Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1371/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun və Zərərçəkmiş şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Mehdiyev Müşfiq Mürşüd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mahmudov Faiq Nüsrət oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlu) 31 iyul 2023-cü il tarixli hökmü ilə xx xxxxxx 1987-ci ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, məhkum olunmuş, Ağdam rayonu Əliağalı kəndində qeydiyyatda olmaqla yaşamış yaşamış Məhkum Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsininə əsasən yeni hökm üzrə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müdd ətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının hazırkı iş üzrə şübhə edilən şəxs qismində tutulduğu 18 dekabr 2022-ci il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə,) 12 sentyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 1(100)-366/2023 nömrəli hökmü cə zaya aid hissədə dəyişdirilmiş, hökmlə Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla CM-in 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Ağdam ray onu Quzanlı qəsəbəsi H.Əliyev prospektində yerləşən Şahid1 məxsus məzar daşlarının hazırlanması sexinin həyətində yerləşən otaqda həmin vaxtı orada olan tanışı Zərərçəkmiş şəxs istintaqla təyinatı və hazırlanma üsulu müəyyən edilməsi mümkün olmayan bıçağı istədikdə sonuncunun “özüm daha yaxşı istifadə edirəm” ifadəsini işlədib bıçağı verməməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış sözlü mübahisənin davamında onun ünvanına nalayiq ifadələr işlədib şəxsiyyətini alçaltmasından əsəbləşib buna görə qisas almaq məqsədilə əvvəlcə otağın pəncərəsinin alt hissəsindən götürdüyü zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən dəmir materiladan hazırlanmış qarmaqla Zərərçəkmiş şəxs üzünün sol hissəsinə bir və yumruq zərbəsi ilə üzünün sağ hissəsinə qəsdən bir olmaqla ümumilikdə iki zərbə vurub ona müştərək açıq kəllə beyin travması, baş beyinin əzilməsi, sağ təpə sümüyü kompression sınığı, əsas sümüyün böyük qanadının sınıq xətləri, sol əng-almacıq kompleksinin qəlpəli yerdəyişmiş sınığı, sağ təpə və sol gözaltı nahiyyələrinin əzilmiş yaraları, sol göz almasının əzilməsi dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, apellyasiya məhkəməsində işə baxılandan sonra Məhkum qohumları zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir, Zərərçəkmiş şəxs məhkumdan heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Bun dan başqa, Məhkum ailəlidir, himayəsində 3 azyaşlı uşağı vardır. Sadalanan halları, yəni Məhkum əməlindən peşman olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini, həm istintaq dövründə, həm də məhkəmə istintaqı dövründə cinayətin açılmasına fəal koməklik göstərməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını yüngülləşdirici hal qismində, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azəbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyr ənib, kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməs i, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində müdafiəçi Məhkum təyin olunmuş cəzanın CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq olunması tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun is lah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cina yətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən k əskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəx sin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə c əza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməs i məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Apellyasiya instansiya məhkəməsi Məhkum himayəsində 3 azyaşl ı uşağı və həyat yoldaşı olmaqla əməlindən peşman olmasını, ailənin yeganə qazanc gətirən olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ona qarşı şikayət və tələbin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlər etəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını və onun apellyasiya baxışı zamanı davranışını nəzərə alaraq CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın aşağı həddə təyin edilməsini məqsədəmüvafiq hesab edərək, mübahisələndirilən hökmlə ona təyin edilmiş cəzanı yüngülləşdirilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə məhkuma cəza təyin edərkən məhz sosial ədalətin bərpasını və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini düzgün qiymətləndirmiş, humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğunluğunu nəzərə almışdır. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Məhkum barəsində CM-in 70ci maddəsinin tətbiq edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Belə ki, cinayət işi üzrə Məhkum cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyü halları müəyyən edilməmiş və bu barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsu si göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri heç bir hüquqi əsası olmayan dəlillərdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Mehdiyev Müşfiq Mürşüd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə
Məhkəmə qərarları › İş №1(102)-1371/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1371/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver