olmamışdır. Məhkumun birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə şikayət verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin məhkum Təqsirləndirilən şəxs vəsatətinin təmin edilməməsi barədə gəldikləri qənaətlərini əsaslı hesab edir, kassatorun bununla bağlı dəlillərini isə əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 01 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rə hbər tutaraq, məhkəmə kollegiyası QƏRARA Kassasiya şikayəti təmin edilməsin. ALDİ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 01 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar