Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1371/2022 08.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X9 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, məhkum Təqsirləndirilən şəxs iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2021-ci il tarixli, 1(106)-589/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxxxx 1984-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Yevlax şəhəri, S.Əliyev küçəsi, 22 saylı mənzildə qeydiyyatda olan. 2. 04 dekabr 2020-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 03 fevral 2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs cinayət təqi bi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs 01 iyul 2020-cu il tarixdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edilməsi, saxlanması, daşınması və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan “Salamat” adlı İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncunun istintaqla müəyyən edilməyən vaxtda və mənbədən qanunsuz olaraq əldə edib İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasın ın gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni Cəlilabad rayonu ərazisində əldə edib müqəddəratına sərəncam verməklə satışını həyat keçirməyi qrup üzvü olan “Salamat”a qabaqcadan vəd verib razılaşdıqdan sonra 02 iyul 2020-ci il tarixdə onun cinayətkar niyyətindən məlumatsız olan tanışları X3, X10 və qohumu X11 ilə birlikdə sonuncunun idarə etdiyi “VAZ21154” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax rayonun Cəlilabad rayonun Qarazəncir kəndi ərazisinə gəlib Bakı-Ələt-Astara magistral yolunun (köhnə) həmin kəndin ərazisindən keçən hissəsində istiqamətlərinə uyğun olaraq yolun sağ kənarında quraşdırılmış üzərində “131”-ci km yazılan dəmir lövhənin yaxınlığında avtomobili saxlatdırıb avt omobildən düşərək, həmin lövhəyə yaxınlaşıb bir ədəd sellofan torbada olan 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 985 qram, 950 qram olmaqla ümumi təmiz çəkisi 1935 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bağlamada təmiz çəkisi 985 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin və 1 ədəd bağlamada təmiz çəkisi 461,165 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki taparaq qanunsuz olaraq əldə edib avtomobilin ön sərnişin oturacağının alt hissəsində gizlətmiş, həmin tarixdə saat 07 radələrində Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerdə saxlanılıb Cəlilabad RPŞ-yə gətirilərək avtomobilə baxış keçirilən zaman həmin iki ədəd bağlamada tə rkiblərinə görə eyni olan 1935,0 qram narkotik vasitə heroin, 1 ədəd bağlamada 461,165 qram tiryək və 1 ədəd bağlamada 985,0 qram psixotrop maddə metamfetamin avtomobilin qabaq sol oturacağının alt hissəsindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 1(099)182/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Azərbaycan Res publikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 02 iyul 2020-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə digər məsələlər həll edilmişdir.
6. Hökmdən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verib, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2021-ci il tarixli, 1(106)-589/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 1(099)182/2021 nömrəli hökmü həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində qeyd edilir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən heç bir cinayət törədilməmiş və əməlində heç bir cinayətin əlamətləri olmamışdır. Məhkum edildiyi cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılmış və döyülərək zorakılığa məruz qalmışdır. Qeyd edilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş edilir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən mad di və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə t əsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində heç bir cinayət törətmədiyinə görə ona bəraət verilməli olduğunu iddia edərək, kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 28 dekabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, hər b ir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi işin qanuni, əsaslı və ədalətli həllinə xidmət edir. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər (“Gənc ə Apellyasiya Məhkəməsinin müraciətinə dair" 16 iyun 2022-ci il tarixli Qərar).
20. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarını, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs təqsirliliyinin mübahisələndirilməsi üzrə irəli sürdüyü dəlilləri ilə razılaşmır və apellyasiya instansiyası məhkəməsinin qərarını əsaslı hesab edir.
21. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi faktı birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş sübutlarla, o cümlədən, şahidlər X3, X11, X6, X5, X7, X8, X13 və X4 ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında 02 iyul 2020-ci il tarixli protokol, nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə barədə 02 iyul 2020-ci il tarixli protokol, götürmə haqqında 02 iyul 2020-ci il tarixli protokol, baxış keçirilməsi haqqında 04 iyul 2020-ci il tarixli protokol, şəxsi axtarış aparılması haqqında 02 iyul 2020-ci il tarixli istintaq hərəkətinin video çəkilişini əks edən 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 04 iyul 2020-ci il tarixli protokol, məhkəmə kimyəvi ekspertizasının 02 iyul 2020-ci il tarixli, 19/268 nömrəli rəyi, baxış keçirilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli protokol, məhkəmə fonoskopik ekspertizasının 15 oktyabr 2020-ci il tarixli, 4/848 saylı rəyi, tədqiqat üçün nümunələrin götürülməsi haq qında 30 sentyabr 2020-ci il tarixli protokol, ambulator məcburi narkoloji tibbi yoxlama rəyi və iş materiallarında olan digər sübutların məcmusu ilə müəyyən edilmişdir.
22. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri verdiyi apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
23. Nəticə etibarilə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Təqsirləndiril ən şəxs hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və proses sual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
25. Məhku m Təqsirləndirilən şəxs kassasiya şikayətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalmaqla ondan etirafedici ifadələr alınması ilə bağlı iddialarına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin iddialara birinci instansiya məhkəməsinin hökmündə qiymət verilmişdir. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs döyülməsi faktı öz təsdiqini tapmadığından Cəlilabad Rayon prokurorluğunun 22 fevral 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsini nəzərə alaraq onun bu ifadəsinə tənqidi yanaşmış və sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, qeyd edilən qərar təqsirləndirilən şəxs tərəfindən cinayətprosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mübahisələndirilmədiyindən, həm in iddia əsassız hesab edilməlidir. Birinci instansiya məhkəməsi bu məsələ ilə qəbul etdiyi qərarı və həmin qərarı təsdiqləyən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) hüquqi mövqeyinə də uyğundur. Ölkəmizlə bağlı qəbul edilmiş qərarlardan göründüyü kimi, Avropa Məhkəməsi İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü maddəsinin tətbiqinə aid şikayətlərin icraata qəbul edilib baxılmasını, ölkədaxili prosedurlara riayət etməklə, yəni Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinə əsasən işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması bar ədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edib yekun qərarın əldə edilməsi ilə şərtləndirir (Məmmədov Azərbaycana qarşı, № 34445/04, §§ 23-27, 11 yanvar 2007-ci il; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012-ci il və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012-ci il).
26. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respu blikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiya məhkəməsi cinayət işinin hallarına uyğun hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin qərarı dəyişdirmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 28 dekabr 2021-ci il tarixli, 1(106)-589/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 28 dekabr 2021-ci il tarixli, 1(106)-589/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.