Məhkəmə qərarları › İş №1(102)-1372/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-1372/2018

27.09.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1372/2018 27.09.2018 ALİ MƏHKƏMƏ İş № 1(102)-1372/2018 Azərbaycan Respublikası adından QƏRAR 27 sentyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X3, X2 ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə xx xx 1980-ci ildə Ağdam rayonu Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, orta təhsilli, Ağdam rayonu Çəmənli kəndində qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.3.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2012-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xx 2012-ci il tarixli hökmünə əsasən (sədrlik edən: M.S.Məmmədov, hakimlər: F.N.Mahmudov və N.R.Mövsümov) Məhkum AzərbaycanRespublikasıCM-in181.3.1-ci maddəsi ilə təqsirli bilinib əmlakı müsadirə olunmqla 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının xx xx 2011-ci il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xx 2012-ci il tarixli qərarına əsasən (sədrlik edən: Ç.B.Məmmədov, hakimlər: R.A.Məhərrəmli və C.R.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xx 2012-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət verərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasıiş materiallarını nəzərdən keçir ərək, vəsatətin təmin edilməməsinədairdövlət ittihamçısı İ.Yusifovunçıxışınıdinləyərəkhesabedirki, aşağıdakı əsaslara görə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı vaxtdan 18 ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsində kassasiya şikayətinin verilməsi müddətinin bərpası üçün cəmi iki hal müəyyən edilmişdir: kassasiya şikayəti vermək hüq uquna malik olan şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmadıqda, yaxud da həmin şəxsi vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Qanunun mənasına görə, kassasiya şikayəti verən şəxs məhkəməyə müddətin bərpası barədə vəsatət verərkən bu vəsatətdə yuxarıda göstərilən əsaslarla kassasiya şikayəti vermək imkanından məhrum olmasını təsdiq edən sübutları göstərməklə həmin sübutları vəsatətinə əlavə etməlidir. İş materiallarından, o cümlədən məhkumun vəsatətindən məhkum barəsində qərar qəbul edildikdən sonra uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması və ya bu müddət ərz ində hər hansı bir fövqəladə hadisənin baş verməsi görünmür. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsində qeyd edilir ki, kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Lakin vəsatətə məhkum tərəfindən hər hansı bir sənəd əlavə edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin xx xx 2012-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa olunması üçün heç bir əsas yoxdur və buna görə də, məhkumun bu haqda olan vəsatəti təmin edilməməli, kassasiya şikayətinə isə baxılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 411 -ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Gəncə Apellyasiya Məhkəməsinin xx xx 2012-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət təmin olunmasın. Qərar qətidir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar